Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4639/2022 18.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Nərimanov rayon İcra və Probasiya Şöbəsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti olmaqla cavabdeh Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «ipotekaya xitam verilməsi, daşınmaz əmlakın ipoteka yüklülüyünün ləğvi və çıxarışın qaytarılması» tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: ipotekaya xitam verilməsi, daşınmaz əmlakın ipoteka yüklülüyünün ləğvi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Nərimanov rayon İcra və Probasiya Şöbəsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti olmaqla cavabdeh Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «ipotekaya xitam verilməsi, daşınmaz əmlakın ipoteka yüklülüyünün ləğvi və çıxarışın qaytarılması» tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-565/2022 saylı qətnaməsindən cavabdeh Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İşin hallarına görə iddiaçı məhkəmədə iddia qaldıraraq, ona məxsus, Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, ev 64/68 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (zirzəmi) və Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, ev 64/68 ünvanında yerləşən 70 saylı mənzilin ipoteka yüklülüyünə xitam verilməsi, həmin daşınmaz əmlaklar üzərindəki ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi və əmlaklara dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan (xx.xx.2021-ci il tarixdə) - iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizəylə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti ev 64/68 ünvanında yerləşən 70 saylı mənzilin ipoteka yüklülüyünə xitam verilməsi, həmin daşınmaz əmlakın üzərində ipotekanın ləğv edilməsi və əmlaka dair mülkiyyət hüququnun təsdiq edən dövlət reyestrindən çıxarışın iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-382/2016 saylı, 26 aprel 2016-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 ASC-nin cavabdehlər İddiaçı və X2 qarşı kredit məbləğinin geri qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh İddiaçı xx.xx.2013-cü il tarixli, 1473Y nömrəli kredit müqaviləsi üzrə 44918 manat əsas kredit borcu, 18651 manat faiz borcu, 440 manat cərimə borcu, ümumilikdə 64009 manat, xx.xx.2013-cü tarixli, 1520Y nömrəli kredit müqaviləsi üzrə 45681 manat əsas kredit borcu, 18778 manat faiz borcu, 450 manat cərimə borcu, ümumilikdə 64909 manat, xx.xx.2014cü il tarixli, 1622 Y nömrəli kredit müqaviləsi üzrə 74413 ABŞ dolları əsas kredit borcu, 30593 ABŞ dolları faiz borcu, 750 ABŞ dolları cərimə borcu, ümumilikdə 105756 ABŞ dolları borc ödəniş gününə manata olan məzənnə ilə manatla, mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun tutulub iddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, borc tələbinin xx.xx.2013-cü il tarixli, 1473Y nömrəli və xx.xx.2014-cü il tarixli, 1622Y nömrəli kredit müqavilələri üzrə ipoteka ilə yüklü edilmiş X1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti, 64/68 nömrəli evin 70 nömrəli mənzilinə və xx.xx.2013- cü il tarixli, 1520Y nömrəli və xx.xx.2014-cü il tarixli, 1622Y nömrəli kredit müqavilələr üzrə ipoteka ilə yüklü edilmiş İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu, X5 prospekti 64/68 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (zirzəmi) yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərraca çıxarılması, Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti, 64/68 nömrəli evin 70 nömrəli mənzilinin açıq hərracda ilkin satış qiymətinin 110000 manat, Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti 64/68 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (zirzəmi) açıq hərracda ilkin satış qiymətinin 210000 manat müəyyən edilməsi, mənzil və qeyri-yaşayış sahəsinin satılması və ondan əldə ediləcək vəsait hesabına cavabdehin banka olan borclarının ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra ipoteka predmetlərini satışından qalan məbləğin cavabdehlər İddiaçı və X2 qaytarılması, ipoteka predmetləri satıldıqdan bir ay sonra cavabdehlər tərəfindən boşaldılması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5807/2016 saylı, 24 noyabr 2016-cı il tarixli qətnaməsi ilə Nərimanov Rayon Məhkəməsinin qətnaməsi qismən - cərimə borcunun və ipoteka predmetlərinin ilkin satış qiymətləri hissəsində dəyişdirilmiş, cavabdeh İddiaçı xx.xx.2013-cü il tarixli, 1473Y saylı kredit müqaviləsi üzrə 381 manat cərimə məbləği, xx.xx.2013-cü il tarixli, 1520Y saylı kredit müqaviləsi üzrə 3653 manat cərimə məbləği, xx.xx.2014-cü il tarixli, 1622Y saylı kredit müqaviləsi üzrə 4506 ABŞ dolları ödəniş gününə manata məzənnə ilə cərimə məbləği tutularaq Cavabdeh1 ASC-nin xeyrinə ödənilməsi, Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, 64/68 nömrəli evin 70 nömrəli mənzilinin açıq hərracda ilkin satış qiymətinin 145000 manat. Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, 64/68 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (zirzəmi) açıq hərracda ilkin satış qiymətinin 220000 manat müəyyən edilməsi qət edilmişdir. Qətnamədən bank tərəfindən kassasiya şikayəti verilsə də, şikayət təmin olunmamış, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5807/2016 saylı, 24 noyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış və nəticədə icraya yönəldilmişdir. Hesab edir ki, ipotekaya xitam verilməli, ona məxsus olan ipoteka predmeti üzərindəki yüklülüyə dair dövlət qeydiyyatı ləğv edilməli və mənzilə dair mülkiyyət hüququnu təsdiq edən çıxarış qaytarılmalıdır. Belə ki, Nərimanov rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli, 53- 292714/17-15-5 saylı sifariş məktubu əsasında Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən həyata keçirilmiş həm birinci, həm də təkrar hərrac baş tutmamış hesab edilmişdir. Nəticədə hərrac təşkilatı “İpoteka haqqında” Qanunun 43.1-ci maddəsinin tələbinə uyğun olaraq “Birja yenilikləri” qəzetinin xx.xx.2019-cu il tarixli nömrəsində bu barədə elan dərc etmiş və həmin qanunun 43.7-ci maddəsinə müvafiq olaraq hər iki ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni müvafiq olaraq - 140250 manat və 92437.50 manat olmaqla ipoteka saxlayana - Cavabdeh1 ASC-yə təklif edilmişdir. Hərrac təşkilatının təklifindən 2 ilə yaxın müddət keçməsinə baxmayaraq, ipoteka saxlayan ipoteka predmetini əldə etməmişdir. Halbuki, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində birmənalı olaraq qeyd edilir ki, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Qeyd olunan maddənin mətnindən belə aydın olur ki, “İpoteka haqqında” Qanunun 43.8- ci maddəsinə əsasən əmlakın ipotekasına xitam verilməsi üçün 2 şərt mövcuddur: Təkrar hərracın baş tutmamış elan edilməsindən sonra ipoteka saxlayan tərəfindən onun üçün müəyyən edilmiş 30 təqvim gününün ötürülməsi, İpoteka saxlayan tərəfindən 30 təqvim günü müddətində ipoteka predmetinin əldə edilməməsi. Birinci şərtdə, Cavabdeh1 ASC ipoteka predmetinin əldə edilməsi üçün 30 təqvim gününü ötürmüşdür. Yuxarıda da qeyd olunduğu kimi, Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, ev 64/68 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin və Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, ev 64/68 ünvanında yerləşən 70 saylı mənzilin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2019-cu il tarixli nömrəsində elan dərc etdirilmiş və Cavabdeh1 ASC-yə ipoteka predmetlərinin əldə olunmasına dair təklif göndərilmişdir. Buna baxmayaraq ipoteka saxlayan 30 təqvim günü ərzində zəruri tədbirləri görməmişdir. İkinci şərtdə, Cavabdeh1 ASC tərəfindən ipoteka predmeti əldə edilməmişdir. Qeyd edim ki, “İpoteka haqqında qanun”un 43.8-ci maddəsində nəzərdə tutulmuş “ipoteka predmetinin əldə edilməsi” termini özündə yalnız hərrac təşkilatının təklifinə rəsmi yazılı münasibəti etiraf etmir. Ola bilər ki, ipoteka saxlayan hərrac təşkilatının ipoteka predmetinin əldə edilməsinə dair təklifinə 30 təqvim günü ərzində yazılı razılıq məktubu ilə cavab versin və müsbət niyyətini bildirsin. Lakin bu ipoteka predmetinin əldə edilməsi anlamına gəlmir. Bu barədə də qanunverciliyin mövqeyi birmənalıdır və heç bir sual doğurmur. Belə ki, məhz “ipoteka predmetinin əldə edilməsf’nin anlayışı “İpoteka haqqında” Qanunun 46.1-ci bəndində konkret olaraq qeyd olunmuşdur. Həmin bəndə əsasən, ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqısatqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Normanın tələbindən də göründüyü kimi, ipoteka saxlayan ipoteka predmetinin əldə edilməsinə dair hərrac təşkilatının təklifini aldıqdan sonra təklifə rəsmi yazılıq razılıq verməklə kifayətlənməməli, həmçinin 30 təqvim günü ərzində onunla hərrac təşkilatçısı arasında notarial qaydada təsdiqlənməklə alqı-satqı müqaviləsi bağlamalıdır. Belə ki, “əldə etmə” termini əmlaka faktiki sahibliyi, ondan istifadə və ona dair sərəncam verməyi bildirir. Mülki Məcəllənin 146.1 və 146.2-ci maddəsindən də bilindiyi kimi, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Eləcə də, Mülki Məcəllənin 139-1.1.2-ci bəndinə əsasən, qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasın keçməsinin, məlıdııdlaşdırılmasının (yüklü! üyün ün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Hərracın nəticələrinə dair yekun protokol isə təkrar hərrac baş tutmamış hesab olunduqdan və ipoteka saxlayan tərəfindən hərrac təşkilatının təklifinə rəsmi yazılı cavab verildikdən sonra tərtib olunur. Bundan sonra həmin protokol əsasında ipoteka saxlayan ipoteka predmeti üzərində mülkiyyət hüququ əldə etmək üçün müvafiq reyestr orqanına müraciət etməlidir. Sadalanan normaların da tələbindən göründüyü kimi, ipoteka saxlayan ipoteka predmetinin əldə edilməsinə dair hərrac təşkilatının təklifini aldıqdan sonra təklifə rəsmi yazılıq razılıq verməklə kifayətlənməməli, həmçinin 30 təqvim günü ərzində həmin əmlak üzərində öz mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırmalıdır. Müvafiq halda isə Cavabdeh1 ASC nəinki öz hüququnu reyestr orqanında qeydiyyata aldırmamış, hətta hərrac təşkilatının təklifinə belə heç bir münasibət bildirməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli Qərarına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. Eləcə də həmin qərara əsasən, ikinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarətdir ki, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. Beləliklə, Cavabdeh1 ASCnin “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində qeyd olunmuş müddət ərzində ipoteka predmetini əldə etməməsi mənim ipotekaya xitam verilməsi ilə bağlı məhkəməyə müraciəti üçün əsas yaradır. Birinci instansiya məhkəməsində icraat Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-565/2022 saylı qətnaməsi ilə (hakim A.İbadzadə) iddia tələbi təmin edilmiş, İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, ev 64/68 ünvanında yerləşən 70 saylı mənzilin ipoteka yüklülüyünə xitam verilməsi, həmin mənzil üzərində ipotekanın ləğv edilməsi və əmlaka dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın İddiaçı qaytarılması qət edilmişdir. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Bank “İpoteka haqqında” Qanun ilə ona verilmiş hüquqlardan istifadə etməmiş, hərraca çıxarılmış mənzili təkrar hərrac baş tutulmadığı elan edildikdən sonra 30 təqvim günü ərzində mənzilin əldə edilməsi barədə Hərrac Mərkəzi ilə müvafiq müqavilə bağlamamış, mübahisəli əmlakın öz balansına götürülməsi barədə müvafiq qurumlara müraciət etməmiş, 29 mart 2019-cu il tarixdən bu günədək ümumiyyətlə heç bir aktiv hərəkətlər (alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiq olunması, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokolun imzalanması və s.) etməmiş, sadəcə olaraq formal qaydada bildirişə cavab verməklə kifayətlənmişdir. Məhkəmə hesab etmişdir ki, ipoteka saxlayan Cavabdeh1 ASC sözügedən mənzilə dair təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmədiyi üçün ipoteka qoyan İddiaçı hazırki iddia tələblərinə əsasən həmin mənzil üzərində olan ipotekaya xitam verilməsi üçün qanuni əsaslar əmələ gəldiyindən iddia təmin edilməlidir. Məhkəmə öz mövqeyini AR Mülki Məcəlləsinin 317.1, 317.2, 319.5, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.2, 41.3, 43.8, 46.1-ci maddələrinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4- 43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-565/2022 saylı qətnaməsinin tam ləğv edilməsi və iddiaçı tərəfindən verilmiş iddia ərizəsinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi bank tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş müddət ötürülmədən hərracı həyata keçirən müəssisəyə tələbkar tərəfindən vaxtında məlumat verilməsini, Hərrac Mərkəzi tərəfindən xidmət haqqının və sadələşdirilmiş verginin ödənilməsi üçün hesab fakturanın Banka təqdim edilməməsini nəzərə almadan hazırkı iddia tələbi üzrə əsassız olaraq ipotekaya xitam vermişdir. İpoteka predmetinə xitam verilməsi üçün əsasın əmələ gəlməsi mülki iş materialları ilə istisna edildiyindən, iddiaçının hazırkı tələbi açıq-aşkar əsaslı deyildir və iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, X4 prospektində yerləşən 64/68 saylı evin 70 saylı mənzilin ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ipoteka yüklülüyünə xitam verilməklə, həmçinin həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış yüklülüyü ləğv edilməklə, əslində borclu İddiaçı LPO "xxxx" ASC-yə olan kredit borcu təminatsız qoyulmuş olur və ləğv etmə prosesindən ödəmə gözləntiləri olan müştərilərin ümidləri heçə çıxa bilər. Birinci instansiya məhkəməsi Bakı şəhəri, Nərimanov rayonu, X4 prospektində yerləşən 64/68 saylı evin 70 saylı mənzilə dair Dövlət reyestrindən Çıxarışın iddiaçıya verilməsi hissəsində iddianı təmin edərkən həmin Çıxarışın həqiqətən də, Bankda olması hallarını araşdırmamışdır. İş materiallarında həmin Çıxarışın LPO Bankda olmasını təsdiq edəcək heç bir sübut yoxdur. Birinci instansiya məhkəməsi cavabdeh LPO bank tərəfindən hərracda satılmamış daşınmaz əmlakın əldə edilməsi ilə bağlı aktiv hərəkətlərin edilməməsinə istinad etsə də, Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən hərracda satılmamış mənzili əldə etmək üçün protokol imzalanmadan öncə bununla bağlı xidmət haqqının və sadələşdirilmiş verginin ödənilməsi ilə əlaqədar rekvizitlərin hansı səbəblərdən LPO Cavabdeh1 ASC-yə verilməməsini araşdırmamışdır. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən verilmiş iddia ərizəsini geri qaytarmalı olduğu halda, bunu etməmişdir. Bununla da, 152.1.5-ci maddəsinin tələbini pozmuşdur. Hazırki iddia ərizəsi üzrə İddiaçı olduğu halda, iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu Minarə Həsənova adından ödənilmişdir, halbuki Həsənova Minarə işdə tərəf deyildir. Birinci instansiya məhkəməsi LPO Bank tərəfindən verilmiş 29 mart 2019-cu il tarixli məktuba düzgün qiymət verməmişdir. Həmin məktubda İddiaçı məxsus mənzilin 92437,50 manata alınmasına razılıq verilmişdir. Qeyd olunan məktub da Hərrac Mərkəzi tərəfindən vaxtında alınmışdır. Alqı-satqı müqaviləsinin və hərracın yekunları barədə protokolun bağlanması üçün sənədlər formalaşmış təcrübəyə əsasən Hərrac Mərkəzi tərəfindən tərtib olunur və imza üçün Banka verilir. Lakin nə protokol, nə də alqı-satqı müqaviləsi Banka verilməmişdir. Həmin müqavilənin və protokolun Banka verilməsini təsdiq edəcək heç bir sübut da iş materiallarında mövcud deyildir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamədə qeyd edir ki cavabdeh Bank mübahisəli əmlakın öz balansına götürülməsi üçün müvafiq qurumlara müraciət etməmiş, 29 mart 2019-cu il tarixdən heç bir aktiv hərəkətlərin edilməməsini qeyd etmişdir. Halbuki iş materiallarında olan sənədlərdən görünür ki, Bank əksinə olaraq aktiv hərəkətlər etmişdir, Hərrac Mərkəzinə razılıq məktubu vermişdir, lakin Hərrac Mərkəzi öz üzərinə düşən hərəkətləri icra etməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, üçüncü şəxslər Nərimanov rayon İcra və Probasiya Şöbəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. İşə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Tətbiq edilən hüquq “İpoteka Haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1 Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti iddianın rədd edilərək, qətnamənin tamamilə ləğv edilməsinə yönəldiyindən apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Kollegiya aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırkı mülki mübahisənin predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, X4 prospektində yerləşən 64/68 saylı evin 70 saylı mənzilin mülkiyyətçisi X3r və həmin əmlakın Cavabdeh1 ASC qarşısında yüklü edilməsinə dair ipoteka müqaviləsini də ipoteka qoyan qismində o bağlamışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli Qərarında qeyd edilir ki, ikinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Bu qərarda əks olunmuş hüquqi mövqedən göründüyü kimi, təkrar hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etməməsi əsası ilə ipotekaya xitam verilməsi barədə məhkəmədə iddia qaldırmaq hüququ ipoteka qoyana məxsusdur. Bu baxımdan, Bakı şəhəri, Nərimanov rayonu, X4 prospektində yerləşən 64/68 saylı evin 70 saylı mənzilinə dair ipotekaya xitam verilməsi barədə iddia qaldırmaq hüququ da həmin mənzili ipoteka qoyan mülkiyyətçi X2 məxsus omuşdur. Lakin bu mənzil üzərində ipotekaya xitam verilməsi barədə iddianı ipoteka qoyan deyil, əsas öhdəlik üzrə borclu şəxs İddiaçı irəli sürmüşdür. Mülki prosessual qanunvericilik bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququnu təsbit edir. Lakin məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki, İddiaçı hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmamışdır. İşə baxmış birinci instansiya məhkəməsi isə bu halı nəzərə almamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və iddianın təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-565/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Nərimanov rayon İcra və Probasiya Şöbəsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti olmaqla cavabdeh Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «ipotekaya xitam verilməsi, daşınmaz əmlakın ipoteka yüklülüyünün ləğvi və çıxarışın qaytarılması» tələbinə dair iddiası təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50.00 manat dövlət rüsumu İddiaçı tutularaq cavabdeh Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4639/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4639/2022
18.08.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver