Məhkəmə qərarları › İş №2(103)-4693/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4693/2022

25.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4693/2022 25.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Məmmədova (sədirlik edən və məruzəçi), Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı X1 vəkili və nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakları ilə, İddiaçı X2 Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1385/2021 saylı, 17 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdə qalmış 11000 manat məbləğində əşyaların, himayəsində olan sağlamlıq imkanları məhdud övladı X4 təyin olunmuş müavinət məbləğindən cavabdehdə qalan 2096 manat pulun alınaraq ona qaytarılması və 30 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-1385/2021 saylı 17 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Həmin qətnamədən cavabdeh 17 dekabr 2021-ci il tarixdə apellyasiya şikayəti verilmə müddətinin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli qərardadı ilə ərizə rədd edilmişdir. 18 fevral 2022-ci il tarixdə cavabdehin nümayəndəsi qərardaddan şikayət vermişdir. Şikayət məhkəmənin 21 fevral 2022-ci il tarixli qərardadı ilə şikayətə nümayəndənin səlahiyyətlərini təsdiq edən sənədlər, yəni vəkil orderi və etibarnamə əlavə edilmədiyindən Mülki Prosessual Məcəllənin 363.1.1-ci maddəsinə əsasən onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandığından geri qaytarılmışdır. 28 fevral 2022-ci il tarixdə cavabdehin nümayəndəsi Yasamal Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli qərardadından yenidən şikayət vermişdir. Məhkəmənin 01 mart 2022-ci il tarixli qərardadı ilə nümayəndə tərəfindən şikayət vermə müddəti ötürüldüyündən şikayət Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. xx.xx.2022-ci il tarixdə cavabdehin nümayəndəsi məhkəmənin 18 yanvar 2022-ci il tarixli qərardadından yenidən şikayət vermişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-1385/2021 saylı qərardadı ilə şikayət apellyasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş müddəti ötürməklə verildiyindən geri qaytarılmışdır. xx.xx.2022-ci il tarixdə cavabdeh Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadından apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə həmin məhkəmənin 18 yanvar 2022-ci il tarixli qərardadından şikayət verilməsi üçün prosessual müddət bərpa olunsa da, həmin qərardaddan şikayətə baxılıb əsaslandırılmış qərardadla şikayətə münasibət bildirilmədən apellyasiya məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında tərəflər məsələnin həllini məhkəmənin mülahizəsinə buraxmışlar. Mülki Prosessual Məcəllənin aşağıdakı maddələrinə görə: 269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. 269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6. apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 363, 364, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Yasamal Rayon Məhkəməsinin 2(004)- 1385/2021 saylı, 17 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın. Bakı Apellyasiya Məhkəməsinin cavabdehin apellyasiya şikayətinin mümkün sayılması barədə xx.xx.2022-ci il tarixli qərardadı ləğv olunsun. Bu qərardadda göstərilən tələblərə əməl edilməsi üçün mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar