Məhkəmə qərarları › İş №2(103)-4568/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4568/2020

18.08.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4568/2020 18.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh1, Cavabdeh X4 vəkili X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X6 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-127/2020 saylı, xx xxxxxx 2020-cu il tarixli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X6 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsi, 3 saylı evin 26 saylı mənzilinə dair Cavabdeh1 ilə X9 arasında bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və xx xxxxx 2017-ci il tarixli RX seriyalı, ******* nömrəli, Azərbaycan Respublikasının Əmlak Məsələləri Komitəsinin yanında daşınmaz əmlakın dövlət reyestrindən X4 adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, İddiaçı 2010-cu il tarixdə Cavabdeh1 ilə faktiki nikaha daxil olaraq ailə həyatı qurub. həmin nikahdan xx xxxx 2014-cü il tarixdə X13 anadan olub. xx xxxxxx 2015-ci il tarixdən RX seriyalı, ******* nömrəli, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsi, 3 saylı evin, 26 saylı mənzili Cavabdeh1 xüsusi mülkiyyətində olub. Cavabdeh1 İddiaçı onun xəbəri olmadan Bakı şəhəri Qaradağ rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək "İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsi, 3 saylı evin, 26 saylımənzilinə istifadə hüququnun itirilməsini xahiş edib. öz məqsədlərinə çatmaq üçün Cavabdeh1 Bakı şəhəri Qaradağ rayon məhkəməsini aldadaraq və X9 isə məhkəməyə yalan ifadə verərək İddiaçı Bakı şəhəri, Qaradağ onu, Sahil qəsəbəsi, Dostluq küçəsi, 3 saylı evin, 26 saylı mənzildə kirayənişin kimi yaşadığının bildiriblər. Onlar bu məqsədlə İddiaçı məhkəmə tərəfindən göndərilən bildirişləri də gizlədiblər. Baxmayaraq ki, mənzil alınan 2015-ci il tarixdən bu tarixə kimi İddiaçı övladı X13 ilə mütəmadi olaraq Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsi, 3 saylı evin, 26 saylı mənzilində yaşayır. Bundan başqa Cavabdeh1 və bacısı X9 Bakı şəhəri Qaradağ rayon məhkəməsindən X10 varlığını da gizlədiblər. Cavabdeh1 ilə X9 həmin mənzili ələ keçirməkdən ötrü Bakı şəhəri Qaradağ rayon məhkəməsinə yalan ifadə verdiklərini xx xxxxxx 2017-ci il tarixli Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2(002)-818/2017 saylı qiyabi qətnaməsində göstərilənlər də sübut edir. xx xxxxxx 2017-ci il tarixli Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2(002)-818/2017 saylı qiyabi qətnaməsinin 5-ci abzasında göstərilib ki, "məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X9 iddiaçının bacısı olduğunu qeyd edərək, iddiaçının izahatına uyğun, eyni məzmunlu ifadə verdi.” Bu səbəbdən də xx xxxxxx 2017-ci il tarixli, 2(002)-818/2017 saylı Bakı şəhəri Qaradağ rayon məhkəməsi qiyabi qətnamə ilə “cavabdeh İddiaçı Bakı səhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsi, 3 saylı evin, 26 saylı mənzilinə istifadə hüququ itirilmiş hesab edilməsini qət edib.” xx xxxxx 2017-ci il tarixdən RX seriyalı, ******* nömrəli, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi. Dostluq küçəsi, 3 saylı evin, 26 saylı həmin mənzil X4 xüsusi mülkiyyətinə keçib. İddiaçı həmin mənzildən qeydiyyatdan çıxarıldığını xəbər tutan kimi Bakı şəhəri Qaradağ rayon məhkəməsinə ərizə ilə müraciət edib. xx xxxxxx 2017-ci il tarixli, 2(002)-818/2017 saylı Bakı şəhəri Qaradağ rayon qətnaməsi ilə "iddianın əsassız olduğundan təmin edilməməsini qət edib”. x xxxx 2018-ci il tarixli, 2(103)- 3318/2018 saylı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qətnamə qəbul edərək, "iddiaçı Cavabdeh1 şikayətinin təmin edilməməsini, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)- 818/ 2018 saylı xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia təmin edilməməsini qət edib.” 16aprel 2019-cu il tarixli, 2(103 )-3318/2018 saylı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qərardad qəbul edərək, "Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-818/2017 saylı işi üzrə xx xxxxxx 2017-ci il tarixli qiyabi qətnaməsinin icrasına dönüş edilməsinə dair cavabdeh İddiaçı ərizəsi təmin edilməsi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-818/2017 saylı işi üzrə 20 fevral 17-ci il tarixli qiyabi qətnaməsinin icrasına dönüş edilməsini və cavabdeh İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsi 5 saylı evin, 26 saylı mənzilinə istifadə hüququnun və qeydiyyatının bərpa edilməsini qərara alıb. x xxx 2019-cu il tarixli, 2(002)- 898/2019 saylı Bakı şəhəri Qaradağ rayon Məhkəməsi qətnamə qəbul edərək, "iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qızma qarşı "mənzildən çıxarılması və kirayə pulu” tələbinə dair iddiasının rədd edilməsini qət edib.” xx xxxx 2019-cu il tarixli, 2(103)-9664/2019 saylı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi qətnamə qəbul edərək, "apellyasiya şikayətinin təmin edilməməsini və hazırki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxx 2019-cu il tarixli, 2(002)-898/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını qət edib.” Beləliklə, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsi, 3 saylı evin, 26 saylı mənzildə qeydiyyatda olduğu üçün Azərbaycan Respublikasının Qanunvericiliyinə görə mütləq həmin mənzilin özgəninkiləşdirilməsi üçün onun yazılı razılığı notariat kontorunda tələb olunur. Göründüyü kimi, İddiaçı həmin mənzili X5 qardaşı, Cavabdeh1 tərəfindən bağışlanmasına razılıq verməyəcəyini dəqiq bildikləri üçün məhz bu səbəbdən də Cavabdeh1 ilə X9 Bakı şəhəri Qaradağ rayon məhkəməsini aldadaraq, İddiaçım həmin mənzildən qeydiyyatdan çıxardaraq, qanuna zidd yolla həmin mənzili X4 adına keçirdib. Bağışlama müqaviləsi bağlanarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 49-cu bəndinin tələbləri pozulduğundan müqavilə etibarsız hesab edilməli, həmin müqavilə əsasında verilmiş çıxarış ləğv edilməlidir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-127/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnaməsən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddia tələbini təmin etməməsinin əsası olaraq, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsini və mübahisəli mənzil özgəninkiləşdirilən zaman iddiaçının razılığının alınmaması həmin müqavilənin etibarsız hesab edilməsi üçün əsas olmamasını göstərmişdir. Göründüyü kimi, məhkəmə işin hallarına düzgün qiymət verməmişdir. O, da qeyd edilməlidir ki, İddiaçı qeydiyyatı olduğu üçün, mübahisəli mənzil onun razılığı olmadan Cavabdeh2 bağışlana bilməzdi. İddiaçı mübahisəli mənzilə qeydiyyatı bərpa olunduğuna görə, hər bir halda onun razılığı olmadan həyata keçirilmiş sənədləşmə işləri etibarsız hesab edilməlidir. Məhkəmə eyni zamanda cavabdehlərin İddiaçı və övladına qarşı etmiş olduqları bu hərəkətlərə görə mənəvi istirab və əsəb sarsıntıları keçirirmələrini, keçirməkdə davam etmələrini və əsəb sarsıntıları nəticəsində sinirlərinin pozulmasını nəzərə almamışdır. O da, qeyd edilməlidir ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2019- cu il tarixli, 2(103)- 3318/2018 saylı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qərardadı qəbul edildikdən sonra artıq İddiaçı mübahisəli mənzilə pasport qeydiyyatı bərpa olunmuş, yəni məhz bundan sonra onun hüquqlarını əhəmiyyətli dərəcədə pozan bağışlama müqaviləsinin etibarsız sayılmasının zəruriliyini bilmişdir. Məhkəmənin hansı səbəbdən belə ədalətsiz mövqe nümayiş etdirməsi iddiaçını və azyaşlı övladını məyus edərək, onlarda ədalətliliyə, qanunun aliliyinə inamı azaltmışdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 və cavabdeh X4 vəkili X7 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması hissəsində yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə mübahisəli mənzil özgəninkiləşdirilən zaman iddiaçının razılığının alınmaması həmin müqavilənin etibarsız hesab edilməsi üçün əsas deyil. Həmçinin əlavə olaraq qeyd edilir ki, mübahisəli mənzilin mülkiyyətçisinin dəyişməsi, iddiaçının mübahisəli mənzilə olan istifadə hüququnu həyata keçirməsinə heç maneə törətmir. Bu səbəbdən iddia təmin edilməməlidir. Bundan başqa iddiaçı tərəfindən Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddət ötürülmüşdür. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə kollegiyası tərəfindən mülki iş üzrə aparılmış araşdırma nəticəsində müəyyən etmişdir ki, xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh1 ünvan 1 26 saylı ünvanda yerləşən, yaşayış sahəsi 72.85 kv.m. olan 3 (üç) otaqlı mənzilini X6 bağışlamışdır.ünvan 1 mənzil 26 ünvanında yerləşən mənzil X4 adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 2255 nömrəli reyestr kitabının 209838 nömrəli vərəqində qeydiyyata alınmışdır.Qaradağ Rayon Məhkəməsinin 2(002)-818/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qiyabi qətnaməsinə əsasən iddia təmin edilərək cavabdeh İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsi, 3 saylı evin, 26 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilmişdir.Qaradağ Rayon Məhkəməsinin 2(002)-818/2017 saylı xx xxxxxx 2017-ci il qətnaməsinə əsasən həmin iş üzrə iddiaçı Cavabdeh1 həmin iş üzrə cavabdeh İddiaçı qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməsi qət edilmişdir.Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icrasında dönüş edilməsinə dair həmin iş üzrə cavabdeh İddiaçı ərizəsinin təmin edilməsi, Qaradağ Rayon Məhkəməsinin 2(002)- 818/2017 saylı xx xxxxxx 2017-ci il qiyabi qətnaməsinin icrasında dönüş edilməsi, cavabdeh İddiaçı mübahisəli mənzilə istifadə hüququ və qeydiyyatının bərpa edilməsi qərara alınmışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün təfsir etməmişdir. Belə ki,əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsiməcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri). «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin müddəalarına görə notariat hərəkətlərinin aparılması qaydaları bu Qanun, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və onların əsasında Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi müvafiq təlimatla, Azərbaycan Respublikasının konsulluqlarında aparılan notariat hərəkətlərinin qaydaları, həmçinin Azərbaycan respublikasının Konsul Nizamnaməsi, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının birgə təsdiq etdiyi təlimatla müəyyən edilir. Həmin Qanunun 46-cı maddəsində göstərilir ki, qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilməsi və girov qoyulması haqqında əqdlər özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, avtonəqliyyat vasitələri üzrə həmçinin onların Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müayinədən keçməsi barədə arayış təqdim olunduqdan sonra təsdiq edilir.Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatda nəzərdə tutulur ki, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair əqdlər təsdiq edərkən digər vəzifələrlə yanaşı notariuslar: notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslərin şəxsiyyətini müəyyən etməli; əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu layihələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalı; Yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olması barədə məlumatı müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. (17, 38, 46, və 49-cu bəndlər). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Kollegiya qeyd edir ki, iş materiallarına əlavə edilmiş və qanuni qüvvəsini məhkəmə qətnamələri ilə iddiaçının mübahisəli mənzilə dair istifadə hüquqları tanınmış, eyni zamanda onun istifadə hüquqlarının itirilməsinə dair iddia tələbi rədd edilmişdir. Belə olan halda qüvvədə olan və yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə uyğun olaraq mübahisəli daşınmaz əmlakın özgəninkiləşdirilməsi zamanı iddiaçının razılığı alınmalı idi. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsi, 3 saylı evin 26 saylı mənzilinə dair Cavabdeh1 ilə X9 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, reyestrdə 4Ə-592 nömrə ilə qeyd edilmiş bağışlama müqaviləsi etibarsız hesab edilməlidir. Bundan başqa kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Kollegiya hesab edir ki, xx.xx.2017-ci il tarixli, reyestrdə 4Ə-592 nömrə ilə qeyd edilmiş bağışlama müqaviləsi etibatsız hesab edildiyindən və həmin müqavil hüquqi nəticələr yatarmadığından, həmin müqavilə əsasında X2 adına verilmiş xx xxxxx 2017-ci il tarixli RX seriyalı, ******* nömrəli, Azərbaycan Respublikasının Əmlak Məsələləri Komitəsinin yanında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Kollegiya cavabdehin mülkiyyət hüquqlarının müdafiə olunması ilə bağlı qeyd edir ki, mənzilin satılması üçün İddiaçı razılığının alınması cavabdehin mülkiyyət hüququnu pozmur. Belə ki, qanunvericilik kompensasiya ödənilməsi şərti ilə mənzilə olan istifadə hüququnun itirilməsini müəyyən etmişdir. Lakin, Cavabdeh1 bu hüququnundan istifadə etməmişdir. Belə olan halda cavabdehlərin etirazları əsaslı hesab edilə bilməz. Kollegiya iddia müddətinin tədbiq edilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 382-ci maddəsinə əsasən, iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Qeyd olunan qanunvericilik normasının mənasından görünür ki, iddia müddətinin bərpası dedikdə həmin müddətin yeni müddətə təzələnməsi kimi başa düşülməməlidir. Mülki Məcəllənin 382-ci maddəsində deyilir ki, iddia müddətinin ötürülməsinin səbəbini məhkəmənin üzürlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüquqi müdafiə edilməlidir. Bu, o deməkdir ki, vaxtı ötürməklə məhkəməyə müraciət etmiş şəxsə, sadəcə olaraq, həmin tələb üzrə hüquqlarının müdafiəsinə imkan verilir. İş materiallarından göründüyü kimi, tərəflər arasında 2017-ci il tarixdən etibarən, yəni bağışlama müqaviləsi bağlanan ildən məhkəmə mübahisələri davam edir və iddiaçı özünün qanunla qorunan hüquqlarını müdafiə edir. Belə olan halda kollegiya hesab edir ki, iddiaçı tərəfindən hazırkı tələblə məhkəməyə müraciət etmək üçün iddia müddətinin ötürülməsi üzrlü hesab edilməlidir. Belə olan halda cavabdeh tərəfin iddia müddətinin tədbiq edilməsinə dair ərizəsi təmin edilə bilməz. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3cü maddələri). Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddianın təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 127/2020 saylı, xx xxxxxx 2020-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli,Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsi, 3 saylı evin 26 saylı mənzilinə dair Cavabdeh1 ilə X9 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, reyestrdə 4Ə-592 nömrə ilə qeyd edilmiş bağışlama müqaviləsi etibarsız hesab edilməli, X4 adına verilmiş xx xxxxx 2017-ci il tarixli RX seriyalı, ******* nömrəli, Azərbaycan Respublikasının Əmlak Məsələləri Komitəsinin yanında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-127/2020 saylı, xx xxxxxx 2020-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsi, 3 saylı evin 26 saylı mənzilinə dair Cavabdeh1 ilə X9 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, reyestrdə 4Ə-592 nömrə ilə qeyd edilmiş bağışlama müqaviləsi etibarsız hesab edilsin. X4 adına verilmiş xx xxxxx 2017-ci il tarixli RX seriyalı, ******* nömrəli, Azərbaycan Respublikasının Əmlak Məsələləri Komitəsinin yanında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar