Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4835/2020 18.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi X2 və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-126/2020 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 12000 manat ödənilməmiş əmək haqqı məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(007)- 126/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz etdilər. İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh hüquqi şəxs yaratmadan fiziki şəxs qismində sahibkarlıq fəaliyyəti ilə məşğul olur və Bakı şəhəri Nizami rayonu ərazisində “Nuray gəlinlik və Nurabeuty Gözəllik Salonu”nun sahibidir. İşəgötürən Cavabdeh ilə işçi İddiaçı arasında bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı xx.xx.2016-cı il tarixdə Nizami 32E ünvanında yerləşən Gözəllik salonuna saç ustası vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2017-ci il tarixdə İddiaçı öz xahişi ilə işdən azad edilmişdir. Daha sonra o, təkrarən xx.xx.2017-ci il tarixdə Nizami ev 46 ünvanında yerləşən Gözəllik salonunda saç ustası vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli 10 saylı əmrinə əsasən İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç“ bəndinə əsasən xx.xx.2019-cu il tarixdən əmək müqaviləsinə xitam verilməklə vəzifəsindən azad olunmuşdur. Tərəflər arasında daha əvvəl məhkəmə mübahisəsi baş tutmuş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(011)- 4033/2019 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair ilk iddia qismən təmin edilərək, ilk iddia üzrə cavabdeh İddiaçı maddi ziyana görə 5000 manat və ödənilmiş dövlət rüsumunun 24,90 manat hissəsinin alınaraq ilk iddia üzrə iddiaçı Cavabdeh ödənilməsi və İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi və dəymiş mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, işə qəbul olunduqdan sonra dəfələrlə əmək müqaviləsinin ona təqdim edilməsi barədə cavabdehə müraciət etsə də, əmək müqaviləsi ona təqdim edilməmişdir. Bundan əlavə işlədiyi müddətdə ona bir dəfə də əmək haqqı ödənilməmişdir. İşə qəbul edilən zaman cavabdeh ona hər ay rəsmi qaydada 500 manat əmək haqqı ödəyəcəyini vəd etsə də, vədinə əməl etməmiş, işəgötürən kimi qanunvericiliklə onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmişdir. Daha sonra birinci instansiya məhkəməsinin iclasında iddiaçı bildirmişdir ki, o, hər ay işəgötürəndən 300 manat məbləğində pul almışdır. Həmin məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili isə bildirmişdir ki, iddiaçı cəmi bir ay üçün əmək haqqı almışdır. İddiaçı işlədiyi müddət ərzində bəxşiş almışdır. Cavabdeh iddiaya etiraz edir və iddia müddətinin tətbiqi barədə ərizə verərək bildirir ki, iddiaçıya 150 manat məbləğində əmək haqqı müəyyən edilmişdir. Müqavilə bağlanandan sonrakı müddət ərzində hər aylıq əmək haqqı ödənilmiş və bununla bağlı tərəflər aralarında heç bir narazılıq olmamışdır. 500 manatlıq razılaşma mövcud deyildir və əmək haqqının bu səviyyədə ödənilməli olmasının qanuni hesab olunması üzrə hüquqi əsaslar yoxdur. Bundan başqa hazırki mübahisəyə qədər iddiaçı əmək haqqı barədə heç bir mübahisə açmamış və pul almaması barədə iddia verməmişdir. İddiaçı müqavilə bağlandığı 2016-cı ilin dekabrından sonrakı dövrdə və birinci dəfə işdən azad olunandan, yəni xx.xx.2017-ci il tarixdən sonrakı dövrdən iddia müddətini xeyli ötürməklə məhkəməyə müraciət etmiş və iddia müddətini üzrsüz səbəblərdən ötürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİ hissəsinin tələblərinə görə hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci hissəsində isə təsbit olunmuşdur ki, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Göründüyü kimi Əmək Məcəlləsinin tələblərinə görə əmək haqqının ödənilməsi vəzifəsi işəgötürənə aiddır. Hazırki işdə də tərəflər arasında bağlanmış əmək müqaviləsində əmək haqqı 150 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan ********** saylı Forma B3 - Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat vərəqindən görünür ki, İddiaçı 2016-cı ildə sığorta olunmuş və həmin cədvəldə ona 2016-cı il üzrə hesablanmış əmək haqqı qeyd edilmişdir. Əmək və X3 Nazirliyinin sığortaolunan İddiaçı sığorta ödənişləri üzrə 2017-ci ilin İ, İİ, İV, həmçinin 2018-ci ilin İ, İİ, İİİ və İV rüblərinin hesab məlumatlarından görünür ki, qeyd olunan rüblər üzrə müvafiq sığorta ödənişləri hesablanmış və ödənilmişdir. Göründüyü kimi Dövlət X6 hesabdan çıxarışlarından və məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlara əsasən müəyyən olunur ki, işəgötürən tərəfindən iddiaçıya hər ay müvafiq məbləğdə əmək haqqı və hesablanmış sığorta ödənişləri də ödənilmişdir. Həmçinin iddiaçı birinci instansiya məhkəməsində verdiyi izahatda hər ay işəgötürəndən 300 manat məbləğində əmək haqqı aldığını etiraf etmişdir. Göründüyü kimi iddiaçıya əmək müqaviləsi ilə müəyyən olunmuş əmək haqqı tam olaraq ödənilmişdir. İddiaçı isə əmək haqqının həmin məbləğdən daha yüksək məbləğdə, yəni 500 manat olduğunu bildirsə də, bunu təsdiq edən heç bir sübutu təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərilərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bundan başqa iddiaçı iddia ərizəsində ona ümumiyyətlə əmək haqqı verilmədiyini bildirsə də, bununla bağlı pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə biləcəyi halda əmək funksiyalarına başladığı xx.xx.2016-cı il tarixdən hazırki iddianın qaldırıldığı iyun 2019-cu il tarixədək əmək haqqının ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməmiş, əmək haqqı almaması ilə bağlı davam edən münasibətdə öz etirazını bildirməmiş və işəgötürənlə bununla bağlı problem yaşamamışdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı birinci dəfə xx.xx.2017-ci il tarixdə öz ərizəsi ilə işdən azad edilmişdir. Ona görə də, iddiaçının birinci əmək müqaviləsi üzrə öz hüququnun pozulmasının aşkar edildiyi gün ən azı həmin tarix, yəni xx.xx.2017-ci il hesab edilir. Lakin o, əmək haqqının ödənilməməsini həmin vaxt deyil, bundan yalnız 2 il sonra, xx.xx.2019-cu il tarixdə, yəni hazırki iddianı qaldırdığı vaxt mübahisələndirmişdir. Halbuki Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə görə pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinin tələblərinə görə hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Göründüyü kimi iddiaçı tərəfindən Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində müəyyən edilmiş 1 illik iddia müddəti ötürülmüşdür. Mülki Məcəllənin 375.2-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçının qanunla müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini və birinci instansiya məhkəməsində cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2016-cı ildən xx.xx.2017-ci ilədək işlədiyi müddət üçün əmək haqqının ödənilməsi barədə tələblər həm də iddia müddətinin keçməsi səbəbinə görə təmin oluna bilməz. Beləliklə, kollegiya hesab edir ki, iddia tələbləri rədd edilməlidir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-126/2020 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2(103)-4835/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4835/2020
18.08.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver