Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4864/2025 01.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" ASC-yə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “ əldən çıxmış faydanın və mənəvi zərərin ödənilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" ASCyə qarşı “əldən çıxmış faydanın və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 1788/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. "xxxx" Kommersiya Bankı ASC-nin İdarə Heyətinin 11 iyun 2024-cü il tarixli (protokol № 64) Qərarı ilə “Əjdaha” tirajlı X2 təsdiq edilmişdir.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin 16 aprel 2025-ci il tarixli, 3- 21/2- 327/0/2025 nömrəli məktubu ilə məhkəməyə təqdim olunmuş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə görə, təşkilatçının şərtlərdə etdiyi dəyişikliklərdə lotereya iştirakçılarının hüquqlarını məhdudlaşdıran, lotereya formasının dəyişilməsinə təsir göstərən, uduş fondunun tərkibini dəyişən və ya onun həcmini azaldan əlavə dəyişikliklər nəzərdə tutulmamışdır. Bank tərəfindən lotereya şərtlərində dəyişiklik edilməsi məqsədilə xx.xx.2024-cü il tarixində müraciət edilmiş və bunun əsasında da xx.xx.2024-cü il tarixində oynanılmalı olan tirajın xx.xx.2025-ci il tarixinə keçirilməsinə dair məlumat lotereya təşkilatçısı tərəfindən xx.xx.2024-cü il tarixdə media vasitəsilə elan edilmişdir. Banka inzibati xəta haqqında iş üzrə protokol tərtib edilməmişdir.
3. "xxxx" Kommersiya Bankı ASC tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, HTİD-OUT-09580-2024 saylı məktuba görə, “Azal” aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində baş vermiş faciə və ölkədə elan edilmiş matəmlə əlaqədar olaraq "xxxx" Kommersiya Bankı ASC tərəfindən keçirilən “Əjdaha” tirajlı Stimullaşdırıcı Lotereyanın 5-ci tirajı və onun uduş fondunun oynanılması tarixinin xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinə keçirilməsinin nəzərə alınması xahiş edilmişdir.
4. "xxxx" Kommersiya Bankı ASC-nin İdarə Heyətinin xx.xx.2024-cü il tarixli (protokol № 150-3) Qərarı ilə “Əjdaha” tirajlı X1 dəyişiklik edilmiş və 2.5-ci bənddə “5-ci tiraj xx.xx.2024-cü il tarixində oynanılacaq” cümləsi, “5-ci tiraj xx.xx.2025-ci il tarixində oynanılacaq” cümləsi ilə dəyişdirilmişdir.
5. "xxxx" Kommersiya Bankı ASC-nin İdarə Heyətinin xx.xx.2024-cü il tarixli (protokol № 150-3) Qərarı ilə “Əjdaha” tirajlı X2 təsdiq edilmişdir.
6. Şərtlərin 2.26-cı bəndinə görə bank lotereyanın şərtlərinə edilmiş əlavələr və (və ya) dəyişikllikər haqqında məlumatı uduş fondunun oynanılması tarixinə azı 7 (yeddi) iş günü qalmış mediada elan edəcəkdir.
7. Şərtlərin 2.28-ci bəndinə görə bank lotereyanın şərtlərinə edilmiş əlavələr və (və ya) dəyişikliklər haqqında uduş fondunun oynanılması tarixinə azı 3 (üç) iş günü qalmış media vasitəsilə elan edəcəkdir.
8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-21-2-1/2-A-xx-xx/2025 saylı məktubuna görə, “Əjdaha” tirajlı X1 edilmiş dəyişiklər Dövlət Vergi Xidməti tərəfindən nəzərə alınmışdır.
9. İş materiallarına audio-video yazılar və tərəflər arasında qeydə alınmış mesajlar əlavə edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
10. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən 175.000 manat məbləğində zərərin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
11. İddiaçı tələbini işin yuxarıda istinad olunan faktiki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, "xxxx" Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin təşkil etdiyi “Əjdaha lotereya” adlı lotereyası, “Lotereyalar haqqında” Azərbaycan Respublikasının qanununa əsəsən aparılmayıb. Bununla da "xxxx" KB, Azərbaycan Respublikası Mülki Məcəlləsinin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanununun və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyasının 5 dekabr 2022-ci il tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmiş “Lotereyaların təşkili və keçirilməsi Qaydası”nın, “Virtual lotereyanın təşkili və keçirilməsi Qaydası”nın və “Stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi Qaydası”nın tələblərinə tam riayət etməyərək loteraya keçirtmiş və iddiaçının hüquqlarını pozmuşdur. Lotereya şərtləri dəyişilməmişdən öncə xx.xx.2024- cü il tarixinə qədər lotereya şərtlərində tirajların keçirilmə vaxtları və s. aşağıdakı kimi qeyd olunmuşdur:
1. xx.xx.2024 - xx.xx.2024 (xx.xx.2024 tarixində "Xəzər TV"-nin efirində canlı oynanıldı) 1ci tirajı burada izlə: https://youtu.be/Cry0uZirKmE 2. xx.xx.2024 - xx.xx.2024 (xx.xx.2024 tarixində "Xəzər TV"-nin efirində canlı oynanıldı) 2-ci tirajı burada izlə: https://youtu.be/tkn44A2gRHİ 3. xx.xx.2024 - xx.xx.2024 (xx.xx.2024 tarixində "Xəzər TV"nin efirində canlı oynanıldı) 3-cü tirajı burada izlə: https://youtu.be/qZj3Zjgfgz0 4. xx.xx.2024 - xx.xx.2024 (xx.xx.2024 tarixində "Xəzər TV"-nin efirində canlı oynanıldı) 5. xx.xx.2024 - xx.xx.2024 (xx.xx.2024 tarixində "Xəzər TV"-nin efirində canlı oynanılacaq) Bu gün isə lotereya şərtlərində tirajların keçirilmə vaxtları və s. aşağıdakı kimi qeyd olub: 1. xx.xx.2024 - xx.xx.2024 (xx.xx.2024 tarixində "Xəzər TV"-nin efirində canlı oynanıldı) 1-ci tirajı burada izlə: https://youtu.be/Cry0uZirKmE 2. xx.xx.2024 - xx.xx.2024 (xx.xx.2024 tarixində "Xəzər TV"-nin efirində canlı oynanıldı) 2-ci tirajı burada izlə: https://youtu.be/tkn44A2gRHİ 3. xx.xx.2024 - xx.xx.2024 (xx.xx.2024 tarixində "Xəzər TV"nin efirində canlı oynanıldı) 3-cü tirajı burada izlə: https://youtu.be/qZj3Zjgfgz0 4. xx.xx.2024 - xx.xx.2024 (xx.xx.2024 tarixində "Xəzər TV"-nin efirində canlı oynanıldı) 5. xx.xx.2024 - xx.xx.2024 (xx.xx.2025 tarixində "Xəzər TV"-nin efirində canlı oynanıldı) Belə ki, "xxxx" KB xx.xx.2024-ci il tarixdən xx.xx.2024-ci tarixədək 5 tirajdan ibarət olmaqla lotoreya təşkil etmişdir. Bu tarixdə Unibank KB müştərilərin banka məxsus kartlarında olan məbləğə görə illik olaraq 6 faiz hesablanan aylar üzrə verilən depozit tipli gəlir qazanclarının və banka məxsus kartlarla edilən ödənişlərə görə verilən keşbeklərin (cashback) verilməsini dayandırmışdır. Bunlara əvəzən müştərilərin banka məxsus kartlarından istifadəyə görə özünün qoyduğu qaydalara əsasən (Hər tam 10 AZN və onun ekvivalent məbləği 1 şans, 5-ci tirajda “Bravo” marketlərində, Bolt Food, xarici ölkə və saytlarda, UBank-da nağdsız əməliyyatlar (kredit ödənişləri, quasi cash, depozit artımı, Topla, kartdan karta, sürətli pul köçürmələri və.s istisnadır), yanacaqdoldurma məntəqələrində, kafe-restoranlarda, Trendyol-da hər tam 10 AZN-lik nağdsız ödəniş 3 şans) olmaqla lotereya şansları (biletləri) qazandırmışdır. “Stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərarın 4.9-cu maddəsində deyilir: “Təşkilatçı lotereya başlamazdan əvvəl onun şərtlərini mediada elan etməlidir.” Unibank KBnin keçirtdiyi lotereyanın tam şərtləri: Lotereyada hansı kartlar iştirak edəcək? Tirajlarda Bankın debet, kredit, digital kartları ilə (sahibkarlara verilən kartlar, gift kartlar, istehlak kreditlərinin kompensasiyası ilə bağlı verilən kartlar, biznes, Leobank kartları istisna) nağdsız ödəniş edən müştərilər iştirak edəcəklər. Minimal - ödəniş hər tirajda iştirak etmək üçün həmin tiraj dövründə min. 50 AZN nağdsız ödəniş edərək 5 şans qazanılmalıdır. Şanslar - əvvəlki tirajlardakı şanslar sıfırlanmır. Növbəti tiraj müddətində yenidən min. 50 AZN nağdsız ödəniş edib min. 5 şans qazandıqda əvvəlki tirajlarda yığılmış bütün şanslar yenidən tirajda iştirak edir. Hər tam 10 AZN və onun ekvivalent məbləği 1 şans qazandırır. 5-ci tirajda "Bravo" marketlərində, Bolt Food, xarici ölkə və saytlarda, UBank-da nağdsız əməliyyatlar (kredit ödənişləri, quasi cash, depozit artımı, Topla, kartdan karta, sürətli pul köçürmələri və.s istisnadır), yanacaqdoldurma məntəqələrində, kaferestoranlarda, Trendyol-da hər tam 10 AZN-lik nağdsız ödəniş 3 şans qazandırır. Lotereya dövründə müxtəlif vaxtlarda 5 AZN və 8 AZN dəyərində nağdsız ödənişlər etdikdə, tam olaraq 10 AZN məbləğ olmadığı üçün bu ödənişlər şans qazandırmır. Tirajlar və oynanılma tarixi 1. xx.xx.2024 - xx.xx.2024 (xx.xx.2024 tarixində "Xəzər TV"-nin efirində canlı oynanıldı) 1-ci tirajı burada izlə: https://youtu.be/Cry0uZirKmE
2. xx.xx.2024 - xx.xx.2024 (xx.xx.2024 tarixində "Xəzər TV"-nin efirində canlı oynanıldı) 2ci tirajı burada izlə: https://youtu.be/tkn44A2gRHİ 3. xx.xx.2024 - xx.xx.2024 (xx.xx.2024 tarixində "Xəzər TV"-nin efirində canlı oynanıldı) 3-cü tirajı burada izlə: https://youtu.be/qZj3Zjgfgz0 4. xx.xx.2024 - xx.xx.2024 (xx.xx.2024 tarixində "Xəzər TV"nin efirində canlı oynanıldı) 5. xx.xx.2024 - xx.xx.2024 (xx.xx.2024 tarixində "Xəzər TV"-nin efirində canlı oynanılacaq) (xx.xx.2025 tarixində "Xəzər TV"-nin efirində canlı oynanıldı) Tirajlarda hansı hədiyyələr oynanılacaq? 1-ci tirajda 200 nəfər 100 AZN, 20 nəfər 500 AZN, 10 nəfər iPhone 15 Pro, 20 nəfər 1000 AZN və 2 nəfər X8 avtomobili qazandı. 1-ci tirajda 252 nəfər qalib oldu. 2-ci tirajda 200 nəfər 100 AZN, 20 nəfər 500 AZN, 10 nəfər iPhone 15 Pro, 20 nəfər 1000 AZN və 2 nəfər X8 avtomobili qazandı. 2-ci tirajda 252 nəfər qalib oldu. 3- cü tirajda 200 nəfər 100 AZN, 20 nəfər 500 AZN, 10 nəfər iPhone 15 Pro, 20 nəfər 1000 AZN və 2 nəfər X8 avtomobili qazandı. 3-cü tirajda 252 nəfər qalib oldu. 4-cü tirajda 200 nəfər 100 AZN, 20 nəfər 500 AZN, 10 nəfər iPhone 15 Pro, 20 nəfər 1000 AZN və 2 nəfər X8 avtomobili qazandı. 4-cü tirajda 252 nəfər qalib oldu. 5-ci tirajda 200 nəfər 100 AZN, 20 nəfər 500 AZN, 10 nəfər iPhone 15 Pro, 20 nəfər 1000 AZN və 3 nəfər Sea Breeze-də 1 otaqlı, təmirli və əşyalı mənzil qazandı. 5-ci tirajda 253 nəfər qalib oldu. Şans qazandırmayan ödənişlər Nağd əməliyyatlar, kredit ödənişləri, depozit artımı, “Topla” yaradılması, kartdan karta köçürmə, quasi cash əməliyyatları, sürətli pul köçürmələri, broker xidmətlər, qumar-mərc oyunlarına və ya digər lotereyalara ödənişlər, reversal əməliyyatlar (ləğv olunmuş əməliyyatlar). Kim iştirak etmir? Qeyri-rezidentlər, bankın əməkdaşları, "xxxx" İnvestisiya Şirkəti ASC-nin əməkdaşları, banka aidiyyatı olan şəxslər lotereyada iştirak etmir. Tez-tez verilən suallar Lotereyaya qoşulmaq üçün qeydiyyatdan keçməliyəm? Xeyr, Unibank kartınla minimum 10 AZN-lik nağdsız ödəniş etmək kifayətdir. Lotereyada kim iştirak edə bilər? 18 yaşdan yuxarı hər kəs iştirak edə bilər. Qazanılmış hədiyyəni pul şəklində almaq olar? Xeyr. Unibank kartını necə əldə edə bilərəm? Sənə yaxın Unibank filialına gəlməklə və ya UBank tətbiqindən sifariş etməklə. Mənə yaxın olan filialı necə tapım? UBank tətbiqindən sənə yaxın olan filialı tapa bilərsən. Bir tirajda neçə hədiyyə qazanmaq mümkündür? Hər müştəri bir tirajda iki dəfə qalib ola bilər.Hər tirajda iştirak üçün hər dəfə ödəniş etməliyəm? Bəli, hər tirajda iştirak etmək üçün həmin tiraj dövründə min. 50 AZN nağdsız əməliyyat etməlisən. Əgər bu şərt yerinə yetirilməzsə, həmin tirajda iştirak edə bilməyəcəksən. Təkrar hədiyyə qazana bilərəm? Avtomobilin qalibi növbəti tirajlarda avtomobil və ev qazana bilməz, lakin pul və mobil telefon uduşunda iştirak edə bilər. Kiçik hədiyyə (pul uduşları, mobil telefon) qazanan müştəri eyni tirajda super hədiyyə (ev və avtomobil) qazana bilər. Yəni, eyni tirajda iki kiçik hədiyyə qazanıla bilməz, eyni tirajda iki super hədiyyə qazanıla bilməz, eyni tirajda bir kiçik, bir super hədiyyə qazanıla bilər. Əvvəlki şanslarım sıfırlanır? Xeyr, şanslar sıfırlanmır, hər tirajda min. 50 AZN nağdsız əməliyyat edib 5 şans qazanmaqla yenidən iştirak etmək hüququ qazanırsan. Lotereya haradasa yayımlanacaq? Bəli, lotereyanın uduş fondu xüsusi kompüter proqramı vasitəsilə elektron püşkatma qaydasında keçiriləcək və "Xəzər TV" televiziyasında canlı olaraq yayımlanacaq. Qaliblər saytda elan olunur? Bəli. Hətta, qaliblərə bildiriş göndərilir. Lotereya markalar tərəfindən maliyyələşdirilmir. 1-ci pozuntu halları: xx.xx.2024-cü il tarixdə lotoreyanın son tirajını keçirməli idi. Lakin xx.xx.2024-cü il tarixində tirajın oynanılmasına 1 gündən az qalmış tirajın oynanılma vaxtını 2 həftə qabağa çəkmək barədə məlumat verərək son tirajı xx.xx.2024-cü il tarixdə keçirtmişdir. Vaxt - “təyyarə qəzasını səbəb gətirərək” (bununla qanunun tələblərini pozaraq, vəziyətdən suiistifadə edərək, əsassız yerə uzun müddət sonraya tirajın oynanılma vaxtını dəyişdirmişdir) 2-ci pozuntu halları: Bundan əlavə olaraq bu lotoreya üzrə iddiaçının şansları (biletləri) düzgün hesablanmamış, bununla bağlı tiraj oynanılmadan öncə xx.xx.2024-cü il tarixdə banka müraciət edilmiş və elə həmin tarixdə də “Müraciətiniz qeydə alındı, düzəliş ediləcək” barədə cavab alınmışdır. Lakin tiraj oynanıldığı xx.xx.2025-ci il tarixdə də, bu gün də şans (bilet) sayları düzəldilməmişdir. (bununla lotereya təşkilatçısı qanunun tələblərini pozaraq, qeyri-şəffaf, ədalətsiz oyun keçirərək iddiaçının hüquqlarını pozmuşdur) 3-cü pozuntu halları: xx.xx.2025-ci il tarixdə "xxxx" Teleradio Yayım Şirkəti (bundan sonra Xəzər TV) vasitəsilə canlı yayımda keçirilən tirajda elektron qaydada qalib seçimi aparılırdı. Lakin həmin seçimlərin nə qədər şəffaf keçirilməsi iddiaçıya, digər iştirakçılara və tamaşaçılara tam dəqiq bəlli deyil (UNİBANK KB-nin sosial şəbəkələrdəki paylaşımlarına yazılan rəylərdə də bu açıq aşkar görünür). Çünki tiraj canlı yayımda keçirilsə də, qaliblərin seçilməsinin canlı olaraq keçirilməsi baradə heç bir sübut və fakt canlı yayımda əks olunmurdu. Canlı yayın zamanı, canlı yanın studiyasında olan ekranda görüntü vasitəsilə sadəcə seçimin aparılması göstərilirdi. (ekranda yanlızca virtual bank kartlarının virtual barabanda fırlanaraq dayanması, dayandıqdan sonra həmin virtual kartlardan birinin irəli gələrək arxasının çevirilməsi və orda qısaldılmış ad soyadın yazılması əks olunurdu, başqa heç bir şey əks olunmurdu) Tiraj komissiyası da canlı efirdə, studiyada əyləşmiş və qaliblərin seçilməsini yuxarıda göstərilən qaydada tamaşaçılar, iştirakçılar kimi eyni variantda izləyirdi. Həmin ekranda olan seçimin keçirilməsi zamanı tətbiq edilən texniki vasitələr və görüntünün real vaxt rejimində aparılması, tamaşaçılara (iştirakçılara) real vaxt rejimində ötürülməsi, qalib seçiminin aparılmasının aşkarlığı və digər əsas ədalətli və qanuni prinsiplərə, aşkarlıq şərtlərinə riayət edilməmişdir. İştirakçılardan, müştərilərdən və tamaşaçılardan əlavə olaraq da tiraj komissiyasının sədri və üzvləri də yuxarıda qeyd edilmiş qaydada qalib seçimini izləyirdi. 1-ci pozuntu halları üzrə istinad edilən fakt və hallar və onları təsdiq edən sübutların siyahısı: Lotereyanın xx.xx.2024-cü il tarixində keçirələcək son tirajınının xx.xx.2024-cü il tarixdə dəyişdirilməsini bildikdən sonra iddiaçı "xxxx"-nin instagram sosial şəbəkəsində olan rəsmi səhifəsi vasitəsilə müraciət etmişdir. Cavablar isə ilk başda şablon oldu, daha dəqiq cavab vermələrini istəyəndən sonra müxtəlif bəhanələr bildirildi. Daha sonra qanunların tələbini və s. bildirdikdən sonra artıq sonda etiraf edilərək bank rəhbərliyi tərəfindən belə qərar verildiyi bildirildi. Bu cavablara baxılanda da açıq-aşkar görsənir ki, əgər iddiaçı əsaslı arqumentlər bildirməsəydi, ona şablon cavab verib mövzunu bağlayacaqdıqlar. Bununla da verdikləri cavabların əsassız və düzgün olmadığı göz önündədir. "xxxx"-nin onlayn konsultasiya şöbəsinin mütəxəssisi Məmmədov Eldar suallarını cavablayırdı: İddiaçının sualı: Hansı qanuna və əsasa görə “təyyarə qəzasını səbəb gətirərək” tirajın vaxtının dəyişdirilməsi barədə oldu. Suala cavab: xx.xx.2024-cü il tarixdə baş verən qəzada həlak olan Azərbaycan Respublikasının Vətandaşlarının xatirəsinə xx.xx.2024- cü il tarixdə rəsmi qaydada matəm elan edilibdir. Bu səbəbdən tirajın vaxtı dəyişdirilib. İddiaçının sualı: Bu cavabdan sonra həmin əməkdaşa cavab olaraq bildirdi: Qəza xx.xx.2024-ci il tarixdə baş verib, xx.xx.2024-cü il tarixdə isə rəsmi olaraq matəm elan edilib. Həlak olanlara Allahdan rəhmət diləyirəm, yaralananlara da Allah şəfa versin. Amma sizin tiraj nə ayın 25-i nədə ayın 26-sı idi, sizin tiraj xx.xx.2024cü il tarixdə baş tutmalı idi. Yəni tiraj nə qəza gününə nədə rəsmi olaraq matəm elan olunduğu günə düşüb. Siz niyə bu cür acı hadisədən istifadə edib, tirajın oynanılma vaxtını 2 həftə uzadırsız. Suala cavab: Tədbirlərin və canlı yayımların əyləncə xarakterli olduğu üçün, günlərin dəyişdirilməsi rəsmi qaydada bildirilib. İddiaçının sualı: Sizə kim tərəfindən tiraj günün dəyişdirilməsi bildirilib? Suala cavab: Dövlət Strukturları tərəfindən təyin edilən qərar üzrə. Daha sonra iddiaçı yenə dəqiq suallar verdi və dəqiq cavablar verilməsini tələb etsə də gah ilk başda verdiyi cavabları verdilər, gah da şablon cavablar verdilər. Qanuna əsasən Azərbaycan Respublikası ərazisində xx.xx.2024-cü il tarixdə rəsmi matəm olunduğunu və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək media üzrə heç bir məhdudiyyət qoyulması barədə rəsmi qərarın və qanunun olmadığı bildirdi. Beləliklə əsalandırılmış cavab tapmadıqdan sonra isə cavab olaraq bildirildi ki: Lotereya bank tərəfindən təqdim olunan bir oyundur, şərtlər, oyun tarixi, bank rəhbərliyi tərəfindən müvafiq səbəblər ilə dəyişdirilməsi istənilən zaman mümkündür. Lotoreya bankın öz məhsuludur və bank daxili qaydalara əsasən gün təyini bank tərəfindən edilir. Ən son yazdıqlarına cavab belə yazmadılar. Bu qeyd edilənlər yazışmadan qısa bir hissə idi. Ümumi yazışmaya baxılanda dəyişdirilmə səbəbinin dövlət qurumlarının qərarları ilə, TV kanalı ilə ortaq qərar ən son isə bank rəhbərliyinin qərarı ilə olduğu bildirildi. "xxxx"-nin verdiyi cavablarının qanununsuzluğu: Hal-hazırda “media” fəaliyyətini tənzimləyən qanunvericilik: “Media haqqında” Azərbayacan Respubliaksının qanunu, “audiovizual media” fəaliyyətini tənzimləyən orqan isə: Azərbaycan Respublikası Audiovizual Şurasıdır. xx.xx.2024-cü il tarixdə baş vermiş qəza ilə bağlı “2024-cü il dekabrın 26-da Azərbaycan Respublikasının ərazisində matəm elan edilməsi” barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sərəncam vermişdir. “Media haqqında” Azərbayacan Respublikasının Qanununun 39-cu maddəsində deyilir: 39.3. Ümumxalq hüzn, Anım və matəm günlərində audiovizual yayım aşağıdakı qaydada həyata keçirilməlidir: 39.3.1. komediya və erotik filmlər, televiziya və radio viktorinaları, yumoristik, əyləncəli və ümumxalq hüzn, Anım və matəm günlərinin mahiyyətinə uyğun olmayan digər proqramlar yayımlanmamalıdır; 39.3.2. reklam yayımlanmamalıdır (Anım Günü istisna olmaqla); 39.3.3. azı hər iki saatda bir dəfə ümumxalq hüzn, Anım və matəm günü ilə bağlı məlumat yayımlanmalıdır; 39.3.4. saat 12:00-da bir dəqiqəlik sükut elan edilməlidir. Bu hadisə və sərəncamla əlaqədar olaraq Azərbaycan Respublikası Audiovizual Şurasının rəsmi internet səhifəsində (https://acra.gov.az/az/xeberler/1324) xəbərlər bölməsində sadəcə bu xəbər paylaşılıb: Audiovizual Şura təyyarə qəzası ilə əlaqədar başsağlığı verir. Azərbaycan Respublikası Audiovizual Şurasının rəhbərliyi və kollektivi “Azərbaycan Hava Yollarına” məxsus Bakı- Qroznı istiqamətində uçan təyyarənin qəzaya uğraması nəticəsində faciəvi şəkildə həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə şəfa tapmasını diləyir. 26 dekabr tarixinin matəm günü elan olunması ilə əlaqədar Audiovizual Şura xatırladır ki, audiovizual media subyektləri tərəfindən “Media haqqında” Azərbaycan Respublikası Qanununun matəm günlərində audiovizual yayıma dair müddəalarının (39.3cü maddə) tələblərinə riayət olunmalıdır. Bu hadisə və sərəncamla əlaqədar olaraq Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin rəsmi internet səhifəsində (https://media.gov.az/azerbaycanrespublikasinin-medianin-inkisafi-agentliyinin-aciqlamasi- 12) xəbərlər bölməsində sadəcə bu xəbər paylaşılıb: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlaması Bəzi onlayn media subyektlərində Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin Aktau şəhərinin yaxınlığında qəzaya uğramasının səbəblərinə dair müxtəlif mülahizələrə əsaslanan məlumatlar yayılmaqdadır. Media subyektlərini məlumat yayarkən “Media haqqında” Azərbaycan Respublikası Qanununun mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblərinə əməl etməyə, rəsmi mənbələrin rəyini əks etdirməyən, təhrif olunmuş informasiya hazırlamaqdan çəkinməyə çağırırıq. Xüsusi vurğulayırıq ki, bu kimi hallar media etikasının tələblərinə cavab verməməklə yanaşı, media subyektinin hüquqi məsuliyyətini şərtləndirir. Jurnalistləri, ictimai fəalları belə məsələlərə qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa, cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa çağırırıq. xx.xx.2024-cü il tarixindən sonra ölkə üzrə matəmin davam etdirilməsi və ya hər hansı bir TV və s. hüquqi şəxslərin fəaliyyətində məhdudiyyətin qoyulması barədə rəsmi qərar, sərəncam və s. olmamışdır. "xxxx"-nin təşkil etdiyi lotereyanın 5-ci tirajının keçiriləcəyi canlı yayım Xəzər TV-də yayınlanacaqdı. xx.xx.2024-cü il tarixdən (ölkə üzrə matəm elan olunduğu gün) sonra xx.xx.2024, xx.xx.2024-cü il və s. tarixlərdə Xəzər TV efirində musiqili, yumoristik, əyləncəli və s. yayımlar baş tutmuşdur. Bundan əlavə olaraq da Azərbaycan Respublikasında rəsmi olaraq qeydiyyatdan keçmiş liseziyası olan lotereya şirkəti "xxxx" Açıq Səhmdar Cəmiyyətidir. "xxxx" ASC-də özünə aid olan lotereya tirajlarını xx.xx.2024, xx.xx.2024-cü il və s. tarixlərdə keçirmişdir. Yuxarıda göstərilənlər və qarşı tərəfin verdiyi açıqlamalara nəzərən, tirajın da xx.xx.2024-cü il tarixində olması faktına əsasən, qarşı tərəfin hadisədən istifadə edərək əsassız şəkilədə tiraj vaxtının 2 həftə uzadılması halı sui-istifadədir və verdiyi cavablar qanunsuzdur. “Stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərarın 5-ci maddəsində deyilir: 5.1. Lotereyanın şərtlərinə əlavə və (və ya) dəyişikliklərin edilməsi barədə qərar Təşkilatçının icra orqanının rəhbəri tərəfindən qəbul edilir. Təşkilatçı tərəfindən lotereyanın şərtlərinə əlavə və (və ya) dəyişikliklərin edilməsinə yalnız Nazirliyin icazəsi ilə yol verilir. 5.5. Təşkilatçı lotereyanın şərtlərinə edilmiş əlavələri və (və ya) dəyişiklikləri lotereyanın oynanılması tarixinə azı 3 (üç) iş günü qalmış mediada elan etməlidir. Unibank KB-nin təşkil etdiyi lotereyanın əvvəlcədən qeyd edilmiş şərtlərində “təşkilatçının istədiyi vaxt şərtlərə dəyişlik edə biləcəyi” barədə bənd qeyd edilməmişdir. Bundan əlavə təşkilatçı, yəni Unibank KB qanuna əsasən dəyişiklik barədə məlumatı tiraj oynanılmasından azı 3 iş günü öncə media ilə elan etməli idi. Bank xx.xx.2024-cü il tarixdə ölkə üzrə matəm elan olunmasını bəhanə edərək, tirajın vaxtının dəyişdirildiyi məlumatının 3 iş günü öncə elan edə bilmədiyini bildirmişdir və lotereyanın bankın öz məhsulu olduğu üçün istədəyi vaxt istədiyi hərəkəti edə biləcəyini bildirmişdir. Halbuki tirajın oynanılma vaxtı xx.xx.2024-cü il tarixdə idi. Yəni, matəm gününə düşmürdü. Həmçinin həmin tarixlərdə tirajı canlı yayında yayınlayacaq Xəzər TV, həmin tarixlərdə əyləncəli xarakterli yayınlar edirdi. Unibank KB-nin heç biri qanuni əsası olmadan sonuncu tirajın vaxtını qanuna uyğun olmadan 2 həftə uzatması səbəblərinin “altında nə gizləndiyi” sual doğurur. Fərz edilsə ki, həmin tiraj ölkədə rəsmi elan olunmuş matəm günü ilə ilə üst-üstə düşüb və bu tiraj media (TV) vasitəsilə canlı yayında baş tutmalı olduğundan o zaman Media haqqında qanuna əsasən fors major (3 iş günü qabaqcadan xəbardarlıq etmək mümkün olmadığından) hal kimi həmin gün deyil növbəti gün keçirdə bilərdi. Amma belə bir hal üçün də şərtlərə dəyişiklik edib 2 həftə vaxt uzadıla bilməzdi. Yuxarıda göstərilən qanunlara və faktlara əsasən Unibank KB-nin etdiyi bu hərəklər qanunsuz və əsassız olmaqla, hər hansısa bir hadisədən sui-istifadə edərək, hüquqları pozaraq etmişdir. 2-ci pozuntu halları üzrə istinad edilmiş fakt və hallar və onları təsdiq edən sübutların siyahısı: xx.xx.2024-cü il tarixdə Unibank KB-ya məxsus uBank mobil tətbiqində şansların (biletlərin) göstərildiyi bölmədə 6 şansının (bileti) olmadığını (hesablanmadığını) aşkarlamışdır. Bununla bağlı xx.xx.2024-cü il tarixdə Unibank Kb-nin 117 məlumat mərkəzinin rəsmi WhatsApp xətti olan +**********17 nömrəsinə WhatsApp vasitəsilə yazıb müraciət etmişdir. İdentifikasiya və şəxsi məlumatlarıı təqdim etdikdən sonra verilən bütün suallara cavab və tələb olunan məlumatları təqdim etdikdən sonra xx.xx.2024-cü tarixdə saat 17:31-də “Müraciətiniz qeydə alındı, düzəliş ediləcək.” cavabı verildi. Daha sonra yuxarıda qeyd edildiyi kimi xx.xx.2024-cü il tarixdə keçirilməli olan tiraj, xx.xx.2025-ci il tarixində keçirildi. xx.xx.2025-ci il tarixdə Xəzər Tv-də canlı yayın başladıqdan sonra iddiaçı "xxxx"-ya məxsus uBank mobil tətbiqinə daxil olmuş, orada şansları (biletlərin) göstərildiyi bölmədə yenə də 6 şansının (bileti) olmadığını görmüşdür. Həmin gün tiraj keçirildi, amma iddiaçının 6 şansı o tirajda iştirak etmədən, elə həmin gün tiraj oynanılıb bitdikdən sonra axşam saatlarında o yenidən "xxxx"-nin 117 məlumat mərkəzinin rəsmi WhatsApp xətti olan +**********17 nömrəsinə WhatsApp vasitəsilə yazıb müraciət etdi. İlk öncə lotereyanın bitdiyi barədə sual verdi və təsdiq cavabı aldıqdan sonra identifikasiya və şəxsi məlumatlarını təqdim edərək keçirilən lotereyada nə qədər şansının olduğunu soruşdu. Məlumat mərkəzinin əməkdaşı bu barədə məlumatı verə biməyəcəyini və yalnızca şansların dəqiq sayını "xxxx"-ya məxsus uBank mobil tətbiqində görə bilərsiz cavabı verdi. Daha sonra xx.xx.2025-ci il tarixdə iddiaçı yenidən "xxxx"-nin 117 məlumat mərkəzinin rəsmi WhatsApp xətti olan +**********17 nömrəsinə WhatsApp vasitəsilə yazıb bildirdi ki, xx.xx.2024-cü il tarixdə şanslarının (biletləri) əskik hesablanması barədə müraciət etmişdi, amma hələ də o şanslar düzəldilməyib. Əməkdaş cavab verdiki, sorğunuza əsasən xx.xx.2024-ci il tarixdə şanslarınız kompensasiya olunub. O isə bildirdi ki, bəs bu barədə nə bildiriş nə də məlumat verilib, şanslar isə ancaq və ancaq Ubank tətbiqdə görmək mümkündür, o da ordan biletlərinə baxanda şanslarının düzəlmədiyini görür. Əməkdaş bildirdi ki, şanslar kompensasiya olunmuşdur amma ubank tətbiqində göstərilmir. Qayda belədir. (Ən maraqlısı odur ki, xx.xx.2024- cü il tarixli müraciətdən sonra Ubank mobil tətbiqində göstərilən şanslar (bilet) yoxa çıxdı. Artıq tətbiqdə o bölməni görə bilmir. Amma sübut kimi real vaxt rejimində qeydə alınmış video qeydlər var.) Bu absurd cavabdan sonra əməkdaşa bildirdi ki, sizin dediyinizə görə müraciət xx.xx.2024-cü il tarixində icra olunubsa, niyə iştirakçıya və vətandaşa müracitələ bağlı məlumat və ya cavab verilməyib. Əməkdaş isə bildirdi ki, siz soruşanda biz cavab verə bilərik. Daha bir absurd cavabdan sonra iddiaçı qeyd etdi ki, bu qanunsuzdur. Əməkdaş isə bildirdi ki, bankın daxili qaydalarına əsasən bu belədir. İddiaçı isə bankın daxili qaydalarının Azərbaycan Respublikası qanunlarından üstün olmadığını bildirdi və “Vətandaşların müraciətləri haqqında” qanunu xatırlatdı. Əməkdaş eyni cavabı verdikdən sonra, həmin əməkdaşa sual verdim: Siz bankın daxili qaydalarını Azərbaycan Respublikası qanunlarından üstün tutursuz? Vətandaşların müraciətlərinə baxılması haqqında qanunu icra etmirsiz? Əməkdaş cavab vermədi, dəfələrlə yazandan və neçə vaxt gözlədikdən sonra bank əməkdaşı iddiaçını ələ salırmış kimi sualını görməzdən gəlib, başqa sualınız varmı deyə cavab yazdı. Dəfələrlə xahiş və tələb etsə də həmin suala cavab vermədi və aidiyyatsız cavablar verdi. Ən sonda yazdı ki, hörmətli əməkdaş xahiş edirəm indi yazacağım suala cavab verin sualı verdim və hələdə cavab verilməyib. xx.xx.2024-cü il tarixindən bu günə qədər hələdə iddiaçının şansları (biletlərindən) 6-sı əskikdir. İddiaçının 6 şansının o tirajda iştirak etmədiyi tiraj keçirilmiş və hüquqları pozulmuşdur. Lotoreyanın sonuncu tirajının ədalətsiz və qeyri-şəffaf şəkildə keçirildiyinə daha bir sübut. Yuxarıda qeyd edilmiş 3-cü pozuntu halları üzrə: 3-cü pozuntu halları üzrə yazdığı faktların hamısı Xəzər TV-nin canlı efirində yayınlanmışdır. Bunun üçün əlavə heç bir sübuta gərək yoxdur. Tirajların efirdə yayınlalan videogörüntüləri var. Fakt olaraq yuxarıda qeyd etdiyi 3-cü pozuntu halları açıq-aşkar videoda bariz şəkildə görsənir. Yəni qaliblərin seçiminin canlı yayımda keçirilməsi sadəcə verilişin canlı yayında aparılması halı ilə müşahidə olunmuşdur. Vətandaşlar və iştirakçılar “qaliblərinin elektron qaydada random üsulu ilə seçilməsi” canlı izləməmişdir. Çünki, qeyd etdiyi kimi sadacə canlı yayım efirində yerləşdirilmiş ekranda göstərilənlərin real vaxt rejimində necə və hansı üsulla seçilməsi və s. göstərilmirdi. Bu isə iştirakçıların hüququnun pozulması halıdır. Bundan əlavə qaliblərin seçiminin şəffaf və ədalətli keçirildiyini sübut etmir. İştirakçılardan, müştərilərdən və tamaşaçılardan əlavə olaraq da tiraj komissiyasının sədri və üzvləri də yuxarıda qeyd edilmiş qaydada qalib seçimini izləyirdi. Ərizənin başlığından sonuna qədər qeyd etdiyi bütün faktlara dair sübutların foto və real zaman rejimində qeyd edilmiş video görüntüləri var. Digər sənədləri və fotoları pdf formatında elektron məhkəmə sistemi vasitəsilə iddia ərizəsi ilə birlikdə təqdim edəcək. Lakin video görüntüləri elektron məhkəmə sisteminə yükləmək olmadığından, tələb olunsa məhkəməyə real olaraq təqdim edə bilər. "xxxx" ilə online və zəng vasitəsilə dəfələrlə tirajın vaxtının dəyişdirlməsi və lotereyadakı şansları barədə müraciət etmişdir. Lakin iddiaçıya şablon cavablar verilib.
12. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə sonuncu ərizəsində 175.000 (yüz yetmiş beş min) manat əldən çıxmış fayda və dəymiş mənəvi zərərə görə 100.000 (yüz min) manat məbləğində pulun cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
13. Cavabdeh "xxxx" ASC iddia ərizəsinə yazılı etiraz verərək göstərmişdir ki, "xxxx" ASC-nin Əjdaha tirajlı Lotereyasının başlanması xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək dövrü əhatə etməklə 5 tirajla həyata keçirilməsi, 1-ci tiraj xx.xx.2024-cü il tarixində, 2-ci tiraj xx.xx.2024-cü il tarixində, 3-cü tiraj xx.xx.2024-cü il tarixində, 4-cü tiraj xx.xx.2024-cü il tarixində və 5-ci tiraj xx.xx.2025-ci il tarixində oynanılması nəzərə tutulmuşdu. Əjdaha tirajlı lotereyanın keçirilməsi ilə bağlı qeydiyyatın aparılması üçün "xxxx" ASC lotereyanın təşkili və keçirilməsi ilə bağlı məlumatları səlahiyyətli orqan olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə təqdim etmişdir. Lotereyaların təşkili və keçirilməsi sahəsində münasibətlərin dövlət tənzimlənməsində səlahiyyətli orqan olan Dövlət Vergi Xidməti tərəfindən Əjdaha adlı stimullaşdırıcı tirajlı Lotereyanın qeydiyyatı aparılmışdı. Eyni zamanda, xx.xx.2024-cü il tarixində oynanılması tarixinin xx.xx.2025-ci il tarixinə keçirilməsi “Azal” aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində ölkədə elan edilmiş matəmlə əlaqədar olaraq "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə müraciət edilmişdir. Dövlət Vergi Xidməti tərəfindən həmin müraciətə baxılaraq “Əjdaha” adlı stimullaşdırıcı tirajlı lotereyanın şərtlərində edilmiş dəyişiklik nəzərə alınmışdır. Digər tərəfdən bütün tirajların keçirilmə qaydasına nəzarət Əjdaha tirajlı lotereyanın şərtlərinin 2.22-ci bəndinə uyğun olaraq həyata keçirilmişdir. Belə ki, lotereyanın uduş fondunun təyin edilmiş qaydalar əsasında oynanılmasına nəzarət məqsədi ilə tiraj komissiyası və komissiyanın sədri təyin edilir. Təşkilatçı uduş fondunun oynanılmasına azı 1 (bir) iş günü qalmış tiraj komissiyasının üzvləri haqqında məlumat AR İqtisadiyyat Nazirliyinə təqdim olunur. Tiraj komissiyasının sədri müəyyən edilmiş tarixdə, vaxtda və yerdə toplaşaraq uduş fondunun oynanılmağa başlandığını elan edir. Eyni məqsədlərlə AR İqtisadiyyat Nazirliyinin lotereyaların keçirilməsinə nəzarəti həyata keçirən müvafiq strukturunun əməkdaşları üçün lotereyanın keçirilməsində istifadə olunan xüsusi proqram təminatına giriş imkanı (istifadəçi adı və şifrə) Bank tərəfindən təqdim edilir. Lotereyaların təşkili və keçirilməsi sahəsində münasibətlərin dövlət tənzimlənməsində səlahiyyətli orqan olan Dövlət Vergi Xidməti məhz həmin xüsusi proqram təminatına giriş vasitəsilə nəzarəti həyata keçirir. Göründüyü kimi, Azərbaycan Respublikasında lotereyaların təşkili və keçirilməsinin qaydaları, lotereyaların təşkilatçılarının və iştirakçılarının hüquq və vəzifələri “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Eyni zamanda, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 2022-ci il 5 dekabr tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi Qaydası”nın 12-ci hissəsi ilə stimullaşdırıcı lotereya üzrə hesabatların tərtibi və təqdim edilməsinə dair tələblər müəyyən edilmişdir. "xxxx" ASC-nin Əjdaha tirajlı lotereyasının təşkili və keçirilməsi ilə bağlı Şərtləri də yuxarıda qeyd edilən qanunvericilik aktlarının tələblərinə əsasən həyata keçirilmişdir. Bank tərəfindən təqdim edilmiş məlumatlar nəzərə alınmış və onlarda çatışmazlıq aşkar olunacağı təqdirdə müvafiq düzəlişlərin edilməsi və çatışmazlıqların aradan qaldırılması ilə bağlı “Stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi Qaydası”nın 12.7-ci bəndinə uyğun olaraq müvafiq məlumat (göstəriş) verilir. Həmin Qaydanın 12.8-ci bəndinə əsasən təşkilatçı tərəfindən bu Qayda ilə müəyyən edilmiş qaydada hesabatların təqdim edilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.
14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1788/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim X5)
15. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab etmişdir ki, "xxxx" Kommersiya Bankı ASC tərəfindən həyata keçirilən “Əjdaha” tirajlı Stimullaşdırıcı Lotereyanın sonuncu, yəni 5-ci tirajının xx.xx.2024-cü il tarixdə keçirilməsi nəzərdə tutulsa da, sonradan ölkə ərazisində elan edilmiş matəm ilə əlaqədar olaraq lotereyanın şərtlərində dəyişiklik edilərək tirajın xx.xx.2025-ci il tarixdə keçirilməsi nəzərdə tutulmuşdur, lotereyanın şərtlərinin dəyişdirilməsi zamanı səlahiyyətli orqana müraciət edilmiş, eləcə də müvafiq məlumatlandırma hərəkətləri cavabdeh tərəfindən tam şəkildə yerinə yetirilmişdir. Bundan əlavə, iddiaçı cavabdeh tərəfindən lotoreya üzrə şanslarının (biletlər) düzgün hesablanmadığını, eləcə də lotereyanın xx.xx.2025-ci il tarixli tirajının şəffaf qaydada həyata keçirilmədiyini bildirsə də, bu hallardan birincisinin mövcudluğu ilə ona dəymiş zərər arasında səbəbli əlaqəni sübut edəcək zəruri sübutları məhkəməyə təqdim etməmiş (lotereya iştirakçılarının sayı, mövcud şansların (bilet) cəmi miqdarı və iddiaçının lotereya qalibi olması ehtimalına təsir edə biləcək digər vacib göstəricilər nəzərə alındıqda), məhkəmə araşdırmasının nəticəsində iddiaçının bildirdiyi qüsurların cavabdeh tərəfindən bütövlüklə aradan qaldırıldığı müəyyən edilmiş, xx.xx.2025-ci il tarixli tirajın şəffaf olmaması ilə bağlı sübuetmə vəzifəsi isə iddiaçı tərəfindən yerinə yetirilməmiş, məhkəmə araşdırması zamanı da bu hallar aşkar edilməmişdir.
16. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21-ci, 1096-cı, 1097.1-ci, 1100-cü maddələrinə, “Lotereyalar haqqında” Azərbaycan Respublikası Qanununun 4.9-cu naddəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının xx.xx.2022-ci il tarixli “Stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi Qaydası”nın 5.1-ci maddəsinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
17. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinə uyğun əsaslandırılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
21. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
24. “Lotereyalar haqqında” Azərbaycan Respublikası Qanununun: 4.9-cu maddəsinə görə lotereyanın şərtlərində dəyişiklik edilməsi üçün lotereya təşkilatçısı dəyişilmiş şərtlərlə keçiriləcək ilk oyun tarixinə azı 7 (yeddi) iş günü qalmış səlahiyyətli orqana müraciət edir. Lotereyanın şərtlərində dəyişiklik edilməsi ilə bağlı müraciət səlahiyyətli orqana daxil olduğu gün qeydiyyata alınır və həmin tarixdən etibarən 3 (üç) iş günündən gec olmayaraq, səlahiyyətli orqan dəyişikliklər edilməsinə icazənin verilməsi və ya bundan imtina edilməsi barədə qərar qəbul edir. Lotereyanın şərtlərində dəyişiklik edilməsinə razılıq verilməsi və ya bundan imtina edilməsi barədə qərar lotereya təşkilatçısına təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir..
25. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının xx.xx.2022-ci il tarixli “Stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi Qaydası”nın: 5.1-ci maddəsinə görə lotereyanın şərtlərinə əlavə və (və ya) dəyişikliklərin edilməsi barədə qərar Təşkilatçının icra orqanının rəhbəri tərəfindən qəbul edilir. Təşkilatçı tərəfindən lotereyanın şərtlərinə əlavə və (və ya) dəyişikliklərin edilməsinə yalnız Nazirliyin icazəsi ilə yol verilir.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmin qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
28. Hazırki apellyator qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
30. Hazırkı işin həlli baxımından məhkəmə kollegiyası vurğulayır ki, "xxxx" Kommersiya Bankı ASC-nin İdarə Heyətinin 11 iyun 2024-cü il tarixli (protokol № 64) Qərarı ilə “Əjdaha” tirajlı X2 təsdiq edilmiş, lotereyanın şərtlərinə əsasən sonuncu, yəni 5-ci tirajın xx.xx.2024-cü il tarixdə oynanılması razılaşdırılmış, lakin tiraj bu tarixdə keçirilməmiş, cavabdeh "xxxx" Kommersiya Bankı ASC tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə xx.xx.2024-cü il tarixli, HTİD-OUT-09580-2024 saylı məktubla müraciət edilərək “Azal” aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində baş vermiş faciə və ölkədə elan edilmiş matəmlə əlaqədar olaraq "xxxx" Kommersiya Bankı ASC tərəfindən keçirilən “Əjdaha” tirajlı Stimullaşdırıcı Lotereyanın 5-ci tirajı və onun uduş fondunun oynanılması tarixinin xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinə keçirilməsinin nəzərə alınması xahiş edilmiş, eləcə də "xxxx" Kommersiya Bankı ASC-nin İdarə Heyətinin xx.xx.2024-cü il tarixli (protokol № 150-3) Qərarı ilə “Əjdaha” tirajlı X1 dəyişiklik edilərək 2.5-ci bənddə “5-ci tiraj xx.xx.2024-cü il tarixində oynanılacaq” cümləsi, “5-ci tiraj xx.xx.2025-ci il tarixində oynanılacaq” cümləsi ilə dəyişdirilmiş və “Əjdaha” tirajlı X2 təsdiq edilmiş, lotereyanın 5-ci tirajı xx.xx.2025-ci il tarixdə keçirilmişdir. Hazırda İddiaçı cavabdeh tərəfindən lotereyanın həyata keçirilməsi zamanı qanunvericiliyin tələblərinə riayət edilmədiyinə istinad edərək bunun nəticəsində əldə çıxmış faydanın və mənəvi zərərin cavabdehdən tutulmasını xahiş edir.
31. Halbuki, "xxxx" Kommersiya Bankı ASC tərəfindən həyata keçirilən “Əjdaha” tirajlı Stimullaşdırıcı Lotereyanın sonuncu, yəni 5-ci tirajının xx.xx.2024-cü il tarixdə keçirilməsi nəzərdə tutulsa da, sonradan ölkə ərazisində elan edilmiş matəm ilə əlaqədar olaraq lotereyanın şərtlərində dəyişiklik edilərək tirajın xx.xx.2025-ci il tarixdə keçirilməsi nəzərdə tutulmuşdur, lotereyanın şərtlərinin dəyişdirilməsi zamanı səlahiyyətli orqana müraciət edilmiş, eləcə də müvafiq məlumatlandırma hərəkətləri cavabdeh tərəfindən tam şəkildə yerinə yetirilmişdir.
32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razlılaşır, belə ki, cavabdehin iddiaçı tərəfindən qanunsuz hesab edilən hərəkətləri barədə cavabdehə münasibətdə hər hansı inzibati tənbeh tədbiri tətbiq edilməmiş, onun təqsirli hərəkətləri müəyyən edilməmişdir. Bu sahədə tənzimləmələri həyata keçirən bitərəf qurum Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilmiş mütəxəssis rəyindən də aydın olur ki, cavabdeh tərəfindən lotereya iştirakçılarının hüquqlarını məhdudlaşdıran, lotereyanın formasının dəyişilməsinə təsir göstərən, uduş fondunun tərkibini dəyişən və ya onun həcmini azaldan əlavə və dəyişikliklər müəyyən edilməmişdir.
33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 1788/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.