Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4740/2022 22.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “əmək haqqı və pul” tələbinə dair mülki iş üzrə Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-104/2022 saylı, 18 mart 2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh MTK-ya qarşı əmək haqqı və pul tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-104/2021 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-104/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə razılaşmayan cavabdeh MTK apellyasiya şikayəti vermişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-104/2022 saylı 18 mart 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan cavabdeh şikayət verərək onun ləğv edilməsini və apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən irəli sürülən tələb əməyin ödənilməsi ilə bağlı olduğundan, bu tələb də dövlət rüsumundan azaddır. Məhkəmənin 18 aprel 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə görə bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Lakin, cavabdeh MTK hazırkı apellyasiya şikayəti yuxarıda qeyd edilən apellyasiya şikayətinin forma və məzmuna dair tələblərə uyğun deyil. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.2-ci maddəsinə əsasən, apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. İş materiallarından görünür ki, cavabdeh tərəfindən apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd və ya qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət əlavə edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununun 9.1.1ci maddəsinə görə əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin qeyd olunan müddəasından da göründüyü kimi əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə yalnız iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin norma məhz əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif olan işçi mənafeyinin qorunmasına yönəlmişdir və qeyd olunan müddəanın (9.1.1-ci maddəsinin) cavabdeh MTK-ya şamil olunması qanunvericiliyin tələblərinə uyğun deyildir. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən hallarını və sadalanan prosessual hüquq normalarını nəzərə almaqla apellyasiya şikayətini geri qaytarmaqda haqlı olmuşdur. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263-264, 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin ediməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-104/2022 saylı, 18 mart 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-4740/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4740/2022
22.06.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver