Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4888/2020 06.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X1 “sığorta ödənişinin ödənilməsi”tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-363/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Dövlət X3 6.600 manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X1 “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərbi xidmət dövründə xəsarət almağı ilə əlaqədar qanunda nəzərdə tutulmuş 6.600 (altı min altı yüz) manat məbləğində dövlət icbari şəxsi sığorta məbləğinin Azərbaycan Respublikası Dövlət X3 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 1973-cü ildə Kəlbəcər rayonunda anadan olmuşdur. 1992ci il tarixdən Kəlbəcər RHK tərəfindən hərbi xidmətə çağırılmış və bu illər ərzində Qarabağ uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Döyüş zonasında hərbi xidmət keçərkən Kəlbəcər uğrunda gedən döyüşlər zamanı Murovdağ əməliyyatında hərbi travma almışdır. xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunmuşdur. Hal-hazırda İİ qrup Qarabağ əlili, müharibə veteranıdır.Qeyd olunanları nəzərə alıb məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia əsaslı hesab edilərək təmin olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin səlahiyyətli nümayəndəsi Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməmiş, işə birtərəfli baxmış, maddi və prosessual hüquq normalarını pozmuş və sonda yanlış nəticəyə gəlmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh nümayəndəsi kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayəti qəbul etməyərək rədd olunması, Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edən iddiaçının izahatını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı səbəblərdən şikayət təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Kəlbəcər rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.1999-cu il tarixdə verilmiş AO seriyalı, ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cu il tarixədək Laçın və Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İşdə olan Kəlbəcər rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.1999-cu il tarixdə verilmiş M/V seriyalı, 031716nömrəli vəsiqənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı müharibə veteranları üçün müddətsiz vəsiqə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının xx.xx.2008-ci il tarixli, 512 nömrəli notarial qaydada təsdiq olunmuş qərarından görünür ki, Kəlbəcər RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı və xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik – diaqnoz: “Neyropatiya. Amiotrofiya Şarko-Mari- Tutsa” (Kəlbəcər RHK-ın xx.xx.2008-ci il tarixli 540 nömrəli göndərişi, xx.xx.2008-ci il tarixli 584 nömrəli arayışı, 230 nömrəli hərbi hospitaldan verilmiş xx.xx.1993-cü il çıxarış epikrizi ilə təsdiq edilir), “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” və xx.xx.1993cü ildən xx.xx.1993-cü ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik – diaqnoz: “Yastıpəncəlik, İİ-İİİ dərəcə” (230 nömrəli hərbi hospitaldan verilmiş xx.xx.1993- cü il tarixli çıxarış epikrizi ilə təsdiq edilir) “ümumi xəstəlikdir”. Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi Kəlbəcər Zona X2 tərəfindən verilmiş SER TSE-01 seriyalı, 079256 saylı müayinə aktından çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1973-cü il təvəllüdlü İddiaçı İİ qrup əlillik dərəcəsi almışdır. Əlilliyin səbəbi Azərbaycan Respublikasının müdafiəsi zamanı yaralanmasıdır. Əlilliyin verilməsi üçün əsas 5 nömrəli, xx.xx.2009-cu il tarixli müayinə aktıdır. Növbəti müayinə tarixi xx.xx.2009-cu ildir. Kəlbəcər rayonu Əmək və X8 Mərkəzi tərəfindən xx.xx.2014-cü il tarixdəverilmiş 006352nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı İİ qrup Qarabağ əlilidir. Əlilliyin səbəbi Azərbaycan Respublikasının müdafiəsi zamanı yaralanmasıdır. Azərbaycan Respublikası Dövlət X4 xx xxxxxx 2014-cü il tarixli, xx-xx-2739 nömrəli cavabından görünür ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair xx xxxxxx 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” xx xxx 1997-ci il tarixli Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara, həmin məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyyə edilmişdir.Ona görə bu məsələyə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən müvafiq normativ hüquqi akt qəbul edildikdən sonra baxılacağı bildirilmişdir. Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti 26 saylı X2 tərəfindən xx.xx.2016-ci il tarixdə verilmiş xxxxxxx0004 nömrəli rəydən görünür ki, xx.xx.1973-cü il təvəllüdlü İddiaçı İİ qrup əlillik dərəcəsi almışdır. Əlilliyin səbəbi Azərbaycan Respublikasının müdafiəsi zamanı yaralanmasıdır. TSEK tərəfindən ona Neyropatiya, amiotrofiya, Şarko-Mari-Tutsa, Yastı pəncəlik İİ-İİİ dərəcə, hər iki a/ə funksiya pozğunluğu diaqnozu qoyulmuşdur, əmək qabiliyyətsizdir. Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyi tərəfindən xx.xx.2016-ci il tarixdə verilmiş 186 nömrəli vəsiqənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı “Fədai” medalı ilə təltif olunmuşdur. Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyi tərəfindən xx.xx.2016-ci il tarixdə verilmiş 128 nömrəli “Vətən Naminə” medalının vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı “Vətən Naminə” medalı ilə təltif olunmuşdur. Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş Ə seriyalı, 006390 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı İİ qrup müharibə əlilidir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx xxxxxxxx 2018-ci il tarixli, 13/05- ***-**** nömrəli cavabından görünür ki, Azərbaycan Respublikası Prezdentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının 7.2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyi 1997ci il avqustun 2-dək baş vermiş sığorta hadisələrinə görə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş sığorta ödənişlərinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrası məqsədilə maliyyələşməni həyata keçirir. Təqdim olunan sənədlərə əsasən sığorta ödənişinin verilməsi ilə bağlı haqqınızda məhkəmə qərarını olmadığını nəzərə alaraq, Maliyyə Nazirliyi tərəfindən sığorta ödənişinin verilməsinin mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx xxxxxxxx 2018-ci il tarixli, 12/3269 nömrəli cavabından görünür ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə müvafiq olaraq hərbi qulluqçuların sığortaçısı dövlət sığorta orqanıdır. Həmin Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezdentinin Fərmanının 2-ci bəndində Qanunun 3-cü maddəsində nəzərdə tutulmuş “dövlət sığorta orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət X6 tərəfindən həyata keçirilməsi müəyyən edilmişdir. Bunlara əsasən, hərbi xidmət dövründə aldığınız xəsarətə görə qanunla müəyyən edilmiş sığorta ödənişinin verilməsi məsələsinə baxılması birbaşa Azərbaycan Respublikası Dövlət X4 səlahiyyətində olduğu bildirilmişdir. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Abşeron rayonu üzrə baş məsləhətçisi T.Qoşnalıyev tərəfindən xx.xx.2018-ci ildə verilmiş 3839 nömrəli arayışdan görünür ki, Əsgərov X7 rayonundan məcburi köçkün düşmüş və müvəqqəti olaraq Abşeron rayonu, Masazır kəndi, M.S.ünvan 1 ünvanında yaşayır. Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyi yanında Dövlət X10 Kəlbəcər rayon şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş 48/222 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdən hal-hazıra kimi Azərbaycan Respublikasının müdafiəsi zamanı olmaqla İİ qrup əlilliklə əmək pensiyası alır. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində sığorta olunana və ya onun vərəsələrinə sığorta məbləğinin verilməsindən hansı hallarda imtina edilməsi qeyd olunub və Şirkətin istinad etdiyi əsas həmin maddənin məzmununda öz əksini tapmır. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, sığorta olunana və ya onun vərəsələrinə sığorta məbləğinin verilməsindən aşağıdakı hallarda imtina edilir: sığorta edilənin sığorta hadisəsi ilə birbaşa bağlı olan qəsdən cinayət törətdiyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda, yaxud sığorta edilən alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə hərəkət etdikdə, habelə sığorta olunan və ya onun vərəsələri tərəfindən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq sənədlər təqdim olunmadıqda. Həmin Qanunun 7-ci maddəsinə görə, əlillik halında sığorta ödənişlərinin alınması üçün sığorta olunan dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizəsi və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə aşağıdakı sənədləri təqdim edir: - əlilliyin təyin edilməsi haqqında (əlilliyin qrupu, səbəbi və təyin edilməsi tarixini göstərməklə) X2nın arayışının surəti; - hərbi bilet (yaxud onu əvəz edən sənəd); - sığorta olunanın həqiqi hərbi xidmətdə olarkən xəstələnməsi və ya xəsarət (yaralanma, travma, kontuziya) alması faktını təsdiq edən hərbi həkim komissiyasının qərarının surəti. İş materiallarından göründüyü kimi, İddiaçı “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində qeyd olunan sənədləri məhkəməyə təqdim etmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 27-ci maddəsinə müvafiq olaraq, hərbi xidmət vəzifələrinin icrası dövründə həlak olmaq (vəfat etmə), xəsarət almaq (yaralanmaq, kontuziya olmaq), səhhəti korlanmaq, hərbi xidmət keçməsi ilə bağlı bədbəxt hadisələr və xəstəliklər ehtimalına qarşı hərbi qulluqçular hərbi xidmətə daxil olduqları andan dövlət tərəfindən məcburi şəxsi sığortalanmalıdır. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Sığorta fəaliyyəti haqqında” Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir. Həmin Qanunun 2-ci maddəsinin tələbinə görə, sığorta edilən hərbi qulluqçulara Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, milli təhlükəsizlik və daxili işlər orqanlarının şəxsi heyəti, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan və toplantılarda olan hərbi vəzifəlilər aid edilirlər. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir.Həmin Qanunun 5-ci maddəsinin «ç» bəndinə görə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana İİ qrup əlillik təyin olunduqda, ona sığorta məbləğinin 60 faizi miqdarında sığorta ödənişi ödənilir. Azərbaycan Respublikasının xx.xx.1997-ci 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 151-ci maddəsinə müvafiq olaraq, hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 1991-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət X9 bazasında Azərbaycan Respublikası Dövlət X6 yaradılmış və Respublikada icbari sığortalamanın bütün növlərini həyata keçirmək həmin Şirkətə həvalə edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə İddiaçı hərbi qulluqçu kimi hərbi xidmətə daxil olduğu andan qanunvericilik əsasında dövlət tərəfindən məcburi şəxsi sığortalanmışdır. O, hərbi xidmətdə olduğu dövrdə sığorta hadisəsi baş vermiş və bununla da normativ hüquqi aktlarla sığorta tədiyyələrinin vaxtında və tam ödənilməsinə nəzarətin həvalə edildiyi Dövlət X4 müvafiq sığorta ödənişini ödəmək öhdəliyi yaranmışdır. Qeyd olunanları nəzərə alaraq, Kollegiya hesab edir ki, Dövlət X6 tərəfindən sığorta ödənişinin ödənilməsindən imtina üçün gətirilən əsaslar iddiaçının bu hüququnun təmin edilməməsi üçün əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının İİ qrup Qarabağ əlili olması faktı aşkardır, ona müvafiq qaydada və məbləğdə sığorta ödənişi verilməlidir. Belə olan halda iddianı yuxarıda göstərilən qaydada təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393,405-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hahırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4888/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4888/2020
06.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver