Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4591/2022 06.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-446/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı Cavabdeh ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 185720 AZN əsas borc, 50000 AZN mənəvi borc, 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə 235750 AZN onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Yasamal Rayon Məhkəməsinin 2(004)-446/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayəti: 3.İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı:
4. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X.Hüseynov apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, eyni zamanda bildirdi ki, bundan əvvəl hazırkı iddiaçının oğlu Əfənov Əhməd Məhəmməd oğlu eyni əsaslara söykənən eyni tələblə məhkəməyə müraciət etmiş, həmin tələb təmin edilməmişdir. Hazırda eyni əsaslara söykənən iddia tələbini ata Əfənov Məhhəmməd verib. Hesab edir ki, bu iddia tələbi də həmin iddia tələbi ilə eyni əsaslara söykənir və predmeti də eynidir, bu səbəbdən, qətnamənin ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etdi.
5. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1045/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" İKB ASC-nin cavabdehlər İddiaçı və Əfənov Əhməd Məhəmməd oğluna qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı "xxxx" İKB ASC-nin xeyrinə 24785 ABŞ dolları əsas, 22517 ABŞ dolları faiz, 711 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 48013 ABŞ dolları pul vəsaitinin tutulması, tutmanın ipoteka predmeti olan Əfənov Əhməd Məhəmməd oğluna məxsus Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 mart küçəsi, ev 68V saylı fərdi yaşayış evinə (V tikilisi 4 otaq) yönəldilməsi, evin açıq hərracdan satılması və ən geci 1 ay ərzində boşaldılması qət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-515/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Əfənov Əhməd Məhəmməd oğlunun cavabdehlər "xxxx" MMC, "xxxx" MMC və "xxxx" İKB ASC-yə qarşı qiymətləndirmə hesabatının və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi, çıxarışın ləğvi, evə mülkiyyət hüququnun tanınması və köçürülmə tələbinə dair iddiası təmin edilmişdir.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 may 2019-cu il tarixli, 2(006)- 2725/2019 saylı qətnaməsinə əsasən ilə müəyyən edilir ki, iddiaçı Əfənov Əhməd Məhəmməd oğlunun cavabdeh "xxxx" İKB ASC və digərlərinə qarşı “maddi ziyana görə 100.000 manat, mənəvi ziyana görə 50.000 manat pul tələbinə dair” iddiası rədd edilmişdi. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 sentyabr 2019-cu il tarixli, 2(103)-11618/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 20 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 sentyabr 2019-cu il tarixli, 2(103)-11618/2019 saylı qətnaməsindən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(102)-792/2020 saylı qərarı ilə iddiaçı Əfənov Əhməd Məhəmməd oğlunun kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 sentyabr 2019-cu il tarixli, 2(103)- 11618/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 may 2019-cu il tarixli, 2(006)- 2725/2019 saylı qətnaməsinə əsasən həmçinin, xx.xx.2017-ci il tarixli akta əsasən İddiaçı xx.xx.2017-ci il tarixədək "xxxx" İKB ASC ilə hər hansı bir razılığa gəlməsə, ünvan 1 ünvanda olan saxlanca verilmiş əmlakların "xxxx" İKB ASC-nin saxlanc anbarına yerləşdirilməsinə heç bir etirazının olmadığı, mübahisələndirilən evdə olan qızıl-zinət və digər qiymətli əşyaların oğlu Əfənov Əhməd Məhəmməd oğlu tərəfindən götürüldüyü və xx.xx.2018-ci il tarixli akt ilə Ə.Əfənova qaytarıldığı, həmin aktı Əfənov Əhməd Məhəmməd oğlu və İddiaçı imza edərək heç bir etirazlarının olmadığı müəyyən edilmişdir. Hüquqi dəyərləndirmə:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır.
10. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və mülki iş üzrə icraata xitam verilməlidir.
11. Belə ki, iş materiallarından müəyyən olunur ki, daha öncə iddiaçı Əfənov Əhməd Məhəmməd oğlunun cavabdeh "xxxx" İKB ASC və digərlərinə qarşı “maddi ziyana görə 100.000 manat, mənəvi ziyana görə 50.000 manat pul tələbinə dair” iddia tələbinə baxılmış, həmin tələblə bağlı yekun məhkəmə aktı qəbul edilmişdir.
12. Beləliklə, məlum olur ki, hazırkı tərəflər arasında eyni predmet və eyni əsaslarla bağlı başqa bir iş olmuş, həmin iş üzrə yekun məhkəmə aktı qəbul olunmuş və qüvvədədir.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Kollegiya qeyd edir ki, həmin normaya (261.0.2) görə işin icraatına xitam aşağıdakı üç halın həm də eyni vaxtda mövcud olduğu halda mümkündür: - tərəflər eyni olduqda; - predmet eyni olduqda; - əsaslar eyni olduqda.
14. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi ilə bağlı iş zahirən (formal olaraq) yuxarıda sadalananlardan tərəflərin eyni olması ilə bağlı hissədə üst-üstə düşməsə də, mahiyyət etibarı ilə MPM-in istinad olunan norması ilə güdülən məqsədlərin təsiri altına düşür. 15.Belə ki, hər iki halda iddia tələblərinin predmetinin və əsaslarının eyni olması, eləcə də hazırkı cavabdehin də həmin işdə cavabdeh olması işin mübahisəsiz haldır. Əvvəl baxılmış işdə iddiaçı Əfənov Əhməd Məhəmməd oğlu, yəni hazırkı iddiaçının doğma oğlu olmuşdur. Onun həmin iddia tələblərinin rədd edilməsi barədə məhkəmə qətnamələri qüvvəyə mindikdən sonra, eyni predmet və asaslarla, həm də eyni cavabdehə qarşı, bu dəfə ata - İddiaçı məhkəməyə müraciət etmişdir. 16.Məhkəmə kolleğiyasının qənaətinə görə MPM-in istinad olunan 261.0.2-ci maddəsinin güddüyü məqqsəd ondan ibarətdir ki, mübahisənin tərəfləri arasında eyni predmet və əsasa söykənən mübahisəyə, daha doğrusu, mübahisə edilən hüquqi fakt(lar)a məhkəmə qaydasında bir dəfə baxıla bilər. Həm də nəzərə alınmalıdır ki, qanun eyni tərəflər dedikdə, heç də konkret olaraq eyni fiziki və ya hüquqi şəxsi deyil, məhz mübahisənin tərəfinin eyni olmasını nəzərdə tutur. Demək ki, bir dəfə mübahisənin tərəflərinin iştirakı ilə məhkəmə qaydasında araşdırılaraq müəyyən edilmiş halların (hüquqi faktların) təkrar yoxlanılması yolverilməzdir. Bu baxımdan, eyni predmet, eyni əsas və eyni cavabdehə qarşı olan bundan əvvəlki mülki işdə iddiaçı kimi oğul Ə.Əfənovun olması, hazırkı mülki işdə isə həmin predmet, həmin əsas və elə həmin cababdehə qarşı iddianın bu dəfə ata İddiaçı tərəfindən verilməsi, yalnız şəxsin dəyişməsi olub, heç də mübahisə tərəfinin dəyişməsi hesab oluna bilməz. Qeyd olunanlara əsasən hazırkı iddia tələbinə iddia icraatı qaqydasında baxılması yolverilməz hesab olunmalıdır.
17. Bununla bağlı hər hansı əks yanaşma, öz-özlüyündə ədalət mühakiməsinin fundamental prinsiplərində olan hüquqi müəyyənlik, məhkəmə icraatının səmərəliliyi, eləcə də prosessual qənaət prinsipi ilə də ziddiyyət təşkil etmiş olardı.
18. Bununla da müəyyən olunur ki, rayon məhkəməsi və hazırkı işin faktiki halları baxımından prossesual hüquq normasını düzgün təfsir etməmiş hazırkı iddia ərizəsini MPM-in 153.2.2-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina etməli, icraata qəbul etdiyi halda isə MPM-in 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verməli olmasına baxmayaraq, prosessual qanunvericiliyin qeyd edilən tələblərini pozmuşdur.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
20. Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan məhkəmə aktının qəbul edilməsinə səbəb olsun. Nəticə:
21. Göstərilənlərə əsasən, kollegiya hesab edir ki, hazırkı iddia tələbi mahiyyət etibarı ilə əvvəlki iddia tələbində olan və eyni əsaslara söykənən iddia olduğundan, MPMin 261.0.2-ci maddəsinin təsiri altına düşür və bu səbəbdən qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
23. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir.
23. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
24. Beləliklə, müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur.
25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-446/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Anar Tanrıverdiyev