Məhkəmə qərarları › İş №2(103)-4525/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4525/2022

01.07.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4525/2022 01.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı MMC-nin ilkin iddia üzrə Cavabdeh qarşı müqavilələrin ləğv edilməsi barədə ilkin iddia tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə (MTK) qarşı əmlakın təhvil verilməsi, maddi və mənəvi zərərin ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2371/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İlkin iddia üzrə İddiaçı Mənzil Tikinti Kooperativi ilkin iddia üzrə Cavabdeh qarşı müqavilələrin ləğv edilməsi tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə İddiaçı Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2010-cu il tarixli, M- 14 saylı əvəzli müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə məhkəmə iclasında baxılan dövrdə İddiaçı MMC-nin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2010- cu il tarixli, M-14(2) saylı, ümumi sahəsi 202 kv.m olan mənzilə dair və xx.xx.2010-cu il tarixli, M-14 saylı ümumi sahəsi 453 kv.m olan mənzilə dair əvəzli müqavilələrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə (MTK) qarşı əmlakın təhvil verilməsi, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddianın rədd edilməsi, 15 fevral 2011-ci il tarixli 003/11 və 004/11 nömrəli 2 ədəd müqavilə əsasında İddiaçı Mənzil Tikinti Kooperativi (Məhdud Məsuliyyətli Cəmiyyəti) tərəfindən Bakı şəhəri Nizami küçəsi 96-cı məhəllədə inşa edilmiş hündürmərtəbəli binanın 14-cü mərtəbəsində hər biri 4 otaq olmaqla ümumi sahəsi müvafiq olaraq 453 kv.m və 202 kv.m sahədən ibarət mənzillərin Cavabdeh təhvil verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, maddi və mənəvi zərərə görə 10000 və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 10030 manat məbləğində vəsaitin cavabdehdən tutularaq Cavabdeh ödənilməsi haqqında qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2371/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilmiş, qarşılıqlı iddia isə rədd edilmişdir (hakim: Toğrul Axundov). Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. MPM-in 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən, hakim (məhkəmə) həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, həmin mülki işləri birlikdə baxmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Elnur Həsənovun icraatında Cavabdeh "xxxx" MMC-yə qarşı "müqavilələrdən əmələ gələn öhdəliklərin icra edilməsi" tələbinə dair 2(103)-4149/2022 saylı saylı mülki iş vardır. Belə olan halda, hazırkı mülki iş MPM-in 43.1-ci maddəsinin təsiri altına düşür. Qeyd olunanalara əsasən, kollegiya hesab edir ki, hazırkı mülki iş əlaqəli olan və ilkin icraata qəbul edilmiş (12 may 2022-ci il) “Cavabdeh "xxxx" MMC-yə qarşı "müqavilələrdən əmələ gələn öhdəliklərin icra edilməsi" tələbinə dair 2(103)-4149/2022 saylı mülki iş”lə bir icraatda baxılması üçün birləşdirilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1, 43.2, 169, 263-264-cü maddələrini rəhbər tutaraq, qərara aldı: İlkin iddia üzrə İddiaçı MMC-nin ilkin iddia üzrə Cavabdeh qarşı müqavilələrin ləğv edilməsi barədə ilkin iddia tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə (MTK) qarşı əmlakın təhvil verilməsi, maddi və mənəvi zərərin ödənilməsi barədə qarşılıqlı tələbinə dair 2(103)-4525/2022 saylı mülki iş, onunla əlaqəli olan iddiaçı Cavabdeh "xxxx" MMC-yə qarşı "müqavilələrdən əmələ gələn öhdəliklərin icra edilməsi" tələbinə dair 2(103)-4149/2022 saylı mülki işlə bir icraatda baxılması üçün birləşdirilsin. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar