Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4633/2023 20.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: evə köçürülmə, paylı mülkiyyət, istifadəyə yaradılan maneələrin aradan qaldırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X3 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh1 iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürmə, maneələrin aradan qaldırılması və kirayə haqqının əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Cavabdeh1, Cavabdeh2, X13 və İddiaçı xx.xx.2020-ci il tarixdə vəfat etmiş X7 vərəsələridir.
2. ünvan 4, mənzil 110 mülkiyyət hüququ üzrə 1/2 hissədə Cavabdeh1, 3/8 hissədə Cavabdeh2, 1/8 hissədə İddiaçı adına qeydiyyata alınmışdır.
3. İddiaçı ilə X4 xx.xx.2019-cu il tarixdə nikaha daxil olmuş, nikahdan sonra qadına “Cəfərova” soyadı verilmiş, nikahlarından xx.xx.2020-ci il tarixdə Sadiq adını verdikləri uşaqları doğulmuşdur.
4. İddiaçı xx.xx.2003-cü il tarixdən Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi ev 26, mənzil 110-da pasport qeydiyyatındadır. X5, X10, X13, X16, X14, Cavabdeh1 və Cavabdeh2 da həmin mənzildə pasport qeydiyyatındadırlar.
5. X13 Bakı şəhər Xətai RPİ-nin 36-cı PB-nə şikayət ərizəsi ilə müraciət etmiş, ərizə “Cinayətlər haqqında ərizələr və məlumatların uçotu” kitabında qeydiyyata alınmış, araşdırma zamanı X13 ərizə və izahat yazaraq xx.xx.2022-ci il tarixdə DİN-in 102 xidmətinə zəng edərək qardaşı ilə aralarında münaqişə olmasını, əsəbiləşdiyi üçün belə məlumat verdiyini, hər hansı şikayət və tələbinin olmadığını bildirmiş, buna görə də toplanmış material üzrə cinayət işinin başlanması xx.xx.2022-ci il tarixli qərarla rədd edilmişdir.
6. xx.xx.2022-ci il tarixdə İddiaçı və “Ev alqı-satqısı” firmasının nümayəndəsi Abiyeva Mətanətin iştirakı ilə kirayə müqaviləsi bağlanmış, müqavilədə R.Məmmədov küçəsi, ev 22, mənzil 10 ünvanında yerləşən bir otaqlı mənzil üçün aylıq kirayə haqqı 350 manat ödəmək barədə razılığa gəlindiyi göstərilmişdir.
7. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, ünvan 1 ünvanında yerləşən mənzil "xxxx" MMC tərəfindən internet və digər xidmətlərlə təchiz edilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
8. İddiaçı (iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi ev 26, 110 saylı mənzildə yaşamasına cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, özünün, habelə ailə üzvləri X1 və X6 1/8 hissə payının olduğu Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi ev 26, 110 saylı mənzilə köçürülmələri, 5 aya yaxın hər ay üçün 350 (üç yüz əlli) manat kirayə haqqı ödədiyindən ümumilikdə 1750 (bir min yeddi yüz əlli) manatın cavabdehlərdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu ev 26, 110 saylı mənzil Cavabdeh1 1/2 hissə, Cavabdeh2 3/8 hissə, 1/8 hissə onun olmaqla paylı mülkiyyətdədir. Mənzildə payının olmasına baxmayaraq, cavabdehlər tərəfindən ona müxtəlif maneələr yaradılmış, mülkiyyətçisi olduğu mənzildə mülkiyyət hüququnun həyata keçirilməsinə şərait yaradılmamışdır. Cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılmasını dəfələrlə onlardan xahiş etsə də, buna məhəl qoyulmamış, cavabdehlər tərəfindən qanunsuz əməllər davam etdirilmişdir. Məhz cavabdehlərin onun istifadə hüququnu həyata keçirməsinə mane olmaları səbəbindən o, mənzildə yaşaya bilmir, nəticədə 5 aya yaxındır ki, ailə üzvləri - X5 və X10 ilə bərabər kirayədə qalmağa məcbur olmuşlar. Həmin dövrdən aylıq 350 (üç yüz əlli) manat kirayə haqqı ödəyərək kirayədə qaldığından bu günədək 1750 (bir min yeddi yüz əlli) manat məbləğində kirayə haqqı ödəmişdir.
10. Cavabdeh1 iddia tələbinə etiraz etmiş, yazılı etiraz ərizəsində göstərmişdir ki, iddiaçı onun qızı Vəfa Eyyubovaya bir neçə dəfə yüngül bədən xəsarətləri yetirmiş, bununla bağlı Daxili İşlər Nazirliyinin 102 Qaynar xəttinə məlumat verilmişdir. Belə hadisələrin dəfələrlə təkrar olunması ilə bağlı 102 Qaynar xəttində və Xətai Rayon Polis İdarəsinin 36-cı Polis İdarəsində qeydiyyat aparılmışdır. Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsinin əməkdaşları ünvana gəlmiş, bundan sonra İddiaçı polis əməkdaşları tərəfindən bölməyə aparılmışdır. İddiaçının yoldaşı X5 öz istəyi ilə öz şəxsi əşyalarını götürərərək ünvanı tərk etmiş, İddiaçı göstərilən ünvana bir daha gəlməmişdir. Hal-hazırda onların şəxsi ev əşyaları birlikdə yaşadıqları müddətdə qaldıqları otaqdan çıxarılmamışdır. Evdə olmadığı zaman Təhmasib evə girərək evdə olan özünə və ona məxsus bəzi əşyaları götürmüşdür. İddiaçı 5 ay kirayədə qaldığı müddətdə özü tərəfindən ödənilmiş olan məbləği ondan tələb etməsini uyğun hesab etmir. İddiaçı 3 ay müddətində həyat yoldaşı X1 qardaşı olan X2 evində məskunlaşmışdır.
11. İddiaçı izahatında bildirmişdir ki, köçürülməsini istədiyi evdə cavabdehlər mübahisə yaradaraq yaşamasına maneə yaradırlar. Müəyyən əşyalarını götürmüşdür. Hazırda da ailəsi ilə birlikdə qaynının evində deyil, kirayədə yaşayır.
12. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, iddiaçı onun qardaşıdır. Evdən qovulmamışdır və gəlməsinə maneə yaradılmamışdır. Evdən getdikdən sonra kirayədə deyil, qaynına məxsus mənzildə yaşamışdır. Hazırda da iddiaçının ailəsi ilə birlikdə mənzildə yaşamasına etirazı yoxdur. İddia tələbini qəbul etməyərək təmin edilməməsini xahiş edir.
13. Cavabdeh1 iştirak etdiyi məhkəmə iclasında etiraz ərizəsinin məzmununa uyğun izahat verərək həmçinin bildirmişdir ki, mübahisəli mənzildə birlikdə yaşadıqda övladları mübahisə edir. Atalarının evidir və hər hansısa biri digərinə “gəlmə” deyə bilməz. Oğlu olan iddiaçı istədiyi vaxt evə gəlmişdir. Hazırda da iddiaçı ona qaynıgildə qaldığını bildirmişdir. Təhmasib bacısı ilə mübahisə edərək evi tərk etmiş, evdən məcburi çıxarılmamışdır. Əşyaları da hazırda birgə yaşadıqları mənzildə qalmışdır, lakin birlikdə yaşamaları mümkünsüzdür.
14. Birinci instansiya məhkəməsinin 04 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin olunması, İddiaçı və onun ailə üzvlərinin - X1 və X6 - ünvan 4, 110 saylı mənzilə köçürülmələri, iddia tələblərinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət olunmuşdur.
15. Məhkəmə öz qənaətini Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci, 29-cu, Mülki Məcəllənin 152.1-ci, 152.5-ci, 157.4-cü, 215.4-cü, Mənzil Məcəlləsinin 30.1-ci və 30.2-ci maddələrinə, Avropa Konvensiyasının 1 saylı Protokoluna istinadla aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
15.1. İddia tələbi “mənzilə köçürülmə” hissəsində əsaslıdır. Belə ki, ünvan 3 ünvanda yerləşən mənzilin 1/8 hissəsi iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçının mülkiyyət hüququ müdafiə və mülkiyyətindən istifadə etmək hüququ təmin olunmalı, mənzilə köçürülməlidir. Eyni zamanda iddiaçı və onun ailə üzvləri - X5, X10 mənzildən istifadə etmək hüququnun yaranması üçün köçürülən şəxslər kateqoriyasına daxildir. Belə ki, mənzildən istifadə etmək hüququnun yaranması üçün köçürülən şəxslər mülkiyyətçinin ya ailə üzvləri (arvadı, uşaqları, valideynləri), ya mülkiyyətçinin digər qohumları, yaxud da mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürülmüş onun himayəsində olan əmək qabiliyyəti olmayanlar olmalıdırlar. 15.2. İddia tələbinin “maneələrin aradan qaldırılması” hissəsi təmin edilməməlidir. Belə ki, tərəflərin izahatları və iş materiallarının dəlillərindən aydın olur ki, iddiaçı mübahisəli mənzildə yaşamasına cavabdehlər tərəfindən törədilən maneələr dedikdə, cavabdehlərlə aralarında olan ailə münaqişəsini nəzərdə tutur və özlüyündə bu münaqişələr şəxsin mülkiyyət və ya istifadə hüquqlarını həyata keçirməsinin qarşısının alınması və məhkəmənin cavabdehlərə qadağan edə biləcəyi hər hansı real maneə kimi qiymətləndirilə bilməz. 15.3. Eyni zamanda iddiaçı öz izahında əsas maneənin və mənzildən çıxıb-getmə səbəbinin mənzilə istifadə hüququ olan bacısı X13 ilə aralarında yaşadığı mübahisənin səbəb olduğunu qeyd etmişdir. Cavabdeh1 xx.xx.2023-cü il tarixli yazılı etiraz ərizəsində, o cümlədən məhkəmə iclasında verdiyi izahında (xx.xx.2023-cü il) iddiaçının mübahisəsinin onun və digər Cavabdeh2 arasında deyil, qızı X13 ilə olduğunu qeyd etmişdir. Cavabdeh1 məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xətai Rayon Polis İdarəsinin 36-cı Polis bölməsinin “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarından da görünür ki, xx.xx.2022-ci il tarixində DİN 102 xidmətinə zəng edərək qardaşı ilə aralarında münaqişə olması ilə bağlı şikayət X13 tərəfindən edilmiş, lakin daha sonra X13 şikayətini geri götürmüşdür. Lakin iddiaçı maneə yaratması ilə bağlı X8 cavabdeh qismində cəlb edilməsi ilə bağlı vəsatət verməmişdir. Eyni zamanda cavabdeh qismində cəlb edilən Cavabdeh2 və Cavabdeh1 qıznın mənzildən istifadəyə nə kimi manealər törətməsi ilə bağlı məhkəməyə əlavə sübüt və dəlillər təqdim edilməmişdir. Məhkəmə iclasında tərəflərin verdiyi izahatlardan görünür ki, iddiaçı ailədaxili münaqişə baş verdikdən sonra mənzilə maneəsiz şəkildə daxil ola, şəxsi əşyalarını götürə bilmiş, daha sonra da mənzilə daxil olmaq üçün real maneələrlə üzləşməmişdir. Mənzilin açarının dəyişdirilməsi daha sonra baş vermiş və buna səbəb açarın nasaz olması olmuşdur. Cavabdeh2 və Cavabdeh1 öz izahlarında (xx.xx.2023-cü il) iddiaçı və ailə üzvlərinin mənzildə yaşamasına heç bir etirazlarının olmadığını bildirmişlər. Sadalananları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. 15.4. İddia tələbi “ödənilmiş kirayə haqqının tutulması” hissəsində təmin edilməməlidir. Belə ki, iddia tələbinin digər hissəsi olan maneələrin aradan qaldırılması hissəsində iddiaçının mülkiyyət hüququnu həyata keçirməsinə real maneələr müəyyən edilmədiyindən, iddiaçının mülkiyyət hüququnu həyata keçirmək üçün tədbir görmək əvəzinə başqa evdə yaşamağa başlaması onun məcburiyyəti kimi deyil, şəxsi seçimi kimi qiymətləndirilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, əgər real maneələr mövcud olsa idi belə, iddiaçının kirayədə yaşaması faktı iş materialları ilə təsdiq edilməli idi. Belə ki, iş materiallarına əlavə edilmiş kirayə müqaviləsi qanunvericiliklə müəyyən edilmiş formada tərtib edilmədiyindən, həmçinin aylıq 350 manat kirayə haqqının ödənilməsini təsdiq edən sübutlar (qəbz, şahid ifadələri və ya digər formada) məhkəməyə təqdim edilmədiyindən kirayə münasibətlərinin mövcudluğu şübhə doğurur. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıdır. Beləliklə, iddiaçı ünvan 1 ünvanında kirayə müqaviləsi əsasında yaşadığını və həmin mənzil üçün qeyd edilən məbləğdə kirayə haqqı ödədiyini sübut edə bilmədiyindən iddia tələbi bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir.
16. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək onun qismən – iddianın təmin edilməsi ilə bağlı hissədə - ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə iddiaçının mənzildəki payının cüzi olmasını və onun evin saxlanma xərclərində iştirak etmədiyini, iddiaçı ilə digər mülkiyyətçilərin birgə yaşamalarının mümkün olmadığını nəzərə almamış, maddi hüquq normalarını düzgün tətbiq etməməklə və bütün faktiki halları aydınlaşdırmamaqla qanunsuz qərar çıxarmışdır.
Apellyasiya şikayətinə etiraz
18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası, verilən izahatlar
19. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, iddiaçı və onun nümayəndəsi (vəkili) şikayətin əsassız olduğunu bildirmiş, digər Cavabdeh2 isə məhkəməyə gəlməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
20. Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
21. Maddə 29.1. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
22. Maddə 43 (1-ci hissə). Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.
24. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
25. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
26. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
27. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
01 oktyabr 2009-cu il tarixindən qüvvədə olan Mənzil Məcəlləsi
28. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
29. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
30. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
40. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddlərini qətnamənin iddianın təmin edilmiş hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Qətnamədən iddiaçı şikayət vermədiyindən, iddia tələbinin təmin olunmayan hissəsi apellyasiya baxışının predmeti deyildir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
41. İşin yuxarıda qeyd olunan hallarından göründüyü kimi, həm iddiaçı, həm də cavabdehlər xx.xx.2020-ci il tarixdə vəfat etmiş X7 qanun üzrə vərəsələri olmaqla, ünvan 4 ünvanında yerləşən 110 saylı mənzilin paylı mülkiyyətçiləri kimi tanınmışlar.
42. Bu kontekstdə, mübahisəsi gedən mənzilin paylı mülkiyyət hüququ üzrə həmçinin iddiaçıya məxsus olması, onun həmin mənzilə istifadə və sahiblik hüququnun olmasını ehtiva edir, o isə bu hüquqların tanıdığı imkandan istifadə edərək özünün və azyaşlı övladının mənzilə köçürülməsini tələb, məhkəmə də bu tələbi təmin etməkdə haqlı olmuşdur.
43. Bununla belə kollegiya hesab edir ki, məhkəmə iddianı “X1 ünvan 4, 110 saylı mənzilə köçürülməsi” hissəsində təmin etməkdə səhvə yol vermişdir. Belə ki, iddiaçının həyat yoldaşının adından və onun mənafeyi üçün iddia qaldırmaq səlahiyyəti yoxdur; əgər həyat yoldaşının iddiaçının mülkiyyətində olan mənzildə yaşamasına maneələr törədilirsə, Ülviyyə Cəfərova özü müvafiq iddia tələbini irəli sürə bilər.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1679/2023 saylı iş üzrə 04 aprel 2023-cü il tarixli qətnaməsi “X1 ünvan 4, 110 saylı mənzilə köçürülməsi” hissəsində ləğv olunsun. İddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada alındığı gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə