Məhkəmə qərarları › İş №2(103)-4949/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4949/2020

10.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4949/2020 10.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh (3-cü şəxs 9 saylı Dövlət Notariat Kontoru) qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-559/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh (3-cü şəxs 9 saylı Dövlət Notariat Kontoru) qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)- 559/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 9 sayli Dövlət Notariat Kontorunda borc verən Cavabdeh ilə onun arasında 53.000 ABŞ dollarının həmin vaxt manata məzənnəsi ilə 90100 manat borc almağına dair müqavilə rəsmiləşdirilmişdir. Eyni zamanda həmin notariusda rəsmiləşdirilmiş ipoteka müqaviləsi ilə onun mülkiyyətində olan ünvan 1 mənzil 45 ünvandakı mənzili borcun təminatı kimi ipoteka ilə yüklü edilmişdir. 9 sayli Dövlət Notariat Kontoru tərəfindən xx.xx.2019-cu il tarixdə həmin borcun ipoteka predmetinə yönəldilməsi haqqında “icra qeydi” verilmişdir.Məhkəmə araşdırması zamanı da təsdiq olunmuşdur ki, qeyd olunan kredit müqaviləsi bağlanarkən qanunun tələbləri pozulmuşdur və müqavilə qanuna uyğun olaraq rəsmiləşdirilməmişdir. Əslində o Cavabdehndan 70.000 manat borc almış, qalan məbləğ isə müqavilənin bağlandığı 4 ay müddətinə faiz kimi hər ay məbləğin 8 faizi hesablanmaqla ümumi məbləğə əlavə edilmişdir. Bu faktın özü onu sübut edir ki, həmin kredit müqaviləsi aylıq 8 faiz əlavənin ödənilməsi ilə şərtləşdiyi halda, müqavilədə əsassız olaraq qeyd edilmişdir ki, “tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər”. Qeyd olunanlardan başqa, ümumi məbləğin iki aylıq faizi 11.200 manat məbləğ borc verənə onun qohumu X2 tərəfindən ödənilmişdir və bu faktı X2 məhkəmədə şahid kimi dindirilərkən təsdiq etmişdir. 70.000 manat məbləğində pulun cavabdeh tərəfindən alınmasını cavabdehin nümayəndəsi etiraf etmədikdə həmin şahid eyni zamanda məhkəmədə bildirmişdir ki, bu məbləğin cavabdeh tərəfindən alınması kredit müqaviləsi bağlanandan təxminən bir həftə müddətində cavabdehlə aralarında aparılmış telefon danışıqlarında və mesajlaşmalarda da təsdiq olunmuşdur. Lakin hazırda həmin mesajlar onun telefonunda qalmamışdır. Belə olan halda iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün nümayəndəsi tərəfindən məhkəməyə şifahi vəsatət verilərək həmin dövrdəki X2 ilə Cavabdeh telefonlarından bir-birinə göndərilmiş mesajlar müvafiq telefon operatorlarına sorğu verilərək araşdırılsın. Lakin əsassız olaraq həmin vəsatət təmin edilməmişdir və tərəflərindən həmin sübutların məhkəməyə təqdim edilməsi son dərəcə çətin və qeyrimümkün olduğu halda, məhkəmə tərəfindən həmin sübutlar təmin edilərək araşdırılmamışdır. Bununla da işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmalı olmasına dair mülki prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. Beləliklə, borc cəmi 70.000 manat olduğu halda və borcun 11.200 manatı ödənildiyi halda, icra qeydində 90100 manat borcun tutulması ipoteka predmetinə yönəldilmişdir. Yuxarıda qeyd olunanlarla və məhkəmədə şahid X1 işin həqiqi halları barədə bildirdikləri ilə və onun məhkəmə zamanı cəmi 70000 manat borc verilməsi qalan pulların 4 ayın faizi kimi məbləğə əlavə edilməsi barədə bildirdikləri ilə notarius tərəfindən verilmiş icra qeydinin əsassız olduğu tam sübut olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İş üzrə cavabdehə və 3-cü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin və 3-cü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apelyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apelyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yazılı sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 50 saylı notariat kontorunun notariusu tərəfindən təsdiq edilməklə 3M-204 reyestr nömrəli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı 53000 ABŞ dollarının manatla məzənnəsini təşkil edən 90100 manat məbləğində pulu xx.xx.2019-cu il tarixə kimi borc götürmüş, həmçinin tərəflər arasında eyni tarixdə 3M-205 reyestr nömrəli ipoteka müqaviləsi bağlanaraq sözügedən kredit müqaviləsi üzrə iddiaçının öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə ünvan 1 mənzil 45 ünvanında yerləşən iddiaçıya məxsus ümumi sahəsi 61.2 kv/m olan 3 otaq mənzil Cavabdeh qarşısında ipoteka ilə yüklü edilmiş, ipoteka predmeti 110000 manat məbləğində qiymətləndirilmişdir. xx.xx.2019-cu il tarixli qəbzə əsasən Cavabdeh tərəfindən İddiaçı verilməsi üçün notariusun depozit hesabına 90100 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan ərizələrdən görünür ki, X3, X6 və X7 ünvan 1 mənzil 45 ünvanında yerləşən mənzilin ipoteka qoyulmasına etiraz etməmiş və ipoteka qoyulmuş əmlaka tələb yönəldiyi halda məhkəməyə müraciət edilmədən mənzili qeyd-şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşlər. xx.xx.2019-cu il tarixdə 8i-8300 saylı icra qeydi verilmiş və notarius tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 38.1-ci maddəsinə əsasən ipoteka saxlayan Cavabdeh tələbi ilə ipoteka qoyana (iddiaçıya) məxsus ipoteka predmeti olan ünvan 1 mənzil 45 ünvanında yerləşən ümumi sahəsi 61.2 kv/m olan mənzildən ibarət əmlaka tutmanın yönəldilməsi təklif edilmişdir. İcra qeydi icra olunması üçün Bakı şəhəri Xətai rayon İcra şöbəsinə göndərilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Notariat haqqında Qanunun 76-cı maddəsini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixli tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında icra qeydinin ləğv edilməsinə əsas ola biləcək hallar sübuta yetirilə bilmədiyindən iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri iş materiallarına və maddi hüquq normalarına istinadla açıq-aşkar əsaslandırılmayıb. İddiaçı icra qeydinin verilməsinə əsas olmuş kredit müqaviləsi üzrə verilmiş borcun miqdarını mübahisələndirsə də, bununla əlaqədar olaraq həmin müqavilənin etibarsızlığı tələbini irəli sürməmiş, həmçinin ödənilmiş məbləğlə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Ona görə də, həmin müqavilə üzrə nəticələrin (icra qeydinin) ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)- 559/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar