Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4923/2020 06.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1492/20 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh xx.xx.2019-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin qazancının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi məbləğində alimentin və uşağın 3 (üç) yaşına çatanadək anası İddiaçı üçün hər ay 100 (bir yüz) manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, iddiaçının hüquqi müdafiə ilə bağlı çəkdiyi xərclərin əvəzi olaraq 236 (iki yüz otuz altı) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, alimentin hesablanması xx.xx.2020-ci il tarixdən başlanılması qət edilmişdir. İddia qalan hisədə təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı “aliment və əlavə xərclər” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il tarixdə doğulmuş X1 üçün cavabdehin qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında sabit pul məbləğində və uşağın 3 yaşına çatanadək iddiaçı özü üçün 600 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər xx.xx.2018-ci il tarixində 1 saylı Bakı “Asan Xidmət” mərkəzinin qeydiyyat şöbəsində Nikahın bağlanması haqqında akt qeydləri kitabında 1180 №-li qeydi ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Həmin nikahdan xx.xx.2019-cu il təvəllüdlü X4 dünyaya gəlmişdir. İlk vaxtlar ailə daxili münasibətlər qaydasında olsa da, sonra tərəflərin münasibətləri pozulmuş və cavabdehin evi tərk etməsi ilə nəticələnmişdir. O gündən bəri cavabdeh uşağın saxlanmasında iştirak etmir və iddiaçı uşağı ilə birgə valideynlərinin himayəsində yaşayır. Uşağın saxlanması üçün xərclər tələb olunduğundan və iddiaçı heç bir yerdə işləmədiyindən bu xərcləri təkbaşına təmin edə bilmir Qeyd olunanları nəzərə alıb iddiaçı iddiasının təmin edilməsini xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. Cavabdeh Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən, uşağın 3 yaşına çatanadək tutulan 100 manat alimentin və əlavə xərclərə görə 236 manat məbləğində pul vəsaitinin ondan tutulması hissəsində ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə qətnaməni qəbul edilərkən işi tam araşdırmamış, yalnız iddiaçının izahatları əsas götürülmüş, onun zəruri vəsaitə malik olmasını araşdırmamış və qanunvericiliyin tələblərinə zidd olaraq belə bir qətnamə qəbul etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə uşağın 3 yaşına çatanadək tutulan 100 manat alimentin və əlavə xərclərə görə 236 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulması hissəsində, Cavabdeh apellyasiya şikayəti dəyişdirilmədən saxlanılmalıdır. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı və cavabdeh kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyator qətnaməni iddianın, uşağın 3 yaşına çatanadək tutulan 100 manat alimentin və əlavə xərclərə görə 236 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulması hissəsində mübahələndirdyndən, qətnmənin əsaslığı həmin hissədə yoxlanılmalıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X3 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin iddiaçının nümayəndəsi və vəkili tərəfindən ünvanlanmış sorğuya verilmiş xx.xx.2020-ci il tarixli cavab məktubuna əsasən Cavabdeh hal-hazırda Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Terminal-1 X8 Gömrük Postunun böyük inspektoru vəzifəsində çalışır və onun aylıq gəliri 2406.18 manat (623.47 manat - əmək haqqı, 1782.71 manat - əmək haqqına əlavə), illik gəliri isə 25924.59 manat (4532.07 manat - əmək haqqı, 21392.52 manat- əmək haqqına əlavə) təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin iddiaçının nümayəndəsi və vəkili tərəfindən ünvanlanmış sorğuya verilmiş xx.xx.2020-ci il tarixli cavab məktubuna əsasən Alışanova (Məmmədova) Natavan Habil qızı xx.xx.2018-ci il tarixdən İctimai Televiziya və X6 ilə əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarından göründüyü kimi, işə baxan birinci instansiya məhkəməsi yetkinlik yaşına çatmayan uşağın mənafeyini,onun normal, yəni, qida rassionlarına uyğun şəkildə qidalanmasını, fiziki cəhətdən inkişafını, təhsilləri ilə bağlı xərclərini nəzərə alaraq, yetkinlik yaşına çatmayan uşağın 3 yaşına çatanadək tutulan 100 manat alimentin və əlavə xərclərə görə 236 manat müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi İddiaçı hazırda maddi vəziyyətinin ağır olmasını, uşağın körpə olduğuna görə heç yerdə işləməməsini nəzərə alaraq, haqlı olaraq xx.xx.2019-cu il təvəllüdlü X3 3 (üç) yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 100 manat məbləğində pulun tutulmasını məqsədəmüvafiq hesab etmişdir. Belə ki, Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda ümumi uşaqların doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan digər tərəfin aliment ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası AM-nin 76.1.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideyinlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyin natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideyinin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, Məhkəmə uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşaqların onun himayəsinə verildiyinə görə hesab etmişdir ki, aliment məbləğinin hamısını Cavabdehİddiaçı ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34.4-cü maddələrin görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də borcudur. X7 BMT Konvensiyasının 18-ci maddəsində bildirilir ki, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir. X2 2 saylı prinsipi onu ehtiva edir ki, uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi və sosial baxımdan sağlam və normal yolla, azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. 8 saylı prinsip müddəa isə onu göstərir ki, uşaq bütün şəraitdə ilkin yardım alanlar arasında olmalıdır. Həmin Qanunun 13-cü maddəsinə və «X7» BMT-nin konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Göründüyü kimi Azərbaycan Respublikası Konstitusiyası, qanunlar və digər normativ hüquqi aktları ilə yanaşı Beynəlxalq Konvensiyalar da insan hüquq və azadlıqlarına, uşaqların hüquqlarına həddindən artıq əhəmiyyət verirlər. Əksinə, Azərbaycan Respublikası Ailə Qanunvericiliyi valideynlərin üzərinə uşaqlarını saxlamağı, onların tərbiyyəsi ilə məşğul olmağı vəzifə kimi qoymuş, onların uşağın sağlamlığına, onların psixi, fiziki və mənəvi inkişafına görə məsuliyyət daşımalarını təsbit etmişdir. Göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi minimum yaşayış tələbatının təmin olunmasının zəruriliyini nəzərə alaraq, haqlı olaraq iddianı, tərəflərin birgə nikahdan olan yetkinlik yaşına çatmayan uşağın 3 yaşına çatanadək tutulan 100 manat alimentin və əlavə xərclərə görə 236 manat məbləğində alimentin alınaraq, İddiaçı xeyrinə ödənilməsini vacib hesab etmişdir. Kollegiya hesab edir ki, qeyd olunan alimentin tutulması uşağın hüquq və mənafelərinin qorunması və əsas məqsəd olması baxımından məqsədə və qanuna müvafiqdir. Kollegiya iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbini yuxarıda qeyd olunan qaydada qismən təmin etməklə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi, iddianın yetkinlik yaşına çatmayan uşağın 3 yaşına çatanadək tutulan 100 manat alimentin və əlavə xərclərə görə 236 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4923/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4923/2020
06.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver