Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4521/2020 08.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi ilə, Cavabdeh3 və Cavabdeh4 nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)- 379/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının “xxxx” MMC-yə, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1nə, Respublika Xammal və Əmtəə Birjasının “xxxx” MMC-yə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın, hərracın və onun nəticələrinin etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, “xxxx” MMC tərəfindən tərtib olunmuş 50 nömrəli, xx xxxxx 2018-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatının, “xxxx” MMC tərəfindən keçirilmiş hərrac və onun nəticəsində tərtib olunmuş 48/01 nömrəli, xx.xx.2019cu il tarixli hərrac təşkilatının hərracın yekunları barədə protokolunun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)- 379/2020 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxx 2015-ci il tarixli 2-1(81)-881/2015 saylı qərarı ilə Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 63-də yerləşən, ümumi sahəsi 46,75 kv.m olan 3 otaqlı, 30 saylı mənzilin üzərində ½ hissədə paylı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, bununla bağlı daşınmaz əmlakın reyestrində müvafiq düzəliş aparılmaqla dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin idarə tərəfindən iddiaçıya Bakı şəhəri, Nəzimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 63-də yerləşən, ümumi sahəsi 46,75 kv.m olan 3 otaqlı, 30 saylı mənzilin V2 hissəsinə mülkiyyət hüququna dair dövlət reyerstrindən çıxarış verilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4885/2016 saylı, xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi ilə Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 63-də yerləşən, ümumi sahəsi 46,75 kv.m olan 3 otaqlı, 30 saylı mənzilin açıq hərracda satılması və Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 63-də yerləşən, ümumi sahəsi 46,75 kv.m olan 3 otaqlı, 30 saylı mənzilin satışından əldə edilən vəsait tərəflərin paylarına uyğun, yəni ½ hissəsi Cavabdeh4, ½ hissəsi isə İddiaçı verilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-7596/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə Nərimanov Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılmışdır. Nərimanov Rayonu İcra və Probasiya Şöbəsinin xx/xx-359177/17-767-3 saylı, xx.xx.2018-ci il tarixli sifariş məktubuna əsasən “xxxx” MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 63-də yerləşən, ümumi sahəsi 46,75 kv.m olan 3 otaqlı, 30 saylı mənzilin qiymətləndirilməsi həyata keçirilmiş və nəticədə qeyd olunan mənzil 80000 manat qiymətləndirilmişdir. Qeyd edir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 63-də yerləşən, ümumi sahəsi 46,75 kv.m olan 3 otaqlı, 30 saylı mənzil “xxxx” MMC tərəfindən olduqca aşağı qiymətləndirilmişdir. Çünki həmin ərazidə ona məxsus mənzillə eynilik təşkil edən mənzillərin bazar qiyməti ən azı 120000 manatdan başlayır. Amma buna baxmayaraq “xxxx” MMC tərəfindən həmin mənzilin 80000 manat qiymətləndirilməsi sual doğurur. Bu kimin mənafeyinə uyğun idi? Təbii ki, həmin MMC-nin, hərracı təşkil etmiş icra məmurunun və hərracın qalibi olmuş şəxsin. Əgər belə olmasa idi və ona məxsus mənzil mövcud bazar qiymətindən daha aşağıya qiymətləndirilə bilməzdir. Eyni zamanda onu da bildirmək istəyir ki, qeyd olunan mənzilin qiymətləndirilməsi və hərracın təşkili eyni ünvanda yerləşən MMC-lər tərəfindən həyata keçirilmişdir. Bu isə iddiaçıya onu deməyə əsas verir ki, mənzilin qiymətləndirilməsi və hərracın keçirilməsi yalnız cavabdehlərin subyektiv maraqlarına hesablanmışdır. Hələ bu azmış kimi Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 63-də yerləşən, ümumi sahəsi 46,75 kv.m olan 3 otaqlı, 30 saylı mənzillə bağlı hərrac keçirilərkən də onun hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki,Azərbaycan Respublikası Xammal və X4 Mərkəzi “xxxx” MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 63-də yerləşən, ümumi sahəsi 46,75 kv.m olan 3 otaqlı, 30 saylı mənzillə bağlı elektron hərracın keçirilməsinə dair 01/2553 saylı, xx.xx.2019-cu il tarixli bildirişdə göstərilmişdir ki, hərracın təşiklatçısı Respublikası Xammal və X4 Mərkəzi Cavabdeh2 məlumat üçün bildirilir ki, kreditin təminatı qismində ipoteka predimetinə tələbin yönəldilməsinə dair Nərimanov Rayonu İcra və Probasiya Şöbəsinin 10309/359177/17-15-12 saylı, xx.xx.2019-cu il tarixlı sifariş məktubu və Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 7596/2017 saylı, xx.xx.2017-ci il tarixli İcra vərəqi iizrə ipoteka qoyulan Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsində yerləşən 63 saylı evin 30 saylı mənzilinə tutma yönəldilsin və hərracda satılsın. Hərracın keçirilməsi ilə bağlı elanlar“Birja yenilikləri” qəzetində dərc olunur. Eyni zamanda bildirilir ki, hərracın keçirilməsini canlı yayında www.birjanews.az saytında “izləyə bilərsiniz”. Həmçinin icra vərəqəsində nömrələri qeyd olunan tərəflər sms vasitəsilə də məlumatlandırılırlar. Hərracın keçirilmə tarixi xx xxxxxxx 2019-cu il saat 11:15-dən 11:25- dəkdir. Hərracın forması elektron. Hərracın keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Xammal və X4 Mərkəzi “xxxx” MMC tərəfindən iddiaçıya göndərilmiş 01/2553 saylı, xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, qeyd olunan hərrac elektron keçirilməli idi. Lakin, hərrac təşkilatının hərracın yekunları barədə 48/01 saylı protokolundan görünür ki, qeyd olunan hərrac elektron qaydada keçirilməmişdir. Eyni zamanda hərracın keçirilməsi ilə bağlı iddiaçıya daxil olan bildirşdə hərracın keçirilmə vaxtı xx xxxxxxx 2019-cu il tarixə saat 11:15-dən 11:25-dək nəzərdə tutulmuşdur. Hərracın keçirilməsi vaxtına diqqət edəndə görünür ki, həmin hərrac 10 dəqiqə müddətinə yekunlaşmalı idi. Lakin, iddiaçıya daxil olan bildirişdən fərqli olaraq, hərrac təşkilatçısının hərracın yekunları barədə 48/01 nömrəli protokolunda hərracın keçirilmə tarixi və vaxtı xx xxxxxxx 2019-cu il tarixdə saat 11:15-də deyil, həmin tarixdə saat 11:00-da baş tutmuşdur kimi göstərilmişdir. Burdan belə nəticə çıxır ki, qeyd olunan hərracın keçirilməsi saat 11:00da başlamışdırsa saat 11:10-da da bitmişdir. Yəni, hərrac təşkilatçıları hər vəclə çalışmışlar ki, iddiaçının həmin hərracda iştirak hüquqlarını pozsunlar. Məhkəmə iclasında Cavabdeh3 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh4 nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında iddiaçı və digər cavabdehlərə lazımi qaydada xəbərdar edilmiş, iddiaçı məhkəmə kollegiysına ərizələrlə müraciət edərək atasının vəfat etməsi səbəbindən məhkəmə iclasına gələ bilməyəcəyini bildirmiş, digər cavabdehlərin nümayəndələri isə səbəbini göstərmədən məhkəmə iclasında iştirak etmirlər. Apellyasiya instansiyası məhkəməsi, işə gəlməyən şəxslərin iştirakı olmadın baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(005)-4885/2016 saylı qətnaməsi ilə ilk iddia rədd, qarşılıqlı iddia təmin edilərək, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi 6 nömrəli evin, 30 nömrəli mənzili açıq hərracda satılması, həmin mənzilin satışından əldə edilən vəsait tərəflərin paylarına uyğun, yəni ½ hissəsi Cavabdeh4, ½ hissəsi İddiaçı verilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(1013)-7596/2017 saylı qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(005)- 4885/2016 saylı qətnaməsi qismən ləğv edilərək, ilk iddia qismən təmin olunmuş, Cavabdeh4 övladları ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi 6 nömrəli evin, 30 nömrəli mənzilinə köçürülməsi qərara alınmışdır. İş materiallarında olan Hərrac Təşkilatının № 48/01 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli hərracın yekunları barədə protokolun surətindən görünür ki, Cavabdeh4 və İddiaçı birgə mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi 6 nömrəli evin, 30 nömrəli mənzili Bakı Apelyasiya Məhkəməsinin 2(103)-7596/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra vərəqəsinin, Nərimanov rayon icra şöbəsinin 10309-359177/17- 15-12 nömrəli, xx.xx.2019-cu il tarixli sifariş məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakın hərrac qiyməti 80 000 manat qiymətlə Cavabdeh3 qalib alıcı olması bildirmişdir. İş materiallarında olan xxxx MMC-nin xx.xx.2018-ci il tarixli hesabatının təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh4 və İddiaçı birgə mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi 6 nömrəli evin, 30 nömrəli mənzilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti – 80 000 manat təşkil edir. İş materiallarında olan “xxxx” MMC tərəfindən Nərimanov rayon icra və probasiya şöbəsinə, İddiaçı, Cavabdeh4 ünvanlanmış elektron hərracın keçirilməsinə dair Nərimanov rayon icra və probasiya şöbəsinin 10309/359177/17-15-12 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsinin və Bakı Apelyasiya Məhkəməsinin 2(103)-7596/17 saylı xx.xx.2019-cu il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi 6 nömrəli evin, 30 nömrəli mənzili 80 000 manat olmaqla mövcud qanunvericiliyə əsaəsn xx.xx.2019-cu il tarxidə “Birja yenilikləri” qəzetində elanı çıxmış və xx.xx.2019-cu il tarixə saat 11:15-dən 11:25-dək elektron formada www.birjanews.az saytında hərrac təyin olunmuşdur. İş materiallarında olan 06-xx xxxxxxxx 2019-cu il tarixli “Birja Yenilikləri” qəzetinin təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi 6 nömrəli evin, 30 nömrəli mənzili ilə bağlı hərracın keçirilməsi qaydası və tarixi barədə elan verilmişdirCavabdeh4 və İddiaçı birgə mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi 6 nömrəli evin, 30 nömrəli mənzili Bakı Apelyasiya Məhkəməsinin 2(103)-7596/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra vərəqəsinin, Nərimanov rayon icra şöbəsinin 10309-359177/17-15-12 nömrəli, xx.xx.2019cu il tarixli sifariş məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. Hərracın Yekunları barədə protokola əsasən, əmlakın ilkin hərrac qiyməti 80000 manat olmuş və həmin qiymətlə qalib alıcı Cavabdeh3 satılmışdır. Məhkəmə kollegiyası birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırki iş üzrə cavabdeh olan hərrac təşkilatı qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil etmiş və bununla əlaqədar elektron hərracın keçirilməsi barədə iddiaçının qeydiyyatda olduğu ünvana bildiriş göndərmiş və qəzetlərdə elanlar vermiş, nəticədə ipoteka predmeti olan daşınmaz əmlak hərracda satılmış və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh3 hərracda qalibi alıcı olmuş, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi 6 nömrəli evin, 30 nömrəli mənzil “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Qanunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə tələbkara təklif edilmişdir. Mülki Məcəllənin 319.5-ci maddəsinə əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac təkrarən keçirilməsinə istinad edilərək birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur; Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra-hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir; Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir; Həmin Qanunun 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər; Həmin Qanunun 46.1-ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair xx xxxxxxx 2014-cü il tarixli Qərarında qeyd olunur ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılması üçün əsas ola bilməz. Belə ki, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtləri, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmuşdur. Əvvəla ona görə ki, birinci hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada iddiaçının ünvanına bildiriş göndərilmiş, lakin iddiaçı hərracda iştirak etməmişdir. Bu işin mübahisəsiz halıdır. Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında da vurğulanmışdır ki, ...bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Bundan başqa iddiaçı apellyasiya şikayətində Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi 6 nömrəli evin, 30 nömrəli mənzilin hərracda satış qiymətini mübahisələndirsə də bununla bağlı hər hansı bir sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Lakin iş materiallarında olan xx.xx.2020-ci il tarixli “xxxx” MMC-nin əmlakın qiymətləndirilməsinə dair hesabatdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi 6 nömrəli evin, 30 nömrəli mənzilin xx xxxxxx 2020-ci il tarixinə yekun bazar dəyəri 80000 manat təşkil edir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə, ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-379/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4521/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4521/2020
08.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver