Məhkəmə qərarları › İş №2(103)-4614/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4614/2020

10.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4614/2020 10.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, X7 və X4 ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X1rşı “aliment miqdarının azaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(094)-104/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X1rşı “aliment miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan Pirallahı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarının azaldılmasını, cavabdeh X3 ilə faktiki nikahlarından olan xx xxxxx 2010-cu il təvəllüdlü X5 və xx xxxxxx 2012-ci il təvəllüdlü X6 xeyrinə tutulan alimentin azaldılaraq 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(094)- 104/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tam şəkildə təmin edilməsinə dair yeni qətnamə qət edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aliment öhdəliklərini vaxtlı-vaxtında icra edə bilmir. Belə ki, onun ikinci nikahdan başqa iki az yaşlı övladı da var. Heç bir yerdə işləmir. Bu səbəbdən də, ondan tutulan alimenti ödəməkdə çətinlik çəkir. Onun maddi vəziyyəti nə qədər çətin olsa da, övladlarının saxlanmalarının məsuliyyətini dərk edir və bunun üçün də əlindən gələni edir. Bakı şəhər Pirallahı rayon Məhkəməsi isə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə qanunun normalarım kobud şəkildə pozmuş, “aliment tutulması” ilə “aliment miqdarının dəyişdirilməsi tələbi”ni qarışdırmışdır. Belə ki, iş materiallarından da göründüyü kimi, onun həyatında hər hansı diqqətəlaiq hal baş vermişdir. Digər rəsmi nikahdan olan uşaqları nəzərə alınmamışdır. Qanunvericilikdə aliment tutulması əsası ilə, alimentin məbləğinin artırılması əsası bir-birindən fərqləndirilmişdir. Aliment məbləğinin artırılması üçün yeganə əsas alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. Qanunun mənasına görə tərəflərin ailə vəziyyətlərinin dəyişməsi dedikdə, aliment ödəyən şəxslərin himayəsində olan şəxslərin sayının artması və bunun onun maddi vəziyyətinə mənfi təsir etməsi başa düşülür. Cavabdeh özü işləyir, yükəsək qazanc əldə edir, yaşamağa kifayyət qədər şəraiti olsa da, məhkəmədə kirayədə yaşadığını söyləyir. Məhkəmə iclasında İddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apelyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apelyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsi iş materialları əsasında müəyyən etmişdir ki, Pirallahı rayon məhkəməsinin 2(094)-311/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, iddia tələbi qismən təmin edilərək xx xxxxx 2010-cu il təvəllüdlü X5 və xx xxxxxx 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxx 2019-cu il tarixdən başlayaraq İddiaçı hər ay bir uşağa görə 160 manat, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsini işin müəyyən olunmuş hallarına tətbiq etməklə belə qənaətə gəlmişdir ki, qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının ailə və ya maddi vəziyyətində dəyişiklik olması (yəni ilkin aliment tutlarkən də iddiçının iki uşağının olmasını nəzərə alınmışdır) halı sübut edilmədiyindən, hətta azaldılması tələb olunan aliment məbləği 2020-ci il üçün uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu məbləğindən az olduğundan, iddia təmin edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. İddiaçının müəyyən olunmuş alimentin miqdarının azaldılmasının səbəbi kimi təqdim etdiyi əsaslar (ikinci nikahdan başqa iki az yaşlı övladının olması, maddi vəziyyətinin çətin olması) məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının maddi vəziyyətində əhəmiyyətli pisləşmənin olmasına dəlalət edən hal kimi qəbul edilə bilməz, həmçinin, iddiaçının maddi qazancının az olması övladlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(094)- 104/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar