Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4515/2023 11.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, İddiaçı cavabdeh X3 qarşı “aliment öhdəliyinə xitam verilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli 2(002)- 1909/2023 nömrəli qərardadından iddiaçının şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X3 qarşı “aliment öhdəliyinə xitam verilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il təvəllüdlü X1 üçün cavabdeh Xəzəngül Eibovun xeyrinə tutulan aliment öhdəliyinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli 2(002)- 1909/2023 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasi iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və işə mahiyyəti üzrə baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı halda kiçik iddiaya dair ərizədə cavabdeh X4 rəsmi qeydiyyat ünvanı kimi ünvan 1mi qeyd edilsə də, AZEMİS Elektron İnformasiya portalından cavabdehə aid şəxsiyyət vəsiqəsi aşkar edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş Dövlət Miqrasiya Xidməti Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə elektron qərardan görünür ki, Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin xx.xx.2020-ci il tarixədək uzadıldığı qeyd edilmişdir. Cavabdehin Bakı şəhəri, Qaradağ rayonu ərazisində müvəqqəti yaşaması barədə mötəbər sübut təqdim edilmədiyindən və hazırkı mülki iş üzrə iddia tələbinin ərazi aidiyyətinə görə Qaradağ Rayon Məhkəməsinin səlahiyyətinə aid olub-olmadığını müəyyən etmək mümkün olmadığı üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Dövlət Miqrasiya Xidməti Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə elektron qərardan görünür ki, Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin xx.xx.2020-ci il tarixədək uzadıldığı qeyd edilmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti yalnışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq aidiyyət qaydalarının pozulmasına yol verilmir. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir (maddə 35.1). Həmin Məcəllənin 36.1-ci maddəsinə görə, yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Kollegiya qeyd edir ki, iddiaçı qanunvericiliyin tələbinə əsasən cavabdehin məlum olan axırıncı yaşayış yerinə görə hazırki iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli 2(002)-1909/2023 nömrəli qərardadı ləğv edilsin və İddiaçı cavabdeh X3 qarşı “aliment öhdəliyinə xitam verilməsi tələbinə dair” mülki işə mahiyyəti üzrə baxılması üçün iş həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4515/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4515/2023
11.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver