Məhkəmə qərarları › İş №2(103)-4881/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4881/2021

27.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4881/2021 27.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, Cavabdeh və onun vəkili və nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-686/2021 saylı, 26.02.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “əlavə xərcdən azad edilmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək məhkəmədən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5986/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş 100 manat əlavə xərcin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 27.01.2016-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur.Cavabdehlə rəsmi nikahlarından 09.08.2017-ci il təvəllüdlü X11 adlı övladları dünyaya gəlmişdir. Cavabdehlə ilk vaxtlar münasibətləri normal olsa da sonradan münasibətləri pozulmuşdur. Bundan sonra, cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladı 09.08.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün ondan hər ay 154 manat məbləğində aliment tutulması, 09.08.2017-ci il təvəllüdlü X6 əməliyyat olunması üçün birdəfəlik 1500 manat məbləğində pul ödənilməsi, 09.08.2017-ci il təvəllüdlü X6 müalicə olunması ilə əlaqədar yaranmış əlavə xərclərə görə hər ay kifayət qədər gəlirlərinin olmasını əsas gətirərək onun xeyrinə hər ay 1000 manat məbləğində pul ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11.10.2018-ci il tarixli, 2(010)-5986/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək ondan 09.08.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 11.09.2018-ci il tarixindən başlayaraq hər ay 154 manat və 100 manat əlavə xərc olmaqla, cəmi 254 manat məbləğində alimentin iddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə icraya yönəldilmiş, icra məmuru tərəfindən ondan qətnamənin icrası tələb edilmişdir. O da məhkəmənin qətnaməsinə əsasən 254 manat məbləğində pulu hər ay vaxtlı-vaxtında ödəmişdir. Cavabdeh alimentin məbləğinin artırılması ilə bağlı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində iddia qaldırmış və iddiası təmin olunaraq, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsi isə alimentin məbləği artırılaraq 170 manat olmuşdur. O da qeyd edilməlidir ki, 09.08.2017-ci il təvəllüdlü X11 hal-hazırda sağlamdır. Onun heç bir müalicəyə ehtiyacı yoxdur. Onun anadangəlmə dilaltı nahiyəsində kista var. Bu da əməliyyat olunub sağalmışdır. Uşaq hal-hazırda sağlamdır. Onun heç bir əməliyyata və müalicəyə ehtiyacı yoxdur. Bu səbəbdən də əlavə xərcin ləğv olunması ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bundan başqa, onun başqa ailəsi də olmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29.09.2014-cü il tarixli, 2(011)-5956/2014 saylı qətnaməsin əsasən ondan 16.03.2007-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün X2 xeyrinə 103 manat aliment və müalicə olunduğu müddətdə hər ay 50 manat pul vəsaiti tutulması qət edilmişdir. Hazırda isə Covid-19-la bağlı hamıda olduğu kimi onun da vəziyyəti dəyişmişdir. O, işləmir və başqa yerdən gəlirləri yoxdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, o, cavabdehlə birgə nikahdan doğulmuş qızının saxlanılması hər ay 170 manat aliment, 100 manat isə əlavə xərc ödəyir. Onun hər ay bu qədər pul ödəməyə maddi imkanı yoxdur. Bundan əlavə, uşağın əməliyyatının birini özü etdirmiş, 600 manat ödəmiş, digərindən isə məlumatı olmamışdır. Hazırda uşaq sağlamdır və heç bir ağır xəstəliyi yoxdur. Uşağın saxlanılması üçün qanunla nə qədər müəyyən edilərsə aliment ödəməyə razıdır. Hazırda aliment borcu da yoxdur. Lakin uşaq ağır xəstə olmadığına görə ondan əlavə xərc tələb edilməsi əsassızdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-686/2021 saylı, 26.02.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməsi, İddiaçı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11.10.2018-ci il tarixli, 2(010)-5986/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş 100 manat məbləğində əlavə xərcin ödənilməsindən qətnamə qanuni qüvvəyə mindiyi tarixdən azad edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-686/2021 saylı, 26.02.2021-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddia ərizəsinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, İddiaçı ilə 27.01.2016-cı il tarixdə nikaha daxil olmuşdur.Birgə nikahlarından 09.08.2017-ci il təvəllüdlü X11 adlı bir uşaqları doğulmuşdur.İddiaçı ilə xasiyyətləri uyğun gəlmədiyinə görə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 12 mart 2019-cu il tarixli, 2(010)-1835/2019 nömrəli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli, 10)-5986/2018 nömrəli qətnaməsi ilə İddiaçı 09.08.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün 11 sentyabr 2018-ci il tarixdən başlayaraq hər ay 154 manat və 100 mat əlavə xərc olmaqla, cəmi 254 manat məbləğində aliment Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 2(010)-3448/2020 nömrəli qətnaməsi ilə alimentin miqdarı dəyişdirilərək, 09.08.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. 09.08.2017-ci il təvəllüdlü X11 doğulduqdan sonra müayinə olunan zaman “Displaziya” sümük-əzələ sistemi xəstəliyi, çanaq-omba oynağında çıxıq diaqnozu qoyulmuşdur, bundan başqa Cavabdeh keysəriyyə əməliyyatı ilə vaxtından əvvəl doğulduğu üçün nevroloji simtomlar, döş qəfəsinin timusu(beyində oksigen çatışmamazlığı və nəfəs darlığı) və dilinin altında xoşxassəli kistoz törəmə vardır. Müayinə zamanı həkimlər uşağın təcili əməliyyat olmasını bildirdilər. O da uşağı 20.11.2018-ci il tarixdə Azərbaycan Tibb Universitetinin X3 dilin altında olan kistanı əməliyyat edən zaman analizlərə və əməliyyata 1000 manatdan yuxarı pul xərcləndi.Həmin pulun 500 manatını İddiaçı vermişdir, həmin məbləği də uşağın alimentin pulundan kəsərək vermişdir. Uşaqda dilinin altında yenidən kista əmələ gəldiyinə görə 17.06.2020-ci il tarixdə “xxxx” MMC Avrasiya Hospitalında 600 manata təkrar əməliyyat etdirmişdir. Əməliyyatdan sonra həkim tərəfindən iynə dərmanlar yazılmışdır.Həmin dərmanlara da kifayət qədər pulu çıxmışdir. İkinci əməliyyatdan sonra uşağı müayinəyə aparan zamanı məlum oldu ki, dilin altında kista yenidən törəyib və üçüncü əməliyyata ehtiyac vardır. Uşaqda dilinin altında yenidən kista əmələ gəldiyinə görə 3-cü dəfə 22.02.2021-ci il tarixdə Davinci Hospitalında həkim onun maddi imkanı olmadığını nəzərə alaraq 200 manata təkrar əməliyyat etmişdir.Əməliyyatdan sonra həkim tərəfindən iynə dərmanlar yazılmışdır.Həmin dərmanlara da kifayət qədər pulu çıxmışdır. Göründüyü kimi, uşağın dilinin altında xoşxassəli kistoz törəmə xoşxassəli olsa da müalicəsi uzun müddət davam edən xəstəlikdir. Bu xəstəliyi araşdırarkən məlum oldu ki, Türkiyə və Almaniya kimi tibb sahəsində imkişaf etmiş ölkələrdə də bu cür əməliyyatlar nəticə verməmiş və kista təkrar ələ gəlmişdir.Həkimlərin dediyinə görə bu hallar uşaq 15 yaşına çatanadək törəmənin yenidən əmələ gəlmə ehtimalı yüksəkdir.Əməliyyat olmadığı təqdirdə kista böyüyür, uşağın yeməsinə, danışığına təsir edir. Nevroloji olan uşaq daha da aqressiv olaraq başını ağrıdan divara vurur və əllərini bütün günü ağzına salıb kistanı bir az da böyüdür. Həkimlər də uşağın dilinin altında olan kistanın birdəfəlik sağalmasına təminat verrnir.Bu cür kistalar ya hər ay uşağa narkoz verilərək içi çəkilməlidir ya da kista hər ya da kista əmələ gəldiyi zaman əməliyyat olunmalıdır.Birinci instansiya məhkəməsinə və apellyasiya şikayətinə əlavə etdiyi aşağıda qeyd olunan sənədlərdən görünür ki,

1. X8 26.05.2020-ci il tarixdə müayinə etdirərək 35 manat Avrasiya Hospitalına pul ödəmişdir və həmin hospital tərəfindən epikriz verilərək göstərilmişdir ki, X6 dil altı nahiyyəsində (tüpürcək vəzə yaxın) 20x12 mm ölçüdə kista qeyd olunur.

2. X6 analizlərinə 16.06.2020-ci il tarixdə 77 manat və 17.06.2020-ci il tarixdə əməliyyatına 600 manat “Avrasiya” Hospitalına pul dəmişdir.

3. X8 13.10.2020-ci il tarixdə müayinə etdirərək 27 manat Avrasiya Hospitalına pul ödəmişdir və həmin hospital tərəfindən epikriz verilərək göstərilmişdir ki, X6 orta çənəaltı nahiyyədə dəri səviyyəsindən 10.0 mm dərinlikdə, kənarının nazik kapsulası, içərsinin çoxsaylı dispers əlavələri olan 19.0x11.0 mm ölçülü qatı möhtəviyyatlı kist və hər iki boyun nahiyyədə bir neçə ədəd kiçik ölçülü reaktiv limfa düyünləri izlənilir.

4. X10 22.10.2020-ci il tarixdə müayinə etdirərək 27 manat Avrasiya Hospitalına pul ödəmiş və həmin hospital tərəfindən epikriz verilərək göstərilmişdir ki, X6 orta çənəaltı nahiyyədə dəri səviyyəsindən 10.0 mm dərinlikdə, kənarının nazik kapsulası, daxilinin dispers əlavələri olan 13.7x7.0 mm ölçülü kist izlənilir.

5. X8 03.12.2020-ci il tarixdə X17 MRT etdirərək 200 manat pul ödəmiş və həmin hospital tərəfindən epikriz verilərək göstərilmişdir ki, X6 dilin mərkəzi hissəsində orta xətdə tərkibində arakəsmə olan 18x15 mm ölçüdə incə divarlı kistoz törəmə (Lingual Foregut İ fikation Cyst-dilin duplikasion kistası?) izlənilir.

6. X8 20.02.2021-ci il tarixdə əməliyyat etdirərək 200 manat Davinc Hospitalına pul ödəmiş və bundan başqa dərmanlarına 300 manatdan çox pul xərcləmişdir.Birinci instansiya məkəməsində təqdim etdiyi və eyni zamanda şikayətə əlavə etdiyi epikriz və reseptlərdən də göründüyü kimi X11 hal-hazıradək nevroloji simtomlar, döş qəfəsinin timusu (beyində oksigen çatışmamazlığı və nəfəs darlığı) və dilinin altında xoşxassəli kistoz törəmə xəstəliyindən müalicə olunur, bunun üçün də uşağın müalicəsi üçün hər ay kifayət qədər xərc tələb olunur. Birinci instaniya məhkəməsi isə bütün yuxarıda qeyd olunanları nəzərə almayaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir.Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə asən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.2-ci maddəsinə əsasən analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideyinlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın (12.11.1989-cu il) 3.1-ci maddəsinin məzmununa görə uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il tarixli 19 may tarixli Qanununun (Bundan sonra “Uşaq hüquqları haqqında” Qanun) 19-cu maddəsinə əsasən valideyinlərin uşağın tərbiyyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumibəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar.Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onuun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailənin əvə maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Bununla əlaqədar ilk öncə qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşağı saxlamağa borcludurlar və uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər, Uşaqların gündəlik zəruri qida və digər zəruri ehtiyaclarının təmin edilməsində valideynlərin hər biri bərabər məsuliyyət daşıyırlar. Uşağın qayğısına qalmaq, onun normal inkişaf etməsinin təmin edilməsi valideynlərin vəzifəsidir. Eyni zamanda məhkəmənin diqqətinə çatdırır ki, valideynlərin uşağı saxlaması, onun qayğısına qalması və onun maddi cəhətdən təmin edərək geyim və digər zəruri ehtiyaclarının təmin edilməsində bərabər öhdəlik daşıması, uşağın saxlanılması, digər tərəfdən uşaqın sağlamlığı üçün bütün xərcin onun üzərinə qoyulması əsaslı hesab edilməməlidir.İş materiallarında olan Avrasiya Hospitalı, “X19” klinikası və Davinc Hospitalı tərəfindən verilmiş epikriz və reseptlərdən görünür ki, 09 avqust 2017- il tarixdə anadan olmuş X11 tibbi müayinədən keçmiş, ağır xəstədir və dilin altında olan kistanı götürmək üçün 3 dəfə əməliyyat etdirmişdir.Lakin bütün bunlara baxmayaraq yenidən həmin kista əmələ gəlmişdir.Yenidən həmin kistanın müalicəsi və əməliyyatı üçün kifayət qədər pul məvacibi lazımdır. Bundan başqa D.Miranzadəyə “Displaziya” sümük-əzələ sistemi xəstəliyi, çanaqomba çanağında çıxıq diaqnozu qoyulmuşdur. Eyni zamanda Cavabdeh keysəriyyə məliyyatı ilə vaxtından əvvəl doğulduğu üçün nevroloji simtomlar, döş qəfəsinin timusu(beyində oksigen çatışmamazlığı və nəfəs darlığı) diaqnozu qoyulmuş və həmin xəstəliklərlə də uşağın müalicəsini davam etdirir. Göstərilən xəstəliklərin müalicəsi üçün kifayət qədər pul lazım olduğuna görə həmin vəsaiti tək ödəmək üçün maddi imkanı yoxdur. Azərbaycan Respublikası Konustitutsiya Məhkəməsinin Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 27 yanvar 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1 -ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı aranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir.Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir.Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunan “göstərilən kənar xidmət”, “və digər hallarda” müddəaları bir-birindən fərqlənir. Belə ki, “və digər hallarda” müddəası ciddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmət ilə bağlı olduğu halda, “göstərilən kənar xidmət” müddəası isə birbaşa tibbi xidməti deyil, həmin şəxslərə göstərilmiş və ya gələcəkdə göstərilməsi nəzərdə tutulan əalavə xidmətlərə görə (maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladın müalicə müəssisəsinə aparılıb-gətirilməsi üçün nəqliyyat xərcləri, kənar şəxslərin köməyinə ehtiyacı olan şəxslərə qulluq göstərilməsi ilə əlaqədar xidmətçiyə ödənilən xərclər və s.) çəkilən xərclərdir. Bundan başqa Plenumun qərarında göstərilmişdir ki, yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideyinlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideyinlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideyinləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Məhkəmə valideyinləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Azərbaycan Respublikası Ailə Məcəlləcəlləsinin 81.3-cü maddəsi). Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Birinci instansiya məhkəməsi iddianı bir cümlə ilə təmin edərək göstərmişdir ki, uşağın səhhəti ilə bağlı vəziyyət əhəmiyyətli dərəcədə dəyişmişdir. Halbu ki, o, məhkəmə iclasında Avrasiya Hospitalı, “X19” Klinikası və Davinc Hospitalı tərəfindən verilmiş epikriz və reseptləri təqdim edərək uşağın yuxarıda qeyd olunan xəstəlikərdən əziyyət çəkdiyini bildirsə də, məhkəmə bütün bunları nəzərə almayaraq, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaratmalı və tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qətnamələri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində qeyd edilmişdir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə almaqla qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin qərarın 6.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmə qətnaməsinin inandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilməməsinin səbəbləri orada aydın izah edilməlidir. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Göründüyü kimi, Bakı şəhəri Suraxanı rayon Məhkəməsi işə baxarkan maddi və prosessual hüquq normasını düzgün tətbiq etməyərək ümumi əsaslarla qanunsuz və əsassız qətnamə çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və həmin Məcəllənin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh, onun vəkili və nümayəndəsi apelyasiya şikayətinin dəlillərinə istinad edərək apelyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İş üzrə iddiaçı iddianın dəlillərinə istinad etməklə apellyasiya şikayətinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 15.10.2020ci il tarixli arayışdan görünür ki, X11 (atası İddiaçı, anası Cavabdeh) 09.08.2017-ci ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 23.08.2017ci il tarixdə 490 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29.09.2014-cü il tarixli, 2(011)-5956/2014 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, 16.03.2007-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün 22.08.2014- cü il tarixdn başlayaraq cavabdeh İddiaçı X5 xeyrinə hər ay 103 manat miqdarında aliment tutulması, 19.09.2014cü il tarixdən başlayaraq 16.03.2007-ci il təvəllüdlü X7 müalicə olunduğu müddətdə cavabdeh İddiaçı hər ay 50 manat pul vəsaitinin tutularaq iddiaçı X4 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11.10.2018-ci il tarixli, 2(010)-5986/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, cavabdeh İddiaçı 09.08.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 11.09.2018-ci il tarixindən başlayaraq hər ay 154 manat və 100 manat əlavə xərc olmaqla, cəmi 254 manat məbləğində alimentin iddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08.10.2020-ci il tarixli, 2(010)-3448/2020 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11.10.2018-ci il tarixli, 2(010)-5986/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanaraq, 09.08.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11.10.2018-ci il tarixli, 2(010)-5986/2018 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsinə 154 manat sabit pul məbləğində aliment tutulması ilə bağlı hissədə tam icra edildikdən sonra xitam verilməsi, 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh İddiaçı alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Daha sonra birinci instansiya məhkəməsinə təqdim və apellyasiya şikayətinə əlavə edilmiş aşağıda qeyd olunan sənədlərdən görünür ki, cavabdeh (apelyator) :

1. X8 26.05.2020-ci il tarixdə müayinə etdirərək 35 manat Avrasiya Hospitalına pul ödəmişdir və həmin hospital tərəfindən epikriz verilərək göstərilmişdir ki, X6 dil altı nahiyyəsində (tüpürcək vəzə yaxın) 20x12 mm ölçüdə kista qeyd olunur.

2. X6 analizlərinə 16.06.2020-ci il tarixdə 77 manat və 17.06.2020-ci il tarixdə əməliyyatına 600 manat “Avrasiya” Hospitalına pul dəmişdir.

3. X8 13.10.2020-ci il tarixdə müayinə etdirərək 27 manat Avrasiya Hospitalına pul ödəmişdir və həmin hospital tərəfindən epikriz verilərək göstərilmişdir ki, X6 orta çənəaltı nahiyyədə dəri səviyyəsindən 10.0 mm dərinlikdə, kənarının nazik kapsulası, içərsinin çoxsaylı dispers əlavələri olan 19.0x11.0 mm ölçülü qatı möhtəviyyatlı kist və hər iki boyun nahiyyədə bir neçə ədəd kiçik ölçülü reaktiv limfa düyünləri izlənilir.

4. X10 22.10.2020-ci il tarixdə müayinə etdirərək 27 manat Avrasiya Hospitalına pul ödəmiş və həmin hospital tərəfindən epikriz verilərək göstərilmişdir ki, X6 orta çənəaltı nahiyyədə dəri səviyyəsindən 10.0 mm dərinlikdə, kənarının nazik kapsulası, daxilinin dispers əlavələri olan 13.7x7.0 mm ölçülü kist izlənilir.

5. X8 03.12.2020-ci il tarixdə X17 MRT etdirərək 200 manat pul ödəmiş və həmin hospital tərəfindən epikriz verilərək göstərilmişdir ki, X6 dilin mərkəzi hissəsində orta xətdə tərkibində arakəsmə olan 18x15 mm ölçüdə incə divarlı kistoz törəmə (Lingual Foregut İ fikation Cyst-dilin duplikasion kistası?) izlənilir.

6. X8 20.02.2021-ci il tarixdə əməliyyat etdirərək 200 manat Davinc Hospitalına pul ödəmiş və bundan başqa dərmanlarına 300 manatdan çox pul xərcləmişdir. Beləliklə, cavabdehin birinci instansiya məkəməsində təqdim etdiyi və eyni zamanda şikayətə əlavə etdiyi epikriz və reseptlərdən də göründüyü kimi X11 hal-hazıradək nevroloji simtomlar, döş qəfəsinin timusu (beyində oksigen çatışmamazlığı və nəfəs darlığı) və dilinin altında xoşxassəli kistoz törəmə xəstəliyindən müalicə olunur, odur ki, uşağın müalicəsi üçün hər ay kifayət qədər xərc tələb olunur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə asən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 29.2-ci maddəsinə əsasən analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1-ci maddəsinə əsasən valideyinlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın (12.11.1989-cu il) 3.1-ci maddəsinin məzmununa görə uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il tarixli 19 may tarixli Qanununun (Bundan sonra “Uşaq hüquqları haqqında” Qanun) 19-cu maddəsinə əsasən valideyinlərin uşağın tərbiyyəsində bərabər hüquq və vəzifələri vardır.Onlar uşağı sağlam böyütməli, ümumibəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar.Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onuun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir.Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailənin əvə maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Bununla əlaqədar Kollegiya ilk öncə qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşağı saxlamağa borcludurlar və uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər, Uşaqların gündəlik zəruri qida və digər zəruri ehtiyaclarının təmin edilməsində valideynlərin hər biri bərabər məsuliyyət daşıyırlar. Uşağın qayğısına qalmaq, onun normal inkişaf etməsinin təmin edilməsi valideynlərin vəzifəsidir. İş materiallarında olan Avrasiya Hospitalı, “X19” klinikası və Davinc Hospitalı tərəfindən verilmiş epikriz və reseptlərdən görünür ki, 09 avqust 2017-il tarixdə anadan olmuş X11 tibbi müayinədən keçmiş, ağır xəstədir və dilin altında olan kistanı götürmək üçün 3 dəfə əməliyyat etdirilmişdir.Lakin bütün bunlara baxmayaraq yenidən həmin kista əmələ gəlmişdir.Yenidən həmin kistanın müalicəsi və əməliyyatı üçün kifayət qədər pul məbləği lazımdır. Bundan başqa D.Miranzadəyə “Displaziya” sümük-əzələ sistemi xəstəliyi, çanaq-omba çanağında çıxıq diaqnozu qoyulmuşdur. Eyni zamanda Cavabdeh keysəriyyə məliyyatı ilə vaxtından əvvəl doğulduğu üçün nevroloji simtomlar, döş qəfəsinin timusu (beyində oksigen çatışmamazlığı və nəfəs darlığı) diaqnozu qoyulmuş və həmin xəstəliklərlə də uşağın müalicəsini davam etdirir.Lakin göstərilən xəstəliklərin müalicəsi üçün kifayət qədər pul lazım olduğuna görə həmin vəsaiti cavabdeh tək ödəmək üçün maddi imkanı yoxdur. Azərbaycan Respublikası Konustitutsiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 27 yanvar 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1 -ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir.Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir.Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunan “göstərilən kənar xidmət”, “və digər hallarda” müddəaları bir-birindən fərqlənir. Belə ki, “və digər hallarda” müddəası ciddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmət ilə bağlı olduğu halda, “göstərilən kənar xidmət” müddəası isə birbaşa tibbi xidməti deyil, həmin şəxslərə göstərilmiş və ya gələcəkdə göstərilməsi nəzərdə tutulan əalavə xidmətlərə görə (maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladın müalicə müəssisəsinə aparılıb-gətirilməsi üçün nəqliyyat xərcləri, kənar şəxslərin köməyinə ehtiyacı olan şəxslərə qulluq göstərilməsi ilə əlaqədar xidmətçiyə ödənilən xərclər və s.) çəkilən xərclərdir. Bundan başqa Plenumun qərarında göstərilmişdir ki, yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideyinlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideyinlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideyinləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Məhkəmə valideyinləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Azərbaycan Respublikası Ailə Məcəlləcəlləsinin 81.3-cü maddəsi). Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərək göstərmişdir ki, uşağın səhhəti ilə bağlı vəziyyət əhəmiyyətli dərəcədə dəyişmişdir. Halbuki, cavabdeh məhkəmə iclasında Avrasiya Hospitalı, “X19” Klinikası və Davinc Hospitalı tərəfindən verilmiş epikriz və reseptləri təqdim edərək uşağın yuxarıda qeyd olunan xəstəlikərdən əziyyət çəkdiyini bildirsə də, məhkəmə bütün bunları nəzərə almayaraq, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaratmalı və tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qətnamələri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində qeyd edilmişdir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə almaqla qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin qərarın 6.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmə qətnaməsinin inandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilməməsinin səbəbləri orada aydın izah edilməlidir.Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və həmin Məcəllənin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmçinin, Kollegiya qeyd edir ki, iddia məbləğinin miqdarı 2000 manatdan az olduğu üçün Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qət etdi:

Apelyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-686/2021 saylı, 26.02.2021-ci il tarixli qətnaməsi ləğv olunsun. İddia rədd olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə dərhal qanuni qüvvəsini alır.

Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar