Məhkəmə qərarları › İş №2(103)-4936/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4936/2023

25.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4936/2023 25.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin həcminin artırılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 iyun 2023-cü il 2(007)-1332/2023 nömrəli qərardadından iddiaçının şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(007)- 1332/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-509/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa görə hər ay 220 manat olmaqla ümumilikdə 440 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, İddiaçı mediasiya xərci qismində ödəmiş olduğu 50 manat məbləğində vəsaitin ona aid edilməsi, Cavabdeh İddiaçı ödəməkdən azad edildiyi 50 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 iyun 2023-cü il 2(007)-1332/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmış, göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunmuşdur. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin 07 iyul 2023-cü il tarixli qərardadı ilə təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə Kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsaslıdır, məhkəmənin qərardadı ləğv edilməlidir. Birinci instansiya məhkəməsi şikayətin geri qaytarılması barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində Əlavə 2-də göstərilən formada verilməmişdir. Belə ki, Əlavə 2-də göstərilənlərə əsasən işin halları apellyasiya şikayətinin 5-ci qrafasında, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər 6-cı qrafada, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər 7-ci qrafada qeyd edilməli, apellyasiya şikayəti verən şəxsin tələbi 12-ci qrafada göstərilməlidir. İddiaçı tərəf isə hazırki apellyasiya şikayətində işin hallarını 3-cü qrafada, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlilləri 4-cü qrafada, apellyasiya şikayəti verən şəxsin tələbini isə 6-cı qrafada göstərərək şikayətində ümumiyyətlə Əlavə 2-də göstərilən sıralama qaydasını pozmuşdur . Birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. Apellyasiya şikayətinin forması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apelyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər, həmçinin prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər öz əksini tapmışdır. Kollegiya hesab edir ki, apellyasiya şikayəti qanunvericiliyin tələblərinə cavab verdiyi halda məhkəmə tərəfindən əsassız olaraq geri qaytarılmışdır. Azərbaycan Respublikası MPM-nin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyətinə malikdir. Göstərilənlər onu deməyə əsas verir ki, şikayət təmin edilməli, sözügedən qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilməli və apellyasiya şikayəti qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 397, 398.0.3-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: İddiaçının şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 iyun 2023-cü il 2(007)-1332/2023 nömrəli qərardadı ləğv edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(007)- 1332/2023 saylı qətnaməsindən İddiaçı tərəfdən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya mümkün hesab edilsin və apellyasiya şikayəti qəbul edilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar