Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-484/2025 22.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4maqla cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqının ödənilməsi tələbi və iddia müddətinin tətbiqi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər hakimlər X3 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri X2 iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4maqla cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-193/2024 nömrəli, 02 avqust 2024-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2023-cü il tarixə qədər "xxxx" ASC-də çalışmışdır.
2. xx.xx.2023-cü il tarixli iddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış məktubdan görünür ki, o, "xxxx" ASC-nin X1 işlədiyi 2006-2023-cü illərdə iş vaxtının və iş vaxtından artıq işlənmiş saatların əmək haqqının ödənilməsi barədə müvafiq göstəriş verilməsini xahiş etmişdir. AR ƏƏSMN yanında DƏMX Bakı şəhər idarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçıya qeyd etdiyi məsələrlə bağlı məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir.
3. xx.xx.2023-cü il xx/xx-01469 nömrəli əmrdən görünür ki, İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.
4. xx.xx.2023-cü il tarixli Çıxarışdan görünür ki, İddiaçı yanvar ayı üçün 391.93 manat əmək haqqı ödənilmişdir. xx.xx.2023-cü il tarixli Çıxarışdan görünür ki, İddiaçı fevral ayı üçün 144.45 manat əmək haqqı ödənilmişdir.
5. "xxxx" ASC-nin 2023-cü ilin yanvar ayının iş saatının istifadəsinin hesabatının tabelindən görünür ki, İddiaçı 8 gün işdə olmuşdur. "xxxx" ASC-nin 2023-cü ilin fevral ayının iş saatının istifadəsinin hesabatının tabelindən görünür ki, İddiaçı 8 gün işdə olmuşdur. "xxxx" ASC-nin 2023-cü ilin mart ayının iş saatının istifadəsinin hesabatının tabelindən görünür ki, İddiaçı mart ayında işdə olmamışdır. "xxxx" ASC-nin 2023-cü ilin aprel ayının iş saatının istifadəsinin hesabatının tabelindən görünür ki, İddiaçı aprel ayında işdə olmamışdır. "xxxx" ASC tərəfindən 2021-ci ilin mart ayı üçün verilmiş yol vərəqələrindən görünür ki, İddiaçı 2021-ci ilin mart ayında 264 saat çalışmışdır.
6. "xxxx" ASC tərəfindən 2021-ci ilin aprel ayı üçün verilmiş yol vərəqələrindən görünür ki, İddiaçı 2021-ci ilin aprel ayında 240 saat çalışmışdır. "xxxx" ASC tərəfindən 2021-ci ilin may ayı üçün verilmiş yol vərəqələrindən görünür ki, İddiaçı 2021-ci ilin may ayında 240 saat çalışmışdır. "xxxx" ASC tərəfindən 2021-ci ilin iyun ayı üçün verilmiş yol vərəqələrindən görünür ki, İddiaçı 2021-ci ilin iyun ayında 240 saat çalışmışdır. "xxxx" ASC tərəfindən 2021-ci ilin iyul ayı üçün verilmiş yol vərəqələrindən görünür ki, İddiaçı 2021-ci ilin iyul ayında 240 saat çalışmışdır. "xxxx" ASC tərəfindən 2021-ci ilin sentyabr ayı üçün verilmiş yol vərəqələrindən görünür ki, İddiaçı 2021-ci ilin sentyabr ayında 240 saat çalışmışdır. "xxxx" ASC tərəfindən 2021-ci ilin oktyabr ayı üçün verilmiş yol vərəqələrindən görünür ki, İddiaçı 2021-ci ilin oktyabr ayında 240 saat çalışmışdır.
7. "xxxx" ASC tərəfindən 2021-ci ilin noyabr ayı üçün verilmiş yol vərəqələrindən görünür ki, İddiaçı 2021-ci ilin noyabr ayında 240 saat çalışmışdır. "xxxx" ASC tərəfindən 2022-ci ilin fevral ayı üçün verilmiş yol vərəqələrindən görünür ki, İddiaçı 2022-ci ilin fevral ayında 240 saat çalışmışdır. "xxxx" ASC tərəfindən 2022-ci ilin mart ayı üçün verilmiş yol vərəqələrindən görünür ki, İddiaçı 2022-ci ilin mart ayında 240 saat çalışmışdır.
8. "xxxx" ASC tərəfindən 2022-ci ilin aprel ayı üçün verilmiş yol vərəqələrindən görünür ki, İddiaçı 2022-ci ilin aprel ayında 240 saat çalışmışdır. "xxxx" ASC tərəfindən 2022-ci ilin may ayı üçün verilmiş yol vərəqələrindən görünür ki, İddiaçı 2022-ci ilin may ayında 240 saat çalışmışdır. "xxxx" ASC tərəfindən 2022-ci ilin iyun ayı üçün verilmiş yol vərəqələrindən görünür ki, İddiaçı 2022-ci ilin iyun ayında 240 saat çalışmışdır. "xxxx" ASC tərəfindən 2022-ci ilin avqust ayı üçün verilmiş yol vərəqələrindən görünür ki, İddiaçı 2022ci ilin avqust ayında 504 saat çalışmışdır. "xxxx" ASC tərəfindən 2022-ci ilin sentyabr ayı üçün verilmiş yol vərəqələrindən görünür ki, İddiaçı 2022-ci ilin sentyabr ayında 600 saat çalışmışdır.
9. "xxxx" ASC tərəfindən 2022-ci ilin oktyabr ayı üçün verilmiş yol vərəqələrindən görünür ki, İddiaçı 2022-ci ilin oktyabr ayında 624 saat çalışmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən 2022-ci ilin noyabr ayı üçün verilmiş yol vərəqələrindən görünür ki, İddiaçı 2022-ci ilin noyabr ayında 600 saat çalışmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərişıq" ASC-nin X1 01 yanvar 2002-ci ildən - 01 yanvar 2023-cü ilə kimi işlədiyi iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqının cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, "xxxx" ASC-nin X1 1999-cu ildən sürücü işləmişdir. İşlədiyi xx.xx.2002-ci ildən - xx.xx.2023-cü ilə kimi olan dövrdə iş vaxtından artıq işləmişdir. Lakin iş vaxtından artıq vaxt ərzində görülən işin əmək haqqı iddiaçıya ödənilməmişdir. Həftəlik iş norması 40 saat və ona müvafiq olaraq aylıq iş norması 160-170 saat müəyyən edilsə də iddiaçı təxminən hər ay 250 saat işləmişdir. Bununla da hər ay təxminən 70-80 saat iş vaxtından artıq işləsə də işlədiyi iş vaxtından artıq işlərin əmək haqqı iddiaçıya ödənilməmişdir. Bu hal iddiaçının əmək hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarmışdır. Pozulmuş hüquqlarının bərpası üçün cavabdehə 23 yanvar 2023-cü il tarixində ərizə ilə müraciət etsə də müraciətinə bu günə kimi cavab verilməmişdir. İş vaxtından artıq vaxt ərzində görülən işin əmək haqqının ödənilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə müraciət etmişdir. "xxxx" ASC-nin X1 xx.xx.2002-ci ildən - xx.xx.2023-cü ilə kimi olan minik avtomobili üçün yol vərəqələrində iddiaçının hər ay neçə saat işlədiyi öz əksini tapmışdır. Lakin həmin yol vərəqələrini cavabdehə iddiaçıya verməkdən imtina edir. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmədən "xxxx" ASC-nin X1 01 yanvar 2002-ci ildən 01 yanvar 2023cü ilə kimi işlədiyi iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqının cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizəyə verilərək onunla əsaslandırılmışdır ki, İddiaçı Məhəmməd oğlu 2002-ci ildən xəbəri olduğu halda məhkəməyə 2023-cü ildə müraciət etmişdir. Bu səbəbdən iddia müddətinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-193/2024 nömrəli, 02 avqust 2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı Məhəmməd oğluna cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçının iş vaxtından artıq işlədiyi hər saata, ümumilikdə ((264 - 160) + (12 x 240 – 12 x 160) + (504 - 160) + (2 x 600 – 2 x 160) + (624-160)) = 2752 saata görə əmək haqqının hesablanaraq ödənilməsi, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. (hakim X5)
13. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdeh ərizəsində həqiqətən də iddiaçıya iş vaxtından artıq görülmüş işlərə görə əmək haqqı ödənilmədiyini qeyd edir. Məhkəmə cavabdehin ərizəsini qismən əsaslı hesab etmişdir. Belə ki, müqavilə tələbləri üzrə iddia müddəti 3 il olduğundan məhkəmə iddiaçının tələbini 19 iyun 2021-ci il tarixindən onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyi tarixə 14 aprel 2023-cü il tarixə qədər əsaslı hesab edir. Yuxarıda qeyd edildiyi kimi 2023cü il üzrə iddiaçıya əmək haqqları ödənildiyindən iddia yalnız 2021 və 2022-ci illər üçün əmək haqqının tutulması hissəsində təmin etmişdir. İş materiallarından göründüyü kimi iddiaçı 2021-ci ilin mart ayında 264, aprel, may, iyun, iyul, sentyabr, oktyabr, noyabr aylarında 240 saat, 2022-ci ilin fevral, mart, aprel, may, iyun aylarında 240 saat, avqust ayında 504 saat, sentyabr ayında 600 saat, oktyabr ayında 624 saat, noyabr ayında 600 saat çalışmışdır. Bununla da iddiaçının işçi kimi hüquqları pozulmuşdur. Belə ki, Əmək Məcəlləsinə əsasən həftəlik iş vaxtının norması 40 saatdan, aylıq 160 saatdan artıq ola bilməz. Lakin iddiaçı aylıq 240 saat və daha çox işləmiş və ona əlavə gördüyü işə görə əmək haqqı verilməmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, İddiaçı Məhəmməd oğlunun iddia ərizəsi qismən təmin edilməli, ona cavabdeh tərəfindən iş vaxtından artıq işlədiyi hər saata ((264 - 160) + (12 x 240 – 12 x 160) + (504 - 160) + (2 x 600 – 2 x 160) + (624-160) = 2752 saata görə əmək haqqı ödənilməlidir
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 88-ci, 89-cu, 99-cu, 100-cü, 102-ci, 154-cü, 172-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
15. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin təmin edilməyən hissəsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmədə işə baxılan zamanı azadlıqdan məhrumetmə yerində cəza çəkdiyindən məhkəmə prosesindən xəbəri olmamışdır. AR Mülki Məcəlləsinin 373-cü maddəsində göstərilən 3 illik iddia müddətinəistinad edərək düzgün olmayan qətnamə qəbuletmişdir. 3 illik iddia müddəti öhdəlik münasinətlərindən irəli gələn müqavilələrə aid edilir.Əmək mübahisələrinəisə 3 illik iddia müddətinin tətbiq edilməsi qanunsuzdur. İşə baxılması zamanı AR MM-nin 384.04-cü maddəsinin tələbləri pozulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüquqlarının hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özüdə bu pozuntular sahiblikdən nməhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddətinə şamil edilmir.
17. Qətnamədən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti də apellyasiya şikayəti verərək qətnamənin təmin edilən hissəsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsalandırılmışdır ki, iş materiallarında olan "xxxx" ASC-nin “Dispetçer jurnalında” öz əksini tapan iddiaçının 2021 və 2022-ci illərin müvafiq ayları üzrə idarə etdiyi avtomobilin gün ərzində olan kilometraj göstəricilərinə nəzər yetirilsə, məlum olur ki, iddiaçı ona təhkim edilmiş avtomobillə gün ərzində ortalama 50-60 kilometr məsafə qət etmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçının avtomobili qeyd olunan müddət ərzində ortalama 60-70 km/saat sürətlə idarə etdiyini və günlük orta hesabla 50-60 km məsafə qət etdiyini nəzərə alsaq, onun gün ərzində həmin məsafəni qət etmək üçün 8 saatlıq iş normasından artıq işləməsi ağlabatan görünmür. Bu səbəbdən iddiaçıya 2021 və 2022-ci illərin müvafiq ayları üzrə iddiaçıya verilən yol vərəqələri heç də onun həmin vaxtlarda faktiki olaraq iş vaxtından artıq işləməsinə dəlalət etmir. Əmək qanunverciliyinin istinad etdiyimiz normasından da aydın olur ki, əmək haqqı-müvafiq iş vaxtı ərzində işçinin faktiki gördüyü işə (göstərdiyi xidmətlərə) görə verilən ödəncdir. Lakin məhkəmə iş üzrə bütün sübutları tam və hərətərəfli araşdırmadan, sadəcə yol vərəqələrinə əsasən iddiaçının iş vaxtından artıq işləməsi qənaətinə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə iclasında iddiaçı öz apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İzahatına əlavə olaraq bildirmişdir ki,
21. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili öz apellyasiya şikayətlərinin məzmununa uyğun izahat verərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 89.1-ci maddəsinə əsasən tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. 89.2-ci maddəsinə əsasən gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. 89.3-cü maddəsinə əsasən gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. 99.1-ci maddəsinə əsasən iş vaxtından artıq iş - işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. 100-cü maddəsinə əsasən hər bir işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə iki saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz. 102-ci maddəsinə əsasən işəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. İş vaxtının uçotunun aparılması forması və qaydası işəgötürən tərəfindən müəyyən edilir. 154-cü maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 172-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296-cı maddəsinin 7-ci hissəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
25. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
26. Hazırkı apellyasiya şikayətlərində qətnamənin qismən ləğv olunaraq, iddianın həm təmin edilən, həm də təmin edilməyən hissələri mübhisələndirildiyindən, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, habelə birinci instansiya məhkəməsinin mövqeyini, o cümlədən tətbiq edilmiş maddi və prossesual hüquq normalarını nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı ilə cavabdeh arasında yaranmış münasibətlərin mahiyyətinə hüquqi qiymət verərkən səhvə yol vermiş, tətbiq edilməli olan hüquq normalarını tətbiq etməyərək, öz mövqeyini düzgün əsaslandırmamış, gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir. Əmək münasibətlərinə dair mülki qanunvericilikdə nəzərədə tutulan iddia müddəti düzgün tətbiq edilməyərək məbləğin hesablanmasına dair nəticədə yanlışlığa yol verilmişdir. Bu səbəbdən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının iş vaxtından artıq işlədiyi 2021-2023-cü illər üzrə hər saata görə hesablanan əmək haqqına dair hissədə dəyişdirilməlidir.
28. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı "xxxx" ASC-nin X1 1999-cu ildən sürücü işləmişdir. İşlədiyi xx.xx.2002-ci ildən - xx.xx.2023-cü ilə kimi olan dövrdə iş vaxtından artıq işləmişdir. Lakin iş vaxtından artıq vaxt ərzində görülən işin əmək haqqı iddiaçıya ödənilməmişdir. O, həftəlik iş normasının 40 saat və ona müvafiq olaraq aylıq iş norması 160-170 saat müəyyən edilsə də, təxminən hər ay 250 saat işlədiyini bildirmişdir. Bununla da hər ay təxminən 70-80 saat iş vaxtından artıq işləsə də işlədiyi iş vaxtından artıq işlərin əmək haqqı iddiaçıya ödənilməmişdir. Bu hal iddiaçının əmək hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarmışdır.
29. Lakin birinci instansiya məhkəməsi İddiaçı ilə cavabdeh arasında yaranmış münasibətlərin tənzimlənməsində iddia müddətinin tətbiqinə dair normanı düzgün tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair 30 iyul 2021-ci il tarixli plenum qərarında qeyd edilmişdir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində göstərilmişdir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Qanunverici həmçinin işəgötürənin məhkəməyə müraciət etməsi ilə bağlı müddətləri tənzimləmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci hissəsinə əsasən, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü hissəsinə görə isə məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır.
30. İlk növbədə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə bağlı qeyd edir ki, iddia müddəti institutu hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
31. Lakin hazırkı işin hallarına əsasən iddiaçı hazırkı iddia tələbi ilə mediasiya təşkilatına 31 may 2022-ci il tarixdə müraciət etmişdir. Belə olduğu təqdirdə yuxarıda qeyd edilən qanunvericilik normalarına istinadən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi ilə müraciət etməsi üçün iddia müddətinin axımı 31 may 2022-ci il tarixdən başlayır. İş materiallarında olan sənədlərdən də (yol vərəqələri və tabellər) görünür ki, iddiaçı yalnız 2022-2023-cü illərdə işlədiyi dövrlər üçün sübutlar təqdim etmişdir. Bundan əlavə təqdim edilmiş ödəniş cədvəllərindən 2023-cü ilin yanvar və fevral ayları üçün cavabdeh tərəfindən iddiaçıya əmək haqqı ödənildiyi görünür. Bu aspektdən çıxış etdikdə o cümlədən iddiaçının 2022-ci ilin may ayında mediasiya təşkilatına müraciət etdiyini və iddiaçıya 2023-cü ilin yanvar ayından ödənişlərin olunduğunu nəzərə aldıqda 2022-ci ilin may ayından 2023-cü ilin yanvar ayına qədər işlədiyi iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün iddiaçıya əmək haqqının ödənilməsini şərtləndirir.
32. Hazırki halda, iş materiallarından göründüyü kimi iddiaçı 2022-ci ilin may, iyun aylarında 240 saat, avqust ayında 504 saat, sentyabr ayında 600 saat, oktyabr ayında 624 saat, noyabr ayında 600 saat çalışmışdır. Bununla da iddiaçının işçi kimi hüquqları pozulmuşdur. Belə ki, Əmək Məcəlləsinə əsasən həftəlik iş vaxtının norması 40 saatdan, aylıq 160 saatdan artıq ola bilməz. Lakin iddiaçı aylıq 240 saat və daha çox işləmiş və ona əlavə gördüyü işə görə əmək haqqı verilməmişdir.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilməli, İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 193/2024 nömrəli, 02 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilməli, iddia qismən təmin edilməli, İddiaçı Məhəmməd oğluna cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 31 may 2022-ci il tarixdən 2023-cü ilin yanvar ayına qədər olan iddiaçının iş vaxtından artıq işlədiyi hər saata görə əmək haqqı hesablanaraq ödənilməlidir.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilsin, İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-193/2024 nömrəli, 02 avqust 2024cü il tarixli qətnaməsi dəyişdirilsin. İddiaçı Məhəmməd oğluna cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 31 may 2022-ci il tarixdən 2023-cü ilin yanvar ayına qədər olan iddiaçının iş vaxtından artıq işlədiyi hər saata görə əmək haqqı hesablanaraq ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.