Məhkəmə qərarları › İş №2(103)-4897/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4897/2020

28.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4897/2020 28.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Türkmənli Lamiyə Elman qızının katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X2rşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-852/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X2rşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, əlilliyi hərbi xidmətlə bağlı olduğundan 1-ci qrup əlil kimi ona verilməli olan 8800 manat məbləğin ödənilməsi vəzifəsini cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Xətai RHK tərəfindən xx.xx.1993-cü ildə həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.1993-cü ildə N saylı hərbi hissənin tərkibində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı Füzuli rayonu ərazisində «Baş beyin dəlib keçən qəlpə yarası» diaqnozu ilə yaralanmışdır. xx.xx.1993-cü ildə 702 saylı Hərbi səhra cərrahiyyə hospitalında ilk dəfə başın sol hissəsinin qapağının açılması ilə cərrahiyyə olunmuşdur. Hərbi Həkim Komissiyası tərəfindən xx xxxx 1993-cü il tarixli 986 saylı qərarı ilə hərbi xidmətə yararsız hesab olunmuşdur. Hərbi Həkim Komissiyasının qərarı ilə «Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır». Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı yaraların təsiri nəticəsində Azərbaycan Respublikası Əmək və X7 Nazirliyinin, Xətai rayon TSEK-nin xx.xx.1993-cü il tarixli aktı ilə əmək qabilliyətsiz kimi ona ilk dəfə İİ-ci qrup əlillik təyin olunmuşdur. Azərbaycan Respublikası Əmək və X7 Nazirliyinin, Xətai TSEK-nin xx.xx.2000-ci il tarixli aktı ilə kənar şəxsin qulluğuna ehtiyacı olan kimi ona müddətsiz İ-ci qrup əlillik təyin olunmuşdur. Hərbiçi olaraq qanunla ona verilməli olan (əlil olduğuna görə) icbari sığorta ödənişi ilə bağlı Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinə müraciət etsə də, sığorta ödənişini ala bilməmişdir. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)- 852/2020 saylı qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia təmin olunmuşdur. Cavabdeh məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmaması barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanunun iddiaçıya şamil olunmaması, iddiaçıya xidmətdən təxris edildiyi gündən 6 il sonra əlllik verilməsi, qeyd edilən Qanuna əsasən isə 3 il müddətində əlillik təyin olunduqda sığorta haqqının ödənilməli olması və s. göstərmiş,məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafəi edərək, orada göstərilən dəlillərə uyğun izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş,lakin o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakiminməruzəsini və izahatı dinləyib,iş üzrə toplanmış sübutları tam,hərtərəfli və obyektivaraşdırıb,apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymətverərəkhesabedirki,apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmaldıır. İlkin olaraq qeyd edilməlidir ki, işin mübahisə olunmayan həqiqi hallarına əsasən iddiaçı hərbi xidmət dövründə yaralanmış və ona əlillik dərəcəsi verilmişdir. İşdə göründüyü kimi, İddiaçı Azərbaycan Qarabağ Müharibəsi əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyi tərəfindən İ-ci qrup əlili kimi 006841 saylı vəsiqə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və X9 Nazirliyinin AR 262766 saylı arayışından görünür ki, iddiaçıya İ-ci qrup əlillik dərəcəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti tərəfindən xx xxxx 2014cü il tarixdə iddiaçıya verilmiş cavabda qeyd olunur: «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair xx xxxxxx 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» xx xxx 1997-ci il tarixli Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara, həmin məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyyə adilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 16-cı bəndinə əsasən sosial təminat məsələlərinə dair ümumi qaydaların müəyyən edilməsi Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətlərinə aid edilir. Bu məsələ ilə əlaqədar Milli Məclisdə müvafiq normativ hüquqi akt qəbul edildikdən sonra həmin hərbi qulluqçulara müraciət etdikdən sonra sığorta ödənişinin verilib-verilməməsi məsələsinə baxılacaqdır» Hazırda iddiaçı cavabdeh təşkilatın imtinası ilə razılaşmayıb, sonuncudan 8800 manat sığorta məbləğini tələb edir. Çünki, «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinin 1-ci hissəsinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqçu 11000 manat məbləğində sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinin 1-ci hissəsinə görə, aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətində verilir: Maddənin «ç» bəndinə görə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuzuya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: İ qrup əlilliyə görə- 80 faiz; İİ qrup əlilliyə görə- 60 faiz; İİİ qrup əlilliyə görə- 40 faiz; Maddənin d)bəndinə görə, sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 25 faiz; yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda- 5 faiz sığorta məbləği alır. Göründüyü kimi, iddiaçı 1-ci qrup əlil kimi 8800 manat sığorta haqqını tələb etməkdə subyektiv hüquqlara malikdir. Cavabdeh apellyasiya şikayətində iddiaçıya əlilliyin 6 il sonra verilməsini, bununla da «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş 3 illik müddətin keçməsini göstərmiş, lakın lazımi araşdırma aparmamışdır. Belə ki, iddiaçının təqdim etdiyi sənədlərdən (xəstəlik haqqında şəhadətnamə, hərbi bileti, arayışlar və s.) görünür ki, iddiaçı1993-cü ildə hərbi xidmət zamanı yaralanmış, ona əlillik təyin olunmuş, ona ömürlük 1-ci qrup əlillik təyin olunmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun iddiaçıya şamil olunmaması barədə apellyasiya şikayətinin dəlilini də tam əsassız hesab edir. Həmin Qanunun iddiaçının yaralanmasından sonra qəbul edilməsi faktı da, onun iddiaçıya münasibətdə şamil olunmamasına əsas ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində şəxslərin maddi və sosial deyil, hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların geriyə qüvvəsindən bəhs edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 7.3-cü maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurursa və ya onların vəziyyətini pisləşdirirsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən hərbi xdmət vəzifələrinin icrası dövründə həlak olmaq (vəfat etmə), xəsarət almaq (yaralanmaq, kontuziya olmaq), səhhəti korlanmaq, hərbi xidmət keçməsi ilə bağlı bədbəxt hadisələr və xəstəliklər ehtimalına qarşı hərbi qulluqçular hərbi xidmətə daxil olduqları andan dövlət tərəfindən məcburi şəxsi Sığortalanmalıdır. Azərbaycan Respublikasının xx.xx.1997-ci 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 151-ci maddəsinə əsasən hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 1991-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət X8 bazasında Azərbaycan Respublikası Dövlət X5 yaradılmış və Respublikada icbari sığortalamanın bütün növlərini həyata keçirmək həmin Şirkətə həvalə edilmişdir. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını, qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, iddiaçı hərbi xidmət dövründə yaralanmasınagörə 1-ci qrup əlil kimi onun 11.000 manat sığorta məbləğinin 80 faizi, yəni 8800 manat sığorta məbləğini almaq hüququ əmələ gəlmişdir. İddiaçı qanunla müəyyən olunmuş sığorta məbləğini aşmayan həddə tələb irəli sürdüyündən iddia əsaslı hesab edilir. Cavabdeh isə etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382,384.0.1,393və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X2rşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-852/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)- 852/2020 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar