Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4699/2020 05.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, cavabdeh X7 X4 tipli X9 nümayəndəsi Nuriyev Nehmət Adıgözəl oğlunun iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə, Cavabdeh2nə və X7 X4 tipli məktəb liseyinə qarşı (Əmək və X3 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-367/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı, Azərbaycan Respublikası Təhsil Nazirliyi və X7 X4 tipli məktəb liseyi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə, Cavabdeh2nə və X7 X4 tipli məktəb liseyinə qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən X7 X4 tipli məktəb liseyində müvəqqəti direktoru kimi işlədiyi dövr üçün ödənilməmiş əmək haqqı 3,082.5 manat və həmin əmək haqqına hesablanmış faiz 22,502 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, 1967-ci ildən əvvəllər internat kimi fəaliyyət göstərmiş, hazırda isə K.Ağayev adına X7 X4 tipli məktəb liseydə işə qəbul olunmuş və məktəb liseydə direktor müavini - baş tərbiyəçi kimi xx.xx.1978-ci il tarixdən xx.xx.2018-ci il tarixədək işləmişdir. Həmin vəzifəni icra etdiyi dövrdə eyni zamanda X7 X4 tipli məktəb-liseyində müvəqqəti direktor kimi xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək işləmişdir. K.Ağayev adına X7ənlər təmayüllü internat tipli məktəb liseyin xx.xx.2019-cu il tarixli, 124 nömrəli məktubundan ona məlum olmuşdur ki, işəgötürən ona həm əsas iş yeri, həm də əvəzçilik üzrə icra etdiyi iş yerləri üzrə əmək haqlarını düzgün hesablamamış və nəticədə ona qanunvericiliklə müəyyən olunmuş vəsaiti ödəməmişdir. Belə ki, K.Ağayev adına X7 X4 tipli məktəb liseyin xx.xx.2019-cu il tarixli, 124 nömrəli məktubuna əlavə olunmuş arayışdan məlum olur ki, əvəz etdiyi direktor vəzifəsi üçün nəzərdə tutulmuş əmək haqqının yarısından xeyli az olan məbləğlər əlavə əmək haqqı kimi hesablanaraq ona ödənilmişdir. Buna görə hesab edir ki, X7 X4 tipli məktəb liseyində müvəqqəti direktoru kimi əmək müqaviləsinin xx.xx.2017-ci ildən xx.xx.2017-ci ilə kimi olan 9 aylıq dövrü üçün həmin vəzifənin aylıq maaşının 685 manatın ən azı yarısı, yəni 342.5 manat ona ödənilməlidir. Bu gecikdirilmiş əmək haqqı 3,082.5 manat (9 ay x 342.5 manat) və həmin gecikdirilmiş əmək haqqına 2 il (730 gün) üçün hesablanmış bir faiz isə 22,502 manat (hər gecikdirilmiş gün üçün gecikdirilmiş əmək haqqının bir faizi gecikdirilmiş 30.825 manat gecikdirilmiş müddət 730 gün = 22,502) təşkil edir. İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, X7 X4 tipli məktəb liseydə müvəqqəti direktoru kimi işlədiyi dövr üçün ödənilməmiş əmək haqqının və həmin əmək haqqına işəgötürənin təqsiri üzündən gecikdirildiyi üçün hesablanmış faizin məhkəmə qətnaməsi qanuni qüvvəyə minən günədək hesablanması, 2017-ci il üçün ödənilməmiş məzuniyyət haqqının və 51 illik əmək fəaliyyətinin (1978-ci ildən) 40 ilini məktəbin tərbiyə üzrə direktor müavini kimi işlədiyi kollektivdə illərlə qazandığı yüksək nüfuzuna dəymiş zərərə görə 40.000 manat məbləğində mənəvi ziyanın da cavahdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-367/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə qədər X7 X4 tipli məktəb liseyində müvəqqəti direktor kimi işlədiyi dövr üçün ödənilməmiş əmək haqqı borcunun və hər gecikdirilmiş gün üçün ödənilməmiş əmək haqqının 1 faizi məbləğində ödəncin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi, Cavabdeh2 və K.Ağayev adına X7 X4 Tipli Məktəb-Lisey tərəfindən hesablanması və İddiaçı ödənilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Cavabdeh2 tərəfindən İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, əmək müqaviləsi bağlandığı andan işçinin məzuniyyət hüququ və 6 aydan sonra məzuniyyət hüququndan istifadə hüququ yaranır. Onunla direktor əvəzi kimi bağlanmış 9 aylıq müqavilə üzrə işdən azad olunarkən son haqq hesabda bu məsələ nəzərə alınmamış və ona ödənilməmişdir. Həmçinin, o 40000 manat mənəvi zərəri müəllimliklə məşğul olduğu 40 il və hər il üçün 1000 manat olmaqla hesablamış, lakin birinci instansiya məhkəməsi əsassız olaraq onun göstərilən tələblərini təmin etməmişdir. Qətnamədən, həmçinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, şikayət onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim olunmuş əmək haqqı cədvəllərindən göründüyü kimi, Təhsil Şöbəsinin əmrinin icrasını nəzərə alaraq, 2017-ci il fevral-mart aylarında direktorla direktor müavininin əmək haqqı fərqi (51 manat) iddiaçıya ödənilmişdir. 2017-ci ilin mart ayının 30dan sonra direktor vəzifəsini boş vəzifə üzrə İddiaçı İcra etmişdir. Əmək Məcəlləsinin 61-ci maddəsinin 2-ci hissəsinə əsasən, boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərtilə əlavə əmək haqqı ödənilməlidir. Həmən dövrün əmək haqqı cədvəlindən görünür ki, 2017-ci ilin aprel, may, iyun aylarında İddiaçı direktorun vəzifə maaşının 50%-i miqdarında (279,45 manat) əmək haqqına əlavə ödənilmişdir. Həəmin ilin iyul-avqust aylarında onun məzuniyyət dövrünə düşdüyündən ona məzuniyyət pulu ödənilmişdir. Cavabdeh2 xx.xx.2017-ci il tarixli, 92 saylı əmri ilə X2 həmin məktəbin direktoru təyin edilmişdir. Lakin birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən sübutlara qiymət verməmişdir. Qətnamədən, həmçinin, X7 X4 tipli məktəb liseyinin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, şikayət yuxarıda göstərilən Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə özləri tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Həmçinin, qeyd etmişdir ki, İddiaçı son haqq hesab 2018-ci ilin iyun ayında, əmək kitabçası isə 2018-ci ilin noyabr ayında verilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X7 X4 tipli X9 nümayəndəsi Nehmət Nuriyev onlar tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etmiş, apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçının əmək haqqı 727 manat deyil, 486 manat olmuş və ona direktor vəzifəsini icra etdiyi üçün əlavə əmək haqqı ödənilmişdir. Həmin əmək haqqının ödənilməsi tarifikasiya cədvəlində qeyd olunmuş və iddiaçı özü bunu təsdiqləmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyi, Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Əmək və X3 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi və X7 X4 tipli məktəb liseyi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-367/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iddia tələbləri təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi Cavabdeh2 direktor vəzifəsinin müvəqqəti həvalə edilməsi barədə xx xxxxxx 2017-ci il tarixli, 07 nömrəli əmrinin surətindən görünür ki, texniki X4 tipli məktəb liseyin direktoru X.Bağırov səhhəti ilə əlaqədar müalicəyə getdiyi üçün həmin vəzifənin müvəqqəti olaraq icrası məktəbin direktor müavini İddiaçı həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi Cavabdeh2 xx xxxxxx 2017-ci il tarixli 17 nömrəli əmrdən çıxarışının surətindən görünür ki, xx.xx.2017-ci il tarixdən İddiaçı K.Ağayev adına X7 X4 tipli məktəb liseyə müvəqqəti direktor vəzifəsinə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi Cavabdeh2 məktəb direktoru barədə xx xxxxxxx 2017-ci il tarixli, 92 nömrəli əmrinin surətindən görünür ki, texniki X4 tipli məktəb liseyin müvəqqəti direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə ərizəsi nəzərə alınmaqla xitam verilmiş, İddiaçı məktəb liseydə direktor müavini vəzifəsində saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi K.Ağayev adına X7 X4 tipli məktəb lisey tərəfindən tərtib olunmuş xx xxxx 2019-cu il tarixli, 124 nömrəli məktubun surətindən görünür ki, Astanov X1 Rayon Təhsil Şöbəsinin xx.xx.2017ci il tarixli 17 nömrəli əmrinə əsasən xx.xx.2017-ci il tarixdən məktəb liseyə müvəqqəti olaraq direktor vəzifəsinə təyin edilmişdir. Direktor vəzifəsini icra etdiyi xx.xx.2017xx.xx.2017-ci il tarixlərində (fevral 2017-435 manat; mart 2017-435 manat; aprel 2017- 500,25 manat; may 2017-500,25 manat; iyun 2017-500,25 manat; avqust 2017-59,28; sentyabr 2017-500,25; oktyabr 2017-500,25 olmaqla) ona cəmi 3.430,53 manat əmək haqqı ödənilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli Qərarından görünür ki, iddiaçıya əmək kitabçası şikayətindən sonra 2018-ci ilin noyabr ayında verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli, xxxxxxx000101 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi K.Ağayev adına X7 X4 tipli məktəb lisey arasında xx.xx.1978-ci il tarixdə baş tərbiyəçi vəzifəsi üzrə müddətsiz əmək müqaviləsi bağlanmışdır. Müvafiq müqavilə üzrə işçinin aylıq əmək haqqının məbləği 435 manatdır. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli, xxxxxxx000200 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixdə müvəqqəti direktor vəzifəsi üzrə müddətli əmək müqaviləsi bağlanmış, müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2017-ci ildir. Müvafiq müqavilə üzrə işçinin aylıq əmək haqqının məbləği 685 manatdır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİ hissəsinin tələblərinə görə hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci hissəsində isə təsbit olunmuşdur ki, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsiməbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Həmin Məcəllənin 195-ci maddəsinin “d” bəndinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 196-cı maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfindən aşkar edilərək müəyyən olunduqda, habelə müvafiq səlahiyyətli vəzifəli şəxsin (orqanın) - müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafiq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin hökmü (qətnaməsi, qərarı) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir. Cavabdeh X7 X4 tipli məktəb liseyinin nümayəndəsi tərəfindən məhkəmə təqdim edilmiş “Tarifikasiya cədvəli”ndən görünür ki, K.Ağayev adına X7 X4 tipli məktəb liseyində direktorun aylıq vəzifə maaşı 486 manat, müavinlərinin aylıq maaşı isə 435 manat təşkil edir. 2017-ci ilin aprel, may, iyun, avqust və sentyabr aylarında İddiaçı müvəqqəti olaraq direktor vəzifəsini icra etdiyi üçün ona əlavə olaraq boş vəzifənin icrası üçün 486*50%=279,5 manat hesablanmış və ödənilmişdir. Həmçinin sözügedən “Tarifikasiya cədvəli”ndən görünür ki, İddiaçı öz imzası ilə həmin məbləğlərdə əmək haqqının ona ödənildiyini təsdiq etmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, İddiaçı müvəqqəti olaraq direktor vəzifəsini icra etdiyi üçün ona əlavə olaraq boş vəzifənin icrası üçün nəzərdə tutulmuş əmək haqqı ödənildiyini öz imzası ilə təsdiq etdiyindən onun iddia tələbi əmək haqqının ödənilməsi hissəsində əsassızdır. Kollegiya hesab edir ki, iddia tələbinin iddiaçının nüfuzuna dəymiş zərərə görə 40.000 manat məbləğində mənəvi ziyanın da cavabdehlərdən tutularaq ona ödənilməsi hissəsi tələbin əsas hissəsindən irəli gələrək onun nəticəsindən də birbaşa asılı olduğundan əsassızdır. Həmçinin, kollegiya qeyd edir ki, iddiaçı hazırki iddia tələbi üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini də ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Birinci instansiya məhkəməsi iddiaçıya əmək kitabçası şikayətindən sonra 2018-ci ilin noyabr ayında verilməsini əsas gətirərək cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsinin iddia müddətinin tətbiqi barədə ərizəsini təmin etməmişdir. Kollegiya qeyd edir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrində iddia müddətinin axımı əmək kitabçasının verilməsindən deyil şəxsin ona zərər vurulduğunu bildiyi andan başlayır. Hazırki işdə iddiaçı ona əlavə əmək haqqının və ödənilməmiş məzuniyyət haqqının verilmədiyini irəli sürməkdədir. Belə olan halda isə iddia müddətinin axımı iddiaçı ilə müvəqqəti direktor vəzifəsi üzrə müddətli əmək müqaviləsi bağlanandan sonra ona əlavə əmək haqqının ödənilmədiyini bildiyi andan başlamış (2017-ci il), digər tərəfdən iddiaçıya son haqq hesab 2018-ci ilin iyun ayında verilmiş və iddiaçı isə məhkəməyə xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə müvafiq olaraq, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. X8 Məhkəməsi “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Azərbaycan Respublikası Təhsil Nazirliyi və X7 X4 tipli məktəb liseyi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia tələbləri rədd edilməlidir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində iddia qaldırarkən və apellyasiya şikayəti verərkən iddiaçının ödədiyi dövlət rüsumları onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsın. Cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyi və X7 X4 tipli məktəb liseyi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-367/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-4699/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4699/2020
05.08.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver