Məhkəmə qərarları › İş №2(103)-4720/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4720/2025

11.08.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4720/2025 11.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1599/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı İddiaçı Cavabdeh MTK-ya qarşı gecikdirilmiş əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan hər gecikdirilmiş gün üçün ona əmək haqqının azı bir faizi məbləğində ödənc olaraq 17280 manat verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək Cavabdeh MTK-dan xx.xx.2023-cü il tarixindən xx.xx.2024-ci il tarixinədək ödənilməmiş əmək haqqı 2400 manat, əmək haqqın ödənilməsinin gecikdirildiyindən hər gecikdirilmiş gün üçün əmək haqqının xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixədək azı bir faizi məbləğində ödənc olaraq 14400 manat, 13 fevral 2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinə kimi ödənilməmiş əmək haqqının hər gecikdirilmiş gün üçün azı bir faizi məbləğində ödənc olaraq 10080 manat, ümumilikdə 26880 manat tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.İddiaçı tələbinin dəqiqləşdirilməsinə dair növbəti ərizə verərək Cavabdeh MTK-dan xx.xx.2024-ci il tarixdən hazırki vaxta kimi əmək haqqının gecikdirildiyindən hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəniş edilməsi və 2400 manat ödənilməmiş əmək haqqının və xx.xx.2023-cü ildən bu günə kimi hər gecikdirilmiş gün üçün bir faizi məbləğində ödənc olaraq cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1599/2025 saylı ilşi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh "Zəfər Premium” MTK-ya qarşı gecikdirilmiş əmək haqqının ödənilməsi tələbinin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-ci il tarixə kimi əmək haqqının gecikdirildiyindən hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəniş edilməsi və 2400 manat ödənilməmiş əmək haqqının cavabdehdən tutularaq ona verilməsi hissəsində xitam edilməsi qərara alıınmışdır. Qərardadda Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə istinadən qeyd edilmişdir ki, iddianın xx.xx.2023-cü il tarixdən xx.xx.2024-ci il tarixə kimi əmək haqqının gecikdirildiyindən hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəniş edilməsi və 2400 manat ödənilməmiş əmək haqqının cavabdehdən tutularaq ona verilməsi hissəsidə işin icraatına aşağıdakılara əsasən xitam verilməlidir. Belə ki, müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə işdən azad edildikdən sonra işə bərpa və əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 12480 manat işlədiyi dövrdə ödənilməmiş əmək haqqının ödənilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə vəzifəsinə bərpa edilməsini xahiş etmiş, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3409/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələblərinin xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi və İddiaçı əvvəlki vəzifəsinə bərpa olunması və iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi hissələrində təmin edilmiş, qalan hissədə, yəni, gecikdirilmiş məbləğin üzərinə gündəlik 1% olmaqla hesablanmış ödənc məbləğinin tutulması hissəsində təmin edilməmişdir. Hazırda iddiaçının verdiyi tələb 3 hissədən, yəni, 1) cavabdeh "Zəfər Premium” MTK- dan xx.xx.2024-ci il tarixdən hazırki vaxta kimi əmək haqqının gecikdirildiyindən hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəniş edilməsi 2) 2400 manat ödənilməmiş əmək haqqının ödənilməsi və 3) xx.xx.2023-cü ildən bu günə kimi hər gecikdirilmiş gün üçün bir faizi məbləğində ödənc olaraq cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsindən ibarətdir.Halbuki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə 2400 manat ödənilməmiş əmək haqqının tələbinə və xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək əmək haqqının və onun gecikdirildiyindən hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəniş edilməsi hissəsinə qiymət verilmişdir.xx.xx.2023-cü il tarixdən hazırki vaxta kimi əmək haqqının gecikdirildiyindən hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəniş edilməsi tələbinin xx.xx.2024-cü il tarixinədək olan hissəsinə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə qiymət verildiyindən tələbin digər müddətlə bağlı hissəsi, iddianın xx.xx.2024-ci il tarixdən hazırki vaxta kimi əmək haqqının gecikdirildiyindən hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəniş edilməsi tələbinin daxilindədir. Qeyd: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1599/2025 saylı ilşi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, xx.xx.2024-cü il tаriхdən ödənilməmiş məcburi iş buraxma müddəti üçün əmək haqqının hər gecikdirilmiş gün üçün bir faizi məbləğində ödənci ödəniş gününə qədər hesablanmaqla Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya şikayəti və ona qarşı etirazın dəlilləri İddiaçı qərardaddan şikayət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1599/2025 saylı, 11 iyul 2025-ci il tarixli qərardadının ləğv edilərək, iddia ərizəsinin cavabdeh «Zəfər Premium” MTK-qarşı gecikdirilmiş əmək haqqının ödənilməsi tələbinin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-ci il tarixə kimi əmək haqqının geckdirildiyindən hər gecikdirilkmiş gün üçün əmək haqqının 1% məbləğində ödəniş edilməsi və 2400 manat ödənilməmiş əmək haqqının cavabdehdən tutularaq ona verilməsi hissəsində mahiyyəti üzrə baxılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1, 9.1, 81, 89, 170.1; Konstitusiya Məhkəməsinin Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli qərarına; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair 11 aprel 2023-cü il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155,156, və 372.4-cü maddələrinin müqayisəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli qərarına istinadən qeyd edilmişdir ki, şikayətiylə məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qərardadı qəbul edərkən sübutların qiymətləndirilməsi baxımından ciddi hüquq pozuntularına yol vermiş, sübutları tam, hərtərəfli araşdırılmamış, işin faktiki halları düzgün müəyyənləşdirilməmiş, hüququn tətbiq edilməsində səhv buraxılaraq, tətbiq edilməli olan qanunu və digər normativ hüquqi aktı tətbiq etməməklə səhv nəticəyə gəlinmiş, qanunvericiliyin tələbini yanlış təfsir etməklə, prosesual normanı qərəzli olaraq pozmaqla, həqiqəti gizlətməklə, mülkiyyəti sayılan əmək haqqından məhrum edildiyindən, məhkəmə müdafiəsi hüququ pozulduğundan aşağıdakı səbəblərdən hesab edir ki Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1599/2025 saylı, 11 iyul 2025-ci il tarixli qərardadı qanunsuz və əsassız olmaqla, qanun pozuntuları ilə qəbul olunduğundan ləğv olunmalı və iddia ərizəsinin həmin hissədə mahiyyəti üzrə baxılmasının təmin edilməsi barədə yeni qərardad qəbul edilməlidir. Belə ki, 01 avqust 2023-cü il tarixindən Cavabdeh MTK-da rəsmi olaraq hüquqşünas kimi fəaliyyətə başlamışdır. Əmək haqqı 400 manat təsdiqlənmişdir. İşlədiyi müddətdə ona təyin edilən əmək haqqı MTK tərəfindən ödənilməmişdir. MTK Yeni Ysamalda hündür mərtəbəli binanın tikintisi ilə məşğul idi. Həmin tikintidən ona mənzil ayrılmasına söz verildiyindən o da əmək haqqının ödənilməsinə israrlı olmamışdır. 04 may 2024-cü il tarixində Əmək Haqqının veilməməsi ilə bağlı Əmək Müfəttişliyinə müraciət etdi. Məlum oldu ki, «Zəfər Premium” MTK onu 13 fevral 2024-cü il tarixindən guya onun ərizəsi əsasında işdən çıxarılmışdır. Əmək Müfəttişliyi müraciəti ilə bağlı araşdırma aparsa da Cavabdeh MTK tərəfindən işdən çıxarılmasına aid əmr, son-haqq hesab və digər sənədləri təqdim etmədiyindən nəticə əldə edə bilmədi. Məhkəməyə müraciət etdi. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə cavabdeh “Zəfər Premiumi MTK-ya qarşı “işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi təmin edilməklə 12480 manat işlədiyi dövürdə ödənilməmiş əmək haqqının ödənilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə vəzifəsinə bərpa edilmə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(005)-3409/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə “Cavabdeh MTK tərəfindən İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış əmək müqaviləsinin, əmək müqaviləsi bildirişinin, əmək müqaviləsinə xitam verilməsinə dair əmrin, verilməsinə əsas olmuş sənədlərin, işçinin əmək məzuniyyətinə buraxılmasına dair əmrlərin, son haqq-hesabın ödənilməsinə və məzuniyyətə buraxılması ilə əlaqədar ödənilmiş məzuniyyət puluna dair müvafiq sənədlərin təsdiq edilmiş surətlərini məlumat xx.xx.2024- cü il tarixədək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə təqdim olunması qərara alınmışdır.Cavabdeh MTK müvafiq sənədləri istər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsinə verilməsindən, istərsə də Nərimanov Rayon Məhkəməsinin e- 2(005)-3409/2024 saylı, xx.xx.2024-cü ill tarixli qərardadını icra etməyərək həqiqəti bildirməsindən imtina etmişdir. Yuxarıda qeyd edilən Qərardad cavabdeh tərəfindən icra olunmamışdır. “Cavabdeh MTK ona əmək haqqının verilməsindən ötrü hər hansı kart təqdim etməmişdir. Cavabdeh MTK qərəzli olaraq məhkəməyə gəlmədiyindən və iddiaçı olaraq mötəbər sübutların təqdm edilməsi tərəfindən təqdim edilmədiyinə əsasən 01 avqust 2023-cü il tarixindən 13 fevral 2024-cü il tarixədək əmək haqqı alıb almadığı sübuta yetirilməmişdir. Bu əsasla iddia tələbi həmin hissədə təmin edilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3409/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh MTK-nın xx.xx.2023-cü il tarixində bağlanmış əmək müqviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi və onun əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi qərara alınmışdır.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi 06 dekabr 2024-cü il tarixində 2(005)- 3409/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsi verilmişdir.Göründüyü kimi Cavabdeh MTK rəsmi ərizəsi ilə təsdiq edir ki, ona Cavabdeh MTK-da işlədiyi xx.xx.2023-ci il dən xx.xx.2024-cü ilə kimi əmək haqqı ödənilməməsini təsdiqlənmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə 28 yanvar 2025-ci il tarixində iddia ərizəsi ilə müraciət edərək iddia ərizəsinin təmin edilməklə Cavabdehndən hər gecikdirilmiş gün üçün mənə əmək haqqının azı bir faizi məbləğində ödənc olaraq 17280 manat verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.Qətnamənin icrası mərhələsində borclu Cavabdeh MTK-nın rəhbəri T.Abbasov Nərimanov Rayon Məhkəməsinin hakiminə və Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru İmran Cəfərquliyevə 19 dekabr 2024-cü il tarixində MTK-nın möhürü ilə təsdiqlənmiş ərizəsini əldə etmişdir. Ərizədə qeyd edilirdi ki, “İş fəaliyyəti başlayan kimi, İddiaçı həm işə bərpa ediləcək və İddiaçı xx.xx.2023-ci il dən xx.xx.2024-cü ilə kimi də əmək haqqı ödəniləcəkdir.”(ərizə əlavə ediləcəkdir.)İddia Ərizəsini onunla əsaslandırmışdır ki, MTK-da işlədiyi xx.xx.2023-cfl il tarixdən 13 fevral 2024-cü il tarixədək almadığı 6 aylıq əmək haqqının və həmin əmək haqqının hər gecikdirilən gün üçün 1% və xx.xx.2024-cü il taridən ödənilməmiş məcburi iş buraxma müddəti üçün əmək haqqının hər gecikdirilmiş gün üçün bir faiz məbləğində ödənci ödəniş gününə qədər hesablanmaqla cababdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk gündən iddia ərizəsi və dəqiqləşdirmələri icraata qəbul edilmişdi. Daha sonra iddia tələbinin dəqiqləşdirməsinə dair tərəfindən ərizə verilərək, Cavabdeh MTK-dan xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ödənilməmiş əmək haqqı 2400 manat, əmək haqqının ödənilməsinin gecikdirildiyindən hər gecikdirilmiş gün üçün əmək haqqının xx.xx.2023-cü il tarixdən 01.04.205-ci il tarixədək azı 1% məbləğində ödənic olaraq 10080 manat, ümumilikdə 26880 manat tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.Daha sonra iddia tələbinin dəqiqləşdriməsinə dair növbəti ərizə verərək Cavabdeh MTK-dan xx.xx.2024-cü il tarixdən hazırki vaxta kimi əmək haqqının gecikdirildiyindən hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəniş edilməsi və 2400 manat ödənilməmiş əmək haqqının və xx.xx.2023-cü ildən bu günə kimi hər gecikdirilmiş gün üçün bir faiz məbləğində ödənc olaraq cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırda MTK-da işə bərpa olunduğdan sonra xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək işlədiyi müddətdə əmək haqqını tələb etmişdir. Mülkiyyəti olan əmək haqqını verməkdən imtina edirlər.Belə ki, iddia ərizəsinin dəqiqləsdirilməsinin əsasını hazırda işə bərpa olduğdan sonra yeni əsasla iddia tələbini irəli sürərək MTK-da işlədiyi xx.xx.2023-cü il tarixindənxx.xx.2024-cü il tarixinədək işlədiyi 6 ay müddətində əmək haqqının verilmədiyini və 19 dekabr 2024-cü il tarixində M TK-nın möhürü ilə təsdiqlənmiş ərizəni məhkəməyə təqdim etmişdir.İddianın dəqiqləşdirilməsinin hüquqi əsas olaraq, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155,156, və 372.4-cü maddələrinin müqayisəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli qərarına, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli qərarına VƏ Azərbaycan Respublikası MPM-nin vəzifəsinə istinad etmişdim.Beləki, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155,156, və 372.4-cü maddələrinin müqayisəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya MəhkəməsiPlenumunun 27 avqust 2012-ci il tarixli qərarına görə «İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyektiiddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir.İddia tələbinin artmlması və azaldılması məsələsi qaldırıldığı zaman bütövlükdə iddianın predmeti deyil, yalnız maddi obyektin həcmi dəyişdirilir.İddianın əsaını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquqi normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir.»Habelə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli qərarında göstərmişdir ki «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində əməyin ödənilməsi ilə bağlı mübahisələrə baxılarkən mülkiyyət hüququnun müdafiəsini təmin edən “İnsan Hüquqlarının və əsas Azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə istinad edilir. Məhkəmə tərəfindən işə baxılması ona əsaslanır ki, əmək haqqının ödənilməsi mülkiyyətin əldə edilməsinin “qanuni gözlənti” sini təşkil edir. Bununla bağlı mübahisələndirilən ödəmə müqavilə və ya normativ aktla müəyyən edilməli və işəgötürənin müvafiq öhdəlikləri yaranmış olmalıdır.Habelə 20 may 2025-ci il tarixində Cavabdeh MTK-tərəfindən ona xəbərdahq ünvanlanaraq qeyd edilmişdir ki, MTK-da ixtisar edilməsinə zərurət yarandığından aylıq əməkhaqqının müvafiq misli ödənilməklə sizi ixtisar edəcəyik. 30 May 2025-ci il tarixində onun son haqq-hesabı ödənilmədən qanunsuz onu işdən azad etmişlər.Konstitusiya Məhkəməsi Plenumunun bu məsələ ilə bağlı hüquqi mövgeyi ondan ibarətdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi: Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 3.1. Məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. 6. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. 13.1.Məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına və normativ xarakterli aktlara əsasən həll edir. 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 169.1. Hakim tələblərə ayrıca baxılmasını məqsədə müvafiq hesab edərsə, tələblərdən birini və ya bir neçəsini ayrıca icraata ayırmağa haqlıdır. 169.2. Bir neçə iddiaçı iddia verərsə və ya bir neçə cavabdehə qarşı iddia verilərsə, hakim tələblərə ayrıca baxılmasını məqsədə müvafiq hesab edərsə, bir və ya bir neçə tələbi ayrıca icraata ayırmağa haqlıdır. 169.3. Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. 169.4. Bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385, 387, 397-ci maddələrinə istinadən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, birinci instansiya məhkəməsi bir hissədə artıq qanuni qüvvəsini almış məhkəmə aktı ilə həmin hissəyə hüquqi qiymət verildiyindən həmin hissəyə münasibətdə iş üzrə icraata xitam vermişdir. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır və diqqətə çatıdırılır ki, prosessual qanunvericilik işin icraatına xitam verilməsini nəzərdə tutur, icraatın hissəvi xitamı prosessual qanunvericiliklə müəyyən edilməmişdir. Məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Yəni, prosessual qanunvericiliklə müəyyən edilməyən hərəkətlərin aparılması bu prosedur qaydasının (mülki prosessual qanunvericiliyinin tələblərinin) pozulması deməkdir. Məhkəmələrə, tələblərə ayrıca baxılması məqsədə müvafiq hesab edildiyi təqdirdə, ayrıca icraata ayırmaq hüququ verilmişdir ki, işin araşdırılması zamanı belə prosessual hərəkətin aparıldığı müəyyən edilmir. Beləliklə, birinci instansiya məhkəməsi iddia tələbi üzrə icraatları ayırmadan, prosessual qanunvericiliklə verilmiş səlahiyyətləri aşaraq, iddiaçının hüquqlarına aid vahid tələbin bir hissəsi üzrə işin icraatına xitam vermişdir. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və mübahisə edilən hissədə iddiaya baxılması üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395- 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1599/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin və İddiaçı Cavabdeh MTK-ya qarşı gecikdirilmiş əmək haqqının ödənilməsi tələbinin xx.xx.2024-cü il tariхdən xx.xx.2024-ci il tarixə kimi əmək haqqının gecikdirildiyindən hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəniş edilməsi və 2400 manat ödənilməmiş əmək haqqının cavabdehdən tutularaq ona verilməsi hissəsində iddiaya baxılması üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar