Məhkəmə qərarları › İş №2(103)-4743/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4743/2023

12.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4743/2023 12.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının vəkili X2, Cavabdehin vəkili Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “barışıq sazişi üzrə borcun tutulması tələbinə dair” ilkin, Cavabdeh İddiaçı qarşı “barışıq sazişinin bəzi müddəalarının ləğvi tələbinə dair” qarşılıqlı iddiası üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-308/2023 nömrəli 01 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış və Bakı şəhəri 50 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş Barışıq sazişinin 2.1-ci, 2.2-ci və 2 3-cü bəndləri üzrə öhdəliklərin tam və vaxtında icra edilməsinin cavabdehin üzərinə qoyulması, bu məqsədlə tərəflərin birgə nikahdan olan övladlarının saxlanmaları üçün razılaşdırılmış aliment üzrə yaranmış və ödənilməmiş 2.900 manat borcun, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X3 müayinə və müalicələrinə çəkilmiş 1500 manat xərcin yarısının, yəni 750 manat borcun, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X3 ölkə daxilində və (və ya) xaricində istirahətləri üçün illik 500 manat olmaqla, hər il ödənilməli olan, lakin cavabdehin ödəmədiyi cəmi 2500 manat borc olmaqla ümumilikdə 6150 manat borcun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla İddiaçı arasında xx.xx.2017-ci il tarixində bağlanmış Barışıq sazişinin 2.2 və 2.3-cü bəndlərinin ləğv edilməsi və qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-308/2023 nömrəli 01 may 2023-cü il tarixli qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilmiş, ilkin iddia üzrə Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X3 müayinə və müalicələrinə çəkilmiş xərclər üzrə 292.77 manat pulun tutularaq ilkin iddia üzrə İddiaçı ödənilməsi, ilkin iddia üzrə Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X3 ölkə daxilində və (və ya) xaricində istirahətləri üçün 2021-ci və 2022-ci illər üzrə ödənilməmiş illik 500 manat olmaqla cəmi 2500 manat pulun tutularaq ilkin iddia üzrə İddiaçı ödənilməsi, ilkin iddia tələbi üzrə ərizənin qalan hissələrdə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin eyni tarixli sorğusu ilə həmin mülki iş üzrə qətnaməyə düzəliş məqsədi ilə mülki işin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən tərəflərin vəkili məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-308/2023 nömrəli 01 may 2023-cü il tarixli qətnaməyə düzəliş edilməsi məsələsinə baxılması üçün mülki iş apellyasiya baxışından çıxarılaraq həmin məhkəməyə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-308/2023 nömrəli 01 may 2023-cü il tarixli qətnaməyə düzəliş edilməsi məsələsinə baxılması üçün mülki iş apelyasiya baxışından çıxarılsın və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar