Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4532/2023 10.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iş üzrə (Açar sözlər: aliment tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1660/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2018-ci il tarixli, AZ-İİ seriyalı 295909 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X7 xx.xx.2018-ci il tarixdə 2467 saylı akt qeydi tərtib olunmaqla rəsmi nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada Ağayeva soyadı verilmişdir.
2. Tərəflərin birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü X8 doğulmuşdur.
3. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi 2(010)-715/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə 2 saylı Bakı Asan Xidmət X3 bağlanmış 2467 nömrəli nikahın pozulması və birgə nikahdan olan xx.xx.2019-cu il təvəllüdlü X5 anası - İddiaçı himayəsində saxlanılması qət edilmişdir.
4. 16.02.2023-cü il tarixli, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15 mart 2019-cu il təvəllüdlü X2 üçün o, yetkinlik yaşına çatana qədər hər ay 220 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Daha sonra iddiaçı iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh 15 mart 2019-cu il təvəllüdlü X2 üçün o, yetkinlik yaşına çatana qədər hər ay 220 manat sabit pul məbləğində alimentin mediasiya şurasına müraciət edildiyi vaxtdan iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2018-ci il tarixdə 2 saylı Bakı Asan Xidmət X3 nikah bağlamışlar. Birgə nikahdan 15 mart 2019-cu il təvəllüdlü X8 anadan olmuşdur. Uzun müddətdir ki, azyaşlı övladı Səidə Ağayeva ilə birlikdə atası Rafiq Cavadova məxsus ünvan 1 ünvanda yaşayırlar. Cavabdeh azyaşlı övladının ehtiyaclarının qarşılanmasına heç bir maddi və mənəvi köməklik etmir.
8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1660/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, 15 mart 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması, aliment xx.xx.2022-ci il tarixdən hesablanması, ödənilməmiş dövlət rüsumu olaraq 46,4 (qırx altı manat qırx qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq dövlət gəlirlərinə alınması, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə işin hallarını və uşağın mənafeyini nəzərə alaraq, hesab etmişdir ki, 15 mart 2019- cu il təvəllüdlü X1 üçün Cavabdeh xx.xx.2022-ci il tarixdən 220 manat, sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması ədalətli və əsaslıdır. Alimentin tutulma vaxtına münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəf alimentin 02 iyun 2022-ci il tarixdən tutulmalı olduğunu cavabdehlə ilə arasında olan mediasiya prosesi ilə əsaslandırmışdır; halbuki iddiaçı alimentlə bağlı məhkəmə prosesindən əvvəl mediasiya prosesində Cavabdeh aliment ödəməyi təklif etmiş, ondan aliment tələb etmişdir. İddiaçı tərəf Ailə Məcəlləsinin 100.3-cü maddəsinin tələbi baxımından aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü sübut etmişdir. Məhkəmə iclasında tərəflərin ailə münasibətlərinə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi 2(010)-715/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xitam verildiyi müəyyən olunmuşdur. Bu baxımdan, məhkəmə hesab edir ki, uşaqların saxlanılması üçün aliment məbləğinin tərəflərin ailə münasibətlərinin faktiki kəsildiyi və mediasiya prosesində Cavabdeh tələb etdiyi 02 iyun 2022-ci i tarixdən tutulması daha ədalətli və ağlabatandır.
10. Məhkəmə gəldiyi nəticəni Ailə Məcəlləsinin 22.2.2, 75.1, 75.4, 78.1, 100.2, 100.3, maddələrini, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarını və Mülki Prosessual Məcəllənin 14, 77, 216-220, 234-ci maddələrini istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin2(005)-1660/20232 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edərək iddia tələbinin qismən təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə cavabdehin Konstitusion hüquqlarının pozulmasına baxmayaraq əsl həqiqətin müəyyən edilməsinə nail olmadan iddiaçının irəli sürdüyü aliment tələbinin tam səkildə təmin edilməsi barədə qeyri-obyektiv qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamənin əsaslandırıcı hissəsində yalnız iddiaçı tərərfin izahatını əsas götürmüş, həqiqətə nail olunması və iş üzrə obyektiv nəticəyə gəlinməsi üçün cavabdeh tərəfin izahatının alınmasını təmin etməmişdir. Belə olan halda məhkəmənin idianını tam təmin olunması barədə qətnamə çıxarması qanunvericilikdə nəzərdə tutulmuş maddi hüquq normasının pozulması kimi qimyətləndirilməlidir. Birinci instansiya məhkəməsi qətnamədə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinin tələbi baxımından mediyasiya prosesi zamanı iddiaçının cavabdehə aliment ödəmək barədə təklif etdiyini qeyd etsə də, bunu yalnız iddiaçı tərəfin izahatına əsaslanaraq faktiki hal kimi qəbul etmiş və bu halın digər sübutlarla təsdiq olub olmamasını araşdırmamışdır. Halbuki Cavabdeh iddiaçı ilə ayrı yaşadığı vaxtdan bu günədək mütəmadi olaraq uşağın saxlanması ilə bağlı ona maddi yardım göstərmiş və bu fakt cavabdeh tərəfindən təqdim olunacaq bank sənədlərində də öz əksini tapır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
14. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, rayon məhkəməsində iştirakı təmin edilməyib. Nikahın pozulması barədə qətnamə apellyasiya məhkəməsində qərardad ilə ləğv edilmişdir. İddiaçının hamilə olması əsasında boşanma olması və saxta sənədlərlə bağlı qətnamə ləğv edilmişdir. Qarşı tərəf cavabdehin ailəsini müxtəlif yerlərə şikayət etmişdir. 943 manat karta ödəniş edilmişdir. Qarşı tərəfin anasının kartına ödənişlər edilmişdir. xx.xx.2023-cü ildə 100 manat,ayın 17-də 20 manat, 21 dekabr 2022-ci ildə 30 manat, xx.xx.2021-ci ildə 100 manat, xx.xx.2023-cü ildə 100 manat, 10 martda 140 manat ödənişlər edilmişdir.
15. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, 2021-ci ilin may ayında qarşı tərəf onu boşamışdır. Onlar eyni evdə qalırdılar. Dekabr ayına kimi orada yaşayıb. Hamilə olan zaman imzasını, şəxsiyyət vəsiqəsini və imzanı saxtalaşdıraraq ərizə yazmışdır. Həmin ərizəni də məhkəməyə təqdim etmişdir. Bunun əsasında da boşanma həyata keçirilmişdir. Həmin saxtalaşdırma ilə bağlı araşdırma aparılır, cinayət işi açılır. Onlar qeydiyyatda olmayanda qarşı tərəf Mənzil kommunal istismar sahəsindən 140 saylı arayış almışdır. Qarşı tərəfdən aliment tutulmur. Uşağın ad günündə belə gəlmədi. 200 manata uşağa tort alıb və 67 manata üst geyim alıb. Cavabdeh onu boşayandan sonra bir neçə ay sonra xəbər tutub və anasının evinə gedib. Hətta, icrada da deyib ki, uşaq onluq deyil. Cavabdeh ona gah deyirdi ki, maşın rəsmiləşdirmə edib, gah da anasının mebellerə ehtiyacı var və s. İddiaçı cavabdehdən pul istəməyib. Lakin, görüb ki, o özündə məsuliyyət hesab etmir. 220 manat böyük pul deyil. O xəstə olub və işdən çıxıb. Hazırda işsizdir. Mediasiyaya müraciət edilən vaxtdan bu günə kimi aliment tutulmasını xahiş edir. Hətta, icraçı cavabdehin borcunun çox olması səbəbinə görə inzibati həbs vermək istəyən zaman o etiraz edib. Cavabdeh ondan xahiş edib ki, ödənişi edəcək. İddiaçı da ona vaxt verib. 2021-ci ilin mayından boşanma olub və o hamilə ola-ola bu proseslər baş verib. Onun kartına ödəniş edilməyib, kart Cavadova Fəridənin olub. Ödənişin edilməsi də cavabdehin anasına 30 min borc olmasına görədir. Ev almaq istəyirdi ona görə ona pul verilib. Evi aldı və satdı. Anasına deyib ki, şikayət etməsin, borcu hissə-hissə ödəyəcək. Onun kartları var. Mediasiyaya müraciət zamanı ona deyirdi ki, ödəniş edəcək, o da cavabdehə vaxt verirdi. Bir müddət sonra da o da işə gedib və cavabdehin puluna ehtiyacı yoxdur ki, tez-tez ona müraciət etsin.Yanvar ayından ödəniş edilməsinə razı deyil. Borcla bağlı qətnamə yoxdur, amma səs yazısı var.
Tətbiq edilən hüquq normaları:
16. Azərbaycan Respublikası Konstitutsiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
17. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin Məcəllənin 75.1 və 75.4-cü maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 18.. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur.
19. Ailə Məcəlləsinin 100.2-ci maddəsində qeyd edilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 100.3-ü maddəsində qeyd edilir ki, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər.
20. Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin qismən ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını mübahisələndirililən hissədə yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
26. İşin araşdırılan halları ilə müəyyən edilir ki, tərəflər rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar və Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi 2(010)-715/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə aralarında olan nikah pozulmuş, xx.xx.2019-cu il təvəllüdlü X5 anası - İddiaçı himayəsinə verilmişdir.
27. İddiaçı məhkəməyə müraciət edərək, X2 üçün o, yetkinlik yaşına çatana qədər hər ay 220 manat sabit pul məbləğində alimentin tutulmasını, alimentin mediasiya şurasına müraciət edildiyi vaxtdan tutulması xahiş etmişdir. 28.Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi tam təmin edilmişdir.
29. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qeyd edir ki, alimentin mediasiya şurasına müraciət edildiyi vaxtdan tutulması əsassızdır, alimentin ödənilməsi ilə bağlı məhkəməyə müraciət edilənə kimi cavabdeh tərəfindən uşağın saxlanılması üçün iddiaçıya köməklik göstərilmişdir. 30.Göründüyü kimi cavabdehin şikayəti alimentin məbləği ilə deyil, onun hesablanma müddəti ilə bağlıdır.
31. Birincin instansiya məhkəməsi cavabdehdən aliment məbləğinin mediasiya şurasına müraciət edildiyi vaxtdan tutulması qənaətinə gələrkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı alimentlə bağlı məhkəmə prosesindən əvvəl mediasiya prosesində Cavabdeh aliment ödəməyi təklif etmiş, ondan aliment tələb etmişdir. İddiaçı tərəf Ailə Məcəlləsinin 100.3-cü maddəsinin tələbi baxımından aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü sübut etmişdir.
32. Cavabdeh iddiaçı tərəfindən məhkəməyə müraciət edilməmişdən əvvəl uşağın saxlanılması ilə bağlı iddiaçıya maddi köməklik göstərildiyi qeyd etsə bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir.
33. İşdə olan qəbzdən müəyyən olunur ki, iddiaçı mediasiya şurasına xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. (iş.v 34)
34. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
35. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
36. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 37.Məhkəmə kollegiyası o cümlədən qeyd edir ki, hazırki iş üzrə iddianın qiyməti beş min manatdan az olduğundan (220*12=2640) qətnamədən kassasiya şikayəti verilə bilməz.
38. MPM-in 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur.
39. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1660/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev