Məhkəmə qərarları › İş №2(103)-4831/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4831/2023

13.07.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4831/2023 13.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X3 və X1 ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-588/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh9 MMC, Cavabdeh2 MMC, Cavabdeh1 MMC, Cavabdeh4 MMC, Cavabdeh5 MMC, Cavabdeh3 MMC, Cavabdeh8 MMC, Cavabdeh7 MMC və Cavabdeh6 MMC tərəfindən birgə verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq, Müəyyən etdi: Səbail Rayon Məhkəməsinin e-2(009)-588/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh9 MMC, Cavabdeh2 MMC, Cavabdeh1 MMC, Cavabdeh4 MMC, Cavabdeh5 MMC, Cavabdeh3 MMC, Cavabdeh8 MMC, Cavabdeh7 MMC və Cavabdeh6 MMC-yə «əmək haqqına əlavələrin ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh9 MMC, Cavabdeh2 MMC, Cavabdeh1 MMC, Cavabdeh4 MMC, Cavabdeh5 MMC, Cavabdeh3 MMC, Cavabdeh8 MMC və vəkili Ə.Həsənov tərəfindən elektron qaydada apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər (357.1). Apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (363.1.1). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 780-ci maddəsinə görə vəkalət alan aldığı tapşırığı bir sıra istisna hallardan başqa şəxsən özü icra etməlidir. Əgər vəkalət verən onu icranı üçüncü şəxslərə verməyə vəkil edibsə (780.1.1), tapşırığın icrasının üçüncü şəxslərə verilməsi şəraitdən irəli gəlirsə (780.1.2), icranın bu cür verilməsi qəbul olunmuş işgüzar adətlərə uyğun gəlirsə (780.1.3). Yəni qeyd edilən istisna hallarda qanunvericilik vəkalət alana səlahiyyət verir ki, aldığı tapşırığın icrasını digər şəxslərə versin. Hazırda isə mülki iş materiallarından və “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, adı çəkilən cavabdehlər tərəfindən xx.xx.2023-cü il tarixdə Vəkil2 Asimovnaya etibarnamə verilmiş, Vəkil2 da öz növbəsində xx.xx.2023-cü il tarixdə ona verilmiş hüquq və vəzifələri həyata keçirməyi etibarnamə verməklə vəkil X2 həvalə etmiş, apellyasiya şikayəti nümayəndə və vəkil kimi Əkrəm Həsənov tərəfindən imzalanmışdır Halbuki, iş materiallarında olan cavabdehlər tərəfindən Vəkil2 Asimovnaya verilmiş xx.xx.2023-cü il tarixli etibarnamələrdə xüsusilə qeyd edilmişdir ki, etibar edilən etibarnamə ilə ona verilmiş hüquq və səlahiyyətləri digər fiziki və və ya hüquqi şəxslərə ötürə bilməz. Kollegiya qeyd edir ki, cavabdehlər tərəfindən Vəkil2 verilmiş etibarnamədə hüquq və səlahiyyətlərin digər şəxslərə ötürülə bilməməsi bilavasitə qeyd olunmasına baxmayaraq, vəkil Əkrəm Həsənov ona verilən etibarnamə əsasında apellyasiya şikayətini imzalamışdır. Bununla da müəyyən olunur ki, cavabdehlərin apellyasiya şikayəti səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də, qətnamədən apellyasiya şikayəti səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından qeyri-mümkün hesab edilərək, geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 357, 363, 366, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-588/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh9 MMC, Cavabdeh2 MMC, Cavabdeh1 MMC, Cavabdeh4 MMC, Cavabdeh5 MMC, Cavabdeh3 MMC, Cavabdeh8 MMC, Cavabdeh7 MMC və Cavabdeh6 MMC tərəfindən birgə verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Günay Axundova Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar