Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4813/2021 31.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli 2(004)-5276/2020 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 03.07.2006-cı il təvəllüdlü X2 03.07.2006-cı il tarixdən indiyə qədər yetkinlik yaşına çatana qədər saxlanılması üçün yaşayış minimumu üzrə müəyyən edilmiş bir uşağa görə 170 manat hər ay 340 manat məbləğin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlə qeyri-rəsmi münasibətindən 03 iyul 2006-cı il təvəllüdlü X8 doğulmuş, cavabdeh ilə münasibəti uşaq anadan olandan sonra pozulmuşdur və həmin tarixdən indiyə qədər atalığın müəyyən edilməsi ilə bağlı cavabdehin yeri məlum olmadığından heç bir tələb irəli sürə bilməmişdir. Uşaq doğulan andan indiyə kimi övladının saxlanılması üçün cavabdeh tərəfindən heç bir addım atılmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli 2(004)- 5276/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 03.07.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, alimentin tutulma müddətinin 06.10.2020-ci il tarixdən müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı və cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. İddiaçı apelyasiya şikayətində qətnamənin alimentin tutulma tarixi hissəsində ləğv edilməsi və alimentin 03.07.2006-cı il tarixdən hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, 06.10.2020-ci il tarixdən sonra qarşı tərəfin hədə və təhqirlərindən uzaqlaşdıqdan sonra çətin maddi vəziyyətini nəzərə alaraq, 03.07.2006-cı il tarixdən indiyə qədər övladının saxlanılması üçün aliment ödənilməsini xahiş etsə də, məhkəmə alimentin tutulmasını 06.10.2020-ci il tarixdən hesablamışdır. Cavabdeh apelyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın qismən rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edərək, göstərmişdir ki, qanunun mahiyyətinə görə müəyyən olunmuş məbləğin ödənilməsində hər iki valideynin payı olmalıdır, məhkəmə isə bu xərci bütövlükdə onun üzərinə qoymuşdur. İddiaçı əmək qabiliyyətlidir, uşağın isə 14 yaşı var. İddiaçı özü işləyir, 500 manata yaxın maaş alır. O isə işləmir. Əvvəlki həyat yoldaşına bir uşağın saxlanılması üçün hər ay 70 manat aliment ödəyir. Hazırda sonuncu həyat yoldaşından olan iki azyaşlı övladı var. Özü orta ağır formalı İİ tip şəkərli diabet xəstəsidir. Bir övladı isə hazırda cəbhə bölgəsindədir. Məhkəmə iclasında iştirak edən iddiaçı öz apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Qeyd etdi ki, özü heç bir yerdə işləmir, valideynlərinin yanında yaşayır və onların pensiyası ilə uşağa baxır. Məhkəmə iclasında iştirak edən cavabdeh öz apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Hazırda uşağın saxlanılması üçün 100 manat aliment ödəməyə razıdır. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətlərinin dəlillərini müzakirə edərək hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. İş materiallarında olan 19.02.2020-ci il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh 03.07.2006-cı il tarixdə vətəndaş İddiaçı doğulmuş X6 atası hesab edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 03.07.2006-cı il tarixdə Şamaxı şəhərində anadan olmuşdur. Doğum haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında isə İddiaçı qeyd edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə cavabdeh faktiki nikah münasibətlərində olmuş, tərəflərin faktiki nikah münasibətlərindən 03.07.2006-cı il təvəllüdlü X9 adlı uşaqları doğulmuşdur və uşaq hazırda anasının himayəsində yaşayır. İddiaçı iddia tələbində 03.07.2006-cı il tarixdən indiyə qədər yetkinlik yaşına çatana qədər saxlanılması üçün yaşayış minimumu üzrə müəyyən edilmiş bir uşağa görə 170 manat («hər ay 340 manat» texniki səhv kimi göstərilmişdir) məbləğində alimentin tutulmasını tələb etmiş, birinci instansiya məhkəməsi iddianın qismən təmin edərək, iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi vaxtdan hər ay 170 manat sabit pul məbləğində alimentin tutulması qənaətinə gəlmişdir. İddiaçı apelyasiya şikayətində alimentin iddia ərizəsi ilə müraciət edildiyi vaxtdan tutulması hissəsində qətnaməni mübahisələndirərək, alimentin 03.07.2006-cı ildən tutulmasını xahiş edir. Cavabdeh isə aliment məbləğini mübahisələndirir. Kollegiya iddiaçının apelyasiya şikayətini əsassız hesab edərək, bildirir ki, məhkəmə haqlı olaraq Ailə Məcəlləsinin 100.2-ci maddəsinə istinadən alimenti məhkəməyə müraciət edildiyi vaxtdan tutmuşdur. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məcəllənin 100.3-cü maddəsinə görə məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. İddiaçı alimentin 03.07.2006-cı il tarixdən tutulmasını tələb etsə də, onun aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər görməsi (o cümlədən atalığın müəyyən edilməsi barədə iddia qaldırması), cavabdehin isə onu verməkdən boyun qaçırması kimi hallar müəyyən edilməmişdir, iddiaçı belə tədbirlər görməsi barədə sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Cavabdehin apelyasiya şikayəti qismən əsaslıdır. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən təyin edilmiş alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin, bu zaman tərəflərin maddi və ailə vəziyyəti, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşan Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən tutulmalı olan alimentin məbləği hissəsində dəyişdirilməlidir. Cavabdehin apelyasiya şikayətinə əlavə edilmiş Şamaxı Rayon Məhkəməsinin 05.09.2016-cı il tarixli 2(074)-2049/2016 saylı qətnaməsindən görünür ki, Şamaxı Rayon Məhkəməsinin 10.12.2008-ci il tarixli 2(074)-271/2008 saylı qətnaməsi ilə qət edilmiş alimentin miqdarı artırılaraq, 04.08.2016-cı il tarixdən başlayaraq Cavabdeh 08.03.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 70 manat sabit pul məbləğində alimentin alınıb iddiaçı X1 verilməsi qət edilmişdir. Bundan başqa əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X10 14.08.2009-cu il tarixdə və X7 12.07.2012-ci il tarixdə Şamaxı şəhərində anadan olmuşlar, doğum haqqında şəhadətnamələrin ata qrafasında Cavabdeh, ana qrafasında isə X3 qeyd edilmişdir. Şamaxı Rayon Mərkəzi X12 Şəxs tərəfindən verilmiş 10.12.2020-ci il tarixli 1508 nömrəli arayışdan görünür ki, Cavabdeh 07.10.2016-cı il tarixdən Şamaxı RMX-nın poliklinika şöbəsinin Endokrinoloji kabinetində “şəkərli diabet orta ağır forma İİ tip” diaqnozu ilə qeydiyyatdadır. Məhkəmə kollegiyası işin hallarını, hazırkı vəziyyətdə tərəflərin maddi vəziyyətini, iş üzrə müəyyən edilmiş digər diqqətəlayiq halları, habelə uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olduğunu nəzərə almaqla hesab edir ki, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə hər ay 140 manat sabit pul məbləğində aliment tutulmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçının apelyasiya şikayəti təmin edilməsin Cavabdehin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5276/2020 saylı iş üzrə 06 noyabr 2020-ci il tarixli qətnaməsi cavabdeh 03.07.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh iddiaçının xeyrinə hər ay 170 manat sabit pul məbləğində alimentin tutulması hissəsində dəyişdirilərək, alimentin məbləği hər ay 140 manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4813/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4813/2021
31.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver