Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4539/2022 14.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(007)-2055/2021 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh1, 3-cü şəxslər “Riyad-Renta”şirkətinin və "xxxx"MMC-nin təsisçisi X5 qarşı “Xəzər-M” firmasında payın alqı-satq müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2055/2021 saylı 26 noyabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X2, 3-cü şəxslər “Riyad-Renta” şirkətinin və "xxxx" MMC-nin təsisçisi X6 qarşı “Xəzər-M” firmasında payın alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası təmin olunmamışdır. 3-cü şəxs “Riyad-Renta” şirkətinin və "xxxx" MMC-nin təsisçisi X8 tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilmiş, Bаkı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2055/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadla Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2055/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsindən 3-cü şəxs “Riyad-Renta”şirkətinin və "xxxx" MMC-nin təsisçisi X8 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan 3-cü şəxs “Riyad-Renta” şirkətinin və "xxxx" MMC-nin təsisçisi X8 tərəfindən şikayət verilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2055/2021 saylı 01 aprel 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Bаkı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2055/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardad ləğv olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2055/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsindən 3-cü şəxs “Riyad-Renta” şirkətinin və "xxxx" MMC-nin təsisçisi X3 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh1 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(007)-2055/2021 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2055/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə E-məhkəmə informasiya sistemində olan elektron kabinetdə xx.xx.2021-ci il tarixdə yerləşdirilmişdir. İddiaçının və 3-cü şəxsin nümayəndəsi və vəkili birinci instansiya məhkəməsində keçirilən məhkəmə iclasında tərəf olaraq iştirak etmiş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişdir. Hazırda da iddiaçının və 3-cü şəxsin vəkili olaraq apellyasiya şikayətini imzalayan şəxs kimi göstərilmişdir. Apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin qanunla müəyyənləşdirilmiş 1 ay müddət ötürüldüyündən və müddətin bərpasına dair vəsatət verilmədiyindən həmin şikayətin geri qaytarılmasına dair qərardadın dəyişdirilmədən saxlanması əvəzinə, məhkəmə qanunsuz və əsassız qərardad qəbul etmişdir. Ona görə də həmin qərardad ləğv edilməlidir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası işin materiallarını və şikayətin dəlillərini araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(007)-2055/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2055/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsi poçt vasitəsi ilə xx.xx.2022-ci il tarixdə 3-cü şəxs “Riyad-Renta”şirkətinin və "xxxx"MMC-nin təsisçisi X6 çatdırılmışdır. 3-cü şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar vəkillə müqavilə bağlanmış və xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti verilmişdir. Kollegiya eləcə də şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, “AZEMİS” elektron məhkəmə informasiya sistemindən görünür ki, 3-cü şəxs X3 elektron kabineti yoxdur. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, 3-cü şəxs “Riyad-Renta” şirkətinin və "xxxx" MMC-nin təsisçisi X8 tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2055/2021 saylı 26 noyabr 2021-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ərzində verilmişdir. «Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında göstərilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiə hüququ və bu hüquqla əhatə olunan məhkəməyə müraciət hüququ beynəlxalq-hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Konstitusiya Məhkəməsi Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin şikayəti üzrə 23 aprel 2004-cü il tarixli X7 Hüquqları Məhkəməsinin «Delkurun Belçikaya qarşı işi üzrə» qərarına istinadla qeyd etmişdir ki, «ədalətli məhkəmə araşdırması özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir.» Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadını qanuni və əsaslı sayaraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(007)-2055/2021 saylı qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(007)-2055/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-4539/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4539/2022
14.06.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver