Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4756/2021 20.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-282/2020 saylı, xx xxxx 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-282/2020 saylı qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, Cavabdeh1 icra məmuru X4 tərəfindən qəbul edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 92 a nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi olan 6 saylı qarajın borc tələbi əvəzinə tələbkara verilməsi barədə xx.xx.2013-cü il tarixli qərarın etibarsız hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 92 a nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə (6 saylı qaraja) dair X1 mülkiyyət hüququnu təsdiq edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, RX seriyalı ******* nömrəli Çıxarışın ləğv edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən üçüncü şəxs X3 tərəfindən apellyasiya şikayəti verilmiş, qətnamədən apellyasiya şikayəti vermə müddəti iddiaçı tərəfindən ötürüldüyü üçün məhkəməyə apellyasiya şikayətinin verilmə müddətinin bərpasına dair ərizə ilə müraciət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-282/2020 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006) 282/2020 saylı qətnaməsindən üçüncü şəxs X2 apelyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək, Nəsimi Rayon Məhkəməsinin 2(006)-282/2020 saylı, xx xxxx 2021-ci il tarixli qərardadının ləğv edilməsini, şikayətinin təmin olunmasını, 3-cü şəxs X3 və onun nümayəndəsi olan vəkili Gülarə İlyasova tərəfindən Nəsimi Rayon Məhkəməsinin 2(006)-282/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi üzrə xx xxxxxx 2021-ci il tarixli müddətin bərpası barədə ərizənin təmin edilməməsi və apellyasiya şikayətinin mümkün sayılmaması barədə qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçının həmin qərardaddan verdiyi şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti mülki işin materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli, şikayət onu verən şəxsə geri qaytarılması üçün mülki iş materialları Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-282/2020 saylı, xx xxxx 2021-ci il tarixli qərardadından görünür ki, X3 tərəfindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddət ötürülmədiyi müəyyən edilmiş, onun apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bununla yanaşı, rayon məhkəməsi həmin qərardadının nəticə hissəsində 10 gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilməsinin mümkünlüyü qeyd edilmişdir. Rayon Məhkəməsinin həmin qeydi, yəni qərardaddan 10 gün müddətində şikayət verilməsi ilə bağlı qeydi əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 395.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: - bu Məcəllədə göstərilən hallarda; - məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Həmin Məcəllənin 395.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. Mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən müddəasının mənasından göründüyü kimi məhkəmənin işə baxarkən qəbul etdiyi bütün qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. Yalnız Mülki Prosessual Məcəllədə birbaşa göstərilən hallarda, həmçinin qərardad işin sonrakı hərəkətinə mane olduqda qəbul edilmiş qərardadlardan şikayət verilə bilər. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadında əsassız olaraq şikayət verilə biləcəyini göstərməsi heç də öz-özlüyündə prosessual hüquq normasının dəyişdirilməsinə və müvafiq olaraq da, həmin qərardaddan verilmiş şikayətə baxılmasına əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, bu qəbildən olan qərardaddan şikayət verilməsi qanunvericilikdə nəzərdə tutulmadığından, İddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar mövcud olmadığından, həmin şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli, şikayət onu verən şəxsə geri qaytarılması üçün mülki iş materialları Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2020-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş) xx xxxx 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş son dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən, Məhkəmə MPM-nin 361, 366, 400, 402, 405, 406-ci maddələrinin tələbini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-282/2020 saylı, xx xxxx 2021-ci il tarixli qərardadından verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-4756/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4756/2021
20.04.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver