Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4832/2022 29.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər “X1 Mərkəzi” MMC, Cavabdeh2 Bank Olmayan Kredit Təşkilatı ASC, Cavabdeh3 və Cavabdeh4 qarşı “hərracın yekunları üzrə alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və sair tələbləri barədə” ilk; Cavabdeh4 İddiaçı ASC-yə qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbi barədə” qarşılıqlı iddiasına dair mülki işə apellyasiya icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Hazırki mülki işə baxmış Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə ilə hər iki iddianın rədd edilməsini qət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Məhkəmə) xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı ASC-nin Rayon Məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayəti üzrə apellyasiya mümkün hesab edilmiş və şikayət icraata qəbul edilmişdir. Bundan sonra Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli məktubla Məhkəməyə müraciət edərək, iş üzrə Cavabdeh4 tərəfindən apellyasiya şikayətinin və “qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizə verildiyini bildirmiş, apellyasiya şikayətinə və həmin ərizəyə baxılması üçün işin Rayon Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Məhkəmənin “iş üzrə apellyasiyanın mümkünlüyü barədə” xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilməli və iş baxışdan çıxarılaraq Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-nin 133.2-ci maddəsinə görə buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. MPM-nin 362, 363 və 364-cü maddələrinin mənasına görə, apellyasiya şikayətinin qəbul və ya qaytarılması məsələsi birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. MPM-nin 384.0.6-cı maddəsinə görə isə, apellyasiya şikayəti icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Odur ki yuxarıda göstərilənləri nəzərə alan Məhkəmə QƏRARA ALDİ: Hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul edilmiş “iş üzrə apellyasiyanın mümkünlüyü barədə” xx.xx.2022-ci il tarixli qərardad ləğv edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 13 dekabr 2021-ci il tarixli qətnamədən Cavabdeh4 verdiyi apellyasiya şikayətinin qəbulu məsələsinə və “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsinə baxılması üçün iş apellyasiya baxışından çıxarılsın və Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-4832/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4832/2022
29.07.2022 · Sair mülki iş - Digər - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver