Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4901/2024 08.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X19rşı (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə (Açar sözlər: mənəvi zərər) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X9 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdeh “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X25 nümayəndəsi Nümayəndə2, Üçüncü şəxsin nümayəndəsi Nümayəndə1 Surxan oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X19rşı (TƏBİB mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənəvi ziyan tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1899/2024 nömrəli 27 may 2024-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən verilmiş apellyasiya şikayətinə 08 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Zaqatala Rayon Məhkəməsinin 13 may 2019-cu il tarixli 1(033)-3/2019 nömrəli hökmündən müəyyən edilir ki, təqsirləndirilən şəxs X3 RMX-nın reanimasiya şöbəsində anestezioloq-reanimatoloq vəzifəsində işlədiyi dövrdə, xx.xx.2018-ci il tarixdə Zaqatala RMX-nın reanimasiya şöbəsində həkim anestezioloq-reanimatoloq kimi növbədə olduğu zaman rayon mərkəzi xəstəxanasına daxil olmuş xəstə X10 xəstəxananın reanimasiya şöbəsində müayinə və müalicəsini apararkən sonuncuda olan patoloji proses, yəni sol tərəfli boru hamiləliyi klinik, laborator və ultrasəs müayinəsi ilə müəyyən olunmalı olduğu halda, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş Həkim anestezioloq-reanimatoloqun nümunəvi vəzifə Təlimatının 6-cı bəndində nəzərdə tutulan həkim anestezioloq-reanimatoloq tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərir, Təlimatın 7-ci bəndində nəzərdə tutulan müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən edir, 8-ci bəndində nəzərdə tutulan-mövcud qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin edir və nəzarət edir, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil edir və ya müstəqil surətdə aparır kimi öhdəlikləri yerinə yetirməməklə, həmçinin, həmin Təlimatın 24.1-ci bəndində nəzərdə tutulan-ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməməsinə görə məsuliyyət daşıyır kimi müddəaların icrasına lazımı qaydada əməl etməyərək, xəstəyə düzgün diaqnoz qoymamış, düzgün diaqnozun qoyulmaması ilə də müvafiq olaraq düzgün əlavə müalicə tədbirləri görməmiş, xəstənin vəziyyətinin ağırlaşmasına səbəb olan sol tərəfli boru hamiləliyi ilə əlaqədar daxili qanaxmanı vaxtında müəyyən etməmiş, xəstəyə vaxtında operativ müalicə taktikasının seçilməsinə və yerinə yetirilməsinə əsas olmalı olan və zəruri sayılan müayinələri (USM, KT, rentgen, dinamik laborator və sairə), həmçinin aidiyyəti mütəxəssislərin konsultativ baxışlarını tam həcmdə aparmamış, xəstənin vəziyyətinin ağırlığı və hemodinamik göstəricilərinin qeyri-stabil olması, yəni xəstədə mövcud olan sol tərəfli pozulmuş boru hamiləliyi ilə əlaqədar daxili qanaxmanın dayandırılması üçün təxirəsalınmaz operativ müdaxilənin keçirilməsinə ehtiyac olduğu halda, xəstənin vəziyyətini düzgün qiymətləndirməyərək lazımi tədbirlər görməmiş, qanaxmanın mənbəyini aşkar etməmiş və cərrahiyyə əməliyyatının aparılmasını təmin etməməklə, cinayətkarcasına etinasızlıq göstərmiş və bununla da zərərçəkmiş X11 davam edən qanaxmanın qarşısını almamaqla ehtiyatsızlıqdan öldürmüşdür. Bununla da təqsirləndirilən şəxs X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs X7 Zaqatala RMX-da həkim ümumi cərrah vəzifəsində işləyərkən, xx.xx.2018-ci il tarixdə Zaqatala RMX-nın qəbul şöbəsində həkim ümumi-cərrah kimi növbədə olduğu zaman rayon mərkəzi xəstəxanasına daxil olmuş xəstə X11 qəbul şöbəsində müayinə edərkən anamnezi səthi toplamış, sonuncuda olan patoloji proses, yəni sol tərəfli boru hamiləliyi klinik, laborator və ultrasəs müayinəsi ilə müəyyən olunmalı olduğu halda, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş «Həkim-ümumi cərrahın nümunəvi vəzifə Təlimatı»nın 6-cı bəndində nəzərdə tutulan həkim-ümumi cərrah tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərir, Təlimatın 7-ci bəndində nəzərdə tutulan müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən edir, 8-ci bəndində nəzərdə tutulan - mövcud qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin edir və nəzarət edir, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil edir və ya müstəqil surətdə aparır kimi öhdəlikləri yerinə yetirməməklə, həmçinin, həmin Təlimatın 24.1-ci bəndində nəzərdə tutulan-ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməməsinə görə məsuliyyət daşıyır kimi müddəaların icrasına lazımı qaydada əməl etməyərək, xəstəyə düzgün diaqnoz qoymamış, düzgün diaqnozun qoyulmaması ilə də müvafiq olaraq düzgün əlavə müalicə tədbirləri görməmiş, xəstənin vəziyyətinin ağırlaşmasına səbəb olan sol tərəfli boru hamiləliyi ilə əlaqədar daxili qanaxmanı vaxtında müəyyən etməmiş, xəstəyə vaxtında operativ müalicə taktikasının seçilməsinə və yerinə yetirilməsinə əsas olmalı olan və zəruri sayılan müayinələri (USM, KT, rentgen, dinamik laborator və sairə), həmçinin aidiyyəti mütəxəssislərin konsultativ baxışlarını tam həcmdə aparmamış, xəstənin vəziyyətinin ağırlığı və hemodinamik göstəricilərinin qeyri stabil olması, yəni xəstədə mövcud olan sol tərəfli pozulmuş boru hamiləliyi ilə əlaqədar daxili qanaxmanın dayandırılması üçün təxirəsalınmaz operativ müdaxilənin keçirilməsinə ehtiyac olduğu halda, xəstənin vəziyyətini düzgün qiymətləndirməyərək lazımi tədbirlər görməmiş, qanaxmanın mənbəyini aşkar etməmiş və cərrahiyyə əməliyyatının aparılmasını təmin etməməklə, cinayətkarcasına etinasızlıq göstərmiş və bununla da zərərçəkmiş X11 davam edən qanaxmanın qarşısını almamaqla ehtiyatsızlıqdan öldürmüşdür. Bununla da, təqsirləndirilən şəxs X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hökmlə təqsirləndirilən şəxs X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 01 (bir) il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təqsirləndirilən şəxs X15 təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci və 70.3cü maddələri tətbiq edilməklə 01 (bir) il sınaq müddəti ilə şərti hesab edilmiş, təqsirləndirilən şəxs X15 təyin edilmiş əlavə cəzanın və sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, təqsirləndirilən şəxs X14 üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulması, təqsirləndirilən şəxs X20 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökmün qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Təqsirləndirilən şəxs X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 01 il 06 ay müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; təqsirləndirilən şəxs X6 təyin edilmiş 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci və 70.3-cü maddələri tətbiq edilməklə 01 il sınaq müddəti ilə şərti hesab edilmiş; təqsirləndirilən şəxs X6 təyin edilmiş əlavə cəzanın və sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmış; təqsirləndirilən şəxs X4 üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuş; təqsirləndirilən şəxs X7 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməmiş; iş üzrə maddi sübut olan Zaqatala RMX-da N.Məmmədovanın adına açılmış, sonuncunun müayinə və müalicəsinin gedişini əks etdirən xx.xx.2018-ci il tarixli, ******* saylı «Stasionar xəstənin tibbi kartası» və N.Məmmədova xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildikdən öldüyü vaxtadək sonuncuya göstərilmiş tibbi yardımı əks etdirən müşahidə kamera görüntülərinin olduğu 02 ədəd «CD» diski cinayət işinin materiallarında saxlanılmış; hökmün icrası təqsirləndirilən şəxslərin qeydiyyatda olduğu yer üzrə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmışdır.
2. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(107)-194/2019 nömrəli, xx.xx.2019-cu il tarixli hökmü ilə təqsirləndirilən şəxs X14 müdafiəçisi X21 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 1(033)-3/2019 saylı hökmü ilə təqsirləndirilən şəxs X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə ləğv edilmiş və həmin hissədə yeni hökm çıxarılmışdır. X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsi, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbirinin ləğv edilməsi hökm edilmişdir.
3. Zaqatala royon qeydiyyat şöbəsinin İddiaçı nikah vəziyyəti haqqında xx.xx.2024-cü il tarixli, 05/09İS/201681-24 nömrəli arayışa görə iddiaçı ilə X16 arasında xx.xx.2018-ci il tarixdə 30 nömrə ilə Zaqatala rayon Qeydiyyat Şöbəsində nikah bağlanmış və həmin nikaha X10 xx.xx.2018-ci il tarixində ölməsi ilə xitam verilmişdir.
4. Balakən Regional “ASAN xidmət Mərkəzi” Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci iil tarixli arayışa görə X16 12 fevral 2018-ci il tarixdə hamiləlik, sol uşaqlıq boru cırılması səbəbindən vəfat etmişdir. Bu barədə 17 mart 2018-ci il tarixdə 52 saylı akt qeydi aparılmışdır.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-672/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı X1 cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Zaqatala rayon Mərkəzi Xəstəxanası və X5rşı “mənəvi ziyan tələbinə dair” iddiası qismən təmin edilmiş, vurulmuş mənəvi zərərə görə 30000 manat məbləğində pul və 135 manat dövlət rüsumunun cavabdeh Zaqatala rayon Mərkəzi Xəstəxanasından tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş mənəvi zərərə görə 60.000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 270 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, mərhum X16 ilə xx.xx.2018-ci ildə ailə həyatı qurmuşdur. Ağır bir hadisə yaşamış, öz ömür-gün yoldaşını itirmiş bir insan kimi, dərin ağrılarını ifadə edir, yaşadığı çarəsizliyə diqqətini çəkmişdir. O ailəsi ilə birlikdə Zaqatala rayonunun Suvagil kəndində yaşamışdır. Evləndiklərindən daha 6-8 gün keçməmişdi ki, öz həyat yoldaşını itirmişdir. Bu hadisənin ona yaşatdığı kədəri, əzab-əziyyəti kəlimələrlə ifadə edə bilməmişdir. Naimə ilə onun istər nişanlı oldu dövrdə, istərsə də evləndikdən sonra münasibətləri çox yaxşı olmuşdur. Oğlan toylarının səhərisi günü ailələrinə onsuz da böyük bir itki vermişdi. Naimənin dayısı oğlu Tural Məmmədovun ölümü ona çox təsir etmiş, o həmin gün demək olar bütün gün ağlamışdı, bu vəziyyətdə də ona əlindən gələn qədər mənəvi dəstək olmağa çalışmışdır. Bundan sonra Naimə soyuqlamış və qrip olmuş, buna görə onu fevralın 11-i xəstəxanaya aparmış, həkim müalicə üçün dərman yazdıqdan sonra xəstəxanadan birbaşa Turalın yas mərasiminə getmişlər. Evə qayıtdıqdan sonra Naimənin vəziyyəti pisləşmişdir, buna görə onu xəstəxanaya aparmış, xəstəxanaya çatarkən onu birbaşa reanimasiya şöbəsinə qaldırmışlar. Orada olarkən Naimənin yanına girib çıxmışdır. Sonrakı saatlarda içəridən Naimənin qışqırtıları gəlirdi, nəfəs ala bilmirdi, o dayana bilməyib şöbənin qapısını açmış, onun orada əzab çəkməsini görəndə onu gözləyərkən özünü zorla saxlamış, insanın öz həyat yoldaşını belə halda çarəsiz gözləməsi və əlindən başqa heç bir şey gəlməməsi, həqiqətən də çox ağırdır. Sonra həkimlər ona tənəffüs aparatı qoşmuş, Naimə hərəkətsiz vəziyyətdə içəridə yatmışdır. Həkimlərdən onun vəziyyətini soruşanda ona dedilər ki, onun bircə saat ömrü qalıb. Daha sonra onun ölüm xəbərini vermişlər. Sonradan ona məlum olmuşdur ki, həkimlər onları aldatmış, yoldaşının xəstəliyini düzgün qiymətləndirilməmiş, ona səhv diaqnoz qoymaqla və həkimlərin səhlənkarlıqları ucbatından həyat yoldaşının faciəvi ölümündən sonra yaşadığı mənəvi sarsıntı və ağrıları yaşamağı mübahisəsizdir. Yoldaşının vəfat etməsi ilə çəkdiyi mənəvi sarsıntı və iztirabı ondan başqa heç kim hiss edə bilməz. Onun ölümündən 6 il keçsə də, o hələ də aldığı sarsıntılara görə həmin vaxtdan bəri hələ də ailə həyatı qurmamışdır. Qeyd etmişdir ki, səhiyyənin bərbad vəziyyətdə olması, xüsusən də ana və uşaq ölümlərinin tez-tez baş verməsi göz qabağındadır. Onun təkidli tələbindən sonra Zaqatala rayon Mərkəzi xəstəxanasının həkimləri məsuliyyətə cəlb olunmuşlar. Həyat yoldaşının ölməsinə görə Zaqatala rayon prokurorluğunda araşdırma aparılmış və cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Zaqatala rayon məhkəməsinin 1(033)-3/2019 saylı, 13 may 2019-cu il tarixli hökmü ilə X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirli bilinərək həmin məcəllənin 46.2-ci maddəsinə əsasən 1 il, 6 ay müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 il, 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzası Azərbaycan Respublikası CM-in 70.1 və 70.3 maddələri tətbiq edilməklə 1 il sınaq müddəti ilə şərti hesab edilmişdir. Zaqatala rayon məhkəməsinin 13 may 2019cu il tarixli, 1(033)-3/2019 nömrəli hökm qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Cinayət işi üzrə təyin edilmiş ekspertizaların rəylərindən görünür ki, hadisə Səhiyyə Nazirliyinin əməkdaşının – Zaqatala rayon Mərkəzi xəstəxanasının əməkdaşının təqsiri ucbatından baş vermişdir. Həyat yoldaşının vəfatından sonra hələ də özümə gələ bilməmişdir. Xüsusilə qeyd etmək istəmişdir ki, son dönəmlər ana və uşaq ölümü ilə bağlı hadisələrin artması, həkim səhlənkarlığı cəmiyyətdə hiddətə səbəb olmuşdur. Hal-hazıra kimi həyat yoldaşının vəfat etməsi ilə bağlı vurulmuş mənəvi zərərə görə heç kimsə - hər hansı bir səlahiyyətli orqan və ya şəxs tərəfindən onlara heç bir müraciət belə edilməmişdir. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Ona vurulmuş mənəvi ziyan ödənilməmişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində həyat yoldaşının faciəvi surətdə ölməsi ilə bağlı onun mənəvi sarsıntı keçirməyi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ olduğunu qeyd etmişdir.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 27 may 2024-cü il tarixli 2(006)-1899/2024 nömrəli qətnaməsi ilə (hakim Vüsalə Musayeva) iddia qismən təmin edilmiş, cavabdeh Zaqatala rayon Mərkəzi Xəstəxanasından İddiaçı xeyrinə 3000 manat məbləğində mənəvi zərərə görə kompensasiya tutulması, cavabdeh Zaqatala rayon Mərkəzi Xəstəxanasından İddiaçı xeyrinə ödənilmiş dövlət rüsumuna görə 50 manat məbləğində pulun tutulması, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçının özünə aid edilməsi qət edilmişdir.
9. Məhkəmə iddiaçının törədilmiş cinayət əməli nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəmişdir ki, onunla mərhum Naimə Məmmədovanın toylarından təxminən 1 il əvvəldən tanış olaraq adətlərimizə uyğun olaraq nişanlı dövrünü və mərhumun ölüm səbəbinin nədən olmasından asılı olmayaraq həmin an üçün keçirdiyi mənəvi iztirabı qəbul edir. Baxmayaraq ki, cavabdeh tərəf iddiaçının onun mərhumla olan nikah dövrünün çox qısa müddət olmasına və mərhumun başqa şəxsdən hamilə olmasına istinad edərək iddiaçının hər hansı mənəvi zərərə uğramadığını bildirməklə iddianın rədd edilməsini xahiş etmişdir, məhkəmə hesab etmişdir ki, tərəflərin ailə dövrünün qısa sürməsindən asılı olmayaraq iddiaçının arvadının ölümü ilə bağlı keçirmiş olduğu mənəvi sarsıntı mübahisəsizdir. Odur ki, iddia qismən təmin edilməli və iddiaçının xeyrinə ağlabatan həddə, işin bütün diqqətə layiq məqamları nəzərə alnmaqla 3000 (üç min) manat məbləğində mənəvi ziyan tutulmalıdır.
10. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, iddia tələbi Zaqatala rayon Mərkəzi Xəstəxanası ilə eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı da irəli sürülməsinə baxmayaraq Səhiyyə Nazirliyi bu tələbdə hər hansı cavabdehlik daşıyan tərəf deyildir və ona qarşı iddia tələbi təmin edilə bilməz.
11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 1096, 1097.1, 1099.1, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən iddiaçı və cavabdeh “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən apellyasiya şikayəti verilmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, həyat yoldaşı Naimənin anasına 30.000 manat təzminat verilməsi haqqında məhkəmə qətnaməsi çıxarıldığı halda, ona dəfələrlə aşağı və proporsional olmayan cəmi 3.000 manat təzminat verilməsi mütənasiblik balansının pozulduğunun əyani göstəricisidir. Məhkəmə ona dəyən mənəvi zərəri əsassız olaraq çox aşağı məbləğ – 3.000 manat kimi qiymətləndirmişdir. Bu, açıq aydın qeyrimütənasib bir qərardır və yaşadığı iztirabları və çətinlikləri heçə saymaq deməkdir. Məhkəmə kompensasiyanın məbləğini təyin edərkən həyat yoldaşı ilə münasibətinə və onun itkisinin ona verdiyi dərin travmanı nəzərə almamışdır. Bu məbləğ həyat yoldaşını itirməsinin dərin mənəvi ağrısını və bu ağrının həyatındakı uzunmüddətli təsirlərini əks etdirmək üçün kifayət deyil.
13. Cavabdeh tərəfdən verilmiş apellyasiya şikayətində göstərilmişdir ki, Zaqatala Rayon Mərkəzi X17 Şəxsdir və Xəstəxanaya hesablanmış büdcə vəsaiti İcbari Tibbi Sığorta tərəfindən müəyyən hesabla ayrılır. Zaqatala RMX PHŞ-in sözügedən işdə heç bir təqsiri yoxdur. Hazırda Zaqatala RMX PHŞ-in işçilərinin sayı kifayət qədər çoxdur və həmin işçilərin aylıq əmək haqqı və digər təminatları müəssisə tərəfindən qarşılanır. Xəstəxananın hər işçisinin təqsiri üzündən dəymiş zərərin müəssisənin üzərinə qoyulması müəssisənin maliyyə cəhətdən iflas olması ilə nəticələnər. Hal-hazırda isə müssisənin maliyyə vəziyyəti qənaətbəxş deyildir, iddiaçı tərəfindən tələb olunan məbləğin qarşılanması mümkünsüzdür.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatı
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili təmsil etdiyi şəxsin apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
16. Cavabdehin PHŞ-nin nümayəndəsi öz apellyasiya şikayətlərini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
17. Üçüncü şəxsin nümayəndəsi iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
18. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
19. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xəclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
20. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
21. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
22. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
23. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
24. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
25. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
32. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Belə ki, iddiaçının arvadının Zaqatala Rayon Mərkəzi Xəstəxanasının həkiminin təqsiri səbəbindən həyatını itirməsi qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmişdir.
35. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
36. İddiaçının öz arvadını itirməsi nəticəsində sarsıntılar, psixoloji stress və emosional gərginlik keçirməsi, şüurunda mənfi halların yaranması, iztirablar yaşaması işin mübahisəsiz halıdır.
37. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumu 03 noyabr 2008-ci il tarixli "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfındən tətbiq edilməsi haqqında" qərarının 2-ci bəndində göstərmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan Hüquqlarının və X13 Haqqında Konvensiya"nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər" anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfı psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır.
38. Həmin Qərarın 10-cu bəndində göstərmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
39. Şəxsə mənəvi zərərin vurulması, mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozulmalarda) ifadə oluna bilər və iddiaçı mənəvi ziyanın mövcudluğunu sübut etmək yükünü daşımır.
40. Məhkəmə kollegiyası iddiaçının tələb etdiyi həddə mənəvi zərərin tutulmasını ağlabatan və ədalətli hesab etməyib, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının keçirtdiyi sarsıntı və iztirabın dərəcəsini nəzərə alaraq mənəvi zərərin əvəzi kimi müəyyən edilən məbləğin (3000 manat) yetərli olması qənaətinə gəlir. Belə ki, mənəvi ziyanın məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz.
41. Cavabdeh Zaqatala RMX PHŞ-nin daha əvvəl mərhumun anasının maddi təzminat alması barədə dəlilinə münasiətdə Kollegiya qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublimkası Konstitusiya Məhkəməsi Plenemunun 24 aprel 2020-ci il tarixli Qərarında verilmiş rəsmi şərhdən belə aydın olur ki, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrıayrılıqda təzminat almaq hüququna malikdirlər.
42. Göründüyü kimi, mərhumun anasının daha əvvəl maddi təzminat alması hazırda mərhumun əri tərəfindən qaldırılan iddianı rədd edən hal hesab olunmur.
43. Həmçinin göstərilən məqsədlər üçün maddi imkana malik olmaması barədə dəlillər də iddianın rədd olunması əsas yaratmır.
44. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1899/2024 nömrəli iş üzrə 27 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən iddiaçı 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.