Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-457/2021 29.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin vəkili X2 və cavabdehlərin nümayəndəsi və vəkili X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 aprel 2017-ci il tarixli, 2(005)-1528/2017 saylı qətnaməsindən Cavabdeh Soltanməcid qızı tərəfindən verilmiş və Nizami rayon məhkəməsinin 2(007)-2174/19 saylı 09 avqust 209-cu il tarixli qətnaməsindən iddiaçılar Cavabdeh Soltanməcid qızı və X12 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi:
1. İddiaçı "xxxx" MMC Cavabdeh Soltanməcid qızına qarşı “müqavilənin ləğv edilməsi, lizinq obyektinin geri qaytarılması tələbi” barədə iddia ərizəsi ilə Nərimanov rayon məhkəməsinə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh Soltanməcid qızı arasında bağlanmış D009 saylı 02 noyabr 2015-ci il tarixli X8 ləğv edilməsi, Lizinqə verilmiş "xxxx" MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən lizinq obyektinin "xxxx" MMC-yə qaytarılması və Cavabdeh Soltanməcid qızının lizinq obyekti olan mənzildən çıxarılması, X14 üzrə 24.01.2017-ci il tarixinə lizinq məbləği üzrə 30946 (otuz min doqquz yüz qırx altı) ABŞ dolları, faiz məbləği üzrə 2235 (iki min iki yüz otuz beş) ABŞ dolları, 5659 (beş min altı yüz əlli doqquz) ABŞ dolları hesablanmış cərimə, ümumilikdə 38840 (otuz səkkiz min səkkiz yüz qırx) ABŞ dolları ekvivalentində və 30 manat dövlət rüsumunun Cavabdeh Soltanməcid qızından tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılır ki, "xxxx" MMC ilə Cavabdeh Soltanməcid qızı arasında 02 noyabr 2015-ci il tarixdə X14 bağlanmışdır. Həmin müqavilənin 1 saylı Əlavəsinə əsasən "xxxx" MMC-nin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzil 24 ay müddətinə hər ay üçün 1782 ABŞ dolları ödənilməsi şərti ilə 35000 ABŞ dollarına lizinqə vermişdir. Bundan sonra Cavabdeh Soltanməcidqızı müqavilə öhdəliklərini lazımi qaydada icra etməmiş və bildirmişdir ki, ödənişlərlə bağlı çətinlikləri var. Hazırda bu müqavilə üzrə ödəmələr aparılmır. Belə ki, cavabdeh qeyd olunan müqavilənin öhdəliklərini lazımınca icra etməyərək, aylıq ödənişləri vaxtında ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Sonuncu dəfə 07.12.2016-cı il tarixdə borc ödənilmədiyi halda, məhkəməyə müraciət olunacağı barədə bildiriş göndərilsə də, cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirmək istəməmişdir. Eyni zamanda, cavabdeh lizinqə verilmiş iddiaçı "xxxx" MMC-yə məxsus ünvan 3 ünvanında yerləşən mənzili iddiaçıya təhvil verməkdən imtina etmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş 1021Ə17 nömrəli, 24.01.2017-ci il tarixli borca dair arayışdan görünür ki, cavabdehin 24.01.2017-ci il tarixinə, "xxxx" MMCyə 30946 ABŞ dolları əsas, faiz məbləği üzrə 2235 ABŞ dolları, 5659 ABŞ dolları hesablanmış cərimə, ümumilikdə 38840 ABŞ dolları ekvivalentində borcu vardır.
3. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 28 aprel 2017-ci il tarixli, 2(005)- 1528/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, "xxxx" MMC ilə Cavabdeh Soltanməcid qızı arasında bağlanmış D009 nömrəli, 02 noyabr 2015-ci il tarixli X8 ləğv edilməsi, həmin müqavilə üzrə24.01.2017-ci il tarixinə lizinq məbləği üzrə 30946 ABŞ dolları, faiz məbləği üzrə 2235ABŞ dolları, 3000 ABŞ dolları hesablanmış cərimə, ümumilikdə 36181 ABŞ dolları ödəniş günü manata məzənnəsi ilə manatla və 30 manat dövlət rüsumunun Cavabdeh Soltanməcid qızından tutularaq "xxxx" MMC-yə ödənilməsi, lizinqə verilmiş "xxxx" MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən lizinq obyektinin "xxxx" MMC-yə qaytarılması və Cavabdeh Soltanməcid qızının lizinq obyekti olan mənzildən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. Cavabdeh Soltanməcid qızı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən təmin edilmiş hissələrdə ləğv edilərək, həmin hissələrdə iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, birinci instansiya məhkəməsi qətnaməni qəbul edərkən mülki qanunvericiliyin maddələrinə əsaslansa da, tərəflər arasında olan X8 elə özünün istinad etdiyi qanunvericilik və mülki hüquq normalarının tələblərini pozduğuna heç bir əhəmiyyət verməmişdir. Belə ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 1.1-ci bəndinə əsasən lizinq verən bu müqavilənin 1 saylı əlavəsində göstərilən əşyanı satıcıdan əldə etməyi və lizinq alanın istifadəsinə verməyi, lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Lizinq verən "xxxx" MMC lizinqə verdiyi əmlakı Azərbaycan manatı ilə əldə etmiş, müqavilə qiymətlərini tənzimləyən 1 saylı əlavədəlizinq obyektinin dəyərini Azərbaycan manatı ilə ifadə etmiş, ilkin ödənişi Azərbaycan manatı ilə qəbul etmiş və aylıq ödənişlərin manatla həyata keçiriləcəyini şərtləşdirmiş, lakin lizinq məbləğini ABŞ dolları ilə ifadə etmişdir. Hesab edir ki, bütün hesablaşmalar Azərbaycan manatı ilə aparıldığından, həmçinin lizinq məbləğinin ABŞ dolları ilə ifadə olunması Mülki Məcəllənin və digər qanunvericilik aktlarının tələblərinə zidd olduğundan 02.11.2015-ci il tarixli X9 1 saylı əlavə qanunsuzdur. Bu səbəbdən Cavabdeh verilmiş lizinq məbləği həmin məbləğin verildiyi günə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş məzənnəyə uyğun Azərbaycan manatına konvertasiya edilməli və cavabdeh tərəfindən ödənilmiş məbləğlər nəzərə alınmaqla, onun iddiaçıya olan borcu yenidən hesablanmalı və yeni ödəniş cədvəli açılaraq, ödənişlər həmin cədvələ uyğun aparılmalıdır.
6. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7438/2017 saylı 01 noyabr 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh Soltanməcid qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 28 aprel 2017-ci il tarixli qətnaməsi Cavabdeh Soltanməcid qızından 2335 ABŞ dolları məbləğində faiz, 3000 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması hissəsində dəyişdirilmiş, Cavabdeh Soltanməcid qızından tutulmalı olan faiz məbləği 1297 ABŞ dolları, dəbbə pulunun məbləği isə 20 ABŞ dollarının ödəniş günü manata olan məzənnəsi üzrə müəyyən edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
7. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 noyabr 2017-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5515/18 saylı 04 sentyabr 2018-ci il tarixli qərarı ilə Cavabdeh Soltanməcid qızının kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 01 noyabr 2017-ci il tarixli, 2(103)-7438/17 saylı qətnaməsinin ləğv edilməsi və işin apellyasiyaqaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
9. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11278/2018 saylı, 18 dekabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh Soltanməcid qızının apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 28 aprel 2017-ci il tarixli, 2(005)-1528/2017 saylı qətnaməsinin Cavabdeh Soltanməcid qızından 30946 ABŞ dolları lizinq məbləği, 2235 ABŞ dolları faiz borcunun, cəmi 36181 ABŞ dollarının tutulması hissələrində dəyişdirilməsi, lizinq məbləği 9330,44 (doqquz min üç yüz otuz manat qırx dörd qəpik) manat, faiz məbləği 1426,62 (min dörd yüz iyirmi altı manat altmış iki qəpik) manat, cəmi məbləğ 10757,06 (on min yeddi yüz əlli yeddi manat altı qəpik) manat müəyyən edilməsi, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 28 aprel 2017-ci il tarixli qətnaməsinin 3000 (üç min) ABŞ dolları dəbbə pulunun tutulması hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi. iddia tələbinin dəbbə pulunun tutulması hissəsində təmin edilməməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
10. Həmin qətnamədən narazı qalan Cavabdeh Soltanməcid qızı tərəfindən kassasiya şikayəti verilmişdir.
11. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3814/2019 saylı, 12 iyul 2019-cu il tarixli qərarı ilə Cavabdeh Soltanməcid qızının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmışdır.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11909/2019 saylı, 16 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh Soltanməcid qızının apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-1528/2017 saylı 28 aprel 2017-ci il tarixli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək iddianın qismən təmin edilməsi, "xxxx" MMC ilə Cavabdeh Soltanməcid qızı arasında bağlanmış 0009 nömrəli, 02 noyabr 2015-ci il tarixli X14 ləğv edilməsi, X14 üzrə 24.01.2017-ci il tarixinə lizinq məbləği üzrə 9330,44 manat, faiz məbləği 1426,62 manat, cəmi məbləğ 10757,06 manat müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir.
13. Həmin qətnamədən narazı qalan iddiaçı "xxxx" MMC və Cavabdeh Soltanməcid qızı ayrı-ayrılıqda kassasiya şikayəti vermişlər.
14. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1696/2020 saylı, 18 mart 2020-ci il tarixli qərarı ilə "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilmiş, Cavabdeh Soltanməcid qızının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
15. İş yeni apellyasiya baxışında olan dövrdə məhkəmə instansiyalarında baxılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinqə verilmiş mənzilin geri qaytarılması, cavabdehin həmin mənzildən çıxarılması və s. tələbinə dair mülki iş üzrə lizinq obyektinin mənzil olması səbəbindən tərəflər arasındakı müqavilənin lizinq müqaviləsinin mahiyyətinə zidd olması, əslində kredit müqaviləsini pərdələmək məqsədi ilə bağlanan yalan əqd hesab edilməsi ilə bağlı mövcud olan fikir ayrılıqları olduğu üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə mürəciət edilməsi zərurəti yaranmış və bununla bağlı apellyasiya instansiyası məhkəməsinin 2(103)-5707/2020 saylı 06.11.2020-ci il tarixli qərardadı ilə sözügedən müraciət ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı dərc olunanadək iş üzrə icraatın dayandırılması qərara alınmışdır.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 dekabr 2020-ci il tarixli qərarı 27.01.2021-ci il tarixində Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-457/2021 saylı, 16 fevral 2021-ci il tarixli qərardadı ilə iş üzrə icraatın təzələnməsi qərara alınmışdır.
17. Daha sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.5, 339.6, 346 və 354-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi nəzərə alınaraq bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı dərc olunanadək iş üzrə icraat dayandırılması qərara alınmışdır.
18. 02 aprel 2021-ci il tarixində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı qəbul edilmiş, apellyasiya instansiyası məhkəməsinin 2(103)-457/2021saylı 09.06.2021-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir.
19. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2050/2020 saylı 07.09.2020-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının icraatında olan "xxxx" MMC-nin Cavabdeh Soltanməcid qızına qarşı “müqavilənin ləğv edilməsi, lizinq obyektinin geri qaytarılması” tələbinə dair 2(103)-5707/2020 saylı mülki işlə iddiaçılar Cavabdeh Soltanməcid qızının və X6 cavabdeh "xxxx" MMC-yə qarşı “alqı-satqı müqaviləsinin və lizinq müqaviləsinin etibarsız hesab edilməsi, mənzilin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair çıxarışların ləğv edilməsi” tələbinə dair 2(103)-2050/2020 saylı mülki işlər birlikdəbaxılması üçün bir icraatda 2(103)- 5707/2020 №-si altında birləşdirilməsi qərara alınmışdır.
20. Birləşdirilmiş iş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının icraatında olan "xxxx" MMC-nin Cavabdeh Soltanməcid qızına qarşı “müqavilənin ləğv edilməsi, lizinq obyektinin geri qaytarılması” tələbinə dair mülki iş kassasiya instansiyası məhkəməsinin icraatında olan dövrdə, yəni, həmin iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3814/2019 saylı, 12 iyul 2019-cu il tarixli qərarı qəbul edilənə kimi iddiaçılar X12 və Cavabdeh Soltanməcid qızı cavabdeh "xxxx" MMC-yə qarşı «alqı-satqı müqaviləsinin və lizinq müqaviləsinin etibarsız hesab olunması, mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması dair «Çıxarış»ın ləğv edilməsi tələbinə dair» iddia ərizəsi ilə 27.05.2019-cu il tarixdə Bakı şəhəri, Nizami rayon məhkəməsinə müraciət etmişlər.
21. İddiaçılar X12 və Cavabdeh Soltanməcid qızı iddia tələblərini onunla əsaslandırmışlar ki, "xxxx" MMC ilə Cavabdeh Soltanməcid qızı arasında D009 saylı 02 noyabr 2015-ci il tarixli X14 bağlanmışdır. Həmin müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən mənzil "xxxx" MMC tərəfindən Cavabdeh Soltanməcid qızına lizinqə verilmişdir. Lakin, lizinq şirkəti həmin lizinq obyektini hər hansı üçüncü şəxsdən deyil, Cavabdeh Soltanməcid qızının həyat yoldaşı X5 alaraq lizinqə vermişdir. Satıcı lizinq alanın həyat yoldaşıdır. Yəni, cavabdeh iddiaçıların hal-hazırda yaşadıqları və mülkiyyətlərində olan mənzili onlardan alqı-satqı əsasında 550000 manata alıb və notariat qaydada öz adına keçirdikdən sonra lizinq obyektini yenidən onlara, yəni X6 həyat yoldaşı olan Cavabdeh Soltanməcid qızına satmışdır. Buradan açıq aşkar görünür ki, "xxxx" MMC iddiaçıları aldadaraq, lizinq deyil, kredit müqaviləsi bağlayaraq, mənzili girov kimi öz adına keçirmiş, sonra da əvəzində lazım olan 35.000 ABŞ dollarını və əlavə mükafat olaraq 7766 ABŞ dollarını da onlardan alınması barədə Lizinq müqaviləsi tərtib etmişdir. Bu o deməkdir ki, "xxxx" MMC iddaçıların ağır vəziyyətindən istifadə edərək, vacib əhəmiyyətli yanılmanın təsiri altında onlarla lizinq deyil kredit müqaviləsi bağlamışdır. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, 02.11.2015-ci il tarixdə iddiaçı X12 nümayəndəsi X3 (satıcı qismində) və "xxxx" MMC (alıcı qismində) arasında mənzilin 55.000 manata alqı- satqısını nəzərdə tutan müqavilə (notarial qaydada təsdiq olunmuş) bağlanmışdır. Müqavilədə qeyd olunmuşdur ki, alıcı mənzili Cavabdeh Soltanməcid qızına lizinqə vermək üçün almışdır. 02.11.2015-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında D009 saylı “X14” adlı müqavilə bağlanmışdır. Müqavilədə qeyd edilmişdir ki, "xxxx" MMC (lizinq verən qismində) mənzili satıcıdan əldə etməyi və Cavabdeh Soltanməcid qızının (lizinq alan qismində) istifadəsinə verməyi, lizinq alan isə lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə müqavilənin müddəti 24 ay müəyyən edilmişdir. Lizinq müqaviləsinə 1 saylı Əlavədə ödəniş qrafiki razılaşdırılmışdır. Qrafikdə aylıq ödənişin 1782 ABŞ dolları, əsas məbləğin 35000 ABŞ dolları, lizinq mükafatının 7766 ABŞ dolları olduğu qeyd edilmişdir. Aşağıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlinir ki, tərəflər arasında bağlanmış əqd lizinq müqaviləsinə xas münasibətlər deyil, borc münasibətləri yaranmış, onların iradə ifadəsi borc müqaviləsinin bağlanmasına yönəlmişdir. Lizinq müqaviləsi borc müqaviləsini, mənzilin alqı- satqısına dair müqavilə isə borc müqaviləsinin təminatı kimi ipoteka müqaviləsini pərdələmək məqsədi iləbağlanmışdır. İddiaçı lizinq müqaviləsinin imzalandığı eyni gündə - 02.11.2015-ci ildə mənzilin lizinq alanın ərindən satın alınmasına dair müqavilə imzalayır, həmin gün də mənzilin təhvil- təsliminə dair akt tərtib olunur. Akt "xxxx" MMC ilə Cavabdeh Soltanməcid qızı arasında (lizinq müqaviləsinin tərəfləri qismində) imzalansa da, aktın məzmunu satıcının mənzili alıcıya təhvil verməsi barədədir. Lakin, əslində nə mənzil Cavabdeh Soltanməcid qızının və əri X12 tərəfindən "xxxx" MMC-yə təhvil verilməmiş, nə də ki, "xxxx" MMC tərəfindən Cavabdeh Soltanməcid qızına təhvil verilməmişdir. Yəni Mənzil lizinq və alqı-satqı müqavilələri imzalanmamışdan öncə də iddiaçıların istifadəsində və sahibliyində olmuş, müqavilələr imzalandıqdan sonra da onların sahibliyində qalmışdır. İddiaçılar illərdir ki, həmin evdə qeydiyyatda olmaqla yaşayırlar. Bu o deməkdir ki, nə mənzilin alqı-satqısına, nə də ki, onun lizinqə verilməsinə iradə ifadəsi olmuşdur. Mənzilə mülkiyyət hüququ rəsmi olaraq lizinq alanın əri X5 "xxxx" MMC-yə keçsə də, mənzilin sahibləri dəyişilməz olaraq qalmışdır. Daşınmaz əmlaka mülkiyyət hüququnun həqiqətən başqa şəxsə keçməsi üçün təkcə mülkiyyət hüququnun rəsmi reyestrdə qeydə alınması kifayət etmir, əmlaka sahiblik də əmlakı həqiqi əldə edənə keçməlidir. Hazırki halda isə bu baş verməmişdir. Mənzilin başqa şəxsdən deyil, məhz lizinq alanın ərindən əldə olunması da alqı-satqı müqaviləsinin etibarsızlığına dəlalət edən hallardan biridir. İddiaçılar sadəcə "xxxx" MMC-dən borc almışlar. Lizinq müqaviləsinə 1 saylı Əlavədə də “əsas məbləğ” və “faiz məbləği” terminlərindən istifadə olunmuşdur ki, bu anlayışlar da lizinq deyil, borc müqaviləsinə xasdır. Yəni iddiaçı cavabdehə illik 20 faizlə borc vermiş, bu borcun təminatı kimi liziq alanın ərinə məxsus mənzili öz adına keçirmişdir. Beləliklə, lizinqvə alqı-satqı müqavilələri etibarsız hesab olunmalı, lizinq müqaviləsinə borc, alqı-satqı müqaviləsinə isə ipoteka müqaviləsinə aid qaydalar tətbiq olunmalıdır. Alqı-satqı müqaviləsinə ipoteka müqaviləsinin qaydaları tətbiq edilməli olduğundan borc üzrə tutma ipoteka predmeti qismində mənzilə yönəldilməli, mənzil açıq hərracda satılmalıdır və mənzil satıldıqdan ən geci bir ay ərzində cavabdeh və onun ailə üzvləri yaşayış sahəsini tərk etməlidirlər. İpoteka müqaviləsi bağlanmadığından tutmanın ipoteka predmetinə yönəldilməsinə xas prosedurların yerinə yetirilməsi mümkün deyildir. Həmçinin mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi üçün ekspertizanın təyin olunması da hazırki iş çərçivəsində qeyri-mümkündür. Belə ki, ekspertizanın tərəflərin təşəbbüsü olmadan təyin olunması işin nəticəsinə dair münasibətin bildirilməsi kimi qiymətləndirilə bilərdi. Qeyd olunmalıdır ki, icra mərhələsində mənzilin ilkin satış qiymətinin müəyyən olunması imkanı vardır
22. Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 09 avqust 2019-cu il tarixli 2(007)-2174 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
23. İddiaçılar X12 və Cavabdeh Soltanməcid qızı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələblərinin təmin edilməsi, ünvan 1-ə dair 02.11.2015-ci il tarixdə "xxxx" MMC ilə Cavabdeh Soltanməcid qızı arasında bağlanmış D009 saylı 02 noyabr 2015-ci il tarixli X8 və 02.11.2015-ci il tarixdə "xxxx" MMC ilə Cavabdeh Soltanməcid qızı arasında bağlanmış X8 etibarsız hesab olunması, "xxxx" MMC-nin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair ******* saylı «Çıxarış» ın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
24. İddiaçıların apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassız olduğu üçün ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, düzgün tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınladırılmamış və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır. Məhkəmə iddia tələbində göstərilən hallara lazımi hüquqi qiymət verməmiş, onların arqumentlərini müzakirə belə etməmiş, və onlara qarşı öz mövqeyini əsaslandırmamışdır. Sadəcə bir cümlə ilə qeyd etmişdir ki, iddiaçı müqavilənin etibarsızlığına dəlalət edən sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, ididanın mahiyyətindən görünür ki, burada sübut edilməli əlavə nəsə yoxdur, mövcud olan müqavilələrin əhəmiyyətsiz olmaqla etibarsızlığı şərtləri elə onların özlərinin forma məzmunu ilə tam müəyyən edilir. Bununla bağlı artıq Ali Məhkəmənin də qüvvədə olan qərarı var.
25. Məhkəmə kollegiyasının iclasında iştiak edən iddiaçı "xxxx" MMC-nin vəkili X7 hər iki qətnamə üzrə apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məkhəməsinin qətnamələrinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
26. Nərimanov rayon Məhkəməsində baxılan iş üzrə Cavabdeh Soltanməcid qızı (həm də Nizami rayon məhkəməsində olan iş üzrə iddiaçı), eləcə də, sonuncu iş üzrə digər iddiaçı X6 nümayəndəsi və vəkili X4 hər iki qətnamədən verilmiş apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
28. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətlərin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Apellyasiya icraatı qaydasında yenidən işə baxan məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və kassasiya instansiya məhkəmələrinin Nərimanov rayon məhkəməsində qaldırılan iddia üzrə yuxarıda qeyd edilən qərarlarında şərh edilən göstərişlərə eləcə də, mübahisə ilə bağlı qərarlarında sərgilədikləri hüquqi mövqelərinə uyğun olaraq hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 aprel 2017-ci il tarixli, 2(005)-1528/2017 saylı qətnamə ilə iddianı təmin edərkən, Nizami rayon Məhkəməsi isə 09 avqust 2019-cu il tarixli qətnamə ilə iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmədiklərindən iş üzrə qəbul edilmiş həmin qətnamələr ləğv edilməli, iddia tələblərinə ümumilikdə yaranmış mübahisənin tam həlli baxımından yenidən baxılaraq hüquqi qiymət verilməlidir.
30. Məhkəmə kollegiyası həm Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 aprel 2017-ci il tarixli, 2(005)-1528/2017 saylı qətnaməsindən, həm də Nizami Rayon Məhkəməsinin 09.08.2019-cu il tarixli 2(007)-2174/2019 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir:
31. Belə ki, iş materiallarında olan və apellyasiya icraatı qaydasında tədqiq edilmiş:
32. "xxxx" MMC ilə Cavabdeh Soltanməcid qızı 02 noyabr 2015-ci il tarixli N D009 nömrəli X8 notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, lizinq verən "xxxx" MMCbu müqavilənin 1 saylı əlavəsində göstərilən əşyanı satıcıdan əldə etməyi və lizinq alan Cavabdeh Soltanməcıd qızının istifadəsinə verməyi, Lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Lizinq müddəti 24 ay təşkil edir. Lizinq obyektinin təsviri bu müqavilənin ayrılmaz hissəsi olan Əlavə NoA (spesifikasiya) göstərilir.
33. 02 noyabr 2015-ci il tarixli N D009 nömrəli X9 Əlavə No 1-in notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, lizinq obyekti Bakı şəhəri, Nərimanov rayonu, Murtuza Nağıyev küçəsi, 2 nömrəli evin, 31 nömrəli mənzilidir. Mənzilin dəyəri 35000 ABŞ dollarıdır. Lizinq alan həmin məbləği 24 ay müddətinə, aylıq 1782 ABŞ dolları annuitetlə ödəməyi öhdəsinə götürmüşdür.
34. "xxxx" MMC tərəfındən Cavabdeh Soltanməcid qızına ünvanlanmış 29.02.2016cı il tarixli, 07.12.2016-cı il tarixli xəbərdarlıq məktublarının surətindən görünür ki, 3 gün müddətinə müqavilə üzrə öhdəliklərin tam ödənilməsini tələb etmişlər. Əks təqdirdə lizinq obyektinin istifadəsindən məhrum edilməsivə əmlakın onun öhdəliklərinin ödənilməsi üçün satılması ilə bağlı müvafıq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir.
35. Ns 1021/17 nömrəli, 24.01.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Soltanməcid qızının hazırda 30946 ABŞ dolları əsas borcu, 2235 ABŞ dolları faiz borcu, 5659 ABŞ dolları hesablanmış cərimə, cəmi 38840 ABŞ dolları ekvivalentində öhdəliyi mövcuddur.
36. 06 mart 2017-ci il tarixli, No 598/2017 nömrəli ödənişlər üzrə çıxarışdan görünür ki, Cavabdeh Soltanməcid qızı tərəfindən 02 noyabr 2015- ci il tarixli N D009 nömrəli X14 üzrə ümumilikdə 10523,4 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Ondan 6468,79 ABŞ dolları faiz üzrə, 4054,61 ABŞ dolları əsas borc üzrə silinmişdir.
37. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX No ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 4 tam mülkiyyət hüquqi üzrə "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 408 nömrəli reyestr kitabının 37948 nömrəli vərəqində 04.11.2015-ci ildə qeydiyyata alınmışdır.
38. 02.11.2015-ci il tarixli ******* Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 60,2 kv/m, yaşayış sahəsi 47 kv/m olan 3 otaqlı mənzil 55000 manat qiymətinə satıcı X12 tərəfindən "xxxx" MMC-ə satılmışdır.
39. 235751 saylı Çekin və 02 noyabr 2015-ci il tarixli qəbzlərin təsdiq olunmuş surətindən görünür ki, 55000 manat məbləğində pul notariusun depozit hesabına ödənilmişdir.
40. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh Soltanməcid qızı arasında 02 noyabr 2015-ci il tarixdə X14 bağlanmışdır. Həmin müqavilənin 1 saylı Əlavəsinə əsasən "xxxx" MMC-nin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzil 24 ay müddətinə hər ay üçün 1782 ABŞ dolları ödənilməsi şərti ilə 35000 ABŞ dollarına lizinqə vermişdir. Müqavilə bağlanan tarixdə cavabdeh tərəfindən iddiaçının hesabına 18281.50 manat dəyərində ilkin ödəniş edilmişdir.
41. Nərimanov rayon Məhkəməsində qaldırılan iddia üzrə iddiaçı "xxxx" MMC-i bildirir ki, Cavabdeh Soltanməcid qızı müqavilə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Hazırda bu müqavilə üzrə ödəmələr aparılmır. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Sonuncu dəfə 07.12.2016-cı il tarixdə borc ödənilmədiyi halda, məhkəməyə müraciət olunacağı barədə bildiriş göndərilsə də, cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirmək istəməmişdir. Eyni zamanda cavabdeh lizinqə verilmiş iddiaçı "xxxx" MMC-yə məxsus ünvan 3 ünvanında yerləşən mənzili iddiaçıya təhvil verməkdən imtina etmişdir. Hazırda cavabdehin 24.01.2017-ci il tarixinə onlara 30946 ABŞ dolları əsas, faiz məbləği üzrə 2235 ABŞ dolları, 5659 ABŞ dolları hesablanmış cərimə, ümumilikdə 38840 ABŞ dolları ekvivalentində borcu vardır.
42. Həmin iş üzrə cavabdeh isə bildirir ki, onunla iddiaçı arasında bağlanmış müqavilə əslində yalanəqddir. Belə ki, lizinq obyekti olan mübahisəli mənzil cavabdeh tərəfin öz ailəsinə məxsus olmaqla mənzilin dəyəri 150000 və daha yuxarı qiymət təşkil etmiş, ailənin maddi vəsaitolaraq 35000 manat borca ehtiyac yaranmış və həmin məbləğin kredit müqaviləsi ilə deyillizinq müqaviləsi vasitəsi verilməsinin daha əlverişli olmasına dair ona məlumat vermişlər.35000 manat əvəzində X14ndə dollarla olan məbləğə imza etməklə,faktiki olaraq öz mənzilini həmin məbləğin təminatı kimi iddiaçı şirkətə lizinq etmişdir.Qeyd edilən X14 əslində real ipoteka müqaviləsinin pərdələnmiş formasıdır. Belə ki, müqavilədən belə görsənir ki, lizinq verən həm lizinqlə satılan əmlakın dəyərini, həm lizinq müqaviləsində onun üçün nəzərdə tutulan gəliri, həm də lizinq alanın müqaviləyə əsasən əldə edəcəyi əmlakı əvəzsiz olaraq geri qaytarmaq hüququna malikdir. Bu halda isə müqavilə tərəflərinin birinin mənafeləri əsassız varlanma hesabına digərininkindən üstün tutulur və lizinq alan müqavilə ilə əldə edəcəyindən məhrum olur
43. İşin materiallarından görünür ki, Cavabdeh Soltanməcid qızının iddiaçı "xxxx" MMC-nin iddiasına etirazının məzmunu eyni ilə onun iddiaçı "xxxx" MMC-yə qarşı həyat yoldaşı ilə birlikdə qaldırdığı iddia tələblərinin əsası ilə demək olar ki, eynilik təşkil edir ki, iddiaçılar həmin iddialarına əlavə olaraq lizinq və alqı-satqı müqavilələri etibarsız hesab olunmasını və "xxxx" MMC-nin mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair ******* saylı “Çıxarış”ın ləğv edilməli olmasını tələb kimi irəli sürmüşlər.
44. Məhkəmə kollegiyası hesab edir ki, hər iki iddia üzrə iddia predmeti eyni olmaqla onlara həm Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının, həm də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən qərarlarında şərh edilmiş məsələlər üzrə ümumilikdə hüquqi qiymət verilməlidir.
45. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2018-ci il tarixli qərarında şərh edilmiş göstərişlərə əsasən tərəflər arasında bağlanmış 02.11.2015-ci il tarixli X8 1.1-ci bəndində lizinq alanın bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini (lizinq ödənişini) ödəməyi öhdəsinə götürməsinə dair qeyd olsa da, həmin müqavilədə nə lizinq ödənişinin ümumi məbləği, nə də lizinq verənin mükafatının məbləği konkret göstərilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748.2.9-cu maddəsi lizinq müqaviləsində bu məlumatların göstərilməsini mütləq qaydada tələb edir. Göründüyü kimi, iddiaçı cavabdehdən lizinq müqaviləsində müəyyənləşdirilmiş lizinq məbləğinin ödənilməsini tələb etsə də, müqavilədə bu məbləğ müəyyən edilməmişdir. Mülki Məcəllənin 748.2.10-cu maddəsi isə lizinq müqaviləsində hesablaşma qaydasını əks etdirən lizinq ödənişlərinin qrafikinin və lizinq müqaviləsi vaxtından əvvəl icra edildikdə lizinq ödənişlərinin hesablanması qaydasının göstərilməsini tələb edir. Lizinq müqaviləsinin 3.1-ci maddəsinə əsasən hesablaşma qaydasını əks etdirən lizinq ödənişlərinin qrafiki Müqavilənin ayrılmaz hissəsi olan 1 saylı Əlavədə göstərilmişdir. İşin 13-cü vərəqində olan həmin 1 saylı Əlavə nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, bu Əlavədə lizinq predmetinin ümumu dəyərinin 55000 manat, ilkin ödənişin 18 264 manat, lizinq məbləğinin 35000 ABŞ dolları və aylıq ödənişin 1781,35 ABŞ dolları olması qeyd olunmuşdur. Göründüyü kimi, 1 saylı Əlavədə lizinq predmetinin dəyəri manatla ifadə olunsa da, lizinq ödənişi ABŞ dolları ilə göstərilmişdir. Halbuki, yuxarıda qeyd olunduğu kimi, lizinq müqaviləsinin mətnində nəinki ödənişin hansı valyutada aparılması, ümumiyyətlə lizinq məbləği göstərilməmişdir. Cavabdehin əsas dəlillərindən biri də lizinq predmetinin dəyərinin 55 000 manat deyil, bundan üç dəfə artıq – 150000 manat olması, lakin iddiaçının lizinq obyektini olduqca aşağı qiymətləndirməsi barədədir. Məhkəmə kollegiyası onu da diqqətə çatdırmışdır ki, adı çəkilən 1 saylı Əlavədə cavabdeh tərəfindən 18 264 manat ilkin ödəniş aparılması da qeyd edilmiş, lakin borcun məbləği müəyyən edilərkən həmin ödəniş işə baxan məhkəmə tərəfindən nəzərə alınmamışdır.
46. Daha sonra işə növbəti dəfə kassasiya icraatı qaydasında baxılarkən kassasiya instansiyası məhkəməsinin qərarında (12 iyul 2019-cu il tarixli qərarı) göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Qərarda şərh edilmiş göstərişlərə əsasən işin hallarından göründüyü kimi, cavabdeh onunla iddiaçı arasında bağlanmış lizinq müqaviləsinin yalan əqd olmaqla kredit müqaviləsini pərdələmək məqsədilə bağlandığını iddia etdiyi halda onun irəli sürdüyü dəlillər üzrə işə baxan məhkəmələr tərəfindən araşdırma aparılmamışdır. Hazırkı işdə mübahisə predmeti olan mənzillə bağlı lizinq və alqı-satqı müqaviləsinin etibarsız sayılması barədə tələb irəli sürülməsə də, bu hal məhkəmənin həmin müqavilələri əhəmiyyətsiz əqd hesab etməsinə mane olmur. Çünki, alqı-satqı müqaviləsi lizinq müqaviləsi ilə birlikdə lizinq əməliyyatının tərkibinə daxildir, lizinq əməliyyatı isə hazırkı işdə lizinq şirkətinin irəli sürdüyü iddianın əsasına aiddir. Alqısatqı müqaviləsi və lizinq müqaviləsi əhəmiyyətsiz əqd olduğundan onların etibarsız sayılması üçün ayırıca tələbin irəli sürülməsinə ehtiyac yoxdur. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia irəli sürülə bilər. Göründüyü kimi, lizinq əməliyyatının tərkibinə daxil olan alqı-satqı müqaviləsi və lizinq müqaviləsi yalan əqdlərdir. Lizinq müqaviləsi kredit müqaviləsini pərdələmək üçün bağlandığına görə yalandır, alqısatqı müqaviləsi ipoteka müqaviləsini pərdələmək üçün bağlandığına görə yalandır, Odur ki, hər iki müqavilə əhəmiyyətsiz əqd olaraq etibarsızdır.
47. Sonuncu dəfə işə baxan kassasiya instansiyası məhkəməsi isə qərarında (18.03.2020-ci il tarixli qərarı) göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsində tərəflər arasındakı lizinq müqaviləsi əqdlərin etibarsızlığı əsaslarını müəyyən edən qanunvericilik normalarının tələbləri baxımından əsaslandırılsa da, qətnamənin nəticə hissəsində lizinq müqaviləsinin ləğv edilməsi qət edilmişdir. Halbuki, müqavilələrin ləğvi və etibarsızlığı əsasları və hüquqi nəticələri baxımından fərqlənirlər.
48. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
49. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarına görə MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburidir.
50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarında daha sonra göstərilmişdir ki, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar.
51. “Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli qərarında, kassasiya məhkəməsi tərəfindən faktiki və hüquqi cəhətlərdən analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşılmasının Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara biləcəyi, bu konstitusiya təminatının məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva etdiyi vurğulanaraq, həmçinin, aşağıdakılar göstərilmişdir: “Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir. Kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Konstitusiyaya və qanunlara tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir”.
52. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin, məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir. Bu da Konstitusiyanın 131-ci maddəsinin İ hissəsinin, habelə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin İ hissəsinin müddəalarından irəli gələn vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına xidmət edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərarı).
53. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Scordino İtaliyaya qarşı (no. 1) iş üzrə qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə Konvensiyanın 19-cu maddəsi baxımından bu Məhkəmənin məqsədi daxili qanunvericiliyin təfsir və tətbiq edildiyi tərzin presedent hüququnda olduğu kimi Konvensiya prinsiplərinə uyğun olub-olmamasının yoxlanılmasından ibarətdir. Avropa Məhkəməsi bu qərarında göstərmişdir ki, İtaliya Kassasiya Məhkəməsinin düzgün qeyd etdiyi kimi, daxili qanunvericilik Konvensiyanın müddəalarına açıq-aşkar istinad etdiyi hallarda bu daha vacib əhəmiyyət kəsb edir. Bu nəzarət rolunun həyata keçirilməsi Avropa Məhkəməsi üçün o halda daha asan olur ki, məsələ Konvensiyanı öz hüquqi sisteminə daxil etmiş və onu birbaşa tətbiq olunan normalar kimi qiymətləndirən dövlətlərə aid olsun, ona görə ki, bu dövlətlərin Ali məhkəmələri, bir qayda olaraq, Avropa Məhkəməsinin müəyyən etdiyi prinsiplərə riayət olunmasına nəzarət etməlidirlər (no. 36813/97, 29 mart 2006-cı il, §§ 190-191).
54. Konstitusiya Məhkəməsinin Plenumu bu mənada qeyd edir ki, kassasiya instansiyası məhkəməsi tərəfindən daxili qanunvericiliyin təfsiri və tətbiqi eynilə Konstitusiyanın müddəalarına və qanunvericilyə uyğun olmalıdır. Belə ki, istənilən məsələ üzrə formalaşan məhkəmə təcrübəsi, hər bir halda, tətbiq edilən hüquqi normanın məqsəd və mahiyyətinə uyğun olmalı, onun mənası təhrif olunmamalı, xüsusilə də tətbiqetmə təcrübəsi elə tərzdə formalaşdırılmalıdır ki, Konstitusiyada təsbit edilmiş insan hüquq və azadlıqlarının pozulmasına səbəb olmasın.
55. İddiaçı "xxxx" MMC istər öz iddia tələbləri üzrə, istərsə də ona qarşı qaldırımış iddia üzrə Cavabdeh Soltanməcid qızı ilə aralarında yaranan münasibətlərin lizinq münasibətləri olmaqla heç bir digər əqd münasibətlərinin olmamasını bildirsə də, sonuncu (cavabdeh, eyni zamanda iddiaçı) və digər iddiaçı X12 hər iki iddianın predmeti olan qeyd edilən X8 əslində real ipoteka müqaviləsinin pərdələnmiş forması olmasını israr edir və bununla bağlı qanuni qüvvəsi almış kassasiya instansiyası məhkəməsinin qərarına istinad edirlər.
56. Bununla əlaqədar kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinin həm ləğvi, həm də etibarsızlığı müxtəlif aspektlərdən mübahisələndirildiyi üçün ilk öncə lizinq müqaviləsinin həm hərfi, həm də hüquqi baxımdan mahiyyəti açıqlanmalıdır.
57. Belə ki, lizinq münasibətləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 38-ci fəsli ilə tənzimlənir və Məcəllənin 747-ci maddəsi ilə lizinq müqaviləsinin əsaslarını müəyyən edilmişdir.
58. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
59. Mülki Məcəllənin 747-1-ci maddəsində lizinq müqaviləsinin subyektləri müəyyən olunmuşdur. Məcəllənin 747-1.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir). Mülki Məcəllənin 747-1.3-cü maddəsinə görə, lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir.
60. Məcəllənin 747-1.5-ci maddəsinə uyğun olaraq, bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada və hallarda Azərbaycan Respublikasının istənilən rezidenti və qeyri-rezidenti lizinq müqaviləsinin subyekti ola bilər.
61. Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrindən göründüyü kimi, lizinq alan istənilən əmlakı müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir.
62. Lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir);
63. Lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir;
64. Lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir;
65. Satıcı (mal verən) alqı-satqı müqaviləsinə əsasən lizinq obyektini lizinq verənə satan hüquqi və ya fiziki şəxsdir;
66. Qanunvericilk lizinq müqaviləsinin anlayışını müəyyən edərkən gəlir götürmək məqsədini qeyd etməsə də “lizinq ”anlayışının özü bunu ehtiva edir.
67. Belə ki, lizinq termini ingilis mənşəli olub icarə mənasını verir. İngilis dilində “lease” icarə, “hire” kirayə kimi tərcümə olunur. İcarə ilə kirayənin fərqi nəzərə alınmalıdır. İcarənin kirayədən fərqi ondan ibarətdir ki, icarəçiyə obyektdən istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verilir. Ona görə də gəlir götürmək məqsədi lizinqin vacib elementidir.
68. Bundan başqa, MM-in 747-2-ci maddəsi təsdiq edir ki, lizinqdə gəlir məqsədi zəruridir. Belə ki, həmin maddədən görünür ki, lizinq obyekti bütün əşyalar deyil, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır.
69. Əsas vəsaitlərin anlayışı Vergi Məcəlləsinin 13.2.17-ci maddəsində müəyyən edilmişdir. Əsas vəsaitlər - istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, amortizasiya edilməli olan maddi aktivlərdir. Əgər lizinqin gəlir məqsədi ilə əlaqəsi olmasaydı onun obyektinə münasibətdə 3 əlamət (istifadə müddəti, dəyər və amortizasiya) müəyyən edilməzdi, istənilən əşya lizinqin obyekti sayılardı.
70. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017-ci il 12 yanvar tarixli Qərarında da göstərilmişdir ki, Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 15-ci maddəsinin prinsiplərini əsas götürərək dövlət, iqtisadiyyatın inkişafı, xalqın rifahının yüksəldilməsi məqsədilə müəyyən güzəştlər tətbiq edərək lizinq bazarının inkişaf etdirilməsinə şərait yaratmışdır. Azərbaycan Respublikasında lizinq münasibətlərinin inkişaf etdirilməsinin əsas məqsədi lizinq alanın maliyyə durumunun yaxşılaşdırılması, sahibkarlığın təşviq edilməsi, kənd təsərrüfatı mallarının istehsalçılarının maddi və texniki bazasının möhkəmləndirilməsi və yenilənməsi, sahibkarlığı maliyyələşdirmə vasitəsi kimi lizinqdən geniş istifadə edilməsinin həvəsləndirilməsi, ümumilikdə ölkədə rifahın yaxşılaşdırılması və sairdir.
71. Lizinq beynəlxalq təcrübədə geniş tətbiq olunan maliyyələşdirmə alətidir. Bu alətin unikallığı ondan ibarətdir ki, o, özündə icarə, kredit və alqı-satqı müqavilələrinin elementlərini birləşdirərək bazar və mülki dövriyyənin çevikliyini yüksək dərəcədə artırır. Bu müqavilə konstruksiyasının hər üç tərəfi onun faydalarından mikrosəviyyədə, dövlət və iqtisadiyyat isə makrosəviyyədə yararlanırlar. Belə ki, lizinq alan maliyyələşmə alətindən istifadə etməklə, bu və ya digər əmlakı daha sürətlə ödəmə qabiliyyətinin daha az maliyyə analizinə cəlb etməklə nisyə satın alır, lizinq verən lizinq obyektinin lizinq müddətində onun mülkiyyətində qalmaqla daha təminatlı şəkildə maliyyələşməsini həyata keçirir, satıcı isə bu üsulla daha məhsuldar satışlar həyata keçirir.
72. Mülki Məcəllənin 747-2-ci maddəsinə görə, lizinq obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və daşınmaz əşyalardır.
73. Mübahisənin həlli ilə bağlı Mülki Məcəllənin 747.1-ci maddəsində lizinq obyektindən gəlir götürmək məqsədinin ehtiva olunub-olunmaması, lizinq obyektindən gəlir götürmək məqsədinin olmadığı halda həmin müqavilənin kredit müqaviləsi hesab edilməsinin müqavilə azadlığı prinsipinə zidd olub-olmaması, lizinq obyektinin yaşayış sahəsi olmasının lizinq müqaviləsinin mahiyyətinə zidd olması səbəbindən kredit müqaviləsini pərdələmək məqsədilə bağlanan yalan əqd kimi qiymətləndirilməli olubolmamasının şərh edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə mürəciət edilməsi zərurəti yaranmış və bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 dekabr 2020-ci il tarixli qərarı qəbul edilmişdir
74. Sözügedən Plenum qərara almışdır ki, Mülki Məcəllənin 747.1, 747-1.3 və 747-2ci maddələrinin tələblərinə və Vergi Məcəlləsinin 13.2.17 və 114-cü maddələrində əsas vəsaitlərə verilmiş anlayışa uyğun olaraq yaşayış sahəsinin, o cümlədən mənzilin əsas vəsait olmaqla lizinq müqaviləsinin obyekti olması və lizinq obyektinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan hüquqi və ya fiziki şəxsə verilməsi istisna edilmir;
75. Mülki Məcəllənin 747.1 və 747-2-ci maddələrinin tələblərinə, habelə bu Qərarın təsviri-əsaslandırıcı hissəsinin hüquqi mövqelərinə əsasən kredit müqaviləsindən fərqli olaraq lizinq müqaviləsinin obyekti pul vəsaiti deyil, müəyyən əmlak olduğundan lizinq müqaviləsinin kredit müqaviləsi ilə pərdələnməsi qeyri-mümkündür.
76. Qeyd edilən Plenum qərarının əsaslandırıcı hissəsində göstərilmişdir ki, iqtisadi nöqteyi-nəzərdən lizinq avadanlıq əldə edilməsi üçün təqdim edilən kreditə oxşardır, lakin fərqləndirici əlamət ilə bank maliyyələşməsinə alternativ kimi çıxış edir.
77. Lizinq müqaviləsinin bağlandığı an əşyanın lizinq alanın mülkiyyətinə keçməsi və bununla da, mülkiyyətçinin dəyişməsi baş vermir. Satın alma şərtləşdirildiyi halda (bir qayda olaraq lizinqin cəlbediciliyi bu şərtə görə mövcud olur) həmin əşya sonda lizinq alana satılır. Lizinq müqaviləsi lizinq verənin öz əmlakından daha yüksək dəyər əldə etməsinə, lizinq alanın isə aylıq haqq ödənişi müqabilində həmin əmlakdan faydalanmasına (gəlir götürməsinə, yaxud götürmədən istifadə etməsinə) imkan yaradır.
78. Beləliklə, lizinq daha çox mülkiyyətçinin öz əmlakını nisyə alqı-satqı yolu ilə hissəvi ödəniş əsasında satılmasına yönələn hərəkəti kimi xarakterizə edilir. Kredit şərtləri və ya hər hansı digər əsasla əldə olunan əmlakdan fərqli olaraq, lizinq şərtləri ilə əldə olunan əmlak üzərində onun mülkiyyət hüququ dərhal yaranmır. Qeyd edildiyi kimi, lizinq obyekti üzərində mülkiyyət hüququ lizinq ödənişinin tam ödənilməsindən və müqavilə şərtlərinin tam icra olunmasından sonra lizinq verənin iradəsi ilə lizinq alana keçir.
79. Lizinq alan ödənişi geri tələb etmir və lizinq alan müqavilənin hər hansı şərtini icra etmədiyinə görə lizinq verənin tələbi ilə lizinq obyekti üzərində sahiblik və istifadə hüquqlarından əvəzsiz olaraq məhrum edilə bilər. Kredit zamanı borclu kredit şərtləri ilə əldə etdiyi əmlak üzərində həmin an mülkiyyət hüququ (həmin əmlak üzərində kredit verənin xeyrinə yüklülüyün qoyulması istisna olmaqla) əldə edir və borcun ödənilmədiyi qalıq məbləği həcmində mülki məsuliyyət daşıyır. Kredit müqaviləsindən fərqli olaraq lizinqdə girov tələb olunmur.
80. Göstərilənlərdən aydın olur ki, lizinq müqaviləsi iqtisadi, bank və vergi qanunvericiliyi baxımından kreditləşmə modeli sayılsa da, mülki hüquq baxımından lizinq əmlakının istifadəyə verilməsi üzrə öhdəliklər qrupuna aiddir və Mülki Məcəllənin 38-ci fəsli ilə tənzimlənir. Kredit müqaviləsi isə borc müqaviləsi hesab edilir və Mülki Məcəllənin ayrıca fəsli ilə nizamlanır.
81. Yuxarıdakılara əsaslanaraq qeyd etmək lazımdır ki, lizinq təşkilatı kredit təşkilatı olmadığından və pul vəsaiti borca verilmədiyindən, lizinq müqaviləsinin kredit müqaviləsinə çevrilməsi praktiki olaraq qeyri-mümkündür, yalnız lizinq alan kredit götürməklə lizinq ödənişini həmin kredit hesabına maliyyələşdirə bilər.
82. Müqavilə azadlığı prinsipinə gəldikdə isə qeyd etmək lazımdır ki, Mülki Məcəllənin 390-cı maddəsinə uyğun olaraq, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Başqa sözlə onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bu baxımdan tərəflərin iradə azadlığı əsasında lizinqin istənilən növündə müqavilə bağlana bilər.
83. Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir.
84. Qanunvericilik bu azadlıqları mülki dövriyyə iştirakçılarına təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 2012-ci il 12 mart tarixli Qərarı).
85. Məhkəmə kollegiyası hesab edir ki, Konstitusiya Məhkəməsinin sözügedən qərarında qeyd edilən məsələ üzrə müqavilə azadlığının heç də o demək deyildir ki, tərəflər arasında bağlanan müqavilədə əldə olunmuş bütün razılaşmaların etibarlılığı şübhə altına alına bilməməsinə dair mövqeyi ilə bağlı həmin Plenumun Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.5, 339.6, 346 və 354-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə sorğusu əsasında qəbul edilmiş 02 aprel 2021-ci il tarixində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarında formalaşdırılmış hüquqi mövqeyə də istinad edilməsi zərurəti vardır.
86. Belə ki, hazırki iş materiallarından göründüyü kimi, mübahisə predmetinin ləğvinin əsası kimi digər müqavilə tərəfinin öhdəlikləri vaxtında yerinə yetirilməməsi, sözügedən müqavilə tərəfinin isə həmin müqavilənin etibarsızlığının əsası kimi bağlanmış müqavilənin müqaviləni tənzimləyən münasibətləri deyil, digər münasibətləri pərdələmək niyyəti ilə bağlanmasına istinad edirlər.
87. Mülki qanunvericiliyə əsasən isə müqavilələrin ləğvi və etibarsızlığı əsasları və hüquqi nəticələri baxımından fərqlənirlər.
88. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsində əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri, 421-ci maddəsi ilə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları, 424-cü maddəsi ilə isə müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin nəticələri müəyyən edilmişdir.
89. Əqdin ləğvi anlayışı onu ehtiva edir ki, əqd qanunun tələblərinə uyğun aparılmışdır, lakin hal-hazırda şəraitin dəyişməsi nəticəsində həmin əqd üzrə öhdəliklərin icrası qeyri- mümkündür.
90. Əqdin etibarsızlığı anlayışı onu ehtiva edir ki, mübahisələndirilən əqd qanunvericiliyin tələbləri pozulmaqla bağlanmışdır.
91. Eyni zamanda müqavilənin ləğvi və etibarsızlığı tərəflərə münasibətdə fərqli nəticələr yaradır.
92. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərarından görünür ki, Plenum, həmçinin, qərara almışdır ki,
93. - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər.
94. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər.
95. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir.
96. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir.
97. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir.
98. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır.
99. Qeyd edilən Plenum qərarının əsaslandırıcı hissəsində göstərilmişdir ki, arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır.
100. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).
101. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir.
102. Mülki Məcəllədə hər iki etibarsızlıq halına anlayış verilərək onların xüsusiyyətlərinə aydınlıq gətirilmişdir. Belə ki, Mülki Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, mübahisələndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur.
103. Əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər.
104. Mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisləndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur.
105. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər.
106. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
107. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır.
108. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Mülki Məcəllənin 339.6-cı maddəsi məhz bu cür başa düşülməlidir. Belə ki, qeyd edilən maddəyə əsasən, bu Məcəllənin 339.1-339.4-cü maddələrdə göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin əsaslar zərərçəkənin iradə ifadəsinin zədələnmiş olduğu hallardır və bu zaman Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən şəxsin əqdi mübahisələndirməsini qarşı tərəfə bildirməsi ilə əqd bağlandığı andan etibarsız hesab olunur. Qarşı tərəf əqdin etibarsızlığı faktının mövcudluğu ilə razılaşmadığı təqdirdə Mülki Məcəllənin 339.6-cı maddəsi zərərçəkənə məhkəmədə iddia irəli sürməklə mübahisəni həll etmək imkanını verir.
109. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
110. Əqdlər baxımından etibarsızlıq ümumi hal və nəticəni ifadə edir. Lakin belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur.
111. Mülki qanunvericilikdə etibarsızlığa səbəb olan halların tabe olduğu hüquqi rejim və şərtlər də fərqli şəkildə tənzimlənir. Məsələn, əhəmiyyətsiz əqdin etibarlı hala gətirilməsi hüquqi baxımdan mümkün olmadığı halda, mübahisələndirilən əqdlərin müəyyən müddətlər ərzində mübahisə edilməklə etibarsız hala gətirilməsi mümkün olur, mübahisə edilmədikdə isə həmin əqdin bağlandığı andan etibarlı olan hüquqi vəziyyəti dəyişmir.
112. Həmçinin mülki qanunvericiliyə nəzər yetirdikdə məlum olur ki, əqdin etibarsızlığına səbəb olan hallar yalnız əhəmiyyətsizlik və mübahisə edilən hallardan ibarət deyildir. Bəzi hallarda mütləq tələb olunan razılığın olmaması səbəbilə etibarsız halda olan əqdin sonradan ağlabatan müddət ərzində müvafiq şəxs tərəfindən bəyənilməsi ilə etibarlı hala gətirilməsinin mümkün olduğu qanunvericilk tərəfindən tənzimlənmişdir. Belə hallarda əqd başlanğıcda etibarsız olsa da, sonradan bu etibarsızlıq halı aradan qaldırılmaqla həmin əqdi etibarlı hala gətirmək hüquqi baxımdan mümkün olur. Məsələn, Mülki Məcəllənin 345-ci maddəsinə görə, 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların qanuni nümayəndələrinin müvafiq razılığı olmadan bağladıqları əqdlər etibarsız olsalar da, onların qanuni nümayəndələri sonradan ağlabatan müddət ərzində həmin əqdlərə razılıq verməklə (bəyənməklə) onları etibarlı hala gətirə bilərlər (Mülki Məcəllənin 30.1-ci maddəsi).
113. Bəzən qanunvericilikdə məcburi qanun normalarına zidd olaraq bağlanan əqdlərin etibarsız hesab olunması üçün məhkəmə qərarı tələb olunur. Əqdin etibarsız hesab olunması üçün məhkəmə qərarı tələb olunan etibarsızlıq halları əqdlərin etibarsızlığına səbəb olan digər bir növü təşkil edir. Belə əqdlər qanunvericiliyə zidd olmalarına baxmayaraq məhkəmə tərəfindən etibarsızlığa dair qərar verilməyənədək müvafiq hüquqi nəticələri, yəni hüquq və öhdəlikləri yaradan etibarlı əqd kimi qəbul olunur. Məhkəmə tərəfindən etibarsızlığa dair qərar verildiyi təqdirdə isə həmin əqdlər bağlandığı andan etibarsız hesab olunurlar. Qanunvericilikdə hərracın keçirilməsinin, qiymətli kağızların buraxılışının və vəsiyyətnamələrin yalnız məhkəmə qərarı ilə etibarsız hesab oluna biləcəyi nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 416, 1078-27.1.3 və 1225.3-cü maddələri).
114. Bir sıra əqdlərin etibarsızlığının yalnız məhkəmə qərarı ilə müəyyən edilməsi həmin əqdlərin mahiyyəti ilə bağlıdır. Belə əqdlər əsasən səlahiyyətli dövlət qurumlarının iştirakı ilə və ictimai şəkildə baş verdiyindən mülki hüquq subyektlərinin həmin əqdlərin etibarlılığı ilə bağlı etimad və inamını qorumaq zərurəti yaranır. Bu səbəbdən qanunvericilikdə bəzi əqdlərin yalnız məhkəmə qərarı əsasında etibarsız hesab edilməsi ilə bağlı normalar müəyyən edilmişdir.
115. Müraciətdə qaldırılan məsələlərdən biri də məhkəmə araşdırması zamanı əqdin etibarsızlığının məhkəmə tərəfindən müəyyən edilməsi hallarında məhkəmələrin bunu irəli sürülən tələbdən asılı olmayaraq öz xidməti vəzifəsinə görə nəzərə almalı olub-olmaması ilə bağlıdır.
116. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
117. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.
118. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.
119. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.
120. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.
121. Müraciətdə göstərilən Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş bir illik müddətin hansı tələblərə tətbiq edilməli olması ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etmişdir.
122. Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
123. Yuxarıda vurğulandığı kimi, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir.
124. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır.
125. Beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir.
126. Mülki Məcəllənin 337.3 və 337.4-cü maddələrinə görə, əhəmiyyətsiz əqd bağlandığı andan etibarsız əqd olaraq heç bir hüquqi nəticəyə, yəni hüquq və öhdəliklərin yaranmasına səbəb ola bilməz, bu zaman əhəmiyyətsiz əqd üzrə alınanların geri qaytarılması üçün iddia qaldırmaq hüququnun müddətlə məhdudlaşdırılmış olması haqlı olaraq mübahisəyə səbəb olur.
127. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd edir ki, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir.
128. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər.
129. Mülki Məcəllənin 135.7-ci maddəsinə uyğun olaraq, başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar isə əvəzedilən əşyalar sayılır.
130. Mülki qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən təsnifat həmin əşyalar üzərində hüququn yaranması baxımından təcrübi əhəmiyyət kəsb edir. Fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər.
131. Qeyd edildiyi kimi, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir.
132. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər.
133. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir.
134. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir.
135. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir.
136. Qanunvericiliyə əsasən Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqeylərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır.
137. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun.
138. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir.
139. Eyni müddəa «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 66.1-ci maddəsində öz əksini tapmışdır. Həmin Qanunun 66.2 və 63.4-cü maddələrinə əsasən Konstitusiya Məhkəməsinin qərarları qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır, bu qərarlar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
140. Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli, 688 - İİ QD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair» 25 yanvar 2005-ci il tarixli qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir».
141. Kassasiya instansiyası məhkəməsinin 12.07.2019-cu il tarixli qərarında apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edərkən istinad etdiyi əsas hal cavabdehin onunla iddiaçı arasında bağlanmış lizinq müqaviləsinin yalan əqd olmaqla kredit müqaviləsini pərdələmək məqsədilə bağlandığını iddia etdiyi halda onun irəli sürdüyü dəlillər üzrə işə baxan məhkəmələr tərəfindən araşdırma aparılmaması olmuşdur.
142. Bu məsələ ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 28.12.2020-ci il tarixli qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1 və 747-2-ci maddələrinin tələblərinə, habelə bu Qərarın təsviri-əsaslandırıcı hissəsinin hüquqi mövqelərinə əsasən kredit müqaviləsindən fərqli olaraq lizinq müqaviləsinin obyekti pul vəsaiti deyil, müəyyən əmlak olduğundan lizinq müqaviləsinin kredit müqaviləsi ilə pərdələnməsinin qeyri-mümkünlüyü qərara alınsa da, məhkəmə kollegiyası həmin qərarın tələblərinə şərh vermədən, onun məzmununda göstərilənləri hazırki işə faktiki müəyyən edilmiş işin həqiqi halları baxımından hesab edir ki, mövcud vəziyyətdə tərəflər arasında yaranmış borc pulla bağlı kredit münasibətlərin lizinq müqaviləsi ilə pərdələnməsi faktı baş vermişdir.
143. İşin materiallarına əsasən lizinq obyekti olan mübahisəli mənzil cavabdeh tərəfin öz ailəsinə məxsus olmaqla ailənin maddi vəsait olaraq, 35000 manat borc pula ehtiyacı yaranmış, cavabdeh 35000 manat qarşılığında iddiaçı MMC-də X14ndə dollarla olan məbləğə imza etməklə, faktiki olaraq öz mənzilini həmin məbləğin təminatı kimi iddiaçı şirkətə «lizinq» etmişdir.
144. Bununla bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır
145. Həmçinin məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarətdir.
146. Məhkəmə prinsipcə mülahizə yürütmək üçün daxili inam üzrə halları müəyyən etmək hüququna malikdir.
147. Belə ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.
148. Həmin Qanunun 8-ci maddəsinə görə ədalət mühakiməsi heç bir məhdudiyyət qoyulmadan ədalətlə həyata keçirilir.
149. Kollegiya tərəflər arasında bağlanmış lizinq müqaviləsinin qanunauyğun olmaması ilə bağlı, həmçinin aşağıdakıları qeyd etməyi də zəruri sayır.
150. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747-2-ci maddəsinə əsasən lizinqdə gəlir məqsədizəruridir. Yəni, lizinq obyekti bütün əşyalar deyil, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır.
151. Lakin hazırkı iş üzrə məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, "xxxx" MMC-yə lizinq alan kimi obyektdən (mənzildən) gəlir götürmək hüququ verilməmişdir.
152. Belə ki, işin materiallarından görünür ki, lizinq obyekti olan sahə yaşayış sahəsidir ki, ora da qeyri-yaşayış sahəsinə aid olan məqsədlərə (xidmət sahəsi kimi, istehsal sahəsi kimi və s.) istifadə olunması üçün lizinqə verilə bilməzdi.
153. Kollegiya qeyd edir ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi Mənzil Məcəlləsinin 20-22-ci maddələrində müəyyən edilmiş qaydada olmalıdır.
154. Həmin Məcəllənin 21.7-ci maddəsində “...nəzərdə tutulmuş sənəd ... sahənin qeyriyaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır ”məzmunlu qeyd onu təsdiq edir ki, yaşayış sahəsindən qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün müvafiq sənəd olmalıdır. Belə bir sənəd isə iş materiallarında yoxdur və bu hal kollegiyaya belə bir qənaətə gəlməyə tam əsas verir ki, burada gəlir götürmək məqsədi olmamışdır. Baxmayaraq ki, lizinq müqaviləsi bağlanmışdır, kollegiya hesab edir ki, faktiki olaraq bu müqavilə tərəflər arasında mövcud olan digər bir əqdi pərdələmək niyyəti güdmüşdür.
155. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin məzmunundan aşkar görünür ki, lizinq verən həm lizinqlə satılan əmlakın dəyərini, həm lizinq müqaviləsində onun üçün nəzərdə tutulan gəliri, həm də lizinq alanın müqaviləyə əsasən əldə edəcəyi əmlakı əvəzsiz olaraq geri qaytarmaq hüququna malikdir. Bu isə müqavilə tərəflərinin birinin mənafeləri əsassız varlanma hesabına digərininkindən üstün tutulması və lizinq alan müqavilə ilə əldə edəcəyindən məhrum olması anlamına gəlməyə əsas verir ki, bununla da tərəflərdən qeyd edilən 02.11.2015-ci il tarixli X14 üzrə birinin qanun qarşısında, yəni Azərbaycan Respublikası Konstitusiyasının 25-ci və MM-nin 6.1-ci maddələrində nəzərdə tutulan bərabərlik prinsipləri pozulmuş olur.
156. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir.
157. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1 və 6.1.1-ci maddələrinə əsasən mülki hüquq subyektlərinin bərabərliyi Mülki qanunvericiliyin prinsiplərindən biridir.
158. Kollegiya daha sonra qeyd edir ki, Mülki Məcəllənin “lizinq” fəslindəki 748.2.5 və 748-3-cü maddələrdə “maliyyə lizinqi” ifadəsindən istifadə olunub, bununla da həmin maddələrdəki qaydaların yalnız maliyyə lizinqinə aid edildiyi bildirilib. Bu isə onu ehtiva edir ki, MM-nin maliyyə lizinqi ilə yanaşı lizinqin digər növü olan operativ lizinqi də tanıyır, lakin lizinq fəslinin yuxarıda göstərilən iki maddəsində müəyyən edilmiş qaydaları operativ lizinqə şamil etmir, fəslin digər maddələrini isə şamil edir. Operativ (servis) lizinqində lizinq müddəti icarəyə götürülmüş obyektin tam amortizasiyası müddətindən az olur, lizinq ödənişləri obyektin dəyərini tam əhatə eləmir. Lizinq şirkətləri isə həmin obyektləri növbəti dəfə lizinqə verməklə və ya satmaqla obyektin tam qiymətini əldə edir. Operativ lizinqdən əsasən çox sürətlə inkişaf edən texniki avadanlıqların əldə edilməsində istifadə olunur. Belə ki, müəyyən müddətdən sonra həmin avadanlıqlar saz vəziyyətdə olmasına baxmayaraq bazara yeni modellərin təqdim edilməsi ilə onlar öz imkanlarına görə köhnəlmiş sayılır. İstehsal avadanlıqlarının yenilənməsi isə böyük miqdarda maliyyə vəsaiti tələb edir. Operativ lizinqdə sahibkarlıq fəaliyyətinin subyekti belə vəziyyətdən maliyyə itkisi olmadan çıxış yolu əldə edir.
159. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, hazırkı işdə lizinq müqaviləsi operativ lizinqə də aid ola bilməz.
160. Belə ki, lizinq ödənişlərinə 48.992 manat (ilkin ödəniş), 35.000 ABŞ dolları ödəniş) və 7.766 ABŞ dolları (mükafat) daxildir, bu ödənişlərin cəmi lizinq obyektinin dəyərini tam əhatə edir. Maliyyə lizinqində obyekt uzunmüddətli icarəyə götürülür, lizinq müddəti adətən obyektin amortizasiya müddəti ilə eyni olur və lizinq müddətinin sonunda obyektin simvolik qiymətlə lizinq alana satılması nəzərdə tutulur.
161. Maliyyə lizinqi daha çox bir maliyyələşmə növüdür. Hazırkı lizinq müqaviləsi maliyyə lizinqinə aid edilə bilməz, belə ki, onun müddəti 2 ildir, lakin mənzilin amortizasiya müddəti 2 il deyil. Binalar və tikintilər üçün illik amortizasiya norması 7 faizədəkdir (Vergi Məcəlləsi, maddə 114.3.1). və 2 ildə bu 14 faiz təşkil edir.
162. Beləliklə də, məhkəmə kollegiyasının qənaətinə görə Nərimanov rayon Məhkəməsi nəzərə almamışdır ki, Mülki Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Başqa sözlə, məhkəmə işə baxarkən mübahisələndirilən lizinq müqaviləsinin lizinqin yuxarıda sadalanan heç bir növünə aid edilməsinə diqqət yetirməyərək bu hala müvafiq hüquqi qiymət verməmiş, etibarsız olan əqd üzrə səhv hüquqi nəticəyə gəlmişdir.
163. Məhkəmə kollegiyası bu qənaətə gələrkən Konstitusiya Məhkəməsinin qərarlarında formalaşdırılmış mövqelərini rəhbər tutur. Belə ki, 28 dekabr 2020-ci il tarixli qərarda göstərildiyi kimi müqavilə azadlığı heç də o demək deyildir ki, tərəflər arasında bağlanan müqavilədə əldə olunmuş bütün razılaşmaların etibarlılığı şübhə altına alına bilməz. Burada əqdlərin etibarsızlığına dair Mülki Məcəllənin 339, 340-342 və 344-cü maddələrinin, müqavilələrin standart şərtlərinə dair isə 417-420-ci maddələrinin müddəaları nəzərə alınmalıdır.
164. Müqavilənin düzgün müəyyənləşdirilməsi üçün onun məzmununun, ondan irəli gələn hüquq və vəzifələrin, onun bütün şərtlərinin düzgün anlaşılmasının böyük əhəmiyyəti vardır.
165. Tərəflərin hansı müqavilə münasibətlərinin qurulması üçün iradələrini ifadə etdikləri müəyyən olunmalı, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.5-ci maddəsi). Bunun üçün bütün hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər və tərəflərin sonrakı davranışları nəzərə alınmalıdır (Mülki Məcəllənin 404.2-ci maddəsi).
166. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərarında da xüsusi olaraq vurğulanmışdır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.
167. Beləliklə də, sadalanan qanunvericilik normalarının tələblərin baxımından gəlir əldə etməyin lizinqin vacib elementi olduğuna əsaslanaraq apellyasiya instansiyası məhkəməsi hesab edir ki, hazırkı işdə lizinq alana obyektdən (mənzildən) gəlir götürmək hüququ verilməmişdir. Belə ki, lizinq obyekti olan sahə yaşayış sahəsidir, ora qeyri-yaşayış sahəsinə aid olan məqsədlərə (xidmət sahəsi kimi, istehsal sahəsi kimi və s.) istifadə olunması üçün lizinqə verilə bilməz. Müqavilənin bağlanmasında gəlir götürmək məqsədi olmamış, faktiki olaraq yaranmış kredit münasibətlərinin lizinq müqaviləsi adı altında pərdələməsi halı baş vermişdir. Bununla bağlı cavabdeh tərəfin irəli sürdüyü dəlillərə Nərimanov rayon məhkəməsi münasibət bildirməmişdir.
168. Həmçinin kollegiya qeyd edir ki, müqavilənin qanunvericiliyin tələblərinə tam uyğun olaraq (MM-nin 748.2.9, 748.2.10-cu maddələr) bağlanmaması, həmçinin kassasiya instansiyası məhkəməsinin bu işlə bağlı ilk Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2018-ci il tarixli qərarında da ətraflı əks edilmişdir. (müqavilədə ödənişin hansı valyutada aparılmasının, lizinq ödənişinin ümumi məbləğinin, lizinq verənin mükafatının məbləğinin konkret göstərilməməsi, lizinq predmetinin dəyəri manatla ifadə olunsa da, lizinq ödənişi ABŞ dolları ilə göstərilməsi və s.)
169. Məhkəmə kollegiyası daha sonra hesab edir ki, hazırkı işdə Nizami rayon Məhkəməsində mübahisə predmeti olan mənzillə bağlı lizinq və alqı-satqı müqaviləsinin etibarsız sayılması barədə tələb irəli sürülənə qədər, Nərimanov rayon Məhkəməsində işə baxılarkən işin faktiki müəyyən edilmiş halları, məhkəmənin həmin müqavilələri əhəmiyyətsiz əqd hesab etməsinə mane olmurdu. Çünki, alqı-satqı müqaviləsi lizinq müqaviləsi ilə birlikdə lizinq əməliyyatının tərkibinə daxildir, lizinq əməliyyatı isə hazırkı işdə lizinq şirkətinin irəli sürdüyü iddianın əsasına aiddir.
170. Nərimanov rayon Məhkəməsi alqı-satqı və lizinq müqavilələrinin əhəmiyyətsiz əqd olduğundan onların etibarsız sayılması üçün ayırıca tələbin irəli sürülməməsinə baxmayaraq işin müəyyən edilmiş faktiki halları və yuxarıda sadalanan qanunvericilik normalarının tələbləri baxımından mübahisə predmeti olan mənzillə bağlı lizinq və alqısatqı müqavilələrinin əhəmiyyətsiz əqd olmasına diqqət yetirməyərək bu hallara da müvafiq hüquqi qiymət verməmişdir
171. Belə ki, lizinq əməliyyatının tərkibinə daxil olan alqı-satqı müqaviləsi və lizinq müqaviləsi əhəmiyyətsiz əqdlərdir. Bu müqavilələr tərəflər arasında olan mövcud münasibətləri pərdələmək üçün bağlandığına görə yalandır.
172. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
173. - 340.2-ci maddəsinə görə yalan əqd əhəmiyyətsizdir.
174. - 337.3-cü maddəsinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
175. Məhkəmə kollegiyası yuxarıda sadalanan işin faktiki halları üzrə kifayət qədər araşdırılmış sübutlar və yuxarı instansiya məhkəməsi kimi Ali Məhkəmənin Mülki Kollegiyasının hazırki mübahisə ilə bağlı verdiyi qərarlarında şərh edilən göstərişlərini və heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilinməyən, qanunvericilik normalarının şərhi ilə bağlı verilmiş Konstitusiya Məhkəməsinin Plenumunun qərarların tələblərini nəzərə alaraq hesab edir ki, "xxxx" MMC ilə Cavabdeh Soltanməcid qızı arasında 02 noyabr 2015-ci il tarixdə Daxili Lizinq və 02.11.2015-ci il tarixli ******* Daşınmaz Əmlakın alqı-satqı müqavilələri etibarsız əqdlərdir və bununla bağlı Cavabdeh Soltanməcid qızının Nərimanov rayon Məhkəməsində qaldırılan iddia üzrə etirazının əsası kimi istinad etdiyi hallar və Nizami rayon Məhkəməsində qaldırılan iddia üzrə də onun və digər iddiaçı X6 irəli sürdükləri dəlilləri işin araşdırılmış hallarına tam uyğun gəlməklə yuxarıda sadalanan qanunvericilik normalarının tələbləri ilə tam uzlaşır.
176. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Nizami rayon Məhkəməsinin qətnaməsində işin hallarının tam və hərtərəfli araşdırılaraq subutların qiymətləndirilməsi göstərilsə də, məzmununda belə araşdırılma və ya qiymətləndirilmə aparılması halları müşahidə olunmur. İşə baxan məhkəmə tərəfindən gəlinən qənaət əsasən iş materiallarının sadalanması və iddiaçının etibarsızlığı mübahisələndirdiyi əqdlərin etibarsızlığına dəlalət edən sübutların məhkəməyə təqdim edilməməsi ilə əsaslandırılması üzərində qurulmuş, bu halda isə heç bir maddi hüquq normasına istinad edilməmişdir. (prosessual normalar maddi normalar kimi göstərilmişdir)
177. Halbuki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.
178. Həmçinin Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə, məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.
179. Məhkəmələr qarşısında duran ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməsi qəbul olunmuş qərarların tam şəkildə qanunun tələblərinə uyğun olmasını nəzərdə tutur. Məhkəmənin qərarı demokratik ədalət mühakiməsinin ən vacib aktıdır. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir.
180. Həmin qərarın 6.2-ci bəndində göstərilmişdir ki, qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət yetirilməlidir. Qətnamənin həmin hissəsində məhkəmələr tərəfindən müəyyən olunmuş hallar, məhkəmənin nəticələrinin əsaslandırıdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir.
181. Sözügedən Qərarın 6.3-cü bəndində isə məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutların əlaqəli şəkildə şərh edilməsi, bu və ya digər sübutların qəbul edilibedilməməsi səbəbləri orada aydın izah edilməsi nəzərdə tutulmuşdur.
182. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
183. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
184. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
185. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, tərəflər arasında bağlanmış 02 noyabr 2015-ci il tarixdə Daxili Lizinq və 02.11.2015-ci il tarixli ******* Daşınmaz Əmlakın alqı-satqı müqavilələrinin etibarsızlığı mübahisələndirilməsi və həmin əqdlərin də əhəmiyyətsiz əqd olmaları müəyyən edildiyindən "xxxx" MMC ilə Cavabdeh Soltanməcid qızı arasında bağlanmış D009 saylı 02 noyabr 2015-ci il tarixli X8 ləğv edilməsinin əsaslarına hüquqi qiymət verilməsi zərurəti aradan qalxır. Başqa sözlə, sözügedən müqavilənin ləğv edilməsi tələbinin təmin edilməsi mümkünsüz olur. Belə ki, qanunvericiliyə əsasən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqdin əhəmiyyətsiz əqd olmasının təsbit edilməsini nəzərə alaraq əhəmiyyətsiz əqd kimi etibarsız sayılmış 02 noyabr 2015-ci il tarixli X8 ləğv edilməsinə artıq hüquqi zərurət qalmır.
186. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış 02 noyabr 2015-ci il tarixdə Daxili Lizinq və 02.11.2015-ci il tarixli ******* Daşınmaz Əmlakın alqı-satqı müqavilələri əhəmiyyətsiz əqd kimi etibarsız olmalarına baxmayaraq heç bir hüquqi qüvvəsi olmayan bağlanmış əqd üzrə tərəflər arasında pul alınıb verilməsi ilə bağlı faizlə şərtləndirilmiş, lakin lizinq münasibətləri ilə bağlı yaranmış öhdəlik kimi qiymətləndirilməyən "xxxx" MMC-nin verdiyi pullarla əlaqədar tərəflər arasında müəyyən öhdəlik münasibətləri yarandığı üçün hazırki mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin həm 337.5-ci maddəsi, həm də öhdəlik münasibətlərini tənzimləyən müddəaları tətdiq edilməlilir.
187. Sözügedən normaya görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
188. Lakin məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında pulla bağlı məbləğin ABŞ dolları ilə qeyd edilməsində birinci instansiya məhkəməsinin düzgün olmayan nəticəyə gəlmişdir.
189. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
190. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
191. 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər.
192. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinin “ödəniş vasitəsi” müddəası görülmüş iş, göstərilmiş xidmət, satılmış mal və s. müqabilində ödənişin həyata keçirilməsi, habelə icbari ödənişlərin (vergi, sosial sığorta və s.) aparılması hallarını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur.
193. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd olunan qərarda formalaşdırdığı hüquqi mövqeyə görə, ... kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır... Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş Azərbaycan Respublikasının ərazisində ödəniş vasitəsi kimi yalnız manatın işlədilməsi müddəasını inkişaf etdirir. Bu baxımdan, Mülki Məcəllənin 439.1-ci maddəsinin ikinci cümləsində “əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər” müddəası ölkə ərazisində ödəniş vasitəsi kimi xarici valyutanın istifadəsini deyil tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxs olduqda, müqavilənin qiymətini (dəyərini) xarici valyutada müəyyənləşdirmək hüququnu təsbit edir. Mülki Məcəllənin 439.1-ci maddəsinin ikinci cümləsindən fərqli olaraq, Məcəllənin 439.2-ci maddəsinin birinci cümləsində xarici valyutada olan pul öhdəliyinin tərəflərindən birinin xarici fiziki və ya hüquqi şəxs olması müəyyənləşdirilməmişdir. Həmçinin bu maddə müəyyən edir ki, xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə və ödənişin xarici valyutada aparılması müqavilədə nəzərdə tutulmursa, o, manatla ödənilir və yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti ilə aparılır. Konstitusiyanın 19-cu maddəsinin İİİ hissəsindən çıxış edərək belə nəticəyə gəlmək olar ki, bu norma əqdin predmeti kimi yalnız pulun özü çıxış etdiyi hallara şamil olunur.
194. İşin materiallarından görünür ki, 02.11.2015-ci il tarixə Azərbaycan Respublikasının Mərkəzi Bankının 1 ABŞ dolları-1,0491 manat məzənnəsi ilə 36718,50 manat borc öhdəliyi yaranmışdır.
195. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasındakı münasibətlər borc münasibətləri olduğu üçün verilmiş borc vəsaiti ilə ödəniliş hissə arasındakı fərq öhdəliyin yarandığı xarici valyutada olmaqla borcun məbləğini təşkil edir. Lakin yuxarıda sadalanan qanunvericilik aktlarına əsasən xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə və ödənişin xarici valyutada aparılması müqavilədə nəzərdə tutulmursa, o, manatla ödənilir və yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti ilə aparılır.
196. Kassasiya instansiyasının 04.09.2018-ci il tarixli qərarında göstərildiyi kimi, lizinq müqaviləsinin mətnində ödənişin hansı valyutada aparılması göstərilməmişdir. Müqavilənin ayrılmaz hissəsi olan 1 saylı Əlavədə isə lizinq predmetinin dəyəri manatla ifadə olunsa da, lizinq ödənişi ABŞ dolları ilə göstərilmişdir.
197. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, ilkin ödəniş də nəzərə alınmaqla, qətnamə 30946 ABŞ dolları məbləği və 2235 ABŞ dolları faiz məbləğinin tutulması hissəsində iddia tələbi əsaslandırılmadığı üçün ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə, Cavabdeh Soltanməcid qızından "xxxx" MMC-nin xeyrinə tutulmalı olan məbləğ öhdəliyin yarandığı xarici valyutanın Azərbaycn manatının məzənnəsinə uyğun borc 9330,44 manat (27611,94-18281,5=9330,44), faiz 1426,62 manat, cəmi məbləğ 10757,06 manat müəyyən olunmalıdır.
198. Məhkəmə kollegiyası bu qənaətə gələrkən hesablanmış borcun məbləğinin lizinq münasibətlərində olduğu kimi lizinq obyektindan istifadə dövr üçün hesablanmış məbləğdə olmasını nəzərə alır və eyni zamanda qeyd edir ki, bu zərurət tərəflər arasında bağlanmış yalan və əhəmiyyətsiz əqd statusuna malik müqavilənin müddəlarına uyğun hesablanmalıdır.
199. Belə ki, tərəflər arasında faktiki olaraq borc verilmə halları baş vermiş, onun qaytarılması faizlə şərtləndirilmiş, müəyyən ödənişlər aparılmış, lakin alınan borc tam qaytarılmadığından faiz borcu yaranmışdır ki, məhkəmə kollegiyasının qənaətinə əsasən borc münasibətlərin tənzimləyən qanunvericilik normaları baxımından əsas borcla bağlı faiz borcu da müəyyən edilməlidir.
200. Məhkəmə kollegiyası göstərilən nəticəyə gələrkən, həmçinin lizinq şirkəti olan "xxxx" MMC-nin hazırki iş üzrə yalan əqd bağladıqları üçün və bu əqdlərin əhəmiyyətsiz əqd kimi qiymətləndirilməsinə baxmayaraq maddi itkilərinin də olmasının yol verilməz olmasını və sonuncu apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etməsinə baxmayaraq şikayətin məzmununda məhkəmə tərəfindən cavabdehdən tutulmalı olan məbləğin düzgün olmamasını göstərməməsini (mübahisələndirməməsini), yalnız bəhs olunan müqavələlərin etibarsızlığı və əhəmiyyətsizliyi ilə bağlı gəlinən nəticələri mübahisələndirməsini, sonuncu kassasiya instansiyası məhkəməsinin də qərarında məhz bu hissə üzrə araşdırılma aparılmasına dair göstərişlər şərh edilməklə, hesablanmış məbləğlərə dair hər hansı göstəriş olmamasını da nəzərə alır.
201. Azərbaycan Respublikasının MPM-nin :
202. -106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
203. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
204. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
205. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi).
206. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.
207. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
208. Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur.
209. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini iş materialları və kassasiya instansiyası məhkəməsinin qərarında şəhr edilən göstərişlər əsasında yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəmələri sübutların araşdırılması və həqiqətin müəyyən edilməsi üçün Cavabdeh Soltanməcid qızının "xxxx" MMC-nin iddiasını təkzib edən, onun və digər iddiaçı X6 iddialarının əsası kimi istinad etdikləri sübutları təqdim etməsinə düzgün hüquqi qiymət verməmişdir.
210. Halbuki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
211. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
212. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.
213. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər.
214. Məhkəmə kollegiyası bunu da qeyd etməyi zəruri hesab edir ki, qeyd edilən prosessual hüquq normaları Konstitusiya da nəzərdə tutulan məhkəmə müdafiəsi hüququnun realizəsini özündə ehtiva edir. Belə ki, hər bir kəsin məhkəmə müdafiəsi hüququ onun konstitusion hüququ olmaqla, həmin hüququn məhdudlaşdırılması qanunla qadağandır. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir.
215. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282).
216. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
217. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar Azərbaycan Respublikası MPM-nin 385.1-ci maddəsində əks edilmişdir.
218. Həmin normaya görə birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi (385.1.1-ci maddə), gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması (385.1.2-ci maddə), müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi (385.1.3-cü maddə) və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi (385.1.4-cü maddə) məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.
219. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.
220. Qeyd olunan Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
221. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir.
222. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
223. Beləliklə də, məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, hər iki birinci instansiya məhkəməsinin qətnamələrinin iş üzrə maddi hüquq normalarının tələblərinə uyğun və düzgün olmayan qətnamələrinin qəbul edilməsi ilə nəticələnən maddi və prosessual hüquq normalarının pozuntularına yol verildiyindən ləğv edilməli, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 28 aprel 2017-ci il tarixli, 2(005)-1528/2017 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti qismən, Nizami rayon Məhkəməsinin 2(007)-2174/19 saylı 09 avqust 209-cu il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti isə təmin edilərək müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında iş üzrə (işlər bir icraatda birləşdirildiyindən artıq bir mülki işdir) yeni qətnamə qəbul edilməli, "xxxx" MMC-nin Cavabdeh Soltanməcid qızına qarşı iddiası qismən təmin edilməklə Cavabdeh Soltanməcid qızından 10757,06 manat tutularaq "xxxx" MMC-yə ödənilməli, iddia tələbi qalan hissələrdə təmin edilməməli, həmin iş üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid olunmalıdır.
224. Həmçinin, iddiaçılar Cavabdeh Soltanməcid qızının və X6 cavabdeh "xxxx" MMCyə qarşı iddia tələbi təmin edilməklə "xxxx" MMC ilə Cavabdeh Soltanməcid qızı arasında bağlanmış D009 saylı 02 noyabr 2015-ci il tarixli Daxili Lizinq və eyni tarixdə "xxxx" MMC ilə cavabdeh X12 arasında bağlanmış alqı-satqı müqavilələri əhəmiyyətsiz əqd olduqları üçün etibarsız sayılmalı, ünvan 1-ə dair "xxxx" MMC-nin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair ******* saylı «Çıxarış» ləğv edilməlidir.
225. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərini, Konstitusiya Məhkəməsinin məsələ ilə bağlı şərhlərini və Ali Məhkəmənin mübahisə edilən qərarla bağlı hüquqi mövqeyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələbləri baxımından hüquqi qiymət verilərkən yuxarıdakı müzakirələrdən irəli gəlinən nəticədən qeyrisinə gəlmək mümkün olmur.
226. Məhkəmə kollegiyası bu qənaətə gələrkən, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
227. Dövlətin insan hüquqlarının və azadlıqlarının qorunması vəzifəsinin konstitusiya quruluşunun əsaslarına aid olduğunu və bu hüquqların dövlət tərəfindən, o cümlədən, məhkəmə qaydasında müdafiəsini zəruri edir. Məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair» 27.12.2002-ci il taixli qərarı).
228. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
qət etdi:
Cavabdeh Soltanməcid qızının apellyasiya şikayəti qismən təmin edilsin. İddiaçılar Cavabdeh Soltanməcid qızının və X6 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 2(005)-1528/2017 saylı 28 aprel 2017-ci il tarixli qətnaməsi ləğv edilsin. Bakı şəhəri, Nizami rayon məhkəməsinin 2(007)-2174/19 saylı 09 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. "xxxx" MMC-nin Cavabdeh Soltanməcid qızına qarşı iddiası qismən təmin edilsin. Cavabdeh Soltanməcid qızından 10757,06 manat tutularaq "xxxx" MMC-yə ödənilsin. "xxxx" MMC-nin Cavabdeh Soltanməcid qızına qarşı iddia tələbi qalan hissələrdə təmin edilməsin. Həmin iddia üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. İddiaçılar Cavabdeh Soltanməcid qızının və X6 cavabdeh "xxxx" MMC-yə qarşı iddia tələbi təmin edilsin. "xxxx" MMC ilə Cavabdeh Soltanməcid qızı arasında bağlanmış D009 saylı 02 noyabr 2015-ci il tarixli Daxili Lizinq və eyni tarixdə "xxxx" MMC ilə cavabdeh X12 arasında bağlanmış alqı-satqı müqavilələri əhəmiyyətsiz əqd olduqları üçün etibarsız sayılsınlar. ünvan 1-ə dair "xxxx" MMC-nin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair ******* saylı «Çıxarış» ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.