Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4692/2021 20.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı cehiz əmlakının geri qaytarılması tələbi barədə mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli qətnaməsindən iş üzrə ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1192/21 saylı 04 fevral 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi qismən təmin edilərək, ünvan 1 ünvanında yerləşən İddiaçı Çıngiz qızına məxsus olan cehiz əmlakın –1) 2 nəfərlik çarpayı, 1 şkaf, 1 güzgülü komod və 2 tumbadan ibarət olan Türkiyə istehsallı Donat yataq dəsti; 2) 1 ədəd göy rəngli pərdə; 3) 1 ədəd bənövşəyi pərdə; 4) 1 ədəd bəyaz və çəhrayı rəngli çilçıraq; 5) 2 ədəd bəyaz və çəhrayı rəngli gecə lampası; 6) 1 divan, 2 kreslo, 1 jurnal masasından ibarət bənövşəyi yumuşaq mebel dəsti; 7) 1 stol, 6 stul, 1 komod, 1 servant və 1 TV stendindən ibarət Türkiyə istehsallı 1 ədəd Donat qonaq otağı dəsti; 8) 1 ədəd Samsung markalı televizor; 9) 1 ədəd Siemens markalı paltaryuyan; 10) 1 ədəd Vestel markalı kondisioner; 11) 1 ədəd blinçik bişirən elektrikli tava; 12) 1 ədəd mikser; 13) 1 ədəd qırmızı rəngli qazan dəsti; 14) 1 ədəd mantı qazanı; 15) 1 ədəd göy rəngli Karaca qazan dəsti; 16) 12 nəfərlik çəngəl-bıçaq dəsti; 17) 12 nəfərlik + 6 nəfərlik çay və kofe fincanlarından ibarət ağ qızılı rəngli serviz dəsti; 18) 12 nəfərlik dairəvi serviz dəsti; 19) əl və çay dəsmalları; 20) 2 ədəd şamdan; 21) 1 ədəd ütü masası; 22) 1 ədəd ütü; 23) 1 ədəd göy rəngli yataq örtüyü; 24) 1 ədəd qəhvəyi rəngli yataq örtüyü dəsti; 25) 1 ədəd 2 nəfərlik döşək, 2 ədəd 2 nəfərlik yorğan, 2 ədəd ortopedik və 2 ədəd qaz tükündən olan yastıqlar; 26) 1 ədəd qara rəngli yataq örtüyü dəsti; 27) 1 ədəd ağ rəngli yataq örtüyü dəsti; 28) 1 ədəd “Bogema” fincan dəsti; 29) 1 ədəd Saat (fil); 30) 2 ədəd külqabı; 31) 2 ədəd Çexiya istehsallı mürəbbə qabı; 32) 2 ədəd balaca, 1ədəd dairəvi və 2 ədəd kvadrat formalı böyük xalça 33) 1 ədəd bənövşəyi rəngli, gül formalı qab; 34) 1 ədəd üzüm salxım formalı qab; 35) 1 ədəd bənövşəyi rəngli dekorativ meyvə qabı; 36) 2 ədəd dairəvi formalı çərəz qabı; 37) 1 ədəd şirniyyat qabı; 38) 6 ədəd qırmızı rəngli qədimi qədəhlər; 39) 1 ədəd əntiq bəzəkli meyvə qabı; 40) 2 ədəd güldan; 41) 1 ədəd şəffaf qab; 42) 6 stəkan və 1 qrafindən ibarət 1 ədəd viski dəsti; 43) 2 ədəd Çexiya istehsallı xrustal qənd qabı; 44) 1 ədəd “Madonna” çay dəsti; 45) 3 ədəd podnos dəsti; 46) 1 ədəd İran podnosu; 47) 1 ədəd ədviyyat qabı; 48) 7 ədəd süfrə örtüyü; 49) 12 nəfərlik 1 ədəd Türkiyə istehsallı qədəh dəsti; 50) xrustal stəkan, nəlbəki və mürəbbə qabından (rozetka) ibarət 1 ədəd çay servisi; 51) 6 nəfərlik armudu stəkan və nəlbəkilərdən ibarət 1 ədəd çay servisi; 52) 4 ədəd çərçivə; 53) 6 nəfərlik 1 ədəd kofe servisi; 54) 1 ədəd qızılı rəngli, Çexiya istehsallı salfet qabı; 55) şəxsi əşyalar (geyimlər, çantalar, ayaqqabılar, kosmetik vasitələr və bijuteriyalar) Cavabdeh alınaraq İddiaçı qaytarılması qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşə apelyasiya qaydasında baxılarkən, kollegiyanın iclasında Cavabdeh səlahiyyətli nümayəndəsi X3 tərəfindən apellyasiya şikayətindən imtina etdiyini və iş üzrə apellyasiya icraatına xitam verilməsi barədə məhkəməyə ərizə təqdim olmuşdur. Kollegiyanın iclasında cavabdehin nümayəndəsi ərizəni müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İddiaçı və onun nümayəndəsi cavabdehin Binəqədi Rayon Məhkəməsinin 2(001)-1192/21 saylı 04 fevral 2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etdiyinə və iş üzrə apellyasiya icraatına xitam verilməsinə etirazın olmadığını bildirmişlər. Kollegiya ərizəni nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək, hesab edir ki, apellyasiya şikayətindən imtina, apellyatorun iradə ifadəsi olduğundan və digər şəxslərin hüququna toxunmadığından, onun şikayətindən imtinaya dair ərizəsi qəbul edilməli və hazırkı iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 369.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qərarının tanınmasına səbəb olur. Azərbaycan Respublikası MPM-nin 369.2-ci maddəsinə əsasən apelyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 369, 400 və 405-ci maddələrini rəhbər tutaraq, kollegiya Q Ə R A R A A L D İ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1192/21 saylı 04 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh səlahiyyətli nümayəndəsi X2 apellyasiya şikayətindən imtinası qəbul edilsin. Apellyasiya icraatına xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4692/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4692/2021
20.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver