Məhkəmə qərarları › İş №2(103)-454/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-454/2022

11.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-454/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçı, onun nümayəndələri Vəkil, X3, Cavabdeh1, onun nümayəndələri X10, X5 və X6 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli 2(004)-2997/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin qanunsuz sahibliyində və istifadəsində olan cehiz əmlakının, qızıl zinət əşyalarının və ya onların pul ilə bazar dəyərinin cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı Cavabdeh1 ilə 23 avqust 2019-cu ildə faktiki nikah münasibətlərinə daxil olmuş, birgə nikahdan bir övladları doğulmuşdur. Cavabdehlə ailə həyatı qurduğu zaman ona qızıl zinət və cehiz əşyaları hədiyyə olunmuşdur. Cehiz əşyaları cavabdehlə birgə yaşadıqları ünvan 1 ünvanında yerləşən mənzilə yığılmışdır. Ona hədiyyə edilmiş qızıl zinət əşyaları cavabdehlər tərəfindən onun əlindən alınmış, cehiz əşyaları isə cavabdehin qanunsuz istifadəsindədir. Ona cavabdeh tərəfindən hədiyyə verilən qızıl zinət əşyaları aşağıdakılardan ibarətdir: dəyəri 2340 manat olan 1 ədəd 750 əyarlı 19,5 qram çəkidə “yolka” sep zəncir, dəyəri 330 manat olan 1 ədəd 585 əyarlı 4,2 qram çəkidə qolbağ, dəyəri 120 manat olan 1 ədəd 583 əyarlı 1,5 qram çəkidə halqa üzük, dəyəri 290 manat olan 1 cüt 583 əyarlı 3,6 qram çəkidə sfetofor formalı sırğa, dəyəri 3750 manat olan 1 ədəd 585 əyarlı 25 qram çəkidə brilyant qaşlı kolye dəsti, dəyəri 330 manat olan 1 ədəd 585 əyarlı 4,2 qram çəkidə üzük, dəyəri 300 manat olan 1 ədəd 585 əyarlı 3,7 qram çəkidə sep kulon, dəyəri 220 manat olan 1 ədəd 585 əyarlı 2,7 qram çəkidə sep kulon, dəyəri 800 manat olan 1 ədəd 585 əyarlı 4 qram çəkidə brilyant qaşlı tək qaş üzük. Cehizlər aşağıdakı əşyalardan ibarətdir: 1500 manat dəyərində qonaq dəsti mebeli, 1100 manat dəyərində yataq dəsti mebeli, 700 manat dəyərində divan, 500 manat dəyərində qonaq otağı üçün çilçıraq, 60 manat dəyərində yataq otağı üçün çilçıraq, 350, 280, 190 manat dəyərində 3 ədəd xalça, 110 manat dəyərində 3 ədəd dəhliz xalçası, 500 manat dəyərində qonaq otağı pərdəsi, 350 manat dəyərində yataq otağı pərdəsi, 200 manat dəyərində mətbəx stolu və 4 ədəd stul, 1700 manat dəyərində 150 ekranlı “Samsung” markalı televizor, 260 manat dəyərində “Bosch” markalı tozsoran, 1000 manat dəyərində “Bosch” markalı qabyuyan, 1100 manat dəyərində “Bosch” markalı paltaryuyan, 900 manat dəyərində “İndesit” markalı soyuducu, 160 manat dəyərində “Bosch” markalı ütü, 150 manat dəyərində elektrik qazanı, 90 manat dəyərində elektrik çaydan, 30 manat dəyərində toster, 130 manat dəyərində elektrik soba, 80 manat dəyərində divar portreti, 120 manat dəyərində açılıb-bağlanan juma, 350 manat dəyərində “Versage” (serviz) boşqab dəsti hər birində 18 ədəd, 80 manat dəyərində 12 ədəd büllur stəkan, 120 manat dəyərində 12 ədəd büllur bakal, 160 manat dəyərində 2 ədəd dolça dəsti, 150 manat dəyərində 12 ədəd Çexiya istehsalı olan büllur qab (Bohemia), 130 manat dəyərində 2 ədəd gümüş çərəz qabı, 120 manat dəyərində 8 gözlü konfet qabı, 350 manat dəyərində 2 ədəd meduza formalı güldan və 1 ədəd meyvə qabı, 400 manat dəyərində 6 ədəd büllur meyvə vazaları, 100 manat dəyərində hər dəstdə 24 ədəd qaşıq dəsti, 80 manat dəyərində 12 ədəd büllur qədəh, 60 manat dəyərində 2 ədəd büllur kül qabı, 180 manat dəyərində 2 ədəd qranit qazan dəsti, 350 manat dəyərində “Karaca” markalı qazan dəsti, 2 ədəd 120 manat və 60 manat dəyərində aş qazanı, 160 manat dəyərində 2 ədəd paslanmaz poladdan qazan dəsti, 20 manat dəyərində 5 ədəd mətbəx ləyəni, 25 manat və 30 manat dəyərində 12 ədəd fincan dəsti, 18 manat dəyərində mətbəx üçün qab yığılan, 35 manat dəyərində ayaqqabı qoyulan, 17 manat dəyərində döşəmə yumaq üçün vedrə, 1000 manat dəyərində 10 ədəd yataq dəsti, 450 manat dəyərində 5 ədəd yun ədyal, 150 manat dəyərində yataq örtüyü, 40 manat dəyərində yay fəsli üçün yataq dəsti, 140 manat dəyərində 3 ədəd büllur güldan, 120 manat dəyərində şirəçəkən, 30 manat dəyərində blender, 50 manat dəyərində ütü altlığı, 120 manat dəyərində 30 ədəd çay dəsmalı, 500 manat dəyərində 25 ədəd hamam dəsmalı, 420 manat dəyərində 30 cüt əl dəsmalı, 500 manat dəyərində 6 ədəd süfrə. Geyim əşyaları aşağıdakılardır: qara rəngli şuba, 4 ədəd dəri gödəkcə, 3 ədəd palto, 5 ədəd uzunboğaz çəkmə, 10 ədəd yay ayaqqabısı, 5 ədəd idman ayaqqabısı, 10 ədəd şalvar, 10 ədəd yay köynəyi, 12 ədəd yay köynəyi, 4 ədəd don, 14 ədəd gündəlik don, 2 ədəd jilet və 5 ədəd çanta. Cavabdehlər iddia ərizəsinə yazılı etiraz edərək bildirmişlər ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçı cavabdehlərin anasına məxsus 100000 manat dəyərində qızıl zinət əşyalarını yaşadıqları evdən oğurlamış, qızıl zinət əşyalarını qaytarmaq əvəzinə, cavabdehləri incitmək məqsədilə hazırkı iddianı qaldırmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli 2(004)-2997/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən ona istinad etmişdir ki, iddiaçı tələb etdiyi qızıl zinət və cehiz əşyalarının cavabdehlərdə olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki iddiaçı tərəfindən cehiz əmlakına daxil olan məişət əşyalarının alınması ilə bağlı məhkəməyə beşdən artıq müqavilə təqdim edilmiş, bundan əlavə məhkəmə iclası zamanı dindirilmiş şahid X7 həqiqətən iddiaçının atası Əli Dünyamalıyev tərəfindən “Ər Riyad” ticarət mərkəzində yerləşən “Zirvə” mebel mağazasından mebel sifariş edildiyini və həmin mebellərin cavabdehlərin yaşadığı ünvana aparıldığını bildirmişdir. Məhkəmə kollegiyasının iclaslarında İddiaçı və onun nümayəndələri apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Cavabdeh1 və onun nümayəndələri isə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. İştirak etdiyi məhkəmə kollegiyasının iclasında Cavabdeh2 da şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli 2(004)-2997/2021 saylı qətnaməsi ləğv edilməli, iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Mülki işin materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh1 2019-cu ilin avqust ayında faktiki nikah münasibətlərinə daxil olmuş, 2020-ci ilin may ayına qədər ünvan 2 ünvanında yerləşən müvəqqəti kirayəyə götürülmüş mənzildə birgə yaşamışlar. Cavabdeh2, onun anası Nahidə Abbasova və bacısı Səhər Mahmudova şikayət ərizəsi ilə Bakı şəhəri Yasamal rayon polis şöbəsinə müraciət edərək 20 aprel 2020-ci il tarixdə Mingəçevir şəhərində olduqları vaxt İddiaçı onların evdə olmamasından istifadə edərək onlara məxsus 100000 manat dəyərində qızıl zinət əşyalarını oğurladığını bildirmiş, şikayət ərizəsi ilə bağlı araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmişdir. Faktiki nikah münasibətləri pozulduqdan sonra İddiaçı yaşadıqları mənzili tərk edərək valideynlərinin yaşadığı evə getmişdir. İddiaçı məhkəməyə verdiyi izahatında iddia ərizəsində qeyd etdiyi qızıl zinət və cehiz əşyalarının ona hədiyyə olunduğunu, həmin əşyaların və özünə məxsus olan iddia ərizəsində qeyd etdiyi paltarların cavabdehlərdə qaldığını, cavabdehlərin həmin əşyaları qaytarmaqdan imtina etdiklərini, internet saytlarında yerləşdirilmiş elanlardan ona məxsus həmin əşyaların bir qisminin cavabdehlər tərəfindən satışa çıxarılmasının ona məlum olduğunu göstərmişdir. Cavabdeh1la ərarvad münasibətlərinin pozulmasının səbəbi sonuncunun pis vərdişlərə aludə olmasıdır. Aralarında mübahisə yaranandan sonra evi tərk etməyə məcbur olduğuna görə özünə məxsus olan əşyaları mənzildən götürə bilməmişdir. Cavabdeh2 həm birinci instansiya məhkəməsində, həm də iştirak etdiyi məhkəmə kollegiyasının iclasında iddiaçının qeyd etdiyi qızıl zinət və cehiz əşyalarının həqiqətən mövcud olduğunu, lakin həmin əşyaların mərhum atası Hafiz Abbasov tərəfindən alındığını, atası vəfat etdiyinə görə əşyaların atası tərəfindən nə vaxt, haradan və hansı qiymətə alınması barədə heç bir sübutlarının olmadığını, Cavabdeh1la İddiaçı ər-arvad kimi birgə yaşadıqları Bakı şəhəri Yasamal rayonunda ASAN Xidmət Mərkəzinin inzibati binası ilə üzbəüz yerləşən binada mənzil qonşudan kirayəyə götürüldüyünə və nikah münasibətləri pozulduqdan sonra mənzil qaytarılmalı olduğuna görə mənzili boşaltmaq məqsədilə həmin əşyaların bir qismini satdıqlarını göstərmişdir. Cavabdeh1 məhkəmə kollegiyasının iclasında iddia ərizəsində göstərilən əşyaların hamısının mərhum atası Hafiz Abbasov tərəfindən alındığını, iddiaçının valideynləri və qohumları tərəfindən heç bir cehiz və qızıl zinət əşyaları verilmədiyini, faktiki nikah münasibətləri pozulduqdan sonra iddiaçının ona hədiyyə olunmuş qızıl zinət əşyaları ilə yanaşı, anasına məxsus olan qızıl zinət əşyalarını da evdən oğurlayıb apardığını, polis orqanlarında ibtidai araşdırma zamanı İddiaçı evdən oğurluq etməsini etiraf etsə də, cinayət işi başlanmasının əsassız olaraq rədd edildiyini, iddia ərizəsində tələb olunan qızıl zinət əşyalarının və paltarların iddiaçı tərəfindən aparıldığını, qalan əşyaların isə özləri tərəfindən satıldığını göstərmişdir. Cavabdeh1 izahatında həmçinin göstərmişdir ki, iddia ərizəsində qeyd olunan məişət əşyalarından 3 ədəd dəhliz xalçası, “Bosch” markalı qabyuyan və toster ümumiyyətlə mövcud olmamışdır. Apellyasiya icraatı zamanı iddiaçı tərəfin təşəbbüsü əsasında şahid qismində dindirilmiş X1 və X8 ifadələrində iddia ərizəsində qeyd olunan cehiz və qızıl zinət əşyalarının həqiqətən iddiaçıya hədiyyə olunduğunu, cehiz əşyalarının İddiaçı gəlin köçdüyü mənzilə yerləşdirilməsində iştirak etdiklərini göstərmişlər. X2 isə iddia ərizəsində Türkiyədən mal gətirib satmaqla məşğul olduğunu, iddiaçının anası tərəfindən qızı Səidə üçün ondan bəzi cehiz əşyaları (çaydan, çaynik, servislər, yataq örtükləri, büllur qablar və s.) alındığını bildirmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən şahid qismində dindirilmiş X7 ifadəsində iddiaçının atası Əli Dünyamalıyev tərəfindən “Ər Riyad” ticarət mərkəzində yerləşən, fəhlə işlədiyi “Zirvə” mebel mağazasından cehizlik mebel sifariş edildiyini və həmin mebellərin cavabdehlərin yaşadığı, Bakı şəhəri Yasamal rayonunda ASAN Xidmət Mərkəzinin inzibati binası ilə üzbəüz yerləşən binadakı ünvana aparıldığını və yerləşdirildiyini göstərmişdir. Apellyasiya icraatı zamanı "xxxx" MMC tərəfindən verilmiş 24 fevral 2022-ci il tarixli “Qızıl zinət və cehiz əşyalarının qiymətləndirilməsi barədə hesabat”dan görünür ki, 1 ədəd 750 əyarlı 19,5 qram çəkidə “yolka” sep zəncirin dəyəri 1750 manat, 1 ədəd 585 əyarlı 4,2 qram çəkidə qolbağın dəyəri 350 manat, 1 ədəd 583 əyarlı 1,5 qram çəkidə halqa üzüyün dəyəri 120 manat, 1 cüt 583 əyarlı 3,6 qram çəkidə sfetofor formalı sırğanın dəyəri 300 manat, 1 ədəd 585 əyarlı 25 qram çəkidə brilyant qaşlı kolye dəstinin dəyəri 3000 manat, 1 ədəd 585 əyarlı 4,2 qram çəkidə üzüyün dəyəri 350 manat, 1 ədəd 585 əyarlı 3,7 qram çəkidə sep kulonun dəyəri 300 manat, 1 ədəd 585 əyarlı 2,7 qram çəkidə sep kulonun dəyəri 220 manat, 1 ədəd 585 əyarlı 4 qram çəkidə brilyant qaşlı tək qaş üzüyün dəyəri 500 manat, qonaq dəsti mebelinin dəyəri 2000 manat, yataq dəsti mebelinin dəyəri 1600 manat, divanın dəyəri 500 manat, qonaq otağı üçün çilçırağın dəyəri 350 manat, yataq otağı üçün çilçırağın dəyəri 100 manat, 3 ədəd xalçanın hər birinin dəyəri 300 manat, 3 ədəd dəhliz xalçasının hər birinin dəyəri 100 manat, qonaq otağı pərdəsinin dəyəri 900 manat, yataq otağı pərdəsinin dəyəri 200 manat, mətbəx stolu və 4 ədəd stulun dəyəri 100 manat, 150 ekranlı “Samsung” markalı televizorun dəyəri 900 manat, “Bosch” markalı tozsoranın dəyəri 130 manat, “Bosch” markalı qabyuyanın dəyəri 500 manat, “Bosch” markalı paltaryuyanın dəyəri 600 manat, “İndesit” markalı soyuducunun dəyəri 900 manat, “Bosch” markalı ütünün dəyəri 80 manat, elektrik qazanının dəyəri 30 manat, elektrik çaydanının dəyəri 50 manat, tosterin dəyəri 35 manat, elektrik sobanın dəyəri 150 manat, divar portretinin dəyəri 60 manat, açılıb-bağlanan jumanın dəyəri 120 manat, “Versage” (serviz) boşqab dəsti hər birində 18 ədəd-dəyəri 550 manat, 12 ədəd büllur stəkanın dəyəri 70 manat, 12 ədəd büllur bakalın dəyəri 70 manat, 2 ədəd dolça dəstinin dəyəri 80 manat, 12 ədəd Çexiya istehsalı olan büllur qab (Bohemia)-dəyəri 120 manat, 2 ədəd gümüş çərəz qabın dəyəri 50+70=120 manat, 8 gözlü konfet qabının dəyəri 70 manat, 2 ədəd meduza formalı güldanın dəyəri 45+30=75 manat və 1 ədəd meyvə qabının dəyəri 30 manat, 6 ədəd büllur meyvə vazalarının dəyəri 120 manat, hər dəstdə 24 ədəd qaşıq dəstinin dəyəri 22 manat, 12 ədəd büllur qədəhin dəyəri 50 manat, 2 ədəd büllur kül qabının dəyəri 20 manat, 2 ədəd qranit qazan dəstinin dəyəri 300 manat, “Karaca” markalı qazan dəstinin dəyəri 200 manat, 2 ədəd aş qazanının dəyəri 80 manat, 2 ədəd paslanmaz poladdan qazan dəstinin dəyəri 80 manat, 5 ədəd mətbəx ləyəninin dəyəri 50 manat, 12 ədəd fincan dəstinin dəyəri 35 manat, mətbəx üçün qab yığılanın dəyəri 16 manat, ayaqqabı qoyulanın dəyəri 25 manat, döşəmə yumaq üçün vedrənin dəyəri 10 manat, 10 ədəd yataq dəstinin dəyəri 700 manat, 5 ədəd yun ədyalın dəyəri 150 manat, yataq örtüyünün dəyəri 80 manat, yay fəsli üçün yataq dəstinin dəyəri 60 manat, 3 ədəd büllur güldanın dəyəri 90 manat, şirəçəkənin dəyəri 110 manat, blenderin dəyəri 30 manat, ütü altlığının dəyəri 33 manat, 30 ədəd çay dəsmalının dəyəri 150 manat, 25 ədəd hamam dəsmalının dəyəri 500 manat, 30 cüt əl dəsmalının dəyəri 300 manat, 6 ədəd süfrənin dəyıri 240 manat, qara rəngli şubanın dəyəri 1200 manat, 4 ədəd dəri gödəkcənin dəyəri 400 manat, 3 ədəd paltonun dəyəri 270 manat, 5 ədəd uzunboğaz çəkmənin dəyəri 150 manat, 10 ədəd yay ayaqqabısının dəyəri 200 manat, 5 ədəd idman ayaqqabısının dəyəri 100 manat, 10 ədəd şalvarın dəyəri 250 manat, 10 ədəd yay köynəyinin dəyəri 100 manat, 12 ədəd yay köynəyinin dəyəri 180 manat, 4 ədəd donun dəyəri 140 manat, 14 ədəd gündəlik donun dəyəri 280 manat, 2 ədəd jiletin dəyəri 40 manat və 5 ədəd çantanın dəyəri 150 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçı tərəf “Optimal elektronika” və “Baku elektroniks” mağazasından məişət mallarının nisyə alınması barədə X3 adına verilmiş 26.03.2019cu il, 24.02.2020-ci il, 01 aprel 2019-cu il, 2 mart 2019-cu il tarixli müqavilələri və təhvil-təslim aktlarını məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə araşdırmaları zamanı iddia ərizəsində qeyd olunan əşyaların mövcudluğu sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsində izahatı alınmış Cavabdeh2 iddia ərizəsində qeyd olunan əşyaların olmasını inkar etməmiş, lakin həmin əşyaların mərhum atası Hafiz Abbasov tərəfindən alındığını bildirmişdir. Digər Cavabdeh1 məhkəmə kollegiyasının iclasında verdiyi izahatında 3 ədəd dəhliz xalçası, “Bosch” markalı qabyuyan və toster istisna olmaqla qalan əşyaların mövcud olmasını etiraf etmiş, o da izahatında həmin əşyaların iddiaçının valideynləri tərəfindən yox, mərhum atası tərəfindən alındığını bildirmişdir. İddiaçı tərəfin təşəbbüsü ilə dindirilmiş şahidlər ifadələrində iddia ərizəsində qeyd olunan əşyaların iddiaçıya cehiz əşya kimi verilməsini təsdiq etmişlər. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuş müqavilə və təhvil-təslim aktları da iddia ərizəsində qeyd olunan əşyaların bir qisminin mövcudluğunu təsdiq edir. Cavabdehlər həmin əşyaların mərhum ataları tərəfindən alınmasını bildirsələr də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişlər. İddiaçı tərəf isə həmin əşyaların iddiaçıya hədiyyə olunduğunu və əşyaların iddiaçıya məxsus olduğunu sübuta yetirə bilmişdir. Bununla belə, iddiaçı tərəf iddia ərizəsində qeyd olunan qızıl zinət əşyalarının və geyim əşyalarının cavabdehlərdə olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçı tərəfindən özünə və cavabdehlərin anasına məxsus qızıl zinət əşyalarının gizli götürülməsi barədə hüquq mühafizə orqanlarında araşdırma aparılmışdır. Araşdırma zamanı oğurluq faktının müəyyən edilməməsi qızıl zinət əşyalarının cavabdehlərdə olması barədə birmənalı nəticəyə gəlməyə əsas vermir. Bu qızıl zinət əşyalarının, habelə geyim əşyalarının hal-hazırda cavabdehlərdə qalmasını sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşür, iddiaçı isə bunu sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı qızıl zinət əşyalarının və iddia ərizəsində qeyd etdiyi ona məxsus geyim əşyalarının onda olmadığını və hal-hazırda cavabdehlərdə qaldığını, cavabdehlər isə iddiaçının qızılları və ona məxsus geyim əşyalarını özü ilə apardığını bildirmişdir. Qızıl zinət və geyim əşyaları istisna olmaqla qalan əşyaların İddiaçı ilə Cavabdeh1 birgə yaşadıqları kirayə götürülmüş mənzili tərk edərkən həmin mənzildə qalması və həmin əşyaların iddiaçıya hədiyyə olunması məhkəmə araşdırması sübuta yetirilmişdir. Kollegiya hesab edir ki, bu əşyaların iddiaçıya qaytarılması öhdəliyini cavabdehlərdən yalnız iddiaçının faktiki nikah münasibətlərində olduğu Cavabdeh1 daşıyır, digər Cavabdeh2 qarşı münasibətdə isə bu öhdəlik istisna olunur. Belə ki, məhkəmə araşdırması zamanı bu əşyaların Cavabdeh2 qanunsuz sahibliyində olması, habelə həmin əşyaların məhz Cavabdeh2 tərəfindən satılması sübut olunmamışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadan, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədən iddianı rədd etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası MPM-in 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə əsasən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Nəticə etibarilə, məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli 2(004)-2997/2021 saylı qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli, iddia ərizəsində qeyd olunan qızıl zinət və geyim əşyaları istisna olmaqla qalan əşyalar Cavabdeh1 alınıb İddiaçı verilməli, naturada qaytarılması mümkün olmayan əşyaların isə dəyəri həcmində pul vəsaiti Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Tələb olunan cehiz əşyalarının dəyərinə gəldikdə isə, məhkəmə kollegiyası hesab edir ki, həmin əşyaların dəyərini cavabdehlər mübahisələndirməsələr də, müvafiq sertifikata malik qiymətləndirmə şirkəti olan "xxxx" MMC tərəfindən verilmiş 24 fevral 2022-ci il tarixli “Qızıl zinət və cehiz əşyalarının qiymətləndirilməsi barədə Hesabat” cehiz əşyalarının dəyəri müəyyən olunarkən sübut növü kimi qəbul olunmalı, qaytarılmalı olan cehiz əşyaları naturada mövcud olmadıqda həmin əşyaların dəyəri iddia tələbindən kənara çıxmamaq şərtilə Hesabatda qeyd olunmuş qiymətlər nəzərə alınmaqla müəyyən olunmalıdır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 402-403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli 2(004)-2997/2021 saylı qətnaməsi ləğv edilsin. İddianın qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılsın. 1500 manat dəyərində qonaq dəsti mebeli, 1100 manat dəyərində yataq dəsti mebeli, 500 manat dəyərində divan, 350 manat dəyərində qonaq otağı üçün çilçıraq, 60 manat dəyərində yataq otağı üçün çilçıraq, 350, 280, 190 manat dəyərində 3 ədəd xalça, hər biri 100 manat dəyərində 3 ədəd dəhliz xalçası, 500 manat dəyərində qonaq otağı pərdəsi, 200 manat dəyərində yataq otağı pərdəsi, 100 manat dəyərində mətbəx stolu və 4 ədəd stul, 900 manat dəyərində 150 ekranlı “Samsung” markalı televizor, 130 manat dəyərində “Bosch” markalı tozsoran, 500 manat dəyərində “Bosch” markalı qabyuyan, 600 manat dəyərində “Bosch” markalı paltaryuyan, 900 manat dəyərində “İndesit” markalı soyuducu, 80 manat dəyərində “Bosch” markalı ütü, 30 manat dəyərində elektrik qazanı, 50 manat dəyərində elektrik çaydan, 30 manat dəyərində toster, 130 manat dəyərində elektrik soba, 60 manat dəyərində divar portreti, 120 manat dəyərində açılıbbağlanan juma, 350 manat dəyərində “Versage” (serviz) boşqab dəsti hər birində 18 ədəd, 70 manat dəyərində 12 ədəd büllur stəkan, 70 manat dəyərində 12 ədəd büllur bakal, 80 manat dəyərində 2 ədəd dolça dəsti, 120 manat dəyərində 12 ədəd Çexiya istehsalı olan büllur qab (Bohemia), cəmi 120 manat dəyərində 2 ədəd gümüş çərəz qabı, 70 manat dəyərində 8 gözlü konfet qabı, cəmi 75 manat dəyərində 2 ədəd meduza formalı güldan və 30 manat dəyərində 1 ədəd meyvə qabı, 120 manat dəyərində 6 ədəd büllur meyvə vazaları, 22 manat dəyərində hər dəstdə 24 ədəd qaşıq dəsti, 50 manat dəyərində 12 ədəd büllur qədəh, cəmi 20 manat dəyərində 2 ədəd büllur kül qabı, hər biri 150 manat dəyərində 2 ədəd qranit qazan dəsti, 200 manat dəyərində “Karaca” markalı qazan dəsti, 2 ədəd hər biri 40 manat dəyərində aş qazanı, hər biri 40 manat olan 80 manat dəyərində 2 ədəd paslanmaz poladdan qazan dəsti, cəmi 20 manat dəyərində 5 ədəd mətbəx ləyəni, 35 manat dəyərində 12 ədəd fincan dəsti, 16 manat dəyərində mətbəx üçün qab yığılan, 25 manat dəyərində ayaqqabı qoyulan, 10 manat dəyərində döşəmə yumaq üçün vedrə, cəmi 700 manat dəyərində 10 ədəd yataq dəsti, cəmi 150 manat dəyərində 5 ədəd yun ədyal, 80 manat dəyərində yataq örtüyü, 40 manat dəyərində yay fəsli üçün yataq dəsti, cəmi 90 manat dəyərində 3 ədəd büllur güldan, 120 manat dəyərində şirəçəkən, 30 manat dəyərində blender, 33 manat dəyərində ütü altlığı, cəmi 120 manat dəyərində 30 ədəd çay dəsmalı, cəmi 500 manat dəyərində 25 ədəd hamam dəsmalı, cəmi 300 manat dəyərində 30 cüt əl dəsmalı, cəmi 240 manat dəyərində 6 ədəd süfrə Cavabdeh1 alınıb İddiaçı qaytarılsın. Naturada qaytarılması mümkün olmayan əşyaların dəyəri həcmində pul məbləği Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu Cavabdeh1 alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar