Məhkəmə qərarları › İş №2(103)-6873/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6873/2020

24.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6873/2020 24.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 Teymur qızının və İddiaçı2 cavabdeh Əsgərov Dilavər Əlövsət oğluna qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-656/2020 saylı, xx xxxx 2020-cu il tarixli qərardadından iş üzrə cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 Teymur qızı və İddiaçı2 cavabdeh Əsgərov Dilavər Əlövsət oğluna qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-656/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddianın İddiaçı2 münasibətdə qismən təmin edilməsi,cavabdeh Əsgərov Dilavər Əlövsət oğlunun ünvan 1 D ünvanında yerləşən mənzilə olan istifadə hüququna xitam verilməsi,iddianın qalan hissədə və digər İddiaçı1 Teymur qızına münasibətdə təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-656/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Qeyd olunan qərardaddan narazı qalan cavabdeh şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə kasasiya instansiyası məhkəməsinə göndərilir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-656/2020 saylı, xx xxxx 2020-cu il tarixli qərardadından iş üzrə cavabdeh tərəfindən verilmiş şikayətə hüquqi qiymət vermədən şikayəti iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Belə olan halda şikayət qeyrimümkün hesab edilərək, baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Həmin məcəllənin 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 363, 366.4 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 Teymur qızının və İddiaçı2 cavabdeh Əsgərov Dilavər Əlövsət oğluna qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-656/2020 saylı, xx xxxx 2020-cu il tarixli qərardadından iş üzrə cavabdeh Əsgərov Dilavər Əlövsət oğlu tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və mülki iş şikayətə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar