Məhkəmə qərarları › İş №2(103)-469/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-469/2024

15.05.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-469/2024 15.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əmək haqqının ödənilməsi” barədə iddia tələbinə dairmülki iş üzrə Açar sözlər:(əmək haqqının, əmək haqqının gecikdirilməsinə görə 1% pulun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X9 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı nümayəndəsi (atası) X10, digər nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh MMC-nin nümayəndəsi X2, digər nümayəndəsi və vəkili X3 iştirakları ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, 2(011)-2396/2023 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli Əmək müqaviləsinə əsasən, İddiaçı xx.xx.2019-cu il tarixdə əritmə avadanlığı operatoru vəzifəsinə işə qəbul edilmişdir, əvvəlcə onun əmək haqqı hər ay 300 manat, xx.xx.2021-ci il tarixdən 450 manat, xx.xx.2022-ci il tarixdən isə 1300 manat müəyyən edilmişdir. İddiaçı əmək müqaviləsinə AR ƏM-nin 68.2 nömrəli maddəsinin “a” tərəflərdən birinin təşəbbüsü bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. Əmrə əsasən, xx.xx.2019 tarixdən xx.xx.2022-ci il tarixinə qədər istifadə edilməmiş 48 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi nəzərdə tutulmuşdur. Ona son haqq-hesab məbləği kimi 1441,42 manat ödənilmişdir. a)Birinci instansiya məhkəməsində icraat 2.İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-də işlədiyi 12 iyun 2019-cu il - 11 sentyabr 2019-cu il iş dövrü ərzində ödənilməmiş əmək haqqının və əmək haqqının gecikdirilməsinə görə həmin pulun ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödəncin, "xxxx" MMC-də işlədiyi 12 iyun 2019-cu il tarixdən 11 sentyabr 2019-cu il tarixədək olan iş dövrü üçün istifadə etmədiyi məzuniyyətə görə pul əvəzinin (kompensasiyanın) və həmin pulun ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödəncin, Cavabdeh MMC-də işlədiyi 18 sentyabr 2019-cu il – 26 dekabr 2022-ci il iş dövrü ərzində ödənilməmiş əmək haqqının və əmək haqqının gecikdirilməsinə (vaxtında olmayaraq ödənilmiş və ödənilməmiş) görə 13 sentyabr 2022-ci il tarixdən başlayaraq həmin pulun ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödəncin, Cavabdehndə işlədiyi 18 sentyabr 2019-cu il tarixdən 26 dekabr 2022-ci il iş dövrü üçün istifadə etmədiyi məzuniyyətə görə pul əvəzinin (kompensasiyanın) və həmin pulun ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödəncin, habelə iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi kimi 1000 manat məbləğində pulun, hüquqi yardıma çəkilmiş 200 manat xərcin və Bakı 9 saylı Mediasiya Təşkilatının hesabına ödənilmiş 50 manat mediasiya xərcinin Cavabdehndən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 3.İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək iddia tələbinin "xxxx" MMC-yə aid hissədə geri götürdüyünü və nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. 4.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, "xxxx" MMC ilə İddiaçı arasında 12 iyun 2019-cu il tarixdə əmək müqaviləsi bağlanmış, həmin əmək müqaviləsinə əsasən iddiaçının əmək haqqısı 250 manat olmaqla, o, cəmiyyətə fəhlə vəzifəsinə işə qəbul olunmuşdur, "xxxx" MMC öz öhdəliklərini Cavabdeh MMC-yə ötürdükdən sonra "xxxx" MMC-nin 1018/k saylı, 11 sentyabr 2019-cu il tarixli Əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən 11 sentyabr 2019-cu il tarixdən iddiaçı tutduğu vəzifədən azad edilməklə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir, "xxxx" MMC ilə İddiaçı arasında 18 sentyabr 2019-cu il tarixdə əmək müqaviləsi bağlanmış, həmin əmək müqaviləsinə əsasən iddiaçının əmək haqqısı 300 manat olmaqla, o, cəmiyyətə əritmə avadanlığının operatoru vəzifəsinə işə qəbul olunmuş, bundan sonra 18 sentyabr 2019-cu il tarixli əmək müqaviləsinə edilmiş 26 yanvar 2021-ci il tarixli dəyişikliklərə əsasən iddiaçının əmək haqqısı 450 manata, 29 may 2021-ci il tarixli dəyişikliklərə əsasən 600 manata, 27 oktyabr 2021-ci il tarixli dəyişikliklərə əsasən 1100 manata və 05 avqust 2022-ci il tarixli dəyişikliklərə əsasən iddiaçının əmək haqqısı 1300 manata qədər artırılmışdır, Cavabdeh MMC-nin 235/k saylı, 24 dekabr 2022-ci il tarixli Əmrinə əsasən Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən 26 dekabr 2022-ci il tarixdən iddiaçı tutduğu vəzifədən azad edilməklə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir, iddiaçının yuxarıda qeyd olunan cəmiyyətlərdə tutduğu vəzifə Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli 92 nömrəli qərarı ilə təsdiq edilmiş “Zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”na uyğun olmuşdur, belə vəzifələrdə işləyən şəxslərə aylıq əmək haqqıdan (vəzifə maaşından) əlavə zərərli işdə işdədiyi müddət ərzində qanunvericiliklə müəyyən edilmiş aylıq əlavə faiz məbləğləri verilməmişdir, belə ki, Cavabdeh MMC iddiaçının sonuncu iş günü yəni 26 dekabr 2022- ci il tarixdə 12 iyun 2019-cu il tarixdən başlayaraq 26 dekabr 2022-ci il tarixədək olan dövr üzrə iddiaçının əmək haqqısının, əmək haqqının gecikdirilməsinə görə faizləri (ödənci), istifadə edilməmiş məzuniyyət haqqısını (kompensasiyanı) hesablamamış və həmin məbləğləri iddiaçıya ödəməmişdir, iddiaçı ilə Cavabdeh MMC arasında olan əmək mübahisəsi ilə əlaqədar iddiaçı tərəfindən Cavabdeh MMC-yə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, lakin təklifə Cavabdeh MMC tərəfindən müsbət cavab verilməmiş, bundan sonra iddiaçı Bakı 9 saylı Mediasiya Təşkilatına müraciət etmiş, Bakı 9 saylı Mediasiya Təşkilatı iddiaçının əmək mübahisəsinə baxmaq üçün mediator X5 təyin etmiş, onun tərəfindən ilkin mediasiya sessiyası 01 fevral 2023-cü il tarixdə təyin olunmuşdur, ilkin mediasiya sessiyasında iddiaçı iştirak etsə də, Cavabdeh MMC tərəfindən belə iştirak olmamış, bu səbəbdən mediator X8 tərəfindən ilkin mediasiya sessiyasında Cavabdeh MMC-nin iştirak edilməməsi barədə MŞB/9/2023-00118 nömrəli, 01 fevral 2023-cü il tarixli Arayış verilmişdir, Cavabdeh MMC halhazırda qüvvədə olan Əmək Məcəlləsinin maddi hüquq normalarını pozmaqla iddiaçının əmək qanunvericiliyi ilə müəyyən edilmiş hüquqlarını pozmaqdadır, bu səbəbdən pozulmuş hüquqlarının bərpa edilməsi məqsədi ilə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır, hazırda iddia tələbinin "xxxx" MMC-yə aid hissədə geri götürur. Sonda Vəkil2 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. 5.Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə yazılı etiraz təqdim edərək və ona uyğun izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir, hesab edir ki, iddia müddəti tətbiq olunmalı və iddia rədd edilməlidir. Belə ki, Cavabdeh MMC xx.xx.2019-cu il tarixində qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçməklə, xüsusi yaradılmış ayrıca bir qurumdur və "xxxx" MMC ilə heç bir əlaqəsi olmamışdır, iddiaçı cavabdeh ilə xx.xx.2019-cu il tarixində əmək müqaviləsi bağlamış və iddiaçıya işlədiyi müddətlərdə əmək haqqı tam olaraq ödənilmişdir, iddiaçının sonuncu iş günü xx.xx.2022-ci il olaraq müəyyən edilmişdir, belə ki, iddiaçı xx.xx.2022-ci il tarixində ərizə ilə Cavabdeh MMC-yə müraciət edərək işəgötürən tərəfindən dəfələrlə əmək müqaviləsinin şərtləri pozulduğuna görə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir, əgər həqiqətən də iddiaçı hazırda hüquqlarının pozulmasını iddia edirdisə, o zaman vaxtında məhkəməyə müraciət etməli idi, lakin iddiaçı son haqq-hesabını (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) aldıqdan və işdən çıxdıqdan sonra belə bir iddia tələbi irəli sürmüşdür, iddiaçı Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli 235 nömrəli əmrinə əsasən iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən xx.xx.2022-ci il tarixindən xitam verilmiş və onunla son haqq-hesab aparılmışdır, belə ki, iddiaçının xx.xx.2021-ci il tarixində əmək müqaviləsinə edilmiş dəyişikliklərə əsasən onun əmək haqqısı 1100 manat məbləğində müəyyən edilmişdir və iddiaçı 2022-ci ilin fevral ayında əmək haqqısını alarkən əlavə işlədiyi axşam və gecə saatları nəzərə alınmaqla, iddiaçıya ümumilikdə hesablanmış 1241,69 (1100 manat əmək haqqı + işlədiyi axşam saatı üçün 52,2 manat + gecə saatı üçün 89,49 manat) manat məbləğində əmək haqqından DSMF-yə 116,38 manat və İcbari Tibbi Sığortaya 24,83 manat ödənişlər edildikdən sonra iddiaçıya 2022-ci ilin fevral ayı üçün ümumilikdə 1100,48 manat məbləğində ödəniş edilmişdir, iddiaçı 2022-ci ilin mart ayında əmək haqqısını alarkən əlavə işlədiyi axşam saatları nəzərə alınmaqla, iddiaçıya ümumilikdə hesablanmış 1172,19 (1.100 manat əmək haqqı + işlədiyi axşam saatı üçün 72,19 manat) manat məbləğində əmək haqqından DSMF-yə 109,08 manat və İcbari Tibbi Sığortaya 23,44 manat ödənişlər edildikdən sonra iddiaçıya 2022-ci ilin mart ayı üçün ümumilikdə 1039,67 manat məbləğində ödəniş edilmişdir, iddiaçı 2022-ci ilin aprel ayında əmək haqqısını alarkən həmin ayda işlədiyi və işləmədiyi günlər nəzərə alınmaqla, ona əmək haqqı ödənişi və həmin ayda əlavə işlədiyi axşam saatları nəzərə alınmaqla əlavə işlədiyi saatlar üzrə ödənişlər edilmişdir, məhkəməyə təqdim edilmiş 2022-ci ilin aprel ayı üzrə iş vaxtının uçotu cədvəlindən görünür ki, iddiaçı aprel ayının 25, 26, 27 tarixlərində heç bir üzürlü səbəb göstərmədən işə çıxmamışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əsasən işçi gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləməsi nəzərdə tutulmuşdur, yəni işçi 4 gün işləyib, 2 gün istirahət edirdi, məhkəməyə təqdim edilmiş həmin iş vaxtının uçotu cədvəlindən görünür ki, iddiaçı həmin aprel ayının 23-nə qədər 4 gün işləyib, 2 gün istirahətdə olmuş, lakin aprel ayının 24, 25, 26, 27 tarixlərində işləməli olduğu halda iddiaçı 24 tarixində işdə olmuş, lakin 25, 26, 27 tarixlərində işdə olmamışdır, qeyd olunan hala əsasən iddiaçı 2022-ci ilin aprel ayında əmək haqqısını alarkən əlavə işlədiyi axşam saatları və işləmədiyi günlər nəzərə alınmaqla, iddiaçıya ümumilikdə hesablanmış 973,26 (935 manat əmək haqqı + işlədiyi axşam saatı üçün 38,26 manat) manat məbləğində əmək haqqından DSMF-yə 88,19 manat və İcbari Tibbi Sığortaya 19,47 manat ödənişlər edildikdən sonra iddiaçıya 2022-ci ilin aprel ayı üçün ümumilikdə 865,6 manat məbləğində ödəniş edilmişdir, iddiaçı 2022-ci ilin may ayında əmək haqqısını alarkən əlavə işlədiyi axşam və gecə saatları nəzərə alınmaqla, iddiaçıya ümumilikdə hesablanmış 1.329,49 (1.100 manat əmək haqqı + işlədiyi axşam saatı üçün 77,55 manat + gecə saatı üçün 151,94 manat) manat məbləğində əmək haqqından DSMF-yə 125,6 manat və İcbari Tibbi Sığortaya 26,59manat ödənişlər edildikdən sonra iddiaçıya 2022-ci ilin may ayı üçün ümumilikdə 1177,3 manat məbləğində ödəniş edilmişdir, məhkəməyə təqdim edilmiş 2022-ci il üzrə hesablanmış və ödənilmiş əmək haqqı cədvəlindən və 2022-ci ilin fevral, mart və may ayları üzrə iş vaxtının uçotu cədvəlindən görünür ki, iddiaçı yuxarıda adı çəkilən aylar üzrə vaxtlı-vaxtında işdə olmaqla, vəzifə üzrə öhdəliklərini yerinə yetirmiş və nəticədə iddiaçıya yuxarıda adı çəkilən aylar üzrə əmək haqqı ödənişləri edilmiş və eyni zamanda həmin aylarda əlavə işlədiyi axşam və gecə saatları nəzərə alınmaqla iddiaçıya həmin əlavə işlədiyi saatlar üçün də ödənişlər edilmişdir, iddiaçı xx.xx.2022-ci il tarixində işdən azad edilmiş və iddiaçı ancaq həmin gün MMC-yə gələrək əmək kitabçasını, əmək müqaviləsinə xitam verilməsi barədə əmri təhvil almış və iddiaçıya qanunvericiliyin tələblərinə uyğun şəkildə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) hesablanmaqla ödənilmişdir, iddiaçının iddia tələbinin “cavabdeh tərəfindən ona dəymiş 1000 manat məbləğində mənəvi zərərin tutulması” hissəsi ilə əlaqədar isə qeyd edir ki, bu hissədə də iddia tələbi əsassızdır, belə ki, yuxarıda qeyd olunan hallardan görünür ki, MMC tərəfindən iddiaçıya hər hansı mənəvi ziyan dəyməmişdir, ona görə ki, işçi işdən öz ərizəsinə əsasən azad edilən zaman onunla bütün son haqq-hesab aparılmış, istifadə etmədiyi məzuniyyət günləri üçün məzuniyyət haqqı iddiaçıya ödənilmişdir. Sonda Vəkil1 iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. 6.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 15 avqust 2023-cü il tarixli, 2(011)-2396/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Şəhriyar Əliyev) iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən 3444,99 manat əmək haqqı və 1805,12 manat son haqq-hesab məbləği olmaqla cəmi 5250 (beş min iki yüz əlli) manat 11 (on bir) qəpik pulun alınaraq İddiaçı ödənilməsi, Cavabdeh MMC-dən ödənilməmiş əmək haqqına görə xx.xx.2022-ci il tarixdən gecikdirilmiş hər gün üçün 1% məbləğində ödənc hesablanmaqla ödənilməsi, Cavabdeh MMC-dən vurulmuş mənəvi zərərə görə 200 (iki yüz) manat, hüquqi yardıma görə ödənilmiş 200 (iki yüz) manat və mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat alınaraq İddiaçı ödənilməsi, Cavabdeh MMC-dən məhkəmə-mühasibatlıq ekspertizasının dəyərini təşkil edən 150 (yüz əlli) manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X4, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilməsi, Cavabdeh MMC-dən 76 (yetmiş altı) manat 50 (əlli) qəpik dövlət rüsumunun alınaraq Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan: 7.Cavabdeh MMC xx.xx.2019-cu ildə dövlət qeydiyyatına alınmışdır. 8.Cavabdeh MMC və İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli Əmək müqaviləsinin surətindən görünür ki, işçi İddiaçı xx.xx.2019-cu il tarixdə əritmə avadanlığı operatoru vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 4.1-ci bəndinə görə işçiyə hər ay 300 manat məbləğdə əmək haqqı ödənilir. 9.Cavabdeh MMC və İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli Əmək müqaviləsinin surətindən görünür ki, işçi İddiaçı xx.xx.2019-cu il tarixdə əritmə avadanlığı operatoru vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 2.3-cü bəndinə görə əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən bağlanmışdır, 2.4-cü bəndinə görə işçi xx.xx.2019-cu il tarixdən işə başlayır. Müqavilənin 4.1-ci bəndinə görə işçiyə hər ay 1300 manat məbləğdə əmək haqqı ödənilir. 10.xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, tərəflər xx.xx.2021-ci il tarixdən operator vəzifəsində işləyən İddiaçı vəzifə maaşının 450 manat məbləğində müəyyən edilməsi barədə razılaşmışdırlar. 11.İddiaçı tərəfindən Cavabdehnə xx.xx.2022-ci il tarixə ərizə ünvanlanaraq xx.xx.2022-ci il tarixdən onu ödənişsiz məzuniyyətə çıxarılması xahiş edilmişdir. 12.Cavabdeh MMC-nin 26 mart 2021-ci il tarixli 17/M №-li Əmrindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixi daxil olmaqla 27 təqvim günü müddətində məzuniyyət verilməsi əmr edilmişdir. 13.Cavabdeh MMC-nin 21 iyun 2022-ci il tarixli 102/21 №-li Əmrindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək 1 ay 15 gün müddətində məzuniyyət verilməsi əmr edilmişdir. 14.xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı Cavabdehnə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. 15.Cavabdeh MMC-nin əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli 235 №-li əmrindən görünür ki, İddiaçı əmək müqaviləsinə AR ƏM-nin 68.2 nömrəli maddəsinin “a” tərəflərdən birinin təşəbbüsü bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilməsi, n xx.xx.2019 tarixdən xx.xx.2022-ci il tarixinə qədər istifadə edilməmiş 48 məzuniyyət gününün son haqqhesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi əmr edilmişdir. 16.“Əmək müqaviləsinə xitam verilməsi” ilə bağlı əmək müqaviləsinin bildirişindən görünür ki, İddiaçı əmək müqaviləsinə AR ƏM-nin 68.2 nömrəli maddəsinin “a” tərəflərdən birinin təşəbbüsü bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. 17.xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci - xx.xx.2022-ci il, xx.xx.2022-ci il xx.xx.2022-ci il, xx.xx.2022-ci -xx.xx.2022-ci il, xx.xx.2022-xx.xx.2022-ci il, xx.xx.2022-xx.xx.2022-ci il, xx.xx.2022 -xx.xx.2022-ci il tarixdə “İddiaçı işəgötürənə heç bir məlumat vermədən və üzürlü səbəb göstərmədən tam iş günü ərzində işə gəlməməsi barədə” Aktlar tərtib edilmişdir. 18.xx.xx.2022-ci il tarixli “Rabitəbank” ödəniş tapşırığından görünür ki, ödənilən son haqq-hesab məbləği 1441,42 manatdır. 19.Bakı 9 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh MMC mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı iştirak edərək, 50 manat xərci ödəmişdir. 20.Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/2267 saylı ekspert rəyindən görünür ki, İddiaçı xx.xx.2019- cu il tarixdən xx.xx.2022-ci il tarixədək Cavabdehndə işlədiyi müddətdə əlavə hesablanmalı olan ümumi məbləğ 5250,11 manat olmaqla, 3444,99 manat əmək haqqıdan və 1805,12 manat son haqq-hesab təşkil etdiyi müəyyən edilir. 21.Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli Əmək müqaviləsinə əsasən, İddiaçı xx.xx.2019-cu il tarixdə əritmə avadanlığı operatoru vəzifəsinə işə qəbul edilmişdir, əvvəlcə onun əmək haqqı hər ay 300 manat, xx.xx.2021-ci il tarixdən 450 manat, xx.xx.2022-ci il tarixdən isə 1300 manat müəyyən edilmişdir, İddiaçı əmək müqaviləsinə AR ƏM-nin 68.2 nömrəli maddəsinin “a” tərəflərdən birinin təşəbbüsü bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir, əmrə əsasən, xx.xx.2019 tarixdən xx.xx.2022-ci il tarixinə qədər istifadə edilməmiş 48 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi nəzərdə tutulmuşdur, ona son haqq-hesab məbləği kimi 1441,42 manat ödənilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 17 may 2023-cü il tarixli, 9/2267 saylı ekspert rəyi üzrə İddiaçı 18 sentyabr 2019-cu il tarixdən 26 dekabr 2022-ci il tarixədək Cavabdehndə işlədiyi müddətdə əlavə hesablanmalı olan ümumi məbləğ 5250,11 manat olmaqla, 3444,99 manat əmək haqqıdan və 1805,12 manat son haqq-hesab təşkil etdiyi müəyyən edilir, Cavabdeh MMC mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı iştirak edərək 50 manat xərci ödəmişdir, İddiaçı Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına 200 manat ödəniş etmişdir. Bununla belə, cavabdeh tərəfindən əmək müqaviləsinin qüvvədə olduğu müddət ərzində iddiaçıya ödənilməli olan əmək haqqının ödənilməsinə və iddiaçının son haqq-hesabının aparılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. 22.Məhkəmə iddia tələbinin “gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödəncin” ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, qanunvericiliklə əlavə ödəncin verilməsi müəyyən edilməklə işçinin əmək haqqı hüququnun müdafiəsinə əlavə təminat verilmişdir ki, bu göstərilən qayda da işəgötürənin əmək haqqının vaxtında verilməsi məsələsində intizamlı olmağa məcbur etdiyi kimi, həm də işçinin pozulmuş hüququnun əvəzində kompensasiya mahiyyəti daşıyır. İşçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi isə iki şərtdən asılı edilmişdir: belə ki, ilk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir ki, hazırki iş üzrə də məhkəmə tərəfindən hər iki halın mövcud olduğu müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdehdən ödənilməmiş əmək haqqına görə onun işdən çıxdığı xx.xx.2022-ci il tarixdən hesablanmaqla gecikdirilmiş hər gün üçün 1 % hesablanmaqla ödənc ödənilməlidir. 23.Məhkəmə, iddia tələbinin “mənəvi zərər məbləği” hissəsinə münasibətdə qeyd etmişdir ki, cavabdehin hüquqa zidd əməli nəticəsində İddiaçıya vurulmuş ziyanın aradan qaldırılması və iddiaçının öz hüquqlarının bərpası məqsədilə çəkmiş olduğu xərclərin yaranmasına, o cümlədən, mənəvi sarsıntıya və şüura təsir göstərən mənfi reaksiyaya səbəb olan hallara gətirib çıxarmışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi qismində pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması məqsədi ilə kompensasiya müəyyən edilməli və həmin məbləğ iddiaçı R.Həsənova dəymiş mənəvi zərərin əvəzi 200 manat həddində qiymətləndirilməlidir. 24.Məhkəmə, iddia tələbinin “hüquqi yardıma görə ödənilmiş 200 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş pulun əvəzi ağlabatan həddə müəyyən olunmalı, bu zaman iddia tələbinin qiyməti nəzərə alınmaldır. Belə olan halda məhkəmə, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 200 manat pul məbləğini, hazırki iddia tələbinə mütənasib hesab eməklə ağlabatan hədd kimi qiymətləndirir və həmin hissədə iddia tələbinin təmin olunmasını mümkün sayır. 25.Məhkəmə, ekspert rəyini digər sübutlarla birgə qiymətləndirərək hesab etmişdir ki, ekspert rəyi sübut kimi qəbul olunmalı və işçiyə ödənilməmiş əmək haqqı və digər ödənişlər ekspertin gəldiyi nəticəyə müvafiq olaraq hesablanmalıdır. 26.Məhkəmə, iddia müddətinə münasibətdə qeyd etmişdir ki, qanunvericiliklə, pul tələbi ilə əlaqədar işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət etməsi nəzərdə tutulduğundan, işçi isə əmək kitabçasını və son haqq-hesabı xx.xx.2022ci il tarixdə almaqla bir il keçmədən xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etdiyindən, iddia müddəti ötürülməmişdir. 27.Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMC-dən 3444,99 manat əmək haqqı, son haqq-hesab məbləği kimi 1805,12 manat olmaqla cəmi 5250,11 manat, ödənilməmiş əmək haqqına görə xx.xx.2022-ci il tarixdən gecikdirilmiş hər gün üçün 1% məbləğində ödənc hesablanmalı, vurulmuş mənəvi zərərə görə 200 manat, hüquqi yardıma görə ödənilmiş 200 manat alınaraq iddiaçı X11 ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. 28.Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab etmişdir ki, iddia tələbi qismən təmin edildiyindən, hazırki tələb üzrə iddiaçı dövlət rüsumu ödənilməsindən azad olduğundan və cavabdeh tərəfindən dövlət rüsumunun ödənilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından, təmin edilmiş iddianın məbləği nəzərə alınmaqla, 76,50 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə, ekspertizası tədqiqatının dəyərini təşkil edən 150 manat cavabdehdən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməldir. 29.Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etmədiyindən iddiaçı tərəfindən mediasiya ilə bağlı ödənilmiş 50 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. 30.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 2-ci bəndinə, 3-cü maddəsinin 4-1-ci, 69-cu maddəsinin 2-ci, 83-cü maddəsinin 1 və 2-ci, 131-ci maddəsinin 1-ci hissəsinə, 135-ci maddəsinin 2-ci hissəsinə, 139-cu maddəsinin 2-ci hissəsinə, 143-cü maddəsinin 2-ci, 144-cü maddəsinin 2-ci, 172-ci maddəsinin 4 və 5-ci, 196-cı maddəsinin 5-ci hissələrinə, 288, 290-cı maddəsinin 3-cü, 292-ci maddəsinin 2-ci, 296-cı maddəsinin 4-cü hissəsinə; Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarına; Avropa Məhkəməsi “Maksimov Rusiyaya qarşı” iş üzrə 2010-cu il 18 mart tarixli Qərarına; “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına; “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 36.5-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 77.1, 115, 119.1, 121.1, 124.3, 217.4 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 31.Qətnamədən Cavabdeh MMC apellyasiya şikayəti verərək, qətnamənin qismən, iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin tamamilə təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 32.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış məhkəmə iddia müddətinə münasibətdə əmək qanunvericiliyinin iddia müddətini tənzimləyən normasını səhv təfsir edərək, pul tələbi ilə bağlı işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində məhkəməyə müraciət etməsinin nəzərdə tutulduğuna əsaslanaraq qeyd etmişdir ki, iddiaçı son haqq-hesabını aldığı xx.xx.2022-ci il tarixdən bir il keçmədən xx.xx.2023-cü il tarixində məhkəməyə müraciət etdiyindən, iddia müddəti ötürülməmişdir. Hesab edir ki, iddiaçının iddia tələbi fərdi əmək mübahisəsi olduğundan, mübahisə üzrə tələbə Əmək Məcəlləsinin 296.2-ci maddəsi ilə tənzimlənən iddia müddəti tətbiq olunmalıdır. İddiaçı iddia tələbinin predmetini və əsasını əmək müqaviləsi və əmək qanunvericiliyinin tətbiqi zamanı yaranan və Əmək Məcəlləsinin 288-ci maddəsinin “d” bəndindən irəli gələn fərdi əmək mübahisəsi təşkil edir. Belə olan halda isə hazırkı fərdi əmək mübahisəsinə Əmək Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulmuş 1 aylıq iddia müddəti tətbiq edilməlidir. Qeyd edir ki, işin mübahisəsiz halıdır ki iddiaçı X15 xx.xx.2022-ci il tarixdə işdən azad edilmiş, həmin tarixdə ona əmək kitabçasının əsli, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti və son haqq-hesab üzrə ödənişin ödənilməsi təmin edilmişdir. Belə olan halda fərdi əmək mübahisəsi üzrə iddia müddətinin axımı 27 dekabr 2022-ci il tarixindən başlamışdır. İddiaçı xx.xx.2023-cü il tarixində, yəni müddətinin axımının başlanmasından 13 gün sonra mediasiyanın tətbiqi barədə təklif göndərmiş, xx.xx.2023-cü il tarixdə bu barədə Arayış almış və xx.xx.2023-cü il tarixində, yəni arayışın alınmasından 20 gün sonra iddia ərizəsi məhkəməyə müraciət etmişdir. Beləliklə, İddiaçı hazırkı iddia tələbi ilə hüququnun pozuldugunu bildiyi xx.xx.2022-ci il tarixindən (mediasiya prosesinə sərf edilən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət çıxılmaqla) 33 gün keçdikdən sonra məhkəməyə müraciət etmişdir. İddiaçı işdən çıxdığı xx.xx.2022-ci il tarixində ona əmək müqaviləsinin xitamına dair bildiriş, əmək kitabçası, son haqq-hesab və s. verilmişdir və əgər işçi olaraq ödənilməmiş əmək haqının və istifadə edilməmiş məzuniyyətin ödənilmədiyini hesab edirdisə, əmrin surətini, əmək kitabçasını və son haqq-hesabı aldığı vaxtdan 1 ay ərzində məhkəməyə müraciət etmək hüququ vardı. Hazırkı iş üzrə Əmək Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulmuş 1 aylıq iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Lakin işə baxan birinci instansiya məhkəməsi qətnamədə Əmək Məcəlləsinin 288-ci maddəsinə istinad edərək, hazırkı mübahisınin predmetini fərdi əmək mübahisəsi olduğunu qəbul etsə də, mübahisəyə Əmək Məcəlləsinin 296.2-ci maddəsi ilə tənzimlənən iddia müddətini tətbiq etməli olduğu halda həmin normanı deyil, səhvən həmin Məcəlləsinin 296.3-cü maddəsini tətbiq etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 33.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 34.Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X15 və digər nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini qəbul etmədilər, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. 35.Məhkəmə kollegiyasının iclasında Cavabdeh MMC-nin nümayəndəsi X6 və digər nümayəndəsi və vəkili X7 apellyasiya şikayətinin müdafiə etdilər, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 36.Maddə 2 (1-ci hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 37.Maddə 2 (2-ci hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 38.Maddə 2 (3-cü hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə görə, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması,maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. 39.Maddə 3 (3-cü hissə). İşəgötürən - tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. 40.Maddə 3 (4-1-ci hissə). Əmək münasibətləri– əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. 41.Maddə 83 (2-ci hissə). Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 42.Maddə 135 (2-ci hissə). İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. 43.Maddə 154 (1-ci hissə). Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 44.Maddə 156 (1-ci hissə). Əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. 45.Maddə 157 (3-cü hissə).Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir 46.Maddə 172 (4-cü hissə). İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 47.Maddə 172 (5-ci hissə). Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. 48.Maddə 296 (4-cü hissə). Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. 49.Maddə 296 (5-ci hissə). İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 50.Maddələr 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 51.Maddə 115.0.1.İşə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 52.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 53.Maddə 384.0.2.Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 54.Maddələr 385.1.1, 385.1.2, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Apellyasiya baxışının hədləri 55.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 56.Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəlləsinin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki və Kommersiya Kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli, 04/2020 saylı qərardadının 59-cu bəndinə əsasən məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğvini tələb edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Həmin qərardadın 62-ci bəndinə əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlamalıdır. 57.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını, apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəlləsinin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki və Kommersiya Kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli, 04/2020 saylı qərardadını nəzərə almaqla qeyd edir ki, cavabdeh qətnamənin iddia tələbinin qismən təmin edilməsi hissəsində ləğv edilməsini xahiş etsə də, o, dəlillərində Cavabdeh MMC-dən 3444,99 manat əmək haqqı və 1805,12 manat son haqq-hesab məbləği olmaqla, cəmi 5250 (beş min iki yüz əlli) manat 11 (on bir) qəpik pulun alınaraq, İddiaçı ödənilməsi, Cavabdeh MMC-dən ödənilməmiş əmək haqqına görə xx.xx.2022-ci il tarixdən gecikdirilmiş hər gün üçün 1% məbləğində ödənc hesablanmaqla ödənilməsi hissəsində mübahisələndirmişdir. Buna görə də, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilən-Cavabdeh MMC-dən 3444,99 manat əmək haqqı və 1805,12 manat son haqq-hesab məbləği olmaqla, cəmi 5250 (beş min iki yüz əlli) manat 11 (on bir) qəpik pulun alınaraq, İddiaçı ödənilməsi, Cavabdeh MMC-dən ödənilməmiş əmək haqqına görə xx.xx.2022-ci il tarixdən gecikdirilmiş hər gün üçün 1% məbləğində ödənc hesablanmaqla ödənilməsi hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh tərəf qətnaməni qeyd olunan hissələrdə mübahisələndirmiş, digər tərəf qətnamədən apellyasiya şikayəti verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 58.Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. 59.Kollegiya hesab edir ki, məhkəmə mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etməmiş, gəldiyi nəticə işin hallarına uyğun olmamış, bununla da, prosessual hüquq normalarının pozulmasına yol vermişdir. 60.Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2019cu il tarixli Əmək müqaviləsinə əsasən, İddiaçı xx.xx.2019-cu il tarixdə əritmə avadanlığı operatoru vəzifəsinə işə qəbul edilmişdir, əvvəlcə onun əmək haqqı hər ay 300 manat, xx.xx.2021-ci il tarixdən 450 manat, xx.xx.2022-ci il tarixdən isə 1300 manat müəyyən edilmişdir, İddiaçı əmək müqaviləsinə AR ƏM-nin 68.2 nömrəli maddəsinin “a” tərəflərdən birinin təşəbbüsü bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir, əmrə əsasən, xx.xx.2019 tarixdən xx.xx.2022-ci il tarixinə qədər istifadə edilməmiş 48 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi nəzərdə tutulmuşdur, ona son haqq-hesab məbləği kimi 1441,42 manat ödənilmişdir. 61.Məhkəmə ekspert rəyinə əsasən Cavabdeh MMC-dən 3444,99 manat əmək haqqı və 1805,12 manat son haqq-hesab məbləği olmaqla, cəmi 5250 (beş min iki yüz əlli) manat 11 (on bir) qəpik pulun alınaraq İddiaçı ödənilməsi qənaətinə gəlmişdir. 62.Məhkəmə iddia tələbinin “gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödəncin” ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, qanunvericiliklə əlavə ödəncin verilməsi müəyyən edilməklə işçinin əmək haqqı hüququnun müdafiəsinə əlavə təminat verilmişdir ki, bu göstərilən qayda da işəgötürənin əmək haqqının vaxtında verilməsi məsələsində intizamlı olmağa məcbur etdiyi kimi, həm də işçinin pozulmuş hüququnun əvəzində kompensasiya mahiyyəti daşıyır. İşçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi isə iki şərtdən asılı edilmişdir: belə ki, ilk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir ki, hazırki iş üzrə də məhkəmə tərəfindən hər iki halın mövcud olduğu müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdehdən ödənilməmiş əmək haqqına görə onun işdən çıxdığı xx.xx.2022-ci il tarixdən hesablanmaqla gecikdirilmiş hər gün üçün 1 % hesablanmaqla ödənc ödənilməlidir. 63.Məhkəmə, iddia müddətinə münasibətdə qeyd etmişdir ki, qanunvericiliklə, pul tələbi ilə əlaqədar işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət etməsi nəzərdə tutulduğundan, işçi isə əmək kitabçasını və son haqq-hesabı xx.xx.2022ci il tarixdə almaqla bir il keçmədən xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etdiyindən, iddia müddəti ötürülməmişdir. 64.İş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən Mediasiya Şurasına İMES üçün ərizə xx.xx.2023-cü ildə verilmişdir. 65.Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə 3444,99 manat əmək haqqı və 1805,12 manat son haqq-hesabın 18 sentyabr 2019-cu il tarixdən 26 dekabr 2022-ci il tarixədək hesablanması, iddiaçı tərəfindən iddia müddətinin ötürülməməsi qənaətinə gəlmişdir. 66.Lakin məhkəmə kollegiyasının qənaətinə görə iddia müddəti tətbiq olunmayan son bir illik müddət, yəni iddiaçının mediasiyaya müraciət etdiyi xx.xx.2023-cü ildən əvvəlki bir illik müddət istisna olmaqla, xx.xx.2022-ci il tarixdən əvvəlki dövrə görə cavabdehin iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyinin olması ilə bağlı məhkəmənin gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tələbinə uyğun olmamışdır. 67.Məhkəmə kollegiyası qeyd edir ki, hazırki tələb əmək haqqı ilə bağlı pulun tutulması ilə əlaqədar olduğundan iddia müddəti tətbiq olunduğu halda, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə istinad olunmalıdır. 68.Digər tərəfdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsi fərdi əmək mübahisələrinin həllində iddia müddətlərini tənzimləyir. İddia müddəti isə Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən yalnız mübahisə tərəfinin ərizəsinə əsasən tətbiq olunur ki, hazırki işdə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir. 69.Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 70.Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 71.Qanunun məzmunundan göründüyü kimi mübahisə tərəfinin məhkəmə qərarı çıxarılana kimi iddia müddətinin tətbiqi barədə ərizə verməsi iddia müddətinin tətbiqi üçün yetərlidir. 72.Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarı, H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.). 73.Qeyd olunmalıdır ki, qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarı). 74.İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. 75.Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. 76.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə nəzərə alınmaqla, 23 yanvar 2022-ci il tarixdən 23 yanvar 2023-cü il tarixdək olan dövr üzrə ödənilməmiş əmək haqqı və son haqq-hesab üzrə icra edilməmiş pul öhdəliklərinə münasibətdə iddia tələbi yoxlanılmalıdır. 77.Apellyasiya mərhələsində əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 aprel 2024-cü il tarixli, 9/9802 nömrəli ekspert rəyinə əsasən: -Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, İddiaçı Cavabdeh MMC-də işlədiyi xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixədək hər bir ay üzrə ödənilməmiş qalıq əmək haqqı müəyyən edilmir, qeyd edilən dövr ərzində aylıq əmək haqqlarının gecikdirilməsinə görə Əmək Məcəlləsinin 172-ci maddəsinin tələbinə əsasən 1% həddində cərimə məbləği 16 gün (xx.xx.2023cü il tarixədək) üçün 135,51 manat məbləğində təşkil edir. -Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, İddiaçı Cavabdeh MMC-də xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixədək 1487,01 manat əvəzinə 1441,42 manat, yəni 45,59 manat məbləğində əskik son haqq-hesab ödənilmişdir. Əksik ödənilmiş 45,59 manat məbləğində son hesablaşmaya görə Əmək Məcəlləsinin 172-ci maddəsinin tələbinə əsasən 1% həddində cərimə məbləği 28 gün (xx.xx.2023-cü il tarixədək) üçün 12,77 manat məbləğində təşkil edir. 78.Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 79.Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMC-dən İddiaçı xeyrinə 16 gün əmək haqqının gecikdirilməsinə görə 135,51 (yüz otuz beş manat, əlli bir qəpik) manat, ödənilməmiş son hesaba görə 45,59 (qırx beş manat əlli doqquz qəpik) manat olmaqla cəmi 181,1 (yüz səksən bir manat, on qəpik) manat pul tutulmalıdır. 80.Həmçinin ödənilməmiş son haqq-hesaba görə 23 yanvar 2023-cü il tarixdən 45,59 manat məbləğində pul vəsaiti ödənilən günədək həmin məbləğə 1% ödənc hesablanaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 81.Beləliklə qeyd olunan xüsusatları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, 2(011)-2396/2023 saylı qətnaməsi mübahisələndirilən, iddianın qismən təmin edilən- 3444,99 manat əmək haqqı və 1805,12 manat son haqq-hesab məbləği olmaqla cəmi 5250 manatın tutulması, ödənilməmiş əmək haqqına görə xx.xx.2022-ci il tarixdən gecikdirilmiş hər gün üçün 1% məbləğində ödənc hesablanmaqla ödənilməsi hissələrində ləğv edilməli, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qeyd olunan hissələrdə qismən təmin edilməli, Cavabdeh MMC-dən İddiaçı xeyrinə 16 gün əmək haqqının gecikdirilməsinə görə 135,51 (yüz otuz beş manat, əlli bir qəpik) manat, ödənilməmiş son hesaba görə 45,59 (qırx beş manat əlli doqquz qəpik) manat olmaqla cəmi 181,1 (yüz səksən bir manat, on qəpik) manat pul tutulmalı, son haqq-hesaba görə 23 yanvar 2023-cü il tarixdən 45,59 manat məbləğində pul vəsaiti ödənilən günədək həmin məbləğə 1% ödənc hesablanaraq Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulmalıdır. 82.Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qətnamə 150 manat ekseprtiza xərcinin cavabdehdən tutulması hissəsində dəyişdirilməli, təmin edilmiş tələbə mütənasib olaraq məhkəmə eskpertiza tədqiqatlarının dəyərini təşkil edən 250 (iki yüz əlli) manatın 125 manatı İddiaçı, 125 manatı isə Cavabdeh MMC-dən tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. 83.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, 2(011)-2396/2023 saylı qətnaməsi mübahisələndirilən, iddianın qismən təmin edilən- 3444,99 manat əmək haqqı və 1805,12 manat son haqq-hesab məbləği olmaqla, cəmi 5250 manatın tutulması, ödənilməmiş əmək haqqına görə xx.xx.2022-ci il tarixdən gecikdirilmiş hər gün üçün 1% məbləğində ödənc hesablanmaqla ödənilməsi hissələrində ləğv edilsin. Həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qeyd olunan hissələrdə qismən təmin edilsin. Cavabdeh MMC-dən İddiaçı xeyrinə 16 gün əmək haqqının gecikdirilməsinə görə 135,51 (yüz otuz beş manat əlli bir qəpik) manat, ödənilməmiş son hesaba görə 45,59 (qırx beş manat əlli doqquz qəpik) manat olmaqla, cəmi 181,1 (yüz səksən bir manat, on qəpik) manat pul tutulsun. Son haqq-hesaba görə 23 yanvar 2023-cü il tarixdən 45,59 (qırx beş manat əlli doqquz qəpik) manat məbləğində pul vəsaiti ödənilən günədək həmin məbləğə 1% ödənc hesablanaraq Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulsun. Qətnamə 150 manat ekseprtiza xərcinin cavabdehdən tutulması hissəsində dəyişdirilsin. Məhkəmə ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 250 (iki yüz əlli) manatın 125 (yüz iyirmi beş) manatı İddiaçı, 125 (yüz iyirmi beş) manatı isə Cavabdeh MMC-dən tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar