Məhkəmə qərarları › İş №2(103)-494/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-494/2021

30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-494/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi Xəqani Hüseynovun, cavabdehlər Cavabdeh1 və Həvva Korovanın iştirakı ilə, İddiaçı “xxxx” Bank ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair 2(006)-665/2020 saylı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Bank ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 İddiaçı İKB ASC-nin xeyrinə 31 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 41901.2 ABŞ dolları əsas, 37479.97 ABŞ dolları faiz, 6140.61 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 31.07.2019-cu il tarixdən 02.08.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 5.8 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 85527.58 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cü mikrorayonda yerləşən, 2 otaqlı, 85.3 kv.m ümumi. 42.9 kv.m yaşayış, 42.4 kv.m yardımçı sahədən ibarət 51 nömrəli evin 71 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin 120000 (yüz iyirmi min) manat ilkin satış qiyməti ilə açıq hərracda satılması və borcun Bakı şəhəri, Binəqədi rayonu, 9-cü mikrorayonda yerləşən, 2 otaqlı, 85.3 kv.m ümumi. 42.9 kv.m yaşayış, 42.4 kv.m yardımçı sahədən ibarət 51 nömrəli evin 71 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına “xxxx” Bank ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cü mikrorayonda yerləşən, 2 otaqlı, 85.3 kv.m ümumi. 42.9 kv.m yaşayış, 42.4 kv.m yardımçı sahədən ibarət 51 nömrəli evin 71 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və digərlərinin mənzildən çıxarılması və həmin mənzil boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 mart 2020-ci il qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh1 2015-ci il 31 iyul tarixli kredit müqaviləsi üzrə 37.401,14 (otuz yeddi min dörd yüz bir ABŞ dolları 14 sent) ABŞ dolları əsas borcu, 39.484,82 (otuz doqquz min dörd yüz səksən dörd ABŞ dolları 82 sent ) ABŞ dolları faiz borcu, 1000 (min) ABŞ dolları cərimə borcu, əsas borca hesablnmış 5%-ə görə 477,2 (dörd yüz yetmiş yeddi ABŞ dolları 2 sent) ABŞ dolları olmaqla, cəmi 78.363,16 (yetmiş səkkiz min üç yüz altmış üç ABŞ dolları 16 sent) ABŞ dolları məbləğində vəsait, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqı tutularaq “xxxx” Bank ASC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh2 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 9- cü mikrorayonda yerləşən, 2 otaqlı, 85.3 kv.m ümumi. 42.9 kv.m yaşayış, 42.4 kv.m yardımçı sahədən ibarət 51 nömrəli evin 71 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin 120 000 (yüz iyirmi min) manat ilkin satış qiyməti ilə açıq hərracda satılması və borc Bakı şəhəri, Binəqədi rayonu, 9-cü mikrorayonda yerləşən, 2 otaqlı, 85.3 kv.m ümumi. 42.9 kv.m yaşayış, 42.4 kv.m yardımçı sahədən ibarət 51 nömrəli evin 71 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına “xxxx” Bank ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cü mikrorayonda yerləşən, 2 otaqlı, 85.3 kv.m ümumi. 42.9 kv.m yaşayış, 42.4 kv.m yardımçı sahədən ibarət 51 nömrəli evin 71 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və digərlərinin mənzildən çıxarılması və həmin mənzilin boşaldılması, iddiaçı “xxxx” Bank ASC ilə Cavabdeh1 arasında bağlanmış 31 iyul 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Tərəflər məhkəmə iclasında Məhkəmə kollegiyasına barışıq sazişi təqdim edərək, işi sülh yolu ilə yekunlaşdırmaq niyyətində olduqlarını, barışıq sazişini təsdiq etməklə iş üzrə icraata xitam verilməsinə dair qərardad çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq edilməli, mülki işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. (maddə 191.2, 261.0.4). Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur (maddə 370). Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir (maddə 391). Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin imzalayaraq məhkəməyə təqdim etdikləri barışıq sazişi qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, barışıq sazişi təsdiq edilməli, qətnamə ləğv olunmalı və mülki işin icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 261, 391, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı “xxxx Bank” ASC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin: “Bir tərəfdən iddiaçı “xxxx Bank” ASC-nin (VÖEN **********), İdarə Heyətinin sədri Anar Həsənovun şəxsində, digər tərəfdən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 şəxsində Bakı ApeLlyasiya Məhkəməsinin icraatında olan 2(103)-494/2021 saylı mülki iş üzrə mübahisənin sülh yolu ilə həll edilməsi üçün, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 52.3-cü və 191 -ci maddəsinə əsasən aşağıdakı şərtlər əsasında bu barışıq sazişini bağladılar:

1. Borclular Cavabdeh1 və Cavabdeh2 “xxxx Bank” ASC-yə 31 iyul 2015-ci il tarixli kredit razılaşması üzrə 37401.14 ABŞ dolları əsas, 37479.97 ABŞ dolları faiz, 1000 ABŞ dolları cərimə borcu və əsas borca hesablanmış 5%-ə görə 477.2 ABŞ dolları olmaqla, ümumilikdə cəmi 76358.31 ABŞ dolları məbləğində borclarının (Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin qətnaməsi üzrə) olmasını qəbul edir və 11.06.2021-ci il tarixə 10000 ABŞ dolları vəsaiti bankın hesabına köçürmüşlər.

2. Tərəflər arasında bağlanmış 31 iyul 2015-ci il tarixli ipoteka müqaviləsi üzrə Cavabdeh2 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 85.3 kv.m ümumi, 42.9 kv.m yardımçı sahədən ibarət olan mənzilin ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığına əsasən 120000 manat məbləğində müəyyən edilsin.

3. Borclular 50000 ABŞ Dolları məbləğində vəsaiti qeyd olunan aşağıdakı ardıcıllıqla razılaşdırılmış qaydada və müddətlərdə Banka ödəməyi öhdələrinə götürür.

Əsas borcdan Cərimə Aylıq cəmi Ödənişi n Ödəniş Faiz ödənişi borcundan ödəniş (ABŞ ödəniş sayı günləri (ABŞ Dolları) ödəniş Dolları) (ABŞ Dolları) (ABŞ Dolları) 1 30.07.2021 7401.14 2598.86 0 10000 2 30.08.2021 5000 5000 0 10000 3 30.09.2021 5000 5000 0 10000 4 29.10.2021 5000 5000 0 10000 5 30.11.2021 5000 5000 0 10000 Cəmi: 27401.14 22598.86 0 50000

4. Borclular bu sazişin 3-cü bəndində nəzərdə tutulan öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirdikləri təqdirdə Bank 30 noyabr 2021 -ci il tarixdə ediləcək ödəniş zamanı kredit razılaşması üzrə hesablanmış və ödənilməmiş cəmi 14881.11 ABŞ Dolları faiz, 1000 ABŞ Dolları məbləğində cərimə borcunu və əsas borca hesablanmış 5%-ə görə 477.2 ABŞ dolları olmaqla, cəmi 16358.31 ABŞ dolları borcu güzəşt etməyi öhdəsinə götürür.

5. Borclular sazişin 3-cü bəndindəki ödəniş qrafiki üzrə öhdəliyi tam icra etdiyi halda Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 85.3 kv.m ümumi, 42.9 kv.m yardımçı sahədən ibarət olan mənzili girovdan azad etməyi (dövlət rüsumu cavabdehlər tərəfindən ödənilmək şərtilə), girov sənədinin əslini əmlak sahibinə və borcun olmaması haqqında arayışı borcluya verməyi “xxxx Bank” ASC öz öhdəsinə götürür.

6. Ödənişlərin bu sazişin 3-cü bəndində müəyyən edilmiş ödəniş tarixlərindən sonrakı ilk 3 (üç) təqvim günü ərzində, ümumi qrafik üzrə 3 dəfədən çox olmamaq şərti ilə icra edilməsi ödənişlərin vaxtında icra edilməsi kimi qiymətləndirilir. Ödənişlərin vaxtında icra edilməməsi halında bu sazişin 3- cü bəndinin tələbləri pozulmuş hesab edilsin, 66358.31 ABŞ Dolları borcu, sazişin 2-ci bəndində göstərilən, bank qarşısında ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilsin. Həmin əmlak bu Sazişin 2-ci bəndində razılaşdırılmış müvafiq qiymətə açıq hərracda satılsın. Satışdan əldə olunmuş vəsait həmin vəsaitin Banka ödənildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının ABŞ Dollarının manata qarşı köçürülsün, ipoteka predmetının satışından əldə olunan vəsait oorcun tam oaənııməsınə Kirayəı etmədikdə qalan borc məbləği borclulardan Bankın xeyrinə müştərək qaydada tutulsun.

7. Sazişin 2-ci bəndində qeyd edilən əmlakın təsadüfi məhv olması riski və idarə olunması ilə bağlı öhdəliklərə, o cümlədən kommunal ödənişlərə görə mülkiyyətçi tam məsuliyyət daşıyır.

8. Borclular bu saziş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilər.

9. Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsasdır.

10. Barışıq sazişi hazırkı işin icraatına xitam verilməsi üçün əsasdır və Barışıq sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilir.

11. Tərəflərə Barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191, 261 və 262-ci maddələrinin tələbləri izah edilmişdir.

12. Barışıq sazişini təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bu barışıq sazişi etibarlıdır və icrası məcburidir.

13. Bu barışıq sazişi 4 (dörd) nüsxədə Bakı şəhərində 30 iyun 2021-ci il tarixdə imzalanmışdır.” Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(006)-665/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar