Məhkəmə qərarları › İş №2(103)-4753/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4753/2021

20.05.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4753/2021 20.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakıları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2(006)-186/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «xxxx» MMC-ni və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini maraqlı şəxs qismində qeyd etməklə, Cavabdeh ASC-yə qarşı «ipoteka müqaviləsinə xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh ASC arasında bağlanan ipoteka müqaviləsinə xitam verilməsi, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Şuşa küçəsində yerləşən 1 saylı evin ipoteka yüklülüyündən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 dekabr 2014-cü il tarixli 2(103)-3984/2014 saylı icra vərəqəsi üzrə 30.000 ABŞ dolları əsas borc, 5.492 ABŞ dolları 42 sent faiz olmaqla, ümumilikdə 35.492 ABŞ dolları 42 sent borcun və 61 manat dövlət rüsumunun borclulardan tutulması və tələbin ona məxsus olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Şuşa küçəsində yerləşən 1 saylı evə yönəldilməsi nəzərdə tutulmuşdur. Göstərilən icra vərəqəsi icra edilməsi üçün Xəzər rayon İcra şöbəsinə göndərilmişdir. İcra şöbəsi ilkin olaraq əmlakın qiymətləndirilməsi üçün «xxxx» MMC-yə sifariş göndərilmiş və həmin təşkilat tərəfindən əmlak 180.000 manat dəyərində qiymətləndirilmişdir. Daha sonra Xəzər rayon İcra şöbəsinin 15.10.2015-ci il tarixli 33/8YQ saylı məktubu əsasında Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Şuşa küçəsində yerləşən 1 saylı evin hərracda satılması üçün icra sənədi «xxxx» MMC-yə göndərilmişdir. «xxxx» MMC öz növbəsində qanunvericiliyin tələbləri əsasında hərrac prosesini təşkil edərək, əmlakın ilkin satış qiyməti 180.000 manat olmaqla, 15.01.2016-cı il tarixə ilkin hərracı təyin etmişdir. Bununla bağlı olaraq 07.12.2015-ci il tarixli hərrac bildirişi tərəflərə göndərilmişdir. İlkin hərrac barədə ikinci bildiriş 21.12.2016-cı il tarixdə tərəflərə göndərilmişdir. Hərrac təşkilatı tərəfindən 15.01.2016-cı il tarixə təyin edilən hərracda alıcı olmadığı üçün «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun tələbinə uyğun olaraq ilkin qiymətdən 15 faiz aşağı olmaqla ikinci hərrac təyin edilmişdir. 19.02.2016-cı il tarixə təyin edilən hərrac barədə bildirişlər 18.01.2016-cı il tarixdə və 05.02.2016-cı il tarixdə tərəflərə göndərilmişdir. Lakin həmin hərracda da əmlak satılmamış və hərrac şirkəti tərəfindən əmlak tələbkar banka təklif olunmuşdur. Lakin Cavabdeh ASC tərəfindən əmlak «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun tələbinə əsasən 30 təqvim günü ərzində əldə etməmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Hərrac təşkilatının təklifinin qəbul edilməməsi Cavabdeh ASC-nin 29.03.2016-cı il tarixli 04/02-455 saylı məktubu ilə də təsdiq edilir. Belə ki, həmin məktubda İdarə Heyəti sədrinin müavini Afiq Xudiyev «xxxx» MMC-yə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Şuşa küçəsində yerləşən 1 saylı evin 114.750 manata alınması üçün təklif edildiyini, lakin əmlakın qiymətləndirilməsinə dair «xxxx» MMC-nin qiymətlənmə rəyinin ləğv edilməsi barədə iddia qaldırdıqlarını bildirərək hərracın dayandırılmasını xahiş etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 17 və 18-ci maddələrində nəzərdə tutulmuş hallardan heç biri olmadığı üçün icra prosesi İcra şöbəsi tərəfindən dayandırılmamışdır. Tələbkarın hərrac təşkilatına hərracın keçirilməsinin dayandırılması barədə ünvanladığı məktub isə 29.03.2016-cı il tarixlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində icraatın dayandırılmasının mümkün olduğu hallar sırasında tələbkarın müvafiq xahişinin olması göstərilsə də, iş materiallarında bu barədə heç bir sənəd mövcud deyildir. Xəzər rayon İcra şöbəsi tərəfindən hərracın və ya icra prosesinin dayandırılması barədə heç bir qərar qəbul edilməmişdir. «xxxx» MMC tərəfindən tələbkar tərəfindən əmlakın müvafiq müddətdə qəbul edilməməsi səbəbindən 06 may 2016-cı il tarixdə icra sənədi İcra şöbəsinə geri qaytarılmışdır. Artıq keçirilən hərracdan 3 ildən çox müddət keçməsinə baxmayaraq tələbkar əmlakı qəbul etməkdən imtina etmiş və geri qaytarılan icra sənədi üzrə İpoteka haqqında qanunvericiliyin tələbi tətbiq edilməmişdir. Buna baxmayaraq, hansısa səbəbdən icra şöbəsi tərəfindən həmin icra sənədi ikinci dəfə əmlakın hərracdan satılması üçün hərrac təşkilatına hərrac sifarişi göndərmişdir. Bununla bağlı olaraq hərrac təşkilatının 11.10.2019-cu il tarixli hərrac bildirişi tərəflərə göndərilmişdir. İpoteka kreditləri üzrə hüquq münasibətləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi və İpoteka haqqında qanunla tənzimlənir. Qanunvericiliyin müxtəlif normalarına istinad edən iddiaçı, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 fevral 2021-ci il, tarixli 2(006)-186/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh ASC-yə qarşı «ipoteka müqaviləsinə xitam verilməsi» tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-186/2021 saylı iş üzrə 09.02.2021-ci il tarixli qətnaməsininin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, Nəsimi rayon Məhkəməsinin müvafiq qətnaməsinin qanunsuz və əsassız olması səbəbindən ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını qanuni və ədalətli hesab edir. Bakı Apellyasiya Məhkəməsinin 19 dekabr 2014-cü il tarixli icra vərəqəsi üzrə 30 000 ABŞ dolları əsas, 5492.42 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 35492.42 ABŞ dolları borcun və 61 manat dövlət rüsumunun borclulardan tutulması və tələbin ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Şuşa küçəsində yerləşən 1 saylı evə yönəldilməsi nəzərdə tutulmuşdur. Nəsimi rayon Məhkəməsi qətnamənin yalnız 4-cü vərəqinin 2-ci abzasında iddianın rədd ediləsi üçün əsası göstərsədə bu əsasda yalan əsasdır. Belə ki, məlikəmə həmin abzasın 3-cü cümləsində göstərir: “hərrac barədə Cavabdeh ASC-ə rəsmi məlumat verilməmişdir”. Tamailə yalnış məlumat olduğunu qeyd etmişdir. Məhkəmə qanunun tələblərini bir tərəfə qoyaraq öz mülahizəsi ilə, özünün fantaziyası ilə sübutlar yaradaraq iddianı rədd elməyə çalışması qətnamənin qanunsuz olmasına əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28.10.2014-cü il tarixli Qərarın bəndində deyilir:1.‘‘İpoteka haqqnda” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər-hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir.2."İpoteka haqqnda" Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. 3.İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Göründüyü kimi məhkəmə Konstitusiya Məhkəməsinin qanunun təfsir edilməsinə dair Qərarına məhəl qoymadan öz şəxsi mülahizəsi əsasında qətnamə çıxarmışdır. Məhkəmə həmçinin Bankın qiymətləndirmə rəyinin mübahisələndirilməsi barədə iddiasına istinad etsədə həmin mübahisə üzrə yazılmış İddia ərizəsinə diqqət yetirməmişdir. İş materiallarına əlavə edilmiş bildirişlərdən görünür ki, son hərrac 19.02.2016-cı il tarixdə keçirilmiş və bununla bağlı təklif məktubu hərrac təşkilatı tərəfindən Banka göndərilmişdir. 19.02.2016-ci il tarixindən 19.03.2016-cı il tarixinə kimi Bankın əmlakı əldə etmək imkanı olmuşdur. Lakin cavabdeh Bank bu hüququndan xəbəri olmasına rəğmən istifadə etməmişdir. Qeyd olunanlardan başqa bildirir ki, Xəzər rayon İcra Şöbəsinin 25.11.2016-cı il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3984/2014 saylı, 19.12.2014-cü il tarixli icra vərəqəsi geri qaytarılmışdır. Həmin qərarda da göstərilir ki, icra vərəqəsi üzrə əmlak hərracda satılmamışdır. Göründüyü kimi İcra Şöbəsinin müvafiq qərarı ilə icra sənədi geri qaytarılsada həmin qərar qüvvədə olduğu bir halda Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qanunsuz olaraq təkrar icraya yönəldilmişdir. Qanunların tələbinin kobud şəkildə pozulması və bununlada vətəndaşın qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. İşin məlum hallarından görünür ki, məhkəmənin qətnaməsində göstərdiyi yalan məlumatlardan fərqli olaraq "xxxx" MMC qanunvericiliyin tələbləri əsasında hərrac prosesini təşkil edərək əmlakın ilkin satış qiyməti 180000 manat olmaqla 15.01.2016-cı il tarixinə ilkin hərracı təyin etmişdir. Bununla bağlı olaraq 07.12.2015-ci il tarixli hərrac bildirişi tərəllərə göndərmişdir. İlkin hərrac barədə ikinci bildiriş 21.12.2016-cu il tarixində tərəflərə göndərmişdir. Hərrac təşkilatı tərəfindən 15.01.2016-cı il tarixinə təyin edilən hərracda alıcı olmadığı üçün X4 tələbinə uyğun olaraq ilkin qiymətdən 15 faiz aşağı olmaqla ikinci hərrac təyin edilmişdir. 19.02.2016-cı il tarixiə təyin edilən hərrac barədə bildirişlər 18.01.2016-cı il tarixində və 05.02.2016-cı il tarixində tərəflərə göndərilmişdir. Lakin həmin hərracda da əmlak satılmamış və hərrac şirkəti tərəfindən əmlak tələbkar Banka təklif edilmişdir. Lakin "Cavabdeh" ASC tərəfindən əmlak X4 tələbinə əsasən 30 təqvim günü ərzində əldə etməmişdir. X4 43.8-ci maddəsinə əsasən "İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmelini əldə etməzsə, ipotekaya xitam verilir". Konstitusiya Məhkəməsinin 28.10.2014-cü il tarixli Qərarında göstərilir ki, “İpoteka Haqqında” Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır. "İcra Haqqında" Qanunun 17 və 18-ci maddələrində nəzərdə tutulmuş hallardan heç biri olmadığı üçün icra prosesi İcra Şöbəsi tərəfindən dayandırılmamışdır. Tələbkarın hərrac təşkilatına hərracın keçirilməsinin dayandırılması barədə ünvanladığı məktub isə 29.03.2016-cı il tarixlidir. Bundan başqa Xəzər rayon İcra Şöbəsi tərəfindən hərracın və ya icra prosesinin dayandırılması barədə heç bir qərar qəbul edilməmişdir. "xxxx" MMC tərəfindən tələbkar tərəfindən əmlakın müvafiq müddətdə qəbul edilməməsi səbəbindən 06 may 2016-cı il tarixində icra sənədi İcra Şöbəsinə geri qaytarılmışdır.Buna baxmayaraq icra şöbəsi tərəfindən həmin icra sənədi ikinci dəfə əmlakın hərracda satılması üçün hərrac təşkilatına hərrac sifarişi göndərmişdir. Bununla bağlı olaraq hərrac təşkilatının 11.10.2019-cu il tarixli hərrac bildirişi tərəflərə göndərilmişdir. İpoteka kreditləri üzrə hiiqııq münasibətləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi və İpoteka haqqında qanunla təzimlənir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X5 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. İş üzrə digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli 2(009)-231/2017 saylı qətnaməsi ilə Cavabdeh ASC-nin «xxxx» MMC-yə və İddiaçı qarşı «əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatların etibarsız sayılması» tələbinə dair iddiası qismən təmin edilmiş, «xxxx» MMC-nin Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Şuşa küçəsində yerləşən 1 saylı evin qiymətləndirilməsinin nəticələri haqqında 20 avqust 2015-ci il tarixli 273 saylı hesabatı ləğv edilmiş, ödənilmiş 20 manat məbləğində dövlət rüsumu «xxxx» MMC-dən tutularaq Cavabdeh ASC-yə ödənilməsi, 150 manat ekspertiza tədqiqatının dəyəri «xxxx» MMC-dən tutularaq «xxxx» MMC-nin hesabına keçirilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 31 yanvar 2014-cü il tarixli qətnaməsinə əsasən Natiq Abbas oğlundan və X1 Cavabdeh ASC-nin xeyrinə ümumilikdə 35.492 manat 42 qəpik borcun tutulması, tutmanın İddiaçı məxsus Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Şuşa küçəsində yerləşən 1 saylı fərdi yaşayış evi ilə birlikdə torpaq sahəsinə yönəldilməsi və s. qət edilmiş, sözügedən qətnamə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 dekabr 2014-cü il tarixli qətnaməsi əsasında qismən ləğv edilərək, yeni qətnamə qəbul edilmiş və həmin qətnamə ilə 35.492 manat 42 qəpik borcun tutulması, tutmanın Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Şuşa küçəsində yerləşən İddiaçı məxsus 1 saylı fərdi yaşayış evinə yönəldilməsi və s. qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. İddiaçı Bakı şəhəri Səbail rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli 2(009)- 231/2017 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, mülki iş 23 yanvar 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 mart 2020-ci il tarixli 2(103)- 2435/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli 2(009)-231/2017 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli 2(009)-231/2017 saylı qətnaməsi və icra vərəqəsi 02 sentyabr 2020-ci il tarixdə icra edilməsi üçün Səbail rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İşin faktiki hallarından göründüyü kimi Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 31 yanvar 2014-cü il tarixli qətnaməsi ilə ipoteka predmetinin ilkin satış qiyməti təyin edilməmişdir. İcra vərəqəsi icraya yönəldildikdən sonra, icra məmurunun sifarişi əsasında əmlak qiymətləndirilmiş və həmin qiymətlə hərraca çıxarılmışdır. Hərrac barədə «xxxx» ASC-yə rəsmi məlumat verilməmişdir. Bu səbəbdən, Cavabdeh ASC nümayəndəsi vasitəsi ilə hərracda iştirak edə bilməmişdir (icra vərəqəsi, icra sənədinin icraata qəbulu və icrası ilə bağlı sənədlər, həmçinin hərracın təşkili və keçirilməsi ilə bağlı rəsmi məktublar iş materiallarına əlavə olunmuşdur). Sonradan, hərrac və ipoteka predmetinin satış qiyməti ilə bağlı məlumat alan Cavabdeh ASC ipoteka predmetinə təyin edilmiş qiyməti mübahisələndirmiş, buna əsas kimi ipoteka predmetinə təyin edilən dəyərin ipoteka predmetinin real dəyərindən həddən artıq çox olmasını qeyd etmişdir. Yuxarıda vurğulandığı kimi, Cavabdeh ASC-nin ipoteka predmetinin ilkin satış dəyərini mübahisələndirməsi üzrə mülki işə məhkəmədə baxılaraq müvafiq hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İş materiallarından göründüyü kimi, iddiaçı cavabdehə qarşı iddia tələbinin əsası kimi istinad etdiyi hallara (hüquqlarının cavabdeh tərəfindən pozulmasına) dair mötəbər sübutlar təqdim etməmişdir. Beləliklə də, məhkəmə kollegiyası iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı «ipoteka müqaviləsinə xitam verilməsi» tələbinə dair iddiasının rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2(006)-186/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar