Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1612/2021 02.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “VAZ-21214” markalı, **-XX-*** dövlət nömrə nişanlı avtomobillə bağlı 23 sentyabr 2010-cu il tarixdə verilmiş AB-375201 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, həmin avtomobilin adına qeydiyyata alınması və pul tələbinə dair ilk iddia və Cavabdeh2 İddiaçı qarşı əmlakın qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə çıxarılmış iddianın təmini tədbirinin tətbiqinə dair ərizənin təmin edilməsi haqqında Şəki Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli 2(075)- 1352/2021 nömrəli qərardadından İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 verdiyi şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum əri X1 istifadəsində olmuş “VAZ-21214” markalı, **-XX-*** dövlət nömrə nişanlı avtomobillə bağlı 23 sentyabr 2010-cu il tarixdə Cavabdeh2 adına verilmiş AB-375201 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, həmin avtomobilin adına qeydiyyata alınması, həmin avtomobilinin dəyəri olan 15000 manatın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq ona verilməsi, həmçinin, həmin avtomobildən istifadəyə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən edilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 21 iyun 2021-ci il tarixdə məhkəməyə daxil olmuş iddianın təmini tədbiri barədə ərizəsində hazırki iş üzrə iddiasına baxılıb iş üzrə çıxarılacaq yekun qərar qanuni qüvvəsini alanadək Bakı şəhəri, 48 saylı Dövlət Notariat Kontorunda təsdiqlənmiş ƏN-İİİ 123424 saylı uzun müddətli etibarnamə əsasında mərhum X3 etibar edilmiş “VAZ-21214” markalı, **-XX-*** dövlət nömrə nişanlı avtomobillə bağlı hər hansı bir sənədləşdirmə işlərinin (avtomobilin özgəninkiləşdirilməsinin) aparılmasının qadağan edilməsi, həmin avtomobilin onun saxlancından götürülməsinə yönələn hərəkətlərin qadağan edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hakim E.Mehdiyev) 21 iyun 2021-ci il tarixli 2(075)- 1352/2021 nömrəli qərardadına əsasən İddiaçı iddanın təmini tədbiri barədə vəsatəti təmin edilmiş, hazırki iddia tələbinə baxılıb iş üzrə çıxarılacaq qətnamə qanuni qüvvəsini alanadək, Bakı şəhəri, 48 saylı Dövlət Notariat Kontorunda təsdiqlənmiş ƏN-İİİ 123424 saylı uzun müddətli etibarnamə əsasında İddiaçı mərhum X3 etibar edilmiş “VAZ-21214” markalı, **-XX-*** dövlət nömrə nişanlı avtomobillə bağlı hər hansı bir sənədləşdirmə işlərinin (avtomobilin özgəninkiləşdirilməsinin) aparılması və həmin avtomobilin İddiaçı saxlancından götürülməsinə yönələn hərəkətlərin qadağan edilməsi qərara alınmışdır. Həmçinin, Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 məhkəmə iclası zamanı iddiaçı Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsini təqdim edərək, iddiaçı Cavabdeh2 iddiasının təmin edilməsi, pozulmuş mülkiyyət hüquqlarının bərpa edilməsi, İddiaçı onun mülkiyyətində olan **-XX-*** dövlət nömrə nişanlı “VAZ-21214” minik markalı avtomobili alınaraq iddiaçı Cavabdeh2 qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 məhkəmə iclası zamanı Şəki Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli 2(075)-1352/2021 nömrəli iddianın təmin edilməsi tədbirləri haqqında qərardadından məhkəməyə şikayət ərizəsi təqdim edərək, Şəki Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli 2(075)-1352/2021 nömrəli iddianın təmin edilməsi tədbirləri haqqında qərardadının qismən ləğv edilməsi, avtomobilin İddiaçı saxlancından götürülməsinə yönələn hərəkətlərin qadağan edilməsi hissəsində ləğv edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli 2(075)-1352/2021 nömrəli qərardadına əsasən Şəki Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli 2(075)-1352/2021 nömrəli iddianın təmin edilməsi tədbirləri haqqında qərardadı Bakı şəhəri, 48 saylı Dövlət Notariat Kontorunda təsdiqlənmiş ƏN-İİİ 123424 saylı uzun müddətli etibarnamə əsasında İddiaçı mərhum X3 etibar edilmiş “VAZ-21214” markalı, **-XX-*** dövlət nömrə nişanlı avtomobilin İddiaçı saxlancından götürülməsinə yönələn hərəkətlərin qadağan edilməsi hissəsində ləğv edilmişdir. Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 məhkəmə iclası zamanı məhkəməyə iddianın təmini tədbiri barədə ərizə təqdim edərək, iddianın gələcəkdə müvəffəqiyyətli icrasının təmin etmək məqsədilə Cavabdeh2 məxsus **-XX-*** dövlət nömrə nişanlı “VAZ- 21214” minik markalı avtomobilə baxış keçirilməklə siyahıya alınması, avtomobilin İddiaçı və digər şəxslər tərəfindən istifadəsi, məhv edilməsi və ehtiyat hissələrinin dəyişdirilməsinin qadağan edilməsi ilə həmin daşınar əmlak üzərinə həbs qoyulması və avtomobilin Azərbaycan Respublikası DİN-nin BDYP-nin cərimə duracağına yerləşdirilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2 (075)-1352/2021 nömrəli qərardadına əsasən Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 iddianın təmini tədbiri barədə ərizəsinin təmin edilməsi qərara alınmışdır. Həmin qərardaddan İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə avtomobilə baxış keçirilməklə siyahıya alınması, həmin avtomobilin İddiaçı və digər şəxslər tərəlindən istifadəsi, məhv edilməsi vo ehtiyat hissələrinin dəyişdirilməsinin qadağan edilməsi, həmin daşınar əmlak üzərinə həbs qoyulmasını qərara alarkən artıq həmin əmlakın üzərində kifayət qədər qadağaları tətbiq etmişdir. DİN-nin Şəki ŞRPŞ-nin DYP-nin müvəqqəti duracağına yerləşdirilməsinə hər hansı zərurət yox idi. Nəqliyyat vasitəsi əvvəllər olduğu kimi iddiaçıya məxsus evdə normal şərtlər altında və normal şəraitdə saxlanılırdı. Şəki ŞRPŞ-nin DYPnin müvəqqəti duracağı üstü açıq şəraitdə olmaqla digər şəxslər tərəfində giriş-çıxış imkanı olan ərazidir. Təhlükəsizlik kameraları ilə müşahidə də mövcud deyil. Hazırkı işə baxılması və yekunlaşması kifayət qədər zaman alacaqdır ki, bu da nəqliyyat vasitəsinin isti, soyuq, yağış, dolu və s. təbii proseslər nəticəsində yararsız hala düşməsinə imkan yaradacaq. Ona görə də Şəki Rayon Məhkəməsinin 02.07.2021- ci il tarixli 2 (075)- 1352/2021 saylı qərardadı qanunsuz, əsassız və ədalətsiz olmaqla qəbul edildiyindən ləğv edilməlidir. Şəki Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2 (075)-1352/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X5 şikayəti müdafiə edərək, sonda təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə digər şəxslər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi şikayət ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Şəki Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2 (075)-1352/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. 57.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. 158.1-ci və 158.1.1-ci, 158.1.2-ci və 158.1.3-cü maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi kimi tədbirlər görülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Konstitusiya Məhkəməsinin Plenumunun 14 mart 2018-ci il tarixli qərarında qeyd olunru ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə,... ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. Qüvvədə olan Mülki Prosessual Məcəllənin şübhəsiz üstünlüklərindən biri məhz iddianı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasibliyi prinsipinin tətbiq edilməsidir. Mülki Prosessual Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş hansı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasib olması göstərilmir. Lakin həmin maddənin mənasından aydın olur ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin tədbirinin tətbiqinə dair ərizəni təmin edərkən tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, qarşılıqlı iddianın məzmunundan da görünür ki, iddiaçı məhz mübahisə olunan əmlakla bağlı məhkəməyə müraciət etmişdir, həmin əmlak da mülkiyyət hüququ ilə ona məxsusdur. Apellyasiya instansiya məhkəməsi həmçinin hesab edir ki, ümumiyyətlə iddianı təmin etmək tədbirləri iddianın məhkəməyə verilməsi ilə qorunan əmlak mənafelərinin müdafiəsinin sürətləndirilmiş və çevik vasitəsi olduğuna görə bu tədbirlərin tətbiqindən ötrü sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə məhkəməyə təqdim edilməsi tələb olunmur. Əks halda iddianı təmin etmə tədbirləri öz əhəmiyyətini itirmiş olar. Ona görə də işdə iştirak edən şəxsin iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizəsi məhkəməyə daxil olduqda, onun pozulmuş və ya mübahisəli hüququnun mövcudluğunu təsdiq edən sübutların təqdim olunması iddianı təmin etmək haqqında tədbirlərin görülməsi üçün kifayətdir. Yuxarıda şərh olunan mülki prosessual qanunvericiliyin normalarının mənasından da göründüyü kimi iddianın təmin tədbiri qətnamənin icrasını gələcəkdə qeyri-mümkün edə biləcək halların qarşısının alınmasına yönəlmiş müvəqqəti xarakterli prosessual tədbir kimi tətbiq edilir. Həmin tədbirlər işi mahiyyəti üzrə qabaqcadan həll etmir. Məhz bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıdığından və işi qabaqcadan mahiyyəti üzrə həll etmədiyindən, hazırki iş üzrə də iddianın təmini tədbiri iddia tələbinin məzmununa, həddinə və ruhuna uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək etmək hüququ vardır. Şərh olunanları nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilmədən Şəki Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2 (075)- 1352/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2 (075)-1352/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1612/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1612/2021
02.08.2021 · Sair mülki iş - Digər - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver