Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5099/2022 07.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Cavabdeh X2 vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(008)-160/2021 saylı qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, cavabdehlər X3 və “X12 və Maşınqayırma” ASC-yə qarşı cavabdehlərdən müştərək qaydada 60.000 manatın, xx.xx.2018-ci il tarixdən sonrakı dövr üçün illik 5 (beş) faizlə hesablanmış 2,750 (iki min yeddi yüz əlli) manatın, ümumilikdə 62,750 (altmış iki min yeddi yüz əlli) manat məbləğində pul vəsaitini və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Elnur adlı tanışı vasitəsi ilə cavabdeh X5 ilə tanış olaraq onunla razılığa gəlmiş, razılığa əsasən iddiaçı ona ilkin olaraq 60.000 (altmış min) manat məbləğində pul vəsaitini iki dəfəyə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Kazımlı İbrahim isə öz növbəsində direktor olduğu "xxxx" MMC ilə digər cavabdeh “X12 və Maşınqayırma” ASC arasında müqavilə bağlayaraq oradan əldə edəcəyi 20,000 (iyirmi min) ton tədarük edilmiş qara metalı aldıqdan sonra iddiaçıya verməyi öhdəsinə götürmüşdür. Razılaşma əldə edilərkən və ondan sonra da Elnur iddiaçıya söyləyirdi ki, - “İbrahim etibarlı adamdır, narahat olma, pulun əvəzində qara metalı “Sabunçu "xxxx" ASC-dən aldıqdan sonra həmin metalları sənə təhvil verəcəkdir”. İddiaçı 2018-ci ilin aprel ayında Bakı şəhərinin ərazi hüdudlarından kənarda olduğu üçün tanışı Elnura 15,000 (on beş min) manat məbləğində pul vəsaitini iddiaçıya məxsus olan minik avtomobilində cavabdeh Kazımlı İbrahimə çatdırması üçün vermişdir. Bir neçə müddət sonra Elnur telefonla zəng edərək Kazımlı İbrahim ilə birlikdə iddiaçının onlara verdiyi 15,000 (on beş min) manat pul vəsaitini “X12 və Maşınqayırma” ASC-yə çatdırdığı barədə iddiaçıya məlumat vermişdir. Avans olaraq nəzərdə tutulmuş 60,000 (altmış min) manat pulun qalan hissəsini, yəni 45,000 (qırx beş) min manat məbləğində pul vəsaitini 05 may 2018-ci il tarixdə iddiaçı, Elnur və Kazımlı İbrahim birlikdə gedərək onların yanında iddiaçı, cavabdeh “X12 və Maşınqayırma” ASCnin rəhbərinə vermişdir. Həmin gün cavabdeh "xxxx" TASC tərəfindən tərtib edilmiş mədaxil orderi qurumun idarə heyətinin sədri O.P.Məmmədov iddiaçıya təqdim etmişdir. Həmin mədaxil orderində iddiaçının, Cavabdeh2 verdiyi 15,000 və 45,000 manat pul vəsaitini ümumi şəkildə 60,000 (altmış min) manat məbləğində pul vəsaiti kimi qeyd edilmiş, Cavabdeh2 tərəfindən digər cavabdeh "xxxx" TASC-nin hesabına ödəldiyi göstərilmişdir. Eyni zamanda, həmin gün Kazımlı İbrahim onun direktoru olduğu "xxxx" MMC ilə digər cavabdeh "xxxx" TASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli , 05/18 nömrəli müqavilənin surətini iddiaçıya təqdim etmişdir. 27 aprel 2018-ci il tarixli, 05/18 nömrəli müqavilənin şərtlərinə görə “Satıcı” qismində iştirak etmiş "xxxx" TASC həmin müqavilənin şərtlərinə uyğun olaraq, “Alıcı” qismidə iştirak etmiş "xxxx" MMC-nin sifarişi əsasında 20,000 (iyirmi min) ton qara metal tullantısını tədarük edərək “Alıcı”ya satır. "xxxx" TASC-nin rəhbəri iddiaçıya əldə ediləcək qara metal haqqında şifahi məlumat verdi və Sovet dövründən qalan istehsalata yararsız vəziyyətdə olan avadanlıqlara, onların yerləşdiyi yerə vizual baxışı təmin etdi. İddiaçı "xxxx" TASC-nin rəhbərliyindən öhdəliklərini nə vaxta icra edəcəklərini soruşduqda, qurmun rəhbərliyi tərəfindən bildirildi ki, şirkət dövlətin balansındadır Əmlak Məsələləri Dövlət Komitəsindən silinmə ilə bağlı icazə alınan kimi icra edəcəklər, bu da mayın 5-dən sonra maksimum 1-2 həftə təşkil edəcəkdir. Bundan sonra iddiaçıya verilməsi şərtləndirilmiş qara metal cavabdehlər tərəfindən iddiaçıya təqdim edilməmişdir. Dəfələrlə iddiaçı öhdəliklərinin icrası üçün müraciət edərək cavabdehləri xəbərdar etsə də, cavabdehlər tərəfindən öhdəliklər vaxtında və lazımınca yerinə yetirilməmişdir. Bununla əlaqədar olaraq iddiaçı AR DİNnin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ərizə ünvanlayaraq "xxxx" TASC-nin rəhbərliyi və Cavabdeh2 barələrində müvafiq araşdırmaların aparılması və onların məsuliyyətə cəlb edilmələrini xahiş etmişdir. AR DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqda Mübaizə İdarəsinin əməkdaşları tərəfindən iddiaçının, Elnurun və Kazımlı İbrahimin izahatları alınmışdır. Bundan sonra həmin idarə tərəfindən göndərilən xx.xx.2019-cu il tarixli, 004-18647-3219 saylı məktubda cavab olaraq iddiaçıya bildirilmişdir ki, ərizədə göstərilən xüsusatlar mülki xarakter daşıyır, bu tələblər üzrə məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilmişdir. Yuxarıda qeyd edilən halları əsasən iddiaçı hesab edir ki, cavabdehlər “X12 və Maşınqayırma” ASC-dən və X1 müştərək qaydada 60,000 (altmış min) manatın, xx.xx.2018-ci l tarixdən sonrakı dövr üçün illik 5(beş) faizlə hesablanmış 2,750 (iki min yeddi yüz əlli) manatın, ümumilikdə 62,750 (altmış iki min yeddi yüz əlli) manat məbləğində pul vəsaitinin və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulmasına dair tərəfinizdən qətnamə çıxarılması zəruridir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(008)-160/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər X1 və “X12 və Maşınqayırma” ASC-dən müştərək qaydada 60,000 (altmış min) manatın və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən cavabdeh X4 apellyasiya şikayəti verərək qətnamənin ona aid olan hissədə ləğv edilməsini və iddianın ona aid hissədə təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, sözügedən 60.000 (altmış min) manatdan 45.000 (qırx beş min) manat ödənilmiş, 15.000 (on beş min) manat isə ödənilməmiş qalmışdır. Bu günədək isə zavod ümumilikdə 23.000 (iyirmi üç min) manat məbləğində qalıq borcunu ödəməmişdir. Buna baxmayaraq, məhkəmə tamamilə əsassız olaraq mübahisəni yuxarıda göstərilən qaydada həll etmiş, sözügedən 60.000 min manatdan 45.000 manatın qaytarıldığını da qətiyyən nəzərə almamışdır. Bir sözlə, 150.000 manat məbləğində pulu alan, lakin onun əvəzində müqavilə ilə şətrləşdirilmiş metal qırıntısını verməyib öhdəliyinə əməl etməyən “X12 və Maşınqayırma” ASC ilə müştərək məsuliyyət daşımalı olan şəxs cavabdeh X4 deyildir. Cavabdeh iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmədiyi halda, işə onun iştirakı olmadan baxılmışdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh X2 vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı və cavabdeh “X12 və Maşınqayırma” ASC-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsi və vəkilini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(008)-160/2021 saylı qətnaməsi ləğv edilməli, iş materialları baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan 27 aprel 2018-ci il tarixli müqavilədən müəyyən edilir ki, cavabdeh “X12 və Maşınqayırma” ASC ilə iş üzrə digər cavabdeh X2 direktoru olduğu “AZ İNDASRİAL QRUP" MMC arasında qara metal tullantılarının tədarük edilməsinə dair razılaşma olmuşdur. Müqavilə şərtlərinə görə satıcı qismində çıxış edən cavabdeh “X12 və Maşınqayırma” ASC iş üzrə digər cavabdeh X2 direktoru olduğu “AZ İNDASRİAL QRUP" MMC-yə 20.000 (iyirmi min) ton qara metal tullantılarının tədarük etməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan nömrəsiz, xx.xx.2018-ci il tarixli mədaxil orderindən görünür ki, cavabdeh İbrahim Kazımlı tərəfindən qara metal üçün 60.000 manat məbləğində pul ödənilmişdir. İşdə olan "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" TASC-yə ona olan borcunu ödəməsi barədə xəbərdarlıq edilmişdir. İşdə olan AR DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Bakı şəhər sakini İddiaçı BMCMİ-yə ərizə ilə müraciət edərək, Əliyev Elnur və Cavabdeh2 vasitəsi ilə metal qırıntıları almaq üçün X11 və X10 verilmiş 60.000 manatın qaytarılmadığını bildirmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı şərikləri Cavabdeh2 və Elnur Əliyev metal qırıntıları almaq üçün Yusif Babayevin vasitəsi ilə Oruc Məmmədova 150.000 manat nəğd pul vermişlər, həmin pul məbləğinin 60.000 manatı İddiaçı, 90.000 manatı isə Cavabdeh2 məxsus olmuşdur. Metal qırıntılarının satışı gecikdiyinə görə, tərəflər arasında narazılıq yaranmış, bu səbəbdən də, Cavabdeh2 verdiyi 150.000 manatın qaytarılmasını tələb etmişdir. 2018-ci ilin sentyabr ayında Oruc Məmmədov aldığı 118.000 manatını qaytarmışdır. Pulun 32.000 manatını götürmüş Yusif Babayev 2018-ci ilin noyabr ayında həmin məbləğin 9.000 manatını Cavabdeh2 qaytararaq, qalan 23.000 manatı qısa müddətdə qaytaracağına dair söz versə də, pulu qaytarmamışdır. Vergi məlumatları üzrə elektron məlumatdan görünür ki, İddiaçı fərdi qaydada fəaliyyət göstərən sahibkar olmaqla, adına xx.xx.2008-ci il tarixdən ********** saylı VÖEN mövcuddur. Vergi məlumatları üzrə elektron məlumatdan görünür ki, Cavabdeh2 oğlu fərdi qaydada fəaliyyət göstərən sahibkar olmaqla, adına xx.xx.2014-cü il tarixdən ********** saylı VÖEN mövcuddur. İnternet Vergi İdarəsindən çıxarışdan görünür ki, “AZ İNDASRİAL QRUP" MMC (VÖEN **********) kommersiya hüquqi şəxs kimi xx.xx.2006-cı ildə dövlət qeydiyyatına alınmış, qanuni təmsilçisi Cavabdeh2dur. İnternet Vergi İdarəsindən çıxarışdan görünür ki, "xxxx" TASC (VÖEN **********) kommersiya hüquqi şəxs kimi xx.xx.2001-ci ildə dövlət qeydiyyatına alınmış, qanuni təmsilçisi X6r. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı qərarının 11-ci bəndinə əsasən o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Göründüyü kimi, subyektiv tərkibinə görə İddiaçı fərdi sahibkar statusuna malik olan fiziki şəxsdir (VÖEN **********). Cavabdeh X4 fərdi sahibkar statusuna malik olan fiziki şəxsdir (VÖEN **********). Bundan əlavə Cavabdeh2 hazırki iş üzrə müqavilə bağlamış “AZ İNDASRİAL QRUP" MMC (VÖEN **********) kommersiya hüquqi şəxsin qanuni təmsilçisidir. Həmçinin cavabdeh "xxxx" TASC (VÖEN **********) kommersiya hüquqi şəxsdir. Həm mübahisənin subyekt tərkibi, həm də predmeti məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Həmçinin hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Belə ki, iddiaçı tərəflər arasında bağlanmış 20.000 (iyirmi min) ton metal alğı-satqısından irəli gələn hazırki pul tələbini irəli sürmüşdür. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işdə iştirak edən şəxslərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını nəzərə almadan işə ümumi məhkəmədə baxılmalı olması qənaətinə gəlməklə prosessual pozuntuya yol vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 32.3, 32.4, 263-264, 384.0.4, 385.1.1, 387.2.9, 402.2.5, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(008)- 160/2021 saylı qətnaməsi ləğv olunsun, iş materialları baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-5099/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5099/2022
07.09.2022 · Sair mülki iş - Digər - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver