Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4771/2022 28.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) istifadə edilməmiş əmək məzuniyyətinə və işdən çıxma müavinətinə görə pul məbləğinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli 2(010)-48/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: İddiаçı İddiaçı Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə qarşı istifadə edilməmiş əmək məzuniyyətinə və işdən çıxma müavinətinə görə pul məbləğinin ödənilməsi tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən istifadə etmədiyi 1999-2018-ci illər üçün bütün iş illərinin əsas məzuniyyətlərinə görə və işdənçıxarma müavinətinə görə ödənilməli olan pul məbləğinin hesablanaraq Cavabdeh MMC-dən və ya onun hüquqi varisindən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli 2(010)-48/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, istifadə edilməmiş əmək məzuniyyətinə görə 5596,29 manat məbləğində pul əvəzi və 1243,62 manat məbləğində işdənçıxma müavinəti olmaqla, cəmi 6839,91 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli 2(010)-48/2022 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Daha sonra İddiaçı məhkəməyə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli 2(010)-48/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli 2(010)-48/2022 saylı qərardadı ilə ərizə təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli 2(010)-48/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən buraxılmış apellyasiya şikayəti verilməsi müddəti bərpа edilməmişdir. Həmin qərardaddan İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini, apellyasiya şikayətinə mahiyyəti üzrə baxılmasının təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun elektron kabineti yoxdur, elektron qaydada məhkəməyə müraciət etməyi bacarmır və apellyasiya məhkəməsində iştirak etmək üçün vəkilə müraciət etmişdir. Məhkəmənin qətnaməsini əslində xx.xx.2022-ci il tarixdə almışdır və 19-27 mart bayram günləri olduğu üçün vəkil tapıb apellyasiya şikayətini vaxtında göndərə bilməmiş, elə bu səbəbdən də apellyasiya şikayətini yazılı formada göndərmişdir. Lakin həmin qərardaddan şikayət verdikdən sonra apellyasiya şikayətini elektron qaydada təkrar göndərməsini nəzərə alıb prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli 2(010)-48/2022 saylı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir Məhkəmə kollegiyası, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılmasını onunla əsaslandırmışdır ki, onun elektron kabineti yoxdur, elektron kabinet vasitəsilə məhkəməyə müraciət etməyi bacarmır və bu səbəbdən də apellyasiya şikayəti vermək üçün vəkilə müraciət etmişdir. Buraxılmış prosessual müddəti bərpa etməyən birinci instansiya məhkəməsi ona istinad etmişdir ki, iddiaçının elektron kabinetinin olmaması və ya elektron kabinetdən istifadə etməyi bacarmaması apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə əsas vermir. Bundan əlavə, iddiaçı məhkəmə proseslərində vəkili vasitəsilə təmsil olunmuş, vəkilinin elektron kabineti olmuş, məhkəmənin qətnaməsi ona məxsus elektron kabinetə yerləşdirilmişdir. Yəni, qətnamə iddiaçının vəkilinin elektron kabinetinə yerləşdirildiyi gündən həmin qətnamədən vəkilinin elektron kabineti vasitəsilə apellyasiya şikayəti vermək imkanına malik olmuşdur. Nəzərə alınmalıdır ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın (“X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq və MPM-in 398.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 398-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli 2(010)-48/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad qəbul edildiyi andan dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-4771/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4771/2022
28.06.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver