Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4930/2024 12.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-238/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı nümayəndəsi-vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdeh tərəfindən 427,91 ABŞ dollarının qaytarılmasının təmin edilməsi, cavabdehdən ABŞ dollarının manata məzənnəsinə müvafiq 210 ABŞ dolları miqdarda manatla faizin, etibarnamənin alınmasına çəkilən 17,25 manatın və 1711,64 ABŞ dolları miqdarda manatla mənəvi ziyanın tutulması, həmin məbləğlərin xx.xx.2020-ci il tarixli müqavilə əsasında cavabdeh tərəfindən iddiaçının adına açılmış kart hesabına köçürülməsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını, cavabdehin bu işlə bağlı vəzifəli şəxslərinin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsini 308-ci və 200-cü maddələrində nəzərdə tutulmuş hərəkətlərə yol verildiyinə əsaslı şübhələr olduğu üçün onlar barəsində xüsusi qərardad çıxararılmasını və araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə bir neçə dəfə iddia tələbini dəyişdirmiş, sonuncu dəfə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh tərəfindən 427,91 ABŞ dollarının ona qaytarılmasının təmin edilməsi, qətnamə icra olunan tarixə ABŞ dollarının manata məzənnəsinə müvafiq olaraq 1574,71 ABŞ dolları miqdarda manatla dəbbə pulunun və 1711,64 ABŞ dolları miqdarda manatla mənəvi ziyanın, etibarnamənin alınmasına çəkilən 17,25 manatın cavabdehdən tutulması və İddiaçı ödənilməsinin təmin edilməsi barədə qətnamə, tələb olunan sübutların təqdim edilməməsi səbəbinin üzürsüz hesab edilməsi və cavabdehin 727 manat miqdarında cərimə olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-238/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərardadına əsasən İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddiaya "cavabdeh tərəfindən 427,91 ABŞ dollarının tutulması" hissəsində iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-238/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" ASC-dən 1574,71 ABŞ dolları miqdarında dəbbə pulu qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə və etibarnamənin alınmasına çəkilən 17,25 manat xərc tutularaq, İddiaçı ödənilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. Cavabdeh "xxxx" ASC-dən dövlət rüsumu hesabına 40 (qırx) manat, 37 (otuz yeddi) qəpik tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. Həmin qərardaddan İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini və növbəti prossesual hərəkətlərin yerinə yetirilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə, qərardadı özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmış və qüvvədə olan maddi və posessual hüququn imperativ normasınin aşağıda göstərilən bəzi tələblərini pozmuşdur. “Cavabdeh tərəfindən 427,91 ABŞ dollarının tutulması” barədə ümumiyyətlə iddia tələbi irəli sürülməmişdir. İddia tələbinin 427,91 ABŞ dolları ilə bağlı hissəsinə diqqət yetirilsə, həmin hissədə iddia tələbinin “Cavabdeh tərəfindən 427,91 ABŞ dollarının İddiaçı qaytarılmasının təmin edilməsi” olduğu müəyyən edilir. iddiaçının sərəncamı və göstərişi olmadan, onun mülkiyyəti hesab olunan 427,91 ABŞ dolları, cavabdehin bilə-bilə qanunsuz hərəkətləri nəticəsində xx.xx.2023-cü il tarixdə silinmiş və cavabdehin bilə-bilə qanunsuz hərəkətsizliyi nəTİcəsində isə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixdək heç bir əsas olmadan saxlanılmaqla istifadə edilmişdir. Məhz bu səbəbdən də, iddiaçı pulun tutulmasını deyil, pulun qaytarılmasını tələb etmişdir. Bundan başqa, pulun qaytarılması ilə bağlı mübahisə təxminən 1 il 2 ay müddətində davam etsə də, məhkəmə qətnaməsinin çıxarılmasına 5 gün qalmış, yəni xx.xx.2024-cü il tarixdə 427,91 ABŞ dollarının iddiaçının hesabına köçürülməsi, heç də iddia tələbinin “pulun qaytarılması” hissəsi üzrə, “iş məhkəmədə baxılmalı deyilsə” əsası ilə icraata xitam verilməsi qəbul edilən deyil. Belə ki, əgər həmin tələb üzrə iş məhkəmədə baxılmalı deyildirsə, onda həmin tələb üzrə məhkəmənin 4 hazırlıq və 2 baxış iclasının keçirilməsinə ehtiyac da olmamalı idi. Halbuki, prosessual hüquq normasına görə, “iş məhkəmədə baxılmalı deyil” əsası ilə iş üzrə icraata xitam verilməsi, İşin məhkəmə baxışına hazırlanması zamanı həyata keçirilməlidir. Deməli, məhkəmə bu halda da prosessual pozuntuya yol verməklə, hazırkı Qərardadı qanunsuz olaraq qəbul etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-238/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, 427,91 ABŞ dollarının qaytarılmasının təmin edilməsi iddia predmeti olsa da, birinci instansiya məhkəməsi baxışı zamanı xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən 427,91 ABŞ dolları iddiaçıya ödənilmişdir, yəni tələb konkret bu hissədə faktiki olaraq icra edilmiş, digər məbləğlə bağlı tələbin hissələrinə mahiyyəti üzrə baxılaraq qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Azərbaycan Respublikasının MPM-nin 261.0 və 261.0.1-ci maddələrinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim işin icraatına xitam verir. Göründüyü kimi, iddiaçı cavabdeh tərəfindən 427,91 ABŞ dollarının ona qaytarılmasının təmin edilməsini xahiş etsə də artıq qeyd olunan vəsait cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir və məhkəmə kollegiyası hesab edir ki, bu zaman tələbdə “pulun tutulması” və ya “qaytarılmasının təmin edilməsi” ifadələrinə qiymət verilməsi öz əhəmiyyətini itirmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, iş materiallarından göründüyü kimi, işə mahiyyəti üzrə baxılaraq yekun nəticəyə gəlinərək qətnamə qəbul edilmiş və qətnamədə cavabdeh tərəfindən 427,91 ABŞ dollarının iddiaçıya qaytarılması qət edilməmişdir. Bu halda şikayətin dəlillərinə əsasən mübahisələndirilən qərardadın ləğv edilməsi mübahisənin həlli baxımından konkret hüquqi nəticə yaratmayacaqdır. Belə ki, tələbin qeyd olunan hissəsində artıq iddiaçının tələbi ödənilmiş və tərəflər arasında bu barədə, yəni cavabdeh tərəfindən 427,91 ABŞ dollarının qaytarılması hissəsində artıq mübahisə mövcud deyil. Belə olan halda iddianın konkret olaraq cavabdeh tərəfindən 427,91 ABŞ dollarının qaytarılması hissəsinə məhkəmədə baxılması qeyri-mümkündür. Bu baxımdan, qeyd olunanlara əsasən məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddiaya "cavabdeh tərəfindən 427,91 ABŞ dollarının tutulması" hissəsində iş üzrə icraata xitam verməklə gəldiyi bu nəticəsi tam qanuni və işin hallarına uyğundur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 365, 397-398 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-238/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-4930/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4930/2024
12.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver