Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4864/2022 29.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3056/2022 saylı, 26 may 2022ci il tarixli qərardadından cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh isə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı 24.000 manat məbləğində dəymiş zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3056/2022 saylı, 26 may 2022ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı qarşı 24.000 manat məbləğində dəymiş zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə icraata xitam verilməsi və qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş 162 (yüz altmış iki) manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qaytarılması qərara alınmışdır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətdə göstərilir ki, ünvan 1 ünvamnda yerləşən 43.9 kv.m ölçüdə qeyri-yaşayış sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilmiş 27 mart 2018-ci il tarixli hərrac protokolu ilə Cavabdeh Fəzü oğluna özgəninkiləşdirimiş və Cavabdeh həmin əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən 24 aprel 2018-ci il tarixli ********** nömrəli Çıxarış təqdim edilmişdir. Qeyd edilən əmlakın sözügedən tarixdən etibarən Cavabdeh mükiyyətində olmasına baxmayaraq, qeyd edilən əmlak iddiaçı tərəfindən qanunsuz istifadə edilməkdə, hətta buna görə heç bi haqq ödənilməməkdədir. Belə ki, iddiaçıya dəfələrlə yazılı və şifahi müraciətlərin edilməsinə baxmayaraq, hələ də, iddiaçı cavabdehin mülkiyyətində olan əmlakdan qanunsuz istifadə etməklə onun hüquqlarını pozmaqdadır. Hal-hazırda Cavabdeh qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək uzun müddət ərzində ona məxsus əmlakdan qanunsuz istifadə etməklə Cavabdeh vurulmuş maddi zərərində ödənilməsini tələb etməkdir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-481/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı sözügedən əmlakdan qanunsuz istifadə etməkdədir. Hətta həmin qətnamənin qüvvəyə minməsindən xeyli vaxt keçməsinə baxmayaraq, hələ də İddiaçı qeyd edilən əmlakdan əsassız olaraq faydalanmaqdadır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-tarixli, 2(007)-481/2021 saylı qətnaməsi ilə həmin iş üzrə Cavabdeh tərəfindən kifayət qədər mötəbər sübutun təqdim edilməməsinə görə iddiasının təmin edilməməsi qeyd edilmişdir. Halbuki, İddiaçı bu gün də əmlakdan qanunsuz istifadə etməklə zərər vurması ilə bağlı əhəmiyyətli sübutlar vardır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3056/2022 saylı, 07 iyun 2022ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi icraata xitam verərkən qənaətini belə əsaslandırmışdır ki, “Elektron məhkəmə” informasiya sistemində mövcud olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-481/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “maneələrin aradan qaldırılması və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin cavabdehin qanunsuz istifadəsindən alınaraq iddiaçının qanuni idarəçiliyinə verilməsi, iddiaçının qanuni idarəçiliyinə edilən qanunsuz müdaxilə və maneələrin aradan qaldırılması, əmlakın boşaldılaraq iddiaçının istifadəsinə qaytarılması və 20 000 manat məbləğində dəymiş zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddia tələbi qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin İddiaçı qanunsuz istifadəsindən alınaraq Cavabdeh qanuni idarəçiliyinə verilməsi; Cavabdeh ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə olan qanuni idarəçiliyinə edilən müdaxilə və maneələrin aradan qaldırılması; ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin boşaldılaraq Cavabdeh istifadəsinə qaytarılması qət edilmişdir. İddia ərizəsini pul tələbi hissəsində təmin etməyən məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh iddia tələbinin həmin hissəsi ilə bağlı məhkəməyə mötəbər sübut növü təqdim edə bilməmişdir. Həmin qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmiş, cavabdeh tərəfindən mübahisələndirilmiş, qətnamə apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilməmiş, qanuni qüvvəsinə minmiş, icraya yönəldilmiş və xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru icraata başlamaq haqqında qərar qəbul etmişdir. Məhkəmə, həmçinin, şikayəti qaytararkən əsaslı hesab etmədiyini qeyd etmiş və mövqeyini bununla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-481/2021 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı 20000 manat məbləğində dəymiş zərərin ödənilməsi tələbinə münasibət bildirilmiş, Cavabdeh Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-481/2021 saylı qətnaməsini mübahisələndirmək hüququna malik olduğu halda, bunu etməmiş və hazırkı tələblə yalnız İddiaçı ona qarşı məhkəmədə iddia sürdükdən sonra yenidən məhkəməyə müraciət etmişdir. Bu isə mülki prosessual qanunvericiliyin tələblərinə ziddir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilənlər qərardadın ləğv edilməsi üçün əsasdır. Belə ki, işdə olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-481/2021 saylı, 11 mart 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı maneələrin aradan qaldırılması və dəymiş zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin İddiaçı qanunsuz istifadəsindən alınaraq Cavabdeh qanuni idarəçiliyinə verilməsi; Cavabdeh ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə olan qanuni idarəçiliyinə edilən müdaxilə və maneələrin aradan qaldırılması və ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin boşaldılaraq X1 istifadəsinə qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədə məhkəmənin iddianın təmin edilməyən hissəsində qənaəti belə olmuşdur ki, “məhkəmə iddia tələbinin “20000 manat manat məbləğində dəymiş zərərin ödənilməsi barədə qəbul edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı Cavabdeh iddia tələbinin həmin hissəsi ilə bağlı məhkəməyə mötəbər sübut növü təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir”. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, qeyd olunan qətnamənin qanuni qüvvəsini alması, icraya yönəldilməsi, iddiaçının həmin qətnaməni mübahisələndirməməsi hazırki qarşılıqlı iddia üzrə icraata xitam verilməsi üçün birmənalı əsas ola bilməzdi. Çünki, qarşılıqlı iddiaçı bəyan edir ki, mübahisə predmeti olmuş qeyri-yaşayış sahəsi 24 aprel 2018-ci il tarixdən mükiyyətində olmasına baxmayaraq, bugünədək qarşılıqlı iddia üzrə cavabdeh onu təhvil verməməklə və ondan qanunsuz istifadə etməklə hüquqlarını pozmaqda davam edir. Bununla yanaşı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-481/2021 saylı qətnaməsinin çıxarılmasından 15 aydan artıq bir vaxt keçir. Həmin qətnamə ilə maddi zərər tələbinin, üstəlik mötəbər sübut təqdim edilməməsi əsası ilə təmin edilməməsi, qarşılıqlı iddiaçıya yenidən məhkəmə müdafiəsi hüququndan istifadə edərək yeni əsasla maddi zərər tələb etməyə qətiyyən maneə ola bilməz. Çünki, digər tərəfin bu gün də qarşılıqlı iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsini təhvil verməməsi və ondan istifadə etdiyi iddia olunur. Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsində eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa iş üzrə icraata xitam verilir. Ancaq qarşılıqlı iddiada tərəflər eyni, predmet oxşar olsa da, əsas eyni deyildir. Ən azından ona görə ki, qarşılıqlı iddiaçının Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-481/2021 saylı qətnaməsinin çıxarılmasından sonrakı dövr üzrə yeni əsasla, mötəbər sübut təqdim etməklə maddi zərərin əvəzini tələb edə bilər yaxud edir.Bu cür vəziyyətdə qarşılıqlı iddia üzrə icraata qeyd olunan əsasla xitam verilə bilməzdi. Ancaq birinci instansiya məhkəməsi qarşılıqlı iddiaçının maddi zərəri hansı dövr üzrə tələb etdiyini ətraflı araşdırmadan, bu cür tələbin əvvəllər mötəbər sübutun olmadığına görə rədd edilməsini əsas götürərək qarşılıqlı iddia üzrə icraata xitam verməkdə haqlı olmamışdır. Şərh olunanlara əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3056/2022 saylı, 26 may 2022-ci il tarixli qərardadı ləğv edilməli, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi qəraraaldı: Cavabdeh şikayəti təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3056/2022 saylı, 26 may 2022-ci il tarixli qərardadı ləğv edilsin və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4864/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4864/2022
29.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver