Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-466/2020 23.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(006)-3761/2019 nömrəli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2014-cü il tarixli 1749 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 2701,68 manat əsas borc, 195,59 manat faiz borcu, 403,94 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu olmaqla, ümumilikdə 3301,21 manat; xx.xx.2014-cü il tarixli 1749 saylı kredit müqaviləsi (təminatlı) üzrə xx.xx.2019-cu il tarixə 3394.38 manat əsas borc, 309,83 manat faiz borcu, 501,14 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu olmaqla, ümumilikdə 4205,35 manat kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC- nin hesabına ödənilməsi, ipoteka qoyulmuş Cavabdeh mülkiyyətində olan “Mercedes Benz” markalı, qara rəngli, buraxılış ili 2005-ci il olan, 90- UR-949 dövlət nömrə nişanlı avtomobilə tutma yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və satışından əldə edilən pul vəsaitinin göstərilən pul tələblərinin təmin edilməsi üçün ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC-nin “Xırdalan” filialı arasında xx.xx.2014-cü il tarixli, 1749 saylı kredit müqaviləsi bağlamışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik faiz dərəcəsi 22% faiz ödənilmək şərtilə 4800 manat məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq Cavabdeh ilə xx.xx.2014-cü il tarixli, 1749 saylı ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ona məxsus “Mercedes Benz” markalı, qara rəngli, buraxılış ili 2005-ci il olan, **-UR-*** dövlət nömrə nişanlı avtomobil İddiaçı ASC-də ipoteka ilə yüklü edilmişdir. Cavabdeh ilə İddiaçı ASC-nin İddiaçı” ASC-nin “Xırdalan” filialı arasında xx.xx.2014-cü il tarixli, 1749 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik faiz dərəcəsi 22% (iyirmi iki) faiz ödəmək şərtilə 3600 manat məbləğində kredit verilmişdir. Lakin borclu hər iki müqavilənin şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərə lazımınca icra etməmiş, götürdüyü kreditləri və ona hesablanmış faizləri vaxtında qaytarmamışdır. Dəfələrlə Bank tərəfindən yazılı və şifahi xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamışdır. Bank qarşısındakı öhdəliklərini lazımınca yerinə yetirmədiyinə görə borclunun xx.xx.2014-cü il tarixli, 1749 saylı kredit müqaviləsi (təminatlı)üzrə xx.xx.2019-cu il tarixə 3394,38 manat əsas borc, 309,83 manat faiz borcu, 501,14 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu olmaqla, ümumilikdə 4205.35 manat, xx.xx.2014cü il tarixli, 1749 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 2701,68 manat əsas borc, 195,59 manat faiz borcu, 403.94 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu olmaqla, ümumilikdə 3301.21 manat borcu yaranmışdır. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(006)-3761/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, xx.xx.2014-cü il tarixli 1749 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 2701,68 (iki min yeddi yüz bir manat altmış səkkiz qəpik) manat əsas borc, 195,59 (bir yüz doxsan beş manat əlli doqquz qəpik) manat faiz borcu, 403,94 (dörd yüz üç manat, doxsan dörd qəpik) manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz borcu olmaqla, ümumilikdə 3301,21 (üç min üç yüz bir manat, iyirmi bir qəpik) manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilməsi, xx.xx.2014-cü il tarixli 1749 saylı kredit müqaviləsi (təminatlı) üzrə xx.xx.2019cu il tarixə 3394.38 (üç min üç yüz doxsan dörd manat, otuz səkkiz qəpik) manat əsas borc, 309,83 (üç yüz doqquz manat, səksən üç |qəpik) manat faiz borcu, 501,14 (beş yüz bir manat, on dörd qəpik) manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz borcu olmaqla, ümumilikdə 4205,35 (dörd min iki yüz beş manat, otuz beş qəpik) manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilməsi, xx.xx.2014-cü il tarixli 1749 saylı kredit müqaviləsi (təminatlı) üzrə tələb Cavabdeh məxsus, ipoteka ilə yüklü edilmiş “Mercedes Benz” CLS350 minik markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin ilkin satış qiymətinin 23500 manat müəyyən edilməklə açıq hərrac yolu ilə satılması, avtomobilin açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsaitdən cəmi 4235,35 (iyirmi beş min yetmiş yeddi manat altmış beş qəpik) manat (4205,35 manat cəmi borc və 30 manat dövlət rüsumu) məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi və qalan məbləğin Cavabdeh verilməsi qət olunmuşdur. Qətnamədən narazı qalan iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsini avtomobilin ilkin satış qiyməti hissəsində ləğv edərək, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırır ki, məhkəmə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi barədə iddianı təmin edərkən avtomobilin ilkin satış qiymətini müəyyən edən zaman real bazar qiymatini nəzərə almamışdır. Belə ki, məhkəmə qətnamə qəbul ederkən tərəflər arasında bağlanmış 05.2014 cü il tarixli, 1749 saylı nömrəli ipoteka müqaviləsini əsas götürərək əmlakın qiymətini 23500 manat müəyyən etmişdir, lakin hazırda bu məbləğ avtomobilin real qiymetini əks etdirmir. Avtomobilin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında və ya müstəqil qiymətləndirici tərəfinden müəyyən edilməlidir. Bu səbəbden real vəziyyəti məlum olmayan, ümumiyyətlə mövcudluğu barədə məlumat olmayan avtomobilə ilkin satış qiymətinin müəyyən edilməsi ilə razı deyillər. Ola bilər ki, ipoteka predmetinin indiki vəziyyətinin qiyməti hakim tərəfindən qoyulan qiymətdən yüksək və ya aşağı olsun. Məhkəmə kolegiyasının iclasında iştirak edən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 apelyasiya şikayətinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsini avtomobilin ilkin satış qiyməti hissəsində ləğv edərək, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk olaraq qeyd edir ki, hazırkı iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddiaçıya münasibətdə yoxlanılması təşkil edir. Cavabdeh apellyasiya şikayəti vermədiyindən qətnamə ona münasibətdə yoxlanılmır. İddiaçı isə qətnaməni qismən, avtomobilin ilkin satış qiymətinin müəyyən olunması hissəsində mübahisələndirir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəlillərini və iddiaçının nümayəndəsinin izahatını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunmalı və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ASC-nin “Xırdalan” filialı iləCavabdeh arasında bağlanmış xx xxx 2014-cü il tarixli 1749 saylı kredit müqaviləsindən və ödəmə qrafikindən görünür ki, bank (borc verən) tərəfindən Cavabdeh (borc alan) illik 22% faiz hesablanmaqla 24 ay müddətinə 3600manat məbləğində kredit verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. "İddiaçı” ASC-nin “Xırdalan” filialı iləCavabdeh arasında bağlanmış xx xxx 2014-cü il tarixli 1749 saylı kredit müqaviləsindən (təminatlı) və ödəmə qrafikindən görünür ki, bank (borc verən) tərəfindən Cavabdeh (borc alan) illik 22% faiz hesablanmaqla 24 ay müddətinə 4800manat məbləğində kredit verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı ASC-nin “Xırdalan” filialı iləCavabdeh arasında bağlanmış xx xxx 2014-cü il tarixli 1749 saylı ipoteka müqaviləsindən görünür ki, İddiaçı ASC-nin “Xırdalan” filialı iləCavabdeh arasında bağlanmış xx xxx 2014-cü il tarixli 1749 saylı kredit müqaviləsinin təminatı olaraq Cavabdehməxsus olan “Mercedes Benz” markalı, qara rəngli, buraxılış ili 2005-ci il olan avtomobil İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Girov qoyulmuş əmlak 23500 manat məbləğində qiymətləndirilmişdir. xx xxx 2014-cü il tarixli AA seriyalı 121155 nömrəli İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışdan görünür ki, Cavabdeh məxsus “Mercedes Benz” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir, ipoteka saxlayan İddiaçı ASC-nin “Xırdalan” filialıdır (ipoteka müqaviləsi xx xxx 2014-cü il tarixli 1749 saylı). xx xxx 2019-cu il tarixli **********439 saylı maliyyə arayışından görünür ki, Cavabdeh xx xxx 2014-cü il tarixli 1749 saylı kredit müqaviləsi üzrə xx xxxxx 2019-cu il tarixə İddiaçı ASC-yə 2701,68 manat əsas borc, 195,59 manat faiz borcu, 403,94 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu olmaqla, ümumilikdə 3301,21 manat borcu vardır. xx xxx 2019-cu il tarixli **********436 saylı maliyyə arayışından görünür ki, Cavabdeh xx xxx 2014-cü il tarixli 1749 3394.38 manat əsas borc, 309,83 manat faiz borcu, 501,14 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu olmaqla, ümumilikdə 4205,35 manat borcu vardır. xx xxx 2019-cu il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh borcun ödənilməsi barədə İddiaçı ASC tərəfindən xəbərdar olunmuşdur. İşin apelyasiya baxışı zamanı “X3” MMC tərəfindən aparılmış ƏEM/M 04-213/20 nömrəli xx xxx 2020-ci il tarixli ekspertiza tədqiqatının nəticə hissəsindən görünür ki, aparılmış hesablamalar və təhlillərə əsasən Cavabdeh mülkiyyətində olan “Mercedes Benz” 350 CLS markalı, qara rəngli, buraxılış ili 2005-ci il olan, **-UR-*** dövlət nömrə nişanlı avtomobilin xx xxx 2020-ci il tarixinə mövcud vəziyyətə uyğun olaraq bazar dəyəri 20000 (iyirmi min) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 295-ci maddəsinə əsasən girovsaxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir; 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun: 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: - əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; -ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; - bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ASC-nin “Xırdalan” filialı ilə Cavabdeh arasında bağlanmış xx xxx 2014-cü il tarixli 1749 saylı kredit müqaviləsinə əsasən bank (borc verən) tərəfindən Cavabdeh (borc alan) illik 22% faiz hesablanmaqla 24 ay müddətinə 3600manat və İddiaçı ASC-nin “Xırdalan” filialı ilə Cavabdeh arasında bağlanmış xx xxx 2014-cü il tarixli 1749 saylı kredit müqaviləsinə (təminatlı) əsasən bank (borc verən) tərəfindən Cavabdeh (borc alan) illik 22% faiz hesablanmaqla 24 ay müddətinə 4800manat məbləğində kredit verilmişdir. İddiaçı ASC-nin “Xırdalan” filialı iləCavabdeh arasında bağlanmış xx xxx 2014cü il tarixli ipoteka müqaviləsinə əsasən tərəflər arasında bağlanmış xx xxx 2014-cü il tarixli 1749 saylı kredit müqaviləsinin (təminatlı) təminatı olaraq Cavabdehməxsus olan “Mercedes Benz” CLS350 minik markalı, buraxılış ili 2005-ci il olan, **-UR-*** dövlət nömrə nişanlı avtomobili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Girov qoyulmuş əmlak 23500 manat məbləğində qiymətləndirilmişdir. Borc alan müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və nəticədə bank tərəfindən ona xx.xx.2014-cü il tarixli 1749 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 2701,68 manat əsas borc, 195,59 manat faiz borcu, 403,94 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu olmaqla, ümumilikdə 3301,21 manat; xx.xx.2014-cü il tarixli 1749 saylı kredit müqaviləsi (təminatlı) üzrə xx.xx.2019-cu il tarixə 3394.38 manat əsas borc, 309,83 manat faiz borcu, 501,14 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu olmaqla, ümumilikdə 4205,35 manat kredit borcu hesablanmışdır.. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borclarını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Ona görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilələrdə razılaşdırıldığı kimi faiz ilə birlikdə iddiaçıya ödəməlidir. xx.xx.2014-cü il tarixli 1749 saylı kredit müqaviləsi (təminatlı) üzrə öhdəlik icra edilmədiyindən həmin müqavilə üzrə yaranmış borcun tutulması iddiaçının qanuni tələbinə əsasən ipoteka müqaviləsinin şərtlərinə müvafiq qaydada Cavabdeh məxsus olan ipoteka ilə yüklü edilmiş “Mercedes Benz” CLS350 minik markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apelyasiya şikayətində qətnamə ilə müəyyən edilmiş ipoteka ilə yüklü edilmiş “Mercedes Benz” CLS350 minik markalı, **-UR- *** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiymətini mübahisələndirir və ekspertiza təyin olunmasını xahiş edir. Məhkəmə kollegiyası da apelyasiya şikayətinin həmin dəlillini nəzərə alıb 2(103)- 11921/19 nömrəli xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə qiymətləndirmə ekspertizası təyin etmişdir. “X3” MMC tərəfindən aparılmış ƏEM/M 04-213/20 nömrəli xx xxx 2020-ci il tarixli ekspertiza tədqiqatının nəticə hissəsindən görünür ki, aparılmış hesablamalar və təhlillərə əsasən Cavabdeh mülkiyyətində olan “Mercedes Benz” 350 CLS markalı, qara rəngli, buraxılış ili 2005-ci il olan, **-UR-*** dövlət nömrə nişanlı avtomobilin xx xxx 2020-ci il tarixinə bazar dəyəri 20000 (iyirmi min) manat təşkil edir. Beləliklə, məhkəmə kollegiyası ekpert tədqiqatının nəticəsi ilə razılaşaraq və iddia təmin olunsa da ipoteka predmetinin ilkin satış qiyməti tələbə daxil olmadığından hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi avtomobilin ilkin satış qiyməti hissəsində dəyişdirilməli və Cavabdeh məxsus olan ipoteka ilə yüklü edilmiş “Mercedes Benz” CLS350 minik markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 20000 (iyirmi min) manat məbləğində müəyyən olunmalıdır. Qeyd olunanlarla yanaşı məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM- nın 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin kollegiya qeyd edir ki, iş üzrə apelyasiya instansiya məhkəməsi tərəfindən təyin edilən ƏEM/M 04-213/20 nömrəli xx xxx 2020-ci il tarixli ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz ) manat məbləğində pul vəsaiti cavabdehdən tutulub «X3» MMCin hesabına (VÖEN: **********; hesab N AZN: AZ30GUNA********************: BANK: “xxxx” ASC, VÖEN:**********; Müxbir hesab: AZ25NABAZ********************; KOD: 505594; SWİFT:GUNAAZ22) keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(006)- 3761/2019 nömrəli qətnaməsi ipoteka predmeti olan Cavabdeh məxsus olan ipoteka ilə yüklü edilmiş “Mercedes Benz” CLS350 minik markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiymətinin müəyyən olunması hissəsində dəyişdirilərək, ilkin satış qiyməti 20000 (iyirmi min) manat məbləğində müəyyən olunsun Qətnamə qalan hissədə dəyişdirilmədən saxlansın. İş üzrə apelyasiya instansiya məhkəməsi tərəfindən təyin edilən ƏEM/M 04-213/20 nömrəli xx xxx 2020-ci il tarixli ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz ) manat məbləğində pul vəsaiti cavabdehdən tutulub «X3» MMC-in hesabına (VÖEN: **********; hesab N AZN: AZ30GUNA********************: BANK: “xxxx” ASC, VÖEN:**********; Müxbir hesab: AZ25NABAZ********************; KOD: 505594; SWİFT:GUNAAZ22) keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-466/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-466/2020
23.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver