Məhkəmə qərarları › İş №2(103)-4763/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4763/2021

21.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4763/2021 21.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh qarşı “mənzilin boşaldılması” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4679/2020 saylı, 22.10.2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə 03.09.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus olan - yataq mebeli, 2 ədəd tumba, 1 ədədşfaner, 1 termo, 1 ədəd uşaq üçün 2 mərtəbəli yataq, 1 ədəd servant, 1 ədədkomot, 1 ədəd jurnal stolu, 1 ədəd kompyuter stolu, 1 ədəd soyuducu, 1 ədədpaltaryuyan maşın, 1 ədəd divan, 2 ədəd kreslo, servis dəstləri, 3 ədəd xalça,qazan dəstləri, 5 ədəd döşək, 5 ədəd yorğan, yastıqlar, 1 ədəd ət çəkən maşın, 1 ədəd şirə çəkən maşın, 1 ədəd duxovka, boşqablar, stəkanların Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal1 yaşayış massivi Şərifzadə küçəsindəki 7 nömrəli evin 46 nömrəli mənzilindən boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar Şuşa şəhərindən məcburi köçkün kimi Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 yaşayış massivi Şərifzadə küçəsindəki 7 nömrəli evin 46 nömrəli mənzilinə məskunlaşmışlar. Cavabdeh İddiaçı3 keçmiş arvadıdır, 19.05.2020-ci il tarixdə onlar boşanmışlar. İddiaçı3 ilə Cavabdeh birgə nikahından 21.09.2008-ci il təvəllüdlü Aişə və 26.03.2012-ci il təvəllüdlü İbrahim adlı iki uşağı var. Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 yaşayış massivi Şərifzadə küçəsindəki 7 nömrəli evin 46 nömrəli mənzili 4 otaqdan ibarətdir, mənzildə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh və onların iki uşağı birlikdə yaşamışlar. Nikah pozulandan sonra cavabdeh valideynlərinin evinə getsə də, əşyalarını yaşadıqları mənzilindən çıxartmamışdır. Bu isə iddiaçıların hüquqlarını məhdudlaşdırır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4679/2020 saylı, 22.10.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir (sədrlik edən: Vahid Hacıyev). Qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4679/2020 saylı, 22.10.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı3 oglu ilə Cavabdeh 19 yanvar 2008-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar və aralarında olan nikah Xətai rayon məhkəməsinin 19 may 2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikah pozulduqdan sonra cavabdeh övladları ilə birlikdə mənzili tərk edərək getmişdir. Lakin Yasamal rayon məhkəməsinin 22 oktyabr 2020-ci il qətnaməsi ilə iddia tələbi rədd olunduqdan sonra 10 yanvar 2021-ci il tarixdə cavabdeh özünə məxsus iddia ərizəsində qeyd olunan cehiz əmlakını valideynləri ilə birlikdə gələrək aparmış, lakin bir qismi, yəni soyuducu və televizor altlığı qalmışdır. Cavabdehlə heç bir əlaqəsi olmadığından iddiaçı ona digər əşyalarını da aparmasını deyə bilməmişdir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən iddiaçıların nümayəndəsi G.Sultanova apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. İşə baxılasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan AA 167585 saylı, AA 136310 saylı və AA 167586 saylı məcburi köçkün vərəqələrindən görünür ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 saylı, 15.11.2019-cu il tarixli arayışından görünür ki, Şuşa şəhərindən məcburi köçkündürlər. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-907/2020 saylı, 19.05.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı3 ilə Cavabdeh arasında 19.01.2008-ci il tarixdə qeydə alınmış nikah pozulmuşdur. Hüquqi dəyərləndirmə: İş materiallarından görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Şuşa şəhərindən məcburi köçkün kimi Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 yaşayış massivi Şərifzadə küçəsindəki 7 nömrəli evin 46 nömrəli mənzilinə məskunlaşmışlar. Cavabdeh 07.11.2007-ci il tarixdə İddiaçı3 ilə ailə qurmuş və iddiaçıların razılığı ilə Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 yaşayış massivi Şərifzadə küçəsindəki 7 nömrəli evin 4 otaqlı 46 nömrəli mənzilinə gəlin köçmüşdür. İddiaçılardan İddiaçı1 Cavabdeh qaynanası, İddiaçı2 isə baldızıdır. Cavabdeh ilə İddiaçı3 19.01.2008-ci ildə rəsmi nikah bağlamışlar, həmin evdə onların birgə nikahından 21.09.2008-ci il təvəllüdlü X3 və 26.03.2012-ci il təvəllüdlü X2 doğulmuşlar. Cavabdeh gəlin köçdüyü vaxtdan ailə üzvləri və iddiaçılarla birlikdə Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 yaşayış massivi Şərifzadə küçəsindəki 7 nömrəli evin 4 otaqlı 46 nömrəli mənzilində yaşamış, birgə təsərrüfatı idarə etmiş və cehiz əmlakını oraya aparmışdır. İddiaçılar Şuşa şəşhərindən məcburi kökün olduqlarına görə Cavabdeh ilə İddiaçı3 övladları X3 və X2 da daimi yaşayış yeri kimi Şuşa şəhəri X8 küçəsi ev 20A ünvana və müvəqqəti olaraq məcburi köçkün kimi yaşadıqları Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 yaşayış massivi Şərifzadə küçəsindəki 7 nömrəli evin 4 otaqlı 46 nömrəli mənzilinə qeydiyyata alınmışlar. 2020-ci ildə Covid-19 xəstəliyi ilə bağlı pandemiya başlayandan sonra məktəblər bağlanmış, qaynanası cavabdehin uşaqlarına baxmaqdan imtina etdiyi və cavabdeh işə getməyə məcbur olduğuna görə 2020-ci ilin aprel ayında müvəqqəti olaraq uşaqlarını öz valideynlərinin yaşadığı Bakı şəhəri Xətai rayonu Sarayevo küçəsi 12 nömrəli evin 22 nömrəli mənzilinə aparmışdır. Cavabdeh 13 il ərzində iddiaçıların ailə üzvü kimi Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 yaşayış massivi Şərifzadə küçəsindəki 7 nömrəli evin 4 otaqlı 46 nömrəli mənzilində yaşamaqla, həmin mənzil üzərində iddiaçılarla eyni hüququ əldə etmişdir. İddiaçılar mübahisməli mənzildə müvəqqəti olaraq məcburi köçkün kimi yaşamaq hüquqları var, onların həmin mənzil üzərində sahiblik və sərəncam vermək, mülkiyyət hüquqları yoxdur. Bu səbəbdən iddiaçılar onlarla eyni hüquqlara malik olan Cavabdeh və onun iki övladını əsassız olaraq mənzilə buraxmırlar və onların Cavabdeh cehiz əmlakını müvəqqəti yaşadıqları mənzildən çıxarılmasını tələb etməyə subyektiv hüquqları yoxdur. Çünki, iddiaçıların Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 yaşayış massivi Şərifzadə küçəsindəki 7 nömrəli evin 46 nömrəli mənzili üzərində istifadə, sahiblik, sərəncam vermək, mülkiyyət hüquqlarının olmasını təsdiq edən rəsmi sənədlər məhkəməyə təqdim edilməmişdir. İddiaçılar məhkəməyə yalnız 19 nömrəli MKİS-in 17.07.2020-ci il tarixli 333/a nömrəli arayışını təqdim etmişdir. Həmin arayışda Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 yaşayış massivi Şərifzadə küçəsindəki 7 nömrəli evin 46 nömrəli mənzilinin Şuşa şəhərindən məcburi köçkünlər tərəfindən zəbt edildiyi qeyd edilmişdir. Mənzildə kimlərin yaşaması və mənzilin kimə məxsus olması qeyd olunmamışdır. DİN BPMQİ MAPS şöbəsinin verdiyi 24.07.2020-ci il tarixli arayışlardan müəyyən edilir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 daimi yaşayış yeri Şuşa şəhəri X8 küçəsi ev 20A ünvanıdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 19.05.2020-ci il tarixli 2(011)- 907/2020 nömrəli qətnaməsi ilə İddiaçı3 ilə Cavabdeh arasında 19.01.2008-ci il tarixdə bağlanmış nikah pozulmuş, birgə nikahından doğulmuş övladları - 21.09.2008-ci il təvəllüdlü X3 və 26.03.2012-ci il təvəllüdlü X2 anaları Cavabdeh yanında saxlanılmışdır. 21.09.2008-ci il təvəllüdlü X3 və 26.03.2012-ci il təvəllüdlü X2 məcburi köçkün kimi Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 yaşayış massivi Şərifzadə küçəsindəki 7 nömrəli evin 46 nömrəli mənzilində məskunlaşmışlar. Cavabdehin iddiaçılarla birlikdə ailə üzvü kimi mübahisəli mənzildə yaşaması, ümumi təsərrüfatı idarə etməsi, cehiz əmlakının hazırkı vaxta kimi orada olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Cavabdeh həmin mənzildən iddiafadə etməyə görə iddiaçılarla eyni hüquqa malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Eyrenin İrlandiyaya qarşı iş üzrə” qərarında qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04.05.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.07.2008-ci il tarixli qərarına əsasən - “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Vərəsəlik hüququ da belə hüquqlardan biridir.” Göründüyü kimi, həm İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, həm də Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin hüquqi mövqeyinə görə, mülki mübаhisəni həlli edən məhkəmə, o cümlədən аpellyаsiyа instаnsiyаsı məhkəməsi ilk növbədə iddiа qаldırmış şəxsin müvаfiq subyektiv hüquqа mаlik olub-olmаmаsını аrаşdırmаlıdır. Hazırkı halda, iddiaçılar məcburi köçkün kimi yaşadıqları mənzil üzərində hər hansı bir hüquqa malik olmadıqlarına görə, onlarla həmin mənzildən müvəqqəti istifadə etməkdə eyni hüquqa malik olan ailə üzvləri cavabdehin əşyalarının həmin mənzildən çıxarılmasını tələb etməyə subyektiv hüquqları yoxdur. Sadalanan xüsusatlara əsasən, kollegiya hesab edir ki, iddia tələbinin rədd edilməsindən ibarət birinci instansiya məhkəməsinin mövqeyi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olduğundan, iddiaçıların apellyasiya şikayəti təmin edilməməli, qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçıların apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4679/2020 saylı, 22.10.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar