Məhkəmə qərarları › İş №2(103)-4553/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4553/2023

12.09.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4553/2023 12.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) "xxxx" MTK-nın ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh; ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) "xxxx" MTK-ya və cavabdeh X2 qarşı mülki iş üzrə (Açar sözlər: müqavilənin ləğv edilməsi; müqavilənin etibarsız hesab edilməsi, mənzilin boşaldılması və mənzilin təhvil verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X12 qızının sədrliyi və məruzəsi ilə, hakimlər X6 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Məmmədov Kənan Nazim oğlunun, Cavabdeh nümayəndəsi Babayev Maarif Kamil oğlunun iştirakları ilə, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) "xxxx" MTK-nın ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh “müqavilənin ləğv edilməsi”; ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) "xxxx" MTK-ya və qarşılıqlı iddia üzrə cavabdeh X2 qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilin boşaldılması və mənzilin təhvil verilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-881/2023 saylı, 01 may 2023-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı "xxxx" MTK tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. X11 ilə "xxxx" MTK arasında 12 avqust 2009-cu il tarixdə bağlanmış müqaviləyə əsasən, MTK Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış massivi ünvanında inşa edilən binanın İİİ-cü giriş, 2-ci mərtəbə, 156 saylı mənzil X3 mülkiyyətinə verməyi, o, isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürmüşdür.

2. Cavabdeh ilə "xxxx" MTK arasında 04 sentyabr 2012-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, "xxxx" MTK Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış massivində, MTK-nın üzvləri və Payçıların vəsaiti hesabına inşa edilən yaşayış binasında məlum səbəblərə, Nəsib Əliyevin xx.xx.2012-ci tarxili ərizəsinə və Baş Prokuror yanında Korrupsiya qarşı qarşı mübarizə İdarəsinin tövsiyə məktubuna və qərarına əsasən, formal olaraq rəsmiləşdirilmiş, dəyəri və əlavə dəyər vergisi MTK-ya ödənilməyən yaşayış və qeyri-yaşayış sahələrinin ləğvi hesabına zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi müəyyən edilmişdir. X5 imzası ilə xx.xx.2009-cu il tarixli "xxxx" MTK saxta müqavilə əsasında Cavabdeh verilmiş 73.0 kv.m mənzil digər başqa bir mənzillə dəyəri ödənilmədən əvəzləşdirilmiş və icraçı İddiaçı MTK payçı Cavabdeh həmin binanın 3-cü giriş, 2-ci mərtəbəsində yerləşən 156 saylı mənzili verməyi öhdəsinə götürmüşdür.

3. İddiaçı MTK-nın təsisçilərinin ümumi yığıncağının xx.xx.2012-ci il tarixli protokolundan çıxarışdan görünür ki, Cavabdeh 100 faiz olmaqla Bakı şəhəri, ünvan 3 saylı mənzilin investorudur.

4. İddiaçı MTK tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, ünvan 3 saylı mənzilə qaz sayğacı qoyulmuş və payçı Cavabdeh təhvil verilmişdir.

5. Cavabdeh ilə "xxxx" MTK arasında xx.xx.2014-cü il tarixdə bağlanmış kommunal xidmətlərin göstərilməsinə dair müqaviləyə əsasən, “xidmət göstərən” “payçı”ya kommunal xidmət göstərir. 13 M saylı binada mənzilləri olan “payçı”lar isə kooperativ təsisçilərinin ümumi yığıncağının xx.xx.2013-cü il tarixli protokoluna və xx.xx.2017-ci il tarixli daxili əmrinə əsasən aldıqları mənzilin hər kv.m üçün 0,25 manat xidmət haqqı ödəmək öhdəliyini üzərlərinə götürürlər (müxtəlif tarixli kassa mədaxil orderləri əlavə edilir).

6. X10 ilə "xxxx" MTK arasında 15 iyul 2022-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, MTK Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış massivi ünvanında inşa edilən binanın İİİ-cü giriş, 2-ci mərtəbə, 156 saylı mənzil X1 mülkiyyətinə verməyi, o, isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürmüşlər.

7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-171/2020 nömrəli 03 fevral 2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X3 cavabdeh "xxxx" MTK-ya qarşı mənzilə sahiblik və istifadə hüququnun tanınması, maneələrin aradan qaldırılaraq mənzilin ona təhvil verilməsi tələbinə dair iddiasının təmin edilməməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdehlər X7 və "xxxx" MTK-ya qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməsi, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “V” yaşayış massivi 13M ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş 2-ci mərtəbəsində yerləşən sahəsi 94,5 kv.m olan, 2 otaqdan ibarət 156 nömrəli mənzilinə dair X13 ilə "xxxx" MTK arasında bağlanmış 12 avqust 2009-cu il tarixli 18 nömrəli müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4241/2021 nömrəli 16 iyun 2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-171/2020 nömrəli 03 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, hər iki iddianın rədd edilməsi qət edilmişdir.

9. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-305/2021 saylı 28 iyul 2021-ci il tarixli qərardadı ilə Cavabdeh şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin xx.xx.2020-ci il tarixli, 2(010)-2202/2020 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin xx.xx.2020-ci il tarixli, 2(010)-2202/2020 saylı icra sənədi üzrə icraatın təzələnməsi, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən mənzilin X7 təhvil verilməsi istiqamətində görülmüş bütün icra tədbirlərinin ləğv edilməsi, icra hərəkətlərinin ünvan 4 ünvanında yerləşən 56000 manat dəyərində olan, 94,5 m2 sahəsi olan iki otaqlı təmirsiz hər hansı (156 saylı mənzildən başqa) mənzilin X7 təhvil verilməsi istiqamətində həyata keçirilməsi qərara alınmışdır. 10.Bakı Apellyasiya Məhkəməsi 8(103)-498/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə Suraxanı Rayon Məhkəməsinin 8(010)-305/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadını dəyişdirilmədən saxlamışdır.

11. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1188/2022 nömrəli 07 aprel 2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh X7 qarşı mənzildən çıxarılma tələbinə dair iddiasının təmin edilməsi, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “V” yaşayış massivi 13M ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş 2-ci mərtəbəsində yerləşən sahəsi 94,5 kv.m olan, 2 otaqdan ibarət 156 nömrəli mənzilinin iddiaçı Cavabdeh qaytarılması, cavabdeh X8 həmin mənzildən çıxarılması qət edilmişdir. 12.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-3459/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X3 cavabdehlər İddiaçı MTK və Cavabdeh qarşı cavabdehlər arasında bağlanmış xx.xx.2012-ci il tarixli 133 saylı müqavilənin etibarsız hesab edilməsi barədə iddianın rədd edilməsi qət edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

13. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) "xxxx" MTK-nın ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə "xxxx" MTK arasında Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “V” yaşayış massivi 13M nömrəli binada yerləşən, 94.5 kv.m sahəsi olan iki otaqlı təmirsiz mənzilə dair 04 sentyabr 2012-ci il tarixdə bağlanmış 133 nömrəli müqavilənin ləğv edilməsini xahiş etmişdir.

14. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “V” yaşayış massivi 13M ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş 2-ci mərtəbəsində yerləşən sahəsi 94.5 kv.m olan, 2 otaqdan ibarət 156 nömrəli mənzilinə dair X13 ilə "xxxx" MTK arasında 12 avqust 2009-cu il tarixdə 18 nömrəli müqavilə bağlanmışdır. Eyni zamanda, həmin mənzilə dair Cavabdeh ilə "xxxx" MTK arasında 04 sentyabr 2012-ci il tarixdə 133 nömrəli müqavilə bağlanmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-171/2020 nömrəli 03 fevral 2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X3 cavabdeh "xxxx" MTK-ya qarşı mənzilə sahiblik və istifadə hüququnun tanınması, maneələrin aradan qaldırılaraq mənzilin iddiaçıya təhvil verilməsi tələbinə dair iddiasının təmin edilməməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdehlər X7 və "xxxx" MTK-ya qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməsi, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “V” yaşayış massivi 13M ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş 2-ci mərtəbəsində yerləşən sahəsi 94,5 kv.m olan, 2 otaqdan ibarət 156 nömrəli mənzilinə dair X13 ilə "xxxx" MTK arasında bağlanmış 12 avqust 2009-cu il tarixli 18 nömrəli müqavilənin: etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4241/2021 nömrəli 16 iyun 2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X3 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 171/2020 nömrəli 03 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı X4 cavabdeh "xxxx" MTK-ya qarşı mənzilə sahiblik və istifadə hüququnun tanınması, maneələrin aradan qaldırılaraq mənzilin iddiaçıya təhvil verilməsi tələbinə dair iddiası rədd edilmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdehlər X7 və "xxxx" MTK-ya qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4241/2021 nömrəli 16 iyun 2021-ci il tarixli qərardadına əsasən qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MTK-nın X7 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 5729/2021 nömrəli 29 noyabr 2021-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4241/2021 nömrəli 16 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 2202/2020 nömrəli 16 iyun 2020-ci il tarixli qətnaməsi ilə X3 "xxxx" MTK-ya qarşı iddia tələbinin qismən təmin olunaraq cavabdeh İddiaçı tərəfindən 56000 manat dəyərində olan, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “V” yaşayış massivi 13M nömrəli binada yerləşən, 94.5 kv.m sahəsi olan iki otaqlı təmirsiz mənzilin iddiaçı X7 verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə göndərilmiş, icra məmuru Elxan Məmmədovun 26 yanvar 2022-ci il tarixli qərarına əsasən icra sənədi tam icra olunduğundan (“İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsi), Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2202/2020 nömrəli 16 iyun 2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4241/2021 nömrəli 16 iyun 2021-ci il tarixli qətnaməsinin 6-cı səhifəsinin sonuncu abzasında və 7-ci səhifəsinin 1-ci abzasında qeyd olunur ki, “Kollegiya qeyd edir ki, "xxxx" MTK ilə X11 arasında bağlanmış 12 avqust 2009-cu il tarixli 18 nömrəli müqavilə etibarlı olduğundan və mübahisəli müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdehlər X7 və İddiaçı MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilə bilməz. Bundan başqa kollegiya iddiaçının iddia tələbi ilə bağlı qeyd edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2202/2020 nömrəli 16 iyun 2020-ci il tarixli qətnaməsi ilə 12 avqust 2009-cu il tarixli 18 nömrəli müqaviləyə uyğun olaraq, cavabdeh İddiaçı tərəfindən 56000 manat dəyərində olan, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “V” yaşayış massivi 13M nömrəli binada yerləşən, 94.5 kv.m sahəsi olan iki otaqlı təmirsiz mənzilin iddiaçı X7 verilməsi qət edildiyindən və həmin qətnamə qanuni qüvvəsini aldığından hazırkı iddia tələbi təmin edilə bilməz. Göründüyü kimi eyni tərəflər arasında eyni mübahisə predmetinə dair olan mülki iş üzrə həmin məhkəmə kollegiyası X3 mənzilə dair müqavilənin etibarlı olması nəticəsinə gəlmiş və iddia tələbinin təmin edilməməsini isə heç də Cavabdeh iddia ərizəsində şərh etdiyi kimi deyil, sadəcə olaraq Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2202/2020 nömrəli 16 iyuh 2020-ci il tarixli qətnaməsinin qüvvədə olması səbəbindən təmin edilməmişdir. Belə olan halda, məhkəmənin qanuni qüvvəyə minmiş və icra edilmiş qətnaməsi ilə X7 verilmiş Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “V” yaşayış massivi 13M nömrəli binada yerləşən, 94.5 kv.m sahəsi olan iki otaqlı təmirsiz mənzilə dair Cavabdeh arasında bağlanmış 133 nömrəli 04 sentyabr 2012-ci il tarixli müqavilə ləğv edilməlidir.

15. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) "xxxx" MTK-ya və cavabdeh X2 qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilin boşaldılması və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbi həcminin artırılması barədə ərizə təqdim edərək, "xxxx" MTK tərəfindən verilmiş iddia ərizəsinin rədd edilməsi, "xxxx" MTK ilə X10 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 24 nömrəli müqavilənin etibarsız hesab edilməsi və ünvan 5 ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş, 2ci mərtəbəsində yerləşən 94.5 kv.metr olan iki otaqdan ibarət 156 saylı mənzildən bütün əşya və şəxslərin çıxarılaraq boşaldılması və mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, "xxxx" MTK-nın ilkin iddia üzrə tələbi əsassızdır. İlkin iddia üzrə iddiaçı "xxxx" MTK uydurma və hüquqi əsası olmayan halları qeyd etməklə iddiaçıya məxsus əmlakı ələ keçirmək istəyir. Belə ki, xx.xx.2012-ci il tarixli 133 saylı müqaviləyə əsasən "xxxx" MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi "V" yaşayış massivi 13M ünvanında inşa edilmiş yaşayış binasının 3-cü girişi 2-ci mərtəbəsində yerləşən sahəsi 94,5 kv.m olan, 2 otaqdan ibarət 156 saylı mənzil iddiaçı Cavabdeh satılmışdır. Əlavə edilən sənədlərdən də görünəcəkdir ki, Cavabdeh "xxxx" MTK-ya heç bir bocu yoxdur. Həmin sənədlərdən o da məlum olacaq ki, qeyd edilən ünvanda yerləşən 156 saylı mənzilə dair bütün kommunal xətlər Cavabdeh məxsus olmuşdur. Cavabdeh MTK qarşısında daima borcunu yerinə yetirmiş, hətta 2021-ci ilədək MTK qarşısında binanın saxlanılması ilə bağlı bütün xərcləri vaxtlı-vaxtında ödəmişdir. Hesab edir ki, hazırkı qarşılıqlı iddia tələbi ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi "V" yaşayış massivi 13M ünvanında inşa edilmiş yaşayış binasının 3-cü girişinin 2-ci mərtəbəsində yerləşən sahəsi 94,5 kv.m olan, 2 otaqdan ibarət 156 saylı mənzilin, müvafiq müqavilə və qətnamələrlə sahibi kimi tanınmış Cavabdeh verilməsi ilə bağlı ilkin iddiaçının yaratdığı süni maneələr aradan qaldırılaraq onun sərbəst istifadə və sahibliyinə verilməsi təmin edilməlidir.

17. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-881/2023 nömrəli, 01 may 2023cü il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilməmiş; qarşılıqlı iddia qismən təmin edilərək "xxxx" MTK ilə X10 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 24 nömrəli müqavilə etibarsız hesab edilmiş; ünvan 5 ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş, 2-ci mərtəbəsində yerləşən 94.5 kv.metr olan iki otaqdan ibarət 156 saylı mənzildən X1 ona məxsus əşyalarla birlikdə çıxarılması; Cavabdeh ünvan 5 ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş, 2-ci mərtəbəsində yerləşən 94.5 kv.metr olan iki otaqdan ibarət 156 saylı mənzilə köçürülməsi və həmin mənzilin ona təhvil verilməsi qət edilmişdir.

18. Məhkəmə ilkin idda tələbinə münasibətdə qeyd etmişdir ki, ilkin iddiaçı öz iddia tələbində Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin ləğv edilməsini xahiş etsə də, müqavilənin ləğvi əsasları ümumiyyətlə mövcud deyildir. Belə ki, ilkin iddia tələbi Mülki Məcəllənin 421 və 423-cü maddələrinin dispozisiya şərtlərinə cavab vermir. Məhkəmə, eyni zamanda hesab etmişdir ki, MTK ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi üçün də hər hansı bir əsas yoxdur. Ona görə ki, mübahisələndirilən müqavilə işə əvvəl baxan məhkəmələr tərəfindən etibarlı hesab edilmiş və məhkəmələr həmin müqaviləyə əsaslanmaqla 156 saylı mənzilin Cavabdeh məxsus olması nəticəsinə gəlmişlər.

19. Bundan başqa, ilkin iddiaçının apellyasiya instansiyası məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə "xxxx" MTK ilə X11 arasında bağlanılmış 12 avqust 2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsinə dair Cavabdeh iddiasının rədd edildiyi barədə dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, yuxarı instansiya məhkəməsi həmin qətnamə ilə 156 saylı mənzilin Cavabdeh məxsus olmaması nəticəsinə gəlməmişdir. Məsələnin mahiyyəti ondan ibarət olmuşdur ki, Əsgərov Anara 156 saylı mənzil yox, digər təmirsiz mənzil verilməlidir.

20. Məhkəmə həmçinin qeyd etmişdir ki, qarşılıqlı iddia tələbi "xxxx" MTK ilə X10 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 24 nömrəli müqavilənin etibarsız hesab edilməsi hissəsində əsaslıdır. Belə ki, Cavabdeh xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən, ünvan 5 ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş, 2-ci mərtəbəsində yerləşən iki otaqdan ibarət 156 saylı mənzilin qanuni sahibi kimi tanınmışdır. Bir sözlə, məhkəmələr tərəfindən Cavabdeh ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilə etibarlı müqavilə hesab edilmiş və 156 saylı mənzilin Cavabdeh məxsus olması müəyyən edilmişdir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, Cavabdeh məxsus olan 156 saylı mənzilə münasibətdə "xxxx" MTK ilə X10 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 24 nömrəli müqavilə etibarsız hesab edilməlidir. Çünki, Q.Babyevaya məxsus olduğu təsdiq edilmiş mənzillə bağlı başqa bir şəxsə də hüquqlar yaradan ikinci müqavilənin qüvvədə olması qanunazidddir. Qarşılıqlı iddia tələbi ünvan 5 ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş, 2-ci mərtəbəsində yerləşən 94.5 kv.metr olan iki otaqdan ibarət 156 saylı mənzildən bütün əşya və şəxslərin çıxarılaraq boşaldılması və mənzilin ona təhvil verilməsi barədə hissəsində qeyri-müəyyən şəxslərə qarşı irəli sürüldüyündən qismən əsaslıdır.

21. Məhkəmə gəldiyi nəticəni, Mülki Məcəllənin 152.1, 157.2, 337.1, 337.5, 389.1, 389.3, 421.1, 421.2, 423.1, 423.2-ci; Mülki-Prosessual Məcəllənin 82.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

22. İddiaçı "xxxx" MTK qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraхanı Rayоn Məhkəməsinin 2(010)-881/2023 saylı, xx.xx.2023-cü il tariхli qətnaməsinin ləğv edilərək, Cavabdeh ilə "xxxx" MTK ünvan 7 nömrəli binada yerləşən 94,5 kvm sahəsi оlan iki оtaqlı təmirsiz mənzilə dair 04 sentyabr 2012-ci il tariхdə bağlanmış 133 nömrəli müqavilənin ləğv edilməsi barədə iddianın təmin edilməsi; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər "xxxx" MTK-yə və Həmidоv Aydın Zahid оğluna qarşı "xxxx" MTK ilə Həmidоv Aydın Zahid оğlu arasında bağlanmış xx.xx.2022-ci il tariхli 24 nömrəli müqavilənin etibarsız hesab edilməsi və ünvan 7 ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş 2-ci mərtəbəsində yerləşən sahəsi 94,6 kvm оlan 2 оtaqdan ibarət 156 nömrəli mənzildən əşya və şəхslərin çıхarılaraq bоşaldılması və mənzilin оna təhvil verilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 7 ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş 2-ci mərtəbəsində yerləşən sahəsi 94,6 kvm оlan 2 оtaqdan ibarət 156 nömrəli mənzil İddiaçı MTK tərəfindən inşa edilmiş və оna məхsus оlan binada yerləşir. Göstərilən mənzilin İddiaçı MTK tərəfindən inşa edilmiş və оna məхsus оlan binada yerləşdiyi halda, hazırkı iş üzrə iddia tələbi təmin edilmiş Cavabdeh İddiaçı MTK üzvlərinin ümumi yığıncağının qərarı ilə MTK üzvlüyünə qəbul оlunmamış və mübahisə predmeti оlan ünvan 7 ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş 2-ci mərtəbəsində yerləşən sahəsi 94,6 kvm оlan 2 оtaqdan ibarət 156 nömrəli mənzilin payçısı оlmamışdır. İddiaçı Cavabdeh iddia tələbi irəli sürdüyü ünvan 7 ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş 2-ci mərtəbəsində yerləşən sahəsi 94,6 kvm оlan 2 оtaqdan ibarət 156 nömrəli mənzil İddiaçı MTK tərəfindən inşa edilmiş və оna məхsus оlan binada yerləşdiyindən, hazırkı iş üzrə iddia tələbi təmin edilmiş Cavabdeh göstərilən mənzilə dair оnun hüququnun оlması üçün İddiaçı MTK üzvlərinin ümumi yığıncağının qərarı ilə MTK üzvlüyünə qəbul оlunması və həmin mənzilin payçısı оlmasına dair MTK üzvlərinin ümumi yığıncağının qərarı ilə işin müəyyən оlunmalı оlan halları başqa sübutlarla təsdiq оluna bilməz. Digər tərəfdən, şərh оlunduğu kimi, Bakı şəhəri Suraхanı rayоn məhkəməsinin 2(010)-171/2020 nömrəli 03 fevral 2020-ci il tariхli qətnaməsi ilə iddiaçı Əsgərоv Anar Məsim оğlunun cavabdeh İddiaçı MTK-yə qarşı mənzilə sahiblik və istifadə hüququnun tanınması, maneələrin aradan qaldırılaraq mənzilin iddiaçıya təhvil verilməsi tələbinə dair iddiasının təmin edilməməsi, müstəqil tələb irəli sürən Cavabdehlər Əsədоv Anar Məsim оğluna və İddiaçı MTK-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməsi, ünvan 7 ünvanında inşa edilən yaşayış binasının 3cü giriş 2-ci mərtəbəsində yerləşən sahəsi 94,6 kvm оlan 2 оtaqdan ibarət 156 nömrəli mənzilinə dair Əsgərоv Anar Məsum оğlu ilə İddiaçı MTK arasında 12 avqust 2009-cu il tariхdə bağlanmış 18 nömrəli müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4241/2021 nömrəli 16 iyun 2021-ci il tariхli qətnaməsinə əsasən Əsgərоv Anar Məsim оğlunun apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraхanı Rayоn Məhkəməsinin 2(010)-171/2020 nömrəli 03 fevral 2020-ci il tariхli qətnaməsi ləğv edilmiş, iddiaçı Əsgərоv Anar Məsim оğlunun cavabdeh İddiaçı MTK-ya qarşı mənzilə sahiblik və istifadə hüququnun tanınması, maneələrin aradan qaldırılaraq mənzilin iddiaçıya təhvil verilməsi tələbinə dair iddiası rədd edilmiş, müstəqil tələb irəli sürən Cavabdehlər Əsədоv Anar Məsim оğluna və İddiaçı MTK-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4241/2021 nömrəli 16 iyun 2021-ci il tariхli qərardadına əsasən qarşılıqlı iddia üzrə İddiaçı MTK-nın Əsgərоv Anar Məsum оğluna qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə icraata хitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5729/2021 nömrəli 29 nоyabr 2021-ci il tariхli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4241/2021 nömrəli 16 iyun 2021-ci il tariхli qətnaməsi dəyişdirilmədən saхlanmışdır. Bakı şəhəri Suraхanı Rayоn Məhkəməsinin 2(010)-2202/2020 nömrəli 16 iyun 2020-ci il tariхli qətnaməsi ilə Əsgərоv Anar Məsim оğlunun İddiaçı MTK-nə qarşı iddiası qismən təmin оlunaraq cavabdeh İddiaçı MTK tərəfindən 56.000 manat dəyərində оlan ünvan 7 ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş 2- ci mərtəbəsində yerləşən sahəsi 94,6 kvm оlan 2 оtaqlı təmirsiz mənzilin Əsgərоv Anar Məsum оğluna verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sоnra icra edilməsi üçün Bakı şəhəri Suraхanı rayоn İcra Şöbəsinə göndərilmiş, icra məmuru Elхan Məmmədоvun 26 yanvar 2022-ci il tariхli qərarına əsasən icra sənədi tam icra оlunduğundan (İcra haqqında Azərbaycan Resпublikası Qanununun 20.1.5-ci maddəsi), Bakı şəhəri Suraхanı rayоn məhkəməsinin 2(010)-2202/2020 nömrəli 16 iyun 2020-ci il tariхli icra sənədi üzrə icraata хitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4241/2021 nömrəli 16 iyun 2021-ci il tariхli qətnaməsi ilə müəyyən оlunmuşdur ki, İddiaçı MTK ilə Əsgərоv Anar Məsim оğlu arasında bağlanmış 12 avqust 2009-cu il tariхli 18 nömrəli müqavilə etibarlı оlduğundan və mübahisəli müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmədyindən, müstəqil tələb irəli sürən üçüncü şəхs Cavabdehlər Əsgərоv Anar Məsim оğluna və İddiaçı MTK-nə müqavilənin etibarsız hesab edilməsinə dair iddiası təmin edilə bilməz. Bundan başqa kоllegiya iddiaçının iddia tələbi üzrə qeyd etmişdir ki, Bakı şəhəri Suraхanı rayоn məhkəməsinin 2(010)-2202/2020 nömrəli 16 iyun 2020-ci il tariхli qətnaməsi ilə 12 avqust 2009-cu il tariхli 18 nömrəli müqaviləyə uyğun оlaraq cavabdeh İddiaçı MTK tərəfindən 56.000 manat dəyərində оlan ünvan 7 ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş 2-ci mərtəbəsində yerləşən sahəsi 94,6 kvm оlan 2 оtaqlı təmirsiz mənzilin Əsgərоv Anar Məsum оğluna verilməsi qət edildiyindən və həmin qətnamə qanuni qüvvəyə mindiyindən hazırkı iddia tələbi təmin edilə bilməz. Birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasındakı qarşılıqlı münasibətlər aydınlaşdırılmamışdır. Belə ki, işin materialları ilə təsdiq olunduğu kimi, eyni tərəflər arasında eyni mübahisə пredmeti оlan mülki iş üzrə məhkəmə kоllegiyası Əsgərоv Anar Məsim оğlunun mənzilə dair müqavilənin etibarlı оlması nəticəsinə gəlmiş və iddia tələbinin təmin edilməməsi ilə heç də Cavabdeh iddia ərizəsində şərh etdiyi kimi deyil, sadəcə оlaraq Bakı şəhəri Suraхanı Rayоn Məhkəməsinin2(010)-2202/2020 nömrəli 16 iyun 2020-ci il tariхli qətnaməsinin qüvvədə оlması səbəbindən təmin edilməmişdir. Belə оlan halda, məhkəmənin qanuni qüvvəyə minmiş və icra edilmiş qətnaməsi ilə Əsgərоv Anar Məsim оğluna verilmiş Bakı şəhəri, Suraхanı rayоnu, Y/Günəşli qəsəbəsi, «V» yaşayış sahəsi 13 M nömrəli binada yerləşən sahəsi 94,6 kvm оlan 2 оtaqlı təmirsiz mənzilə dair Cavabdeh arasında bağlanmış 133 nömrəli 04 sentyabr 2012-ci il tariхli müqavilə ləğv edilməlidir. Lakin, hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli mənzilə dair çохsaylı mülki işlər üzrə məhkəmə qətnamələrini nəzərə almamış, nəticədə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmadan mübahisənin mahiyyəti üzrə və həm də düzgün həll edilməməsi ilə nəticələnən qətnamə qəbul edilmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini əsassız hesab etdiyini bildirərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, bu mənzil 2012-ci ildə Qəndab xanıma verilir. 2012-ci ildən 2017-ci ilə kimi "xxxx" MTK ilə "xxxx" MTK arasında əmlak mübahisəsi olumuşdur. "xxxx" MTK "xxxx" MTK-ya material vermişdir və daha sonra "xxxx" MTK "xxxx" MTK-nı məhkəməyə vermişdir ki, onun əvəzində ona 5 min kv.m yer verilsin, 5 min kv.m içində Qəndab xanımın evi də verilmişdir. Bu məhkəmələr təxmini 2016-cı ilə qədər çəkir. Məsələ 2018-ci ildə aydınlığa çıxarılır və məsələ bitir. MTK-nın özü onlara deyir ki, onlar mənzili təmir edə bilərlər. 2019-cu ildə mənzilin təmir işlərinin bitməsinə az qalmış, bir şəxs gəlir və evin ona aid olduğunu bildirir. Bu evin 2012-ci ildən açarı, qapısı Cavabdehdır. Anar adında bir nəfər gəlir. Anara müqavilə necə, nə cür, harada yazılır verilir bilinmir. Bundan sonra həmin şəxs MTK-nı məhkəməyə verir və tələb qoyur ki, ya onun pulu geri qaytarılsın, ya da 94 m2 ev verilsin. MTK iddianı qəbul edir. Bu proseslər gedən zaman artıq təmir bitmiş və qapı bağlanmış, açar isə özündə olmuşdur. Məhkəmənin MTK-nın iddianı qəbul edərək ona 94 kv.m mənzil verməsinin onlara heç bir aidiyyəti yoxdur. Binada çoxlu iki otaqlı 94 kv.m-lik mənzil var. İcra məmurları qətnaməni icra edəndə Qəndab xanımın mənzilini həmin şəxsə verirlər. Təbii ki, burada hüququna toxunulduğuna görə məhkəməyə müraciət edi və mənzilin Anar adlı şəxsə verilməsinə dair bütün icra hərəkətləri, yəni 156 nömrəli mənzilin həmin şəxsə verilməsi ilə əlaqədar bütün icra hərəkətlərinin ləğv olunmasını xahiş edir. Bundan sonra icra məmuru öz qərarını ləğv edir, yeni icraata başlayır ki, 2 otaqlı mənzilin həmin şəxsə verilməsi ilə bağlı iş davam etsin. Bu ərəfədə həmin şəxs yenidən məhkəmyə müraciət edir ki, 156 nömrəli mənzilə sahiblik, istifadə hüququ tanınsın. Burada Qəndab xanım müqavilənin etibarsızlığını qoyur. Birinci instansiya məhkəməsi qərar verdi ki, Anarın iddiası rədd edilsin və müqaviləsi etibarsız hesab edilsin. Daha sonra Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul olunmuş qətnamədə qeyd olunur ki, Anarın 156 nömrəli mənzilə heç bir hüququ tanınmasın. Amma MTK 2020-ci il tarixli müqavilə ilə iki otaqlı mənzil verəcəyini öhdəliyinə götürdüyündən həmin müqavilə etibarsız hesab edilə bilməz. Yəni Anara iki otaqlı mənzil verilsin, lakin 156 nömrəli mənzil yox. Bu proses təqribi 2019- 2020-ci il tarixlərində başlayan bir prosesdir. Suallara cavab olaraq bildirmişdir ki, Qəndab xanım hazırda mübahisəli mənzildə yaşamır, istifadə etmir. 2021-ci ildə yenidən məhkəməyə müraciət etmişlər ki, Anar həmin mənzildən çıxarılsın. Bu halda Anar onlara qarşı iddia qaldırır ki, müqavilə etibarsız hesab edilsin. Artıq 2 iddia ilə qarşılaşırlar: birisi Anarın mənzildən çıxarılması və Qəndab xanımın müqavilsəsinin etibarsızlığı. Sonuncu qətnamədə isə qeyd edilib ki, Anar mənzildən çıxarılsın. Bu qərarı Bakı Apellyasiya Məhkəməsi də qüvvədə saxladı. İcra məmuru evə gedəndə görür ki, evdə başqa adam var. Aydınlaşdırılır ki, bu Anar deyil. Həmin şəxs də bildirir ki, o, Anar deyil, bu evi yeni alıb. Onlar yenidən MTK-ya gedib ki, nə məsələ olduğunu aydınlaşdırsınlar. MTK bildirdi ki, daxili qərar qəbul etmişlər, pay vermirlər və evi artıq satmışlar. Onlar müqaviləni əldə etməyə çalışdı, o vaxta kimi MTK məhkəməyə müraciət etdi və qarşılıqlı iddia ilə müraciət etdilər ki, mənzildən çıxarılsın. Hazırda onlar mənzildə yaşamır. Mənzilə köçə-köç vaxtı icra məmurlarının qərarı ilə Anar oraya yerləşdirilir və Anar ordan çıxmır. Bu ərəfədə Anar evdən çıxır və yerinə X10 gəlir. Onlar qapını açmırlar, qapının arxasından qadın qışqırır ki, onlar pul vermiş, evi almışlar. Pulu MTK-ya veriblər və məsələni onunla həll edin deyə bildirirlər. Qəndab xanım evin təmirinə 35 min manat xərc çəkmişdir. 26.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X9 apellyasiya şikayətini əsassız hesab etdiyini bildirərək təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, bu ev təmir edilmiş və buna dair bütün video və şəkilləri məhkəməyə təqdim edilmişdir.

27. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və digər cavabdeh X10 məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən maddi hüquq norması

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

28. 16.1-ci maddəsində müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 29.139-1.1.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. 30.152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 31.152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 32.157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 33.324.1-ci, 324.2-ci və 324.3-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 34.337.1-ci və 337.2-ci maddələrinin məzmununa görə məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 35.337.3-cü və 337.4-cü maddələrinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 36.337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 37.421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

38. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

39. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 40.422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.

41. 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma,əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 42.560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 43.560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. 44.567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 45.572.1-ci maddəsinə əsasən, alıcının üçüncü şəxslərin hüquqlarıilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin.

Tətbiq edilən prosessual hüquq norması

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

46. 14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 48.88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 49.217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Apelyasiya baxışının hədləri

50.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

51. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 53.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayətində ilkin iddianın təmin olunması, qarşılıqlı iddianın isə təmin olunmaması xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin ilkin iddianın bütövlükdə, qarşılıqlı iddianın isə təmin olunan hissəsinin yoxlanılması təşkil edir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

54.Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 55.İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, Cavabdeh ilə "xxxx" MTK arasında 04 sentyabr 2012-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, "xxxx" MTK Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış massivində, MTK-nın üzvləri və Payçıların vəsaiti hesabına inşa edilən yaşayış binasında Nəsib Əliyevin xx.xx.2012-ci tarxili ərizəsinə və Baş Prokuror yanında Korrupsiya qarşı mübarizə İdarəsinin tövsiyə məktubuna və qərarına əsasən, X5 imzası ilə xx.xx.2009-cu il tarixli saxta müqavilə əsasında Cavabdeh verilməmiş 73.0 kv.m mənzilin əvəzinə dəyəri ödənilmədən binanın 3-cü giriş, 2-ci mərtəbəsində yerləşən 156 saylı mənzili payçı Cavabdeh verməyi öhdəsinə götürmüşdür. 56.İşdə olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-3459/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X3 cavabdehlər İddiaçı MTK və Cavabdeh qarşı cavabdehlər arasında bağlanmış xx.xx.2012-ci il tarixli 133 saylı müqavilənin etibarsız hesab edilməsi barədə iddianın rədd edilməsi qət edilmişdir. Məhkəmə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, mübahisələndirilən müqavilənin etibarsız hesab edilməsi üçün hər hansı əsas yoxdur, İddiaçı MTK tərəfindən X7 mənzilin ayrılması məhz Cavabdeh verilmiş mənzilin hesabına aparıla bilməz. 57.Bundan başqa Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1188/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh X7 qarşı mənzildən çıxarılma tələbinə dair iddiasının təmin edilməsi, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “V” yaşayış massivi 13M ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş 2-ci mərtəbəsində yerləşən sahəsi 94,5 kv.m olan, 2 otaqdan ibarət 156 nömrəli mənzilinin iddiaçı Cavabdeh qaytarılması, cavabdeh X8 həmin mənzildən çıxarılması qət edilmişdir. Məhkəmə X3 mübahisəli mənzildə qalmasına hüquqi əsasların olmadığını müəyyən etmişdir. 58.İddiaçının istinad etdiyi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4241/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə də müəyyən edilmişdir ki, İddiaçı MTK ilə arasında bağlanmış xx.xx.2009-ci il tarixli 18 saylı müqavilənin qanunvericiliyin tələbləri pozulmaqla bağlanması qənaətinə gəlinsə də, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 2202/2022 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə həmin müqavilənin qanunvericiliyin tələblərinə uyğun olması qənaətinə gəlinmişdir. Belə olan halda həmin müqavilənin qanuniliyinə və mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verin hallar müəyyən edilmir. Bundan başqa birinci instansiya məhkəməsinin həmin qətnaməsi ilə xx.xx.2009-cu il tarixli 18 saylı müqaviləyə uyğun olaraq MTK tərəfindən 56.000 manat dəyərində olan Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “V” yaşayış massivi 13M ünvanında inşa edilən binadan sahəsi 94,5 kv.m olan, 2 otaqdan ibarət təmirsiz mənzilin X7 verilməsi qət edilmişdir. 59.Həmçinin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(0103)-305/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadında göstərilmişdir ki, Suraxanı rayon İcra şöbəsinin xx.xx.2020-ci il tarixli, 2(010)-2202/2020 saylı icra sənədi üzrə icra hərəkətləri Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “V” yaşayış massivi 13M ünvanında yerləşən 56.000 manat dəyərində olan, sahəsi 94,5 kv.m olan, 2 otaqdan ibarət təmirsiz hər hansı (156 saylı mənzildən başqa) mənzilin X7 təhvil verilməsi istiqamətində həyata keçirilməlidir.

Apellyasiya şikayətində ilkin iddiaya aid qeyd edilən dəlillər üzrə qətnamənin yoxlanılması

60.Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 61.Qeyd edilməlidir ki, müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2-ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır. 62.Belə ki, Mülki Məcəllənin 421.1-ci maddəsi ləğvetmə ilə bağlı olmayıb, müqavilə azadlığı və tərəflərin bərabərliyi prinsiplərinə uyğun olaraq onların qarşılıqlı razılaşması ilə müqavilə münasibətlərinin dəyişdirilməsi və ya ona xitam verilməsinin mümkünlüyünü nəzərdə tutur. Müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. 63.Hazırki işdən qanunvericiliyin bu maddələrində nəzərdə tutulan halların baş verməsini müəyyən etmək mümkün olmamışdır. Çünki tərəflərin müqavilənin ləğvi ilə bağlı razılaşması yoxdur. Cvabdehin isə müqaviləni əhəmiyyətli dərəcədə pozması, o cümlədən müqavilə bağlanarkən tərəflərin əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halları müəyyən edilməmişdir. İşdən isə görünən odur ki, iddiaçının iddia ərizəsində göstərdiyi hallar mübahisə predmeti olan müqavilənin birtərəfli qaydada ləğv edilməsi üçün əsas deyildir. 64.Məhkəmə İddiaçı MTK-nın verdiyi apellyasiya şikayətində Cavabdeh MTK üzvlərinin ümumi yığıncağının qərarı ilə MTK üzvlüyünə qəbul olunmadığı və mübahisə predmet оlan mənzil üzrə payçı olmadığı barədə dəlillərə istinadı ilə bağlı isə qeyd edir ki, MTK-nın göstərdiyi bu hallar iş materialları ilə təkzib olunur (iş vərəq 126-135). Qeyd olunan bu sənədlərin etibarlığı da iddiaçı tərəfindən mübahisələndirilməmişdir. 65.Kollegiya vurğulayır ki, tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və bu mansibətlər qüvvədə olduğu müddətçə vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq davranışı bir birindən tələb etmək hüququna malikdirlər. Belə ki, qanunvericilk digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı, məsələn, qarşı tərəfi müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum etməklə hərəkət etməyi qadağan edir və müqavilə tərəfləri üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. 66.Bununla əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir.

Apellyasiya şikayətində qarşılıqlı iddiaya aid qeyd edilən dəlillər üzrə qətnamənin yoxlanılması

67.Göründüyü kimi birinci instansiya məhkəməsi qarşılıqlı iddianı qismən təmin etmiş, X10 ilə "xxxx" MTK arasında 15 iyul 2022-ci il tarixdə bağlanmış müqaviləni etibarsız olmasını təsdiq etmiş, həmçinin Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “V” yaşayış massivi 13M ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş 2-ci mərtəbəsində yerləşən sahəsi 94,5 kv.m olan, 2 otaqdan ibarət 156 nömrəli mənzilin Cavabdeh qaytarılması, cavabdeh X1 həmin mənzildən çıxarılması barədə nəticəyə gəlmişdir. 68.Məhkəmə qanuni qüvvəsini almış çoxsaylı məhkəmə aktlarına istinadən qeyd etmişdir ki, Cavabdeh xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən, ünvan 5 ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş, 2-ci mərtəbəsində yerləşən iki otaqdan ibarət 156 saylı mənzilin qanuni sahibi kimi tanınmış, onunla MTK arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilə etibarlı müqavilə hesab edilmiş və 156 saylı mənzilin Cavabdeh məxsus olması müəyyən edilmişdir. Bu baxımdan Cavabdeh məxsus olan 156 saylı mənzilə münasibətdə "xxxx" MTK ilə X10 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 24 nömrəli müqavilə etibarsız hesab edilməlidir. Çünki, Qəndab Babyevaya məxsus olduğu təsdiq edilmiş mənzillə bağlı başqa bir şəxsə də hüquqlar yaradan ikinci müqavilənin qüvvədə olması qanuna ziddir. 69.Kollegiya göstərilən əsaslandırma ilə razılaşaraq qeyd etməyi zəruri sayır ki, Mülki qanunvericilik tərəfindən əqdin etibarlı olması aşağıdakı şərtlər sistemi daxilində müəyyən edilir: 1) məzmunun qanuniliyi; 2) əqdi həyata keçirən hüquqi və fiziki şəxslərin əqddə iştirak etmək qabiliyyətinin olması; 3) iradə və iradə ifadəsinin müvafiqliyi; 4) əqdin formasına riayət edilməsi. Göründüyü kimi əqdlərin etibarlılığı onu təşkil edən elementlərin etibarlılığından asılıdır. Əqdin hansı elementinin qüsurlu olmasından asılı olaraq, etibarsız əqdlər bir neçə qrupa bölünür: subyektiv tərkibinin, iradənin, formanın və məzmunun qüsurlu olduğu etibarsız əqdlər. İradə və iradə ifadəsinin vahidliyi əqdin etibarlılığının zəruri şərtidir. İradənin qüsurlu olduğu əqdlərdə ya tərəfin əqdin bağlanmasına daxili iradəsi olmur, ya da onun daxili iradəsi düzgün formalaşmır. 70.Beləliklə, əqdin etibarlı olub-olmamasını müəyyən etmək üçün ilk növbədə əqdi bağlamış tərəflərin əqddə iştirak etmək qabiliyyətinin olub-olmaması aydınlaşdırılmalıdır. İş materiallarında olan qanuni qüvvəsini almış məhkəmə aktlarından göründüyü kimi Cavabdeh mübahisəli mənzilinin qanuni sahibi statusunun yaranmasına əsas olan alqısatqı müqaviləsinin etibarlılığı məhkəmə qaydasında öz təsdiqini tapmış, onun digər şəxsin qanunsuz sahibliyindən bu mənzili tələb etmək üzrə subyektiv hüququ tanınmışdır. Belə olan halda məhkəmə çəkişmələrindən məlumatlı olan MTK-nın mübahisəli mənzil barəsində sərəncam vermək üzrə səlahiyyətli şəxs olmamışdır, mübahisələndirilən müqavilənin etibarlı sayılması üçün hər hansı qanuni əsas yoxdur. Hansı ki, belə şəraitdə bağlanan əqd etibarsız əqd kimi qiymətləndirilir və əhəmiyyətsizdir.

71. Məhkəmə kollegiyası mübahisələndirilən müqavilə üzrə Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qaydanın (restitusiya qaydası) tətbiqi məsələsinə münasibət bildirərək qeyd etməyi zəruri sayır ki, Mülki Məcəllənin həmin maddəsinin dispozitiv şərtindən göründüyü kimi, restitusiya yalnız tərəflərin əqd üzrə bir-birilərindən aldıqlarına münasibətdə tətbiq oluna bilər. Kollegiya iş materiallarında cavabdeh X10 tərəfindən MTK-ya pul vəsaiti ödənilib-ödənilmədiyinə dair müvafiq sübutun (kassa mədaxil orderi) olmadığını nəzərə alaraq qeyd edir ki, belə olan halda hazırkı işin halları baxımından X2 hüquqlarının məhdudlaşdırılmasını aradan qaldarmaq məqsədilə vurulmuş zərərin ödənilməsi üçün MTK-ya qarşı müvafiq iddia tələbi irəli sürmək hüququna malik olması izah edilməlidir. 72.Həmçinin qeyd edilməlidir ki, mübahisələndirilən müqaviləni etibarsız sayan birinci instansiya məhkəməsi qarşılıqlı iddia üzrə iddiaçının hüqularını bərpa etmək məqsədilə iddianın digər hissələri üzrə düzgün nəticəyə gəlmişdir. Məlumdur ki, mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarda mülkiyyət hüququnun (qanuni sahibliyin) müdafiəsinin əşya hüquqi vasitələri təsbit edilmişdir. Bu vasitələr onunla xarakterizə olunur ki, onlar mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia. 73.Cavabdehlər arasında mübahisəli mənzilə dair bağlanmış xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsi etibarsız hesab edildiyindən onların Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “V” yaşayış massivi 13M ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş 2-ci mərtəbəsində yerləşən sahəsi 94,5 kv.m olan, 2 otaqdan ibarət 156 nömrəli mənzilin üzərində sahiblik hüququ istisna edilir, cavabdehlər də hüquqa zidd davranışı ilə qarşılıqlı iddia üzrə iddiaçının istifadə və sahiblik hüquqlarının normal həyata keçirilməsinə maneçilik yaradan şəxslər hesab edilməlidir. 74.Beləliklə, kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.

75. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

76. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

77. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 392, 393,402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-881/2023 saylı 01 may 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı "xxxx" MTK tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar