Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4962/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X8, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 aprel 2019-cu il tarixli, 2(008)-1510/2019 saylı qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2004-cü il istehsallı, WDF**********2370 ban nömrəli, vaqon 7+1 yer tipli “Mercedes Benz VİTO CDİ” markalı ** EU *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin Cavabdeh adına alqı-satqı edilməsi üzrə əqdin etibarsız hesab olunması, ona verilmiş 04.07.2017-ci il tarixli AC №955944 saylı qeydiyyat şəhadətnaməsi üzrə qeydin ləğv edilməsi və tərəflərin əvvəlki vəziyyətlərinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, 2004-cü il istehsallı, WDF**********2370 ban nömrəli, vaqon 7+1 yer tipli “Mercedes Benz VİTO CDİ” markalı nəqliyyat vasitəsi tərəfindən alınaraq Almaniyadan Azərbaycan Respublikasına gətirilmiş, 02.07.2013-cü il tarixdə AB №963689 qeydiyyat şəhadətnaməsi əsasında adına ** EU *** qeydiyyat nişanı ilə rəsmiləşdirilmişdir. Nəqliyyat vasitəsi daim istifadəsində olaraq müəyyən müddət satılmadığından dayanacaqda saxlanılmış, sonradan xaricdə olduğundan qardaşı Səməd Salman Müzəffər oğlunun adına 19.05.2014-cü il tarixdə 20 illik baş etibarnamə vermişdir. Nəqliyyat vasitəsindən qardaşı ilə bərabər istifadə etmişlər və avtomobil hazırda onun sərəncamındadır. Lakin bu yaxınlarda müəyyən etmişdir ki, sözügedən nəqliyyat vasitəsi Cavabdeh tərəfindən öz adına sənədləşdirilərək yeni qeydiyyat şəhadətnaməsi alınmışdır. Halbuki onun həmin şəxsə maşın satmaq fikri olmamışdır, Cavabdeh ona verilmiş etibarnamədən öz şəxsi məqsədləri üçün istfiadə edərək nəqliyyat vasitəsini adına keçirmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, “Mercedes Benz VİTO CDİ” minik markalı avtomobili İddiaçı qardaşı Səməd Salman Müzəffər oğlundan 04.06.2017-ci il tarixdə etibarnamə ilə 15000 manata aldığını, 04.07.2017-ci il tarixdə AC № 955944 saylı qeydiyyat şəhadətnaməsi əsasında ** EU *** qeydiyyat nişanı alaraq adına rəsmiləşdirdiyini, rəsmiləşdirmə zamanı avtomobilin 500 manat məbləğindən çox cərimə borcu olduğunu aşkar etdiyini və ödədiyini, bu barədə Səməd Salmana bildirmək istədiyini, lakin onu tapa bilmədiyini, bir müddətdən sonra tapdığında maşını vurduğu üçün qaytarmaq istədiyini, sonuncunun, pulu olmadığını bəhanə gətirərək maşını geri almadığını, ancaq satılmasına köməklik edəcəyini bildirdiyini irəli sürmüş, buna görə də avtomobilin və onun qeydiyyat şəhadətnaməsinin İddiaçı alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 aprel 2019-cu il tarixli, 2(008)- 1510/2019 saylı qətnaməsi ilə ilkin iddia tələbi təmin edilmiş, 2004-cü il istehsallı, WDF**********2370 ban nömrəli, vaqon 7+1 yer tipli «Mercedes Benz VİTO CDİ» markalı ** EU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin AR DİN BDYPİ QİŞ-də Cavabdeh ilə X6 arasında bağlanmış «nəqliyyat vasitəsinin alqı-satqısı» haqqında 03.07.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh adına verilmiş nəqliyyat vasitəsinin 04.07.2017-ci il tarixli AC № 955944 saylı qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi və Cavabdeh İddiaçı qarşı «avtomobilin və qeydiyyat şəhadətnaməsinin qaytarılması» tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Qətnamədən apelyasiya şikayəti verən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qətnaməni ləğv, ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini qarşılıqlı iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün qiymət vermədiyini qeyd etmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-12736/2019 saylı, 23 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 aprel 2019-cu il tarixli, 2(008)-1510/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh kasasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1203/2020 saylı, 21 fevral 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh kasasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyasına qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5072/2020 saylı, 24 avqust 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1510/2019 saylı, 16 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv olunması” barədə ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, «Mercedes Benz VİTO CDİ minik» markalı ** EU *** dövlət nömrə nişanlı avtomobil və ona dair AC seriyalı 955944 nömrəli avtomobilin qeydiyyat şəhadətnaməsinin İddiaçı alınaraq Cavabdeh qaytarılması qət edilmişdir. Qətnamədən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı kasasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-505/2021 saylı, 09 mart 2021-ci il tarixli qərarı ilə İddiaçı kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5072/2020 nömrəli, 24 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apelyasiya baxışına qaytarılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X12 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6 və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmişlər, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 aprel 2019-cu il tarixli, 2(008)-1510/2019 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv olunması” barədə ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi təmin edilməli, «Mercedes Benz VİTO CDİ minik» markalı ** EU *** dövlət nömrə nişanlı avtomobil və ona dair AC seriyalı 955944 nömrəli avtomobilin qeydiyyat şəhadətnaməsi İddiaçı alınaraq Cavabdeh qaytarılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan AC seriyalı 955944 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəha-dətnaməsinin surətindən müəyyən edilir ki, «Mercedes Benz VİTO CDİ minik» markalı ** EU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Cavabdehdur. İş materiallarında olan AB seriyalı 963689 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən edilir ki, «Mercedes Benz VİTO CDİ minik» markalı ** EU *** dövlət qeydiyyat nişan-lı nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. İş materiallarında olan ƏN-V seriyalı 684780 saylı etibarnamənin surətindən görünür ki, İddiaçı «Mercedes Benz VİTO CDİ minik» markalı ** EU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 06.04.2018-ci il tarixədək X2 etibar etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİnin Qeydiyyat-İmtahan Şöbəsinin 14 noyabr 2018-ci il tarixli 120482/218 saylı məktubuna əlavə edilmiş «Mercedes Benz VİTO CDİ minik» markalı ** EU *** dövlət nömrə nişanlı avtomobilin qeydiyyat hərəkətlərindən hal-hazıra kimi məlumatların kompüter çıxarışından görünür ki, İddiaçı 24.10.2013-cü il tarixdə X9 24.10.2015-ci il tarixə kimi qüvvədə olan etibarnamə vermiş, daha sonra 18.06.2015-ci tarixdə X10, 22.08.2016-cı il tarixdə X5, 15.02.2017-ci il tarixdə Cavabdeh 15.02.2018-ci il tarixə kimi qüvvədə olan etibarnamə verilmiş, sonra yenə Cavabdeh 06.04.2018-ci il tarixə kimi qüvvədə olan etibarnamə verilmiş, Cavabdeh 02.07.2017-ci il tarixdə X3 06.04.2018-ci il tarixə kimi qüvvədə olan etibarnamə vermiş, 04.07.2017-ci il tarixdə avtomobil alqı-satqı müqaviləsi əsasında Cavabdeh adına rəsmiləşdirilmiş, daha sonra Cavabdeh 19.07.2017-ci il tarixdə X3 12.08.2023-cü il tarixə kimi qüvvədə olan etibarnamə vermiş, 23.08.2017-ci il tarixdə X9, 06.02.2018-ci il tarixdə X7 etibarnamələr verilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 03 iyul 2017-ci il tarixli nəqliyyat vasitəsinin alqısatqı müqaviləsinin surətindən görünür ki, «Mercedes Benz VİTO CDİ minik» markalı ** EU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh 15000 (on beş min) manata satılmışdır. İş materiallarında olan ƏN-V seriyalı 828739 saylı etibarnamənin surətindən görünür ki, İddiaçı «Mercedes Benz VİTO CDİ minik» markalı ** EU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 06.04.2018-ci il tarixədək X1 etibar etmişdir. Kasasiya instansiyası məhkəməsinin hazırki iş üzrə sonuncu qərarında qeyd olunmuşdur ki,“ apelyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Belə ki, apelyasiya məhkəməsi ilk iddianı rədd edərkən iddiaçının əqdi mübahisələndirmək üçün qanunla müəyyən edilmiş müddəti ötürməsinə istinad etmiş və qeyd etmişdir ki, ilk iddia üzrə iddiaçı mübahisəsi gedən avtomobilə dair Səməd Salman Müzəffər oğlunun adına 24.10.2013-cü ildə baş etibarnamə etibarnamə verməklə ehtimal etməli idi ki, qardaşı tərəfindən avtomobilə dair sərəncam hüquqları digər şəxsə verilə bilər və bu baxımdan iddiaçıya münasibətdə iddia müddətinin axımı baş etibarnamənin verildiyi 24.10.2013-cü il tarixdə başlanıb. 56. Məhkəmə kollegiyası bununla razılaşmır. Çünki apelyasiya məhkəməsi bir tərəfdən müddətin axımının başlandığı tarix hesablanarkən şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günün nəzərə alınmasını qeyd edir, digər tərəfdən də iddiaçının qardaşına 24.10.2013-cü ildə baş etibarnamə verməklə, onun həmin tarixdən avtomobil barədə əqd bağlanmasını ehtimal etməli olmasını göstərib müddətin axımını baş etibarnamənin verildiyi 24.10.2013-cü il tarixdən başlanmasını qeyd etməklə ziddiyyətli nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası da qeyd edir ki, müddətin axımı təkcə təqvim vaxtından deyil, şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtdan da hesablana bilər. Belə bir hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da əks olunub. (məs., “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli Qərar). Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının qardaşına baş etibarnamə verdiyi 24.10.2013-cü il tarixinin müddətin axımının başlanğıcı kimi qiymətləndirilməsi barədə apelyasiya məhkəməsinin gəldiyi nəticəni müddətin axımının başlanması ilə bağlı yuxarıda qeyd edilən qayda və prinsiplərə uyğun hesab etmir. Apelyasiya məhkəməsi nəzərə almayıb ki, iddiaçı 24.10.2013-cü ildə verdiyi etibarnaməni deyil, həmin etibarnamə əsasında 04 iyul 2017-ci il tarixdə bağlanmış alqısatqı müqaviləsini mübahisələndirir. Belə olan halda, alqısatqı müqaviləsini mübahisələndirmək üçün müddətin axımının etibarnamənin verildiyi vaxtdan, başqa sözlə müqavilənin bağlanmasından təxminən 4 il əvvəldən hesablanması qanunvericiliyin müddətin axımının hesablanması ilə bağlı müəyyən etdiyi qaydalara uyğun olmamışdır. Həmçinin iddiaçının məhz etibarnaməni verdiyi tarixdən avtomobil barədə əqd bağlanmasını ehtimal etməli olması və bu əsasla da müddətin məhz etibarnamənin verildiyi vaxtdan hesablanmalı olması barədə dəlil də düz deyil. Çünki iddiaçı verdiyi etibarnamə əsasında avtomobil barəsində hər hansı əqd bağlanmasını ehtimal etsə də, bu, mütləq qaydada qəbul edilməməlidir. Etibarnamə almış şəxs etibarnamənin qüvvədə olduğu müddət ərzində verilən səlahiyyətlərdən istifadə etməyə də bilər. Buna görə də bütün hallarda müddətin axımı etibarnamə əsasında bağlanan əqdin tarixi əsas götürülməklə maraqlı şəxsin həmin əqdin bağlanmasından hansı vaxtdan xəbər tutması və xəbər tutmalı olması vaxtından hesablanmalıdır. Apelyasiya məhkəməsi isə iddiaçının mübahisələndirdiyi əqddən nə vaxt xəbər tutmasını müəyyən etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ilk iddianı müddətin ötürülməsi əsası ilə rədd edərkən apelyasiya məhkəməsi maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. İlk iddianın qeyd edilən əsasla rədd edilən hissəsində məhkəmə kollegiyası apelyasiya məhkəməsinin mövqeyi ilə razılaşmadığı üçün qarşılıqlı iddianın təmin edilməsi hissəsində də (qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldıran hal olduğu üçün) apelyasiya məhkəməsinin mövqeyini əsassız sayır.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin yuxarıda şərh edilən faktiki hallarından göründüyü kimi, mübahisəsi gedən avtomobil İddiaçı (ilkin iddiaçının) verdiyi etibarnamə əsasında hərəkət edən qardaşı Salman Səməd tərəfindən öz borcunun təminatı (girovu) qismində Cavabdeh verilmiş, sonuncu, ona verilən etibarnamədən istifadə edərək avtomobili adına qeydiyyata aldırmışdır. Başqa sözlə, ilkin iddiaçı (təmsil olunan), Salman Səmədə həmin etibarnamə ilə onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və yenə onun maraqlarından çıxış etmək səlahiyyəti vermiş, Salman Səməd onun maraqlarından deyil, öz maraqlarından hərəkət edərək avtomobili borcunun təminatı qismində Cavabdeh vermiş, sonuncu avtomobili öz adına rəsmiləşdirmiş, avtomobilin formal satışından hər hansı pul vəsaiti əldə olunmayaraq ilkin iddiaçıya (təmsil olunana) verilməmişdir; bu o deməkdir ki, qanunvericiliyin etibarnamə institutu ilə bağlı tələbləri pozulmuşdur. “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2013-cü il tarixli Qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsinin olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Bununla belə kollegiya qeyd edir ki, Mülki Məcəllənin 354.1-ci və 354.2-ci maddələrinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Qeyd edilən maddələrin hüquqi mahiyyəti ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericilik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. Başqa sözlə, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir, bu müddət keçdikdən sonra isə müvafiq hüququnu itirir. Göründüyü kimi, qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur və müddətin keçməsi məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq olunmalıdır. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddia müddətləri həmişə məhkəməyə müraciət etməklə bağlı olan müddətlər olduqları halda, kəsici müddətlərin məhkəməyə müraciət etməklə bağlı olması həmişə zəruri deyildir. Əqdi mübahisələndirə bilmək üçün məhkəmədə iddia qaldırmaq məcburiyyəti və zərurəti yoxdur, hüququ pozulmuş şəxs tərəfindən əqdin mübahisələndirildiyinə dair iradə ifadəsinin hər hansı bir şəkildə qarşı tərəfə bildirilməsi kifayətdir. Nəzərə alınmalıdır ki, qeyd edilən maddələrin mənasına görə, müddətin axımının başlandığı tarix hesablanarkən şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün nəzərə alınmalıdır. İşin müəyyən edilmiş hallarına əsasən mübahisəsi gedən avtomobil 04.07.2017-ci il tarixdə Cavabdeh adına qeydiyyata alındıqdan sonra o, yenidən X9 etibarnamə vermişdir və işin müəyyən olunan halına görə hazırda həm avtomobil həm avtomobilə dair sənədlər ilkin iddiaçıdadır. Deməli, iddiaçı 04.07.2017-ci il tarixdə mübahisəli avtomaşının Cavabdeh adına qeydiyyata alındığını bilmişdir. Mülki işə əlavə edilmiş BDYPİ Qeydiyyatimtahan İdarəsinin 14 noyabr 2018-ci il tarixli məktubundan müəyyən edilir ki, cavabdeh tərəfindən X9 mübahisəli avtomaşın ilə bağlı etibarnamə 23.08.2017-ci il tarixdə verilmişdir. Beləliklə iddiaçı həmin tarixdən məhkəməyə müraciət edərək avtomaşının alqısatqı müqaviləsinin etibarsız hesab edilməsini tələb edə bilərdi. Lakin iddiaçı bu cür tələblə məhkəməyə bir il dörd ay sonra müraciət etməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsi ilə müəyyən edilmiş kəsici müddəti ötürmüşdür. Yuxarıda göstərilənləri nəzərə alaraq kollegiya hesab edir ki, Cavabdeh apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ilkin iddia tələbi rədd, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası nəzərə alır ki, hazırki mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. İşin yuxarıda sadalanan hallarından məlum olur ki, «Mercedes Benz VİTO CDİ minik» markalı ** EU *** dövlət nömrə nişanlı avtomobil barədə İddiaçı 24.10.2013-cü il tarixdə X9 24.10.2015-ci il tarixə kimi qüvvədə olan etibarnamə vermiş, daha sonra 18.06.2015-ci tarixdə X10, 22.08.2016-cı il tarixdə X5, 15.02.2017-ci il tarixdə Cavabdeh 15.02.2018-ci il tarixə kimi qüvvədə olan etibarnamə verilmiş, sonra yenə Cavabdeh 06.04.2018-ci il tarixə kimi qüvvədə olan etibarnamə verilmiş, Cavabdeh 02.07.2017-ci il tarixdə X3 06.04.2018-ci il tarixə kimi qüvvədə olan etibarnamə vermiş, 04.07.2017-ci il tarixdə avtomobil alqı-satqı müqaviləsi əsasında Cavabdeh adına rəsmiləşdirilmiş, daha sonra Cavabdeh 19.07.2017- ci il tarixdə X3 12.08.2023-cü il tarixə kimi qüvvədə olan etibarnamə vermiş, 23.08.2017-ci il tarixdə X9, 06.02.2018-ci il tarixdə X7 etibarnamələr verilmişdir. Göründüyü kimi, «Mercedes Benz VİTO CDİ minik» markalı ** EU *** dövlət nömrə nişanlı avtomobil hazırda Cavabdeh mülkiyyətindədir, lakin avtomobil və ona dair sənədlər hazırda İddiaçıdır. Bu isə o deməkdir ki, İddiaçı avtomobilə sahiblik hüququ qanunsuz olduğundan avtomobil və ona dair sənədlər Cavabdeh qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, ilkin iddia ərizəsinin verilməsi üçün 30 manat, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün isə 10 manat dövlət rüsumu ödənilmişdir. Kollegiya hesab edir ki, ilkin iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu ilkin iddiaçının özünə aid edilməli, qarşılıqlı iddia tələbi təmin edildiyindən qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu cavabdeh İddiaçı tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 aprel 2019-cu il tarixli, 2(008)-1510/2019 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv olunması” barədə ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi təmin edilməli, «Mercedes Benz VİTO CDİ minik» markalı ** EU *** dövlət nömrə nişanlı avtomobil və ona dair AC seriyalı 955944 nömrəli avtomobilin qeydiyyat şəhadətnaməsi İddiaçı alınaraq Cavabdeh qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 aprel 2019-cu il tarixli, 2(008)- 1510/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv olunması” barədə ilkin iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. «Mercedes Benz VİTO CDİ minik» markalı ** EU *** dövlət nömrə nişanlı avtomobil və ona dair AC seriyalı 955944 nömrəli avtomobilin qeydiyyat şəhadətnaməsi İddiaçı alınaraq Cavabdeh qaytarılsın. İlkin iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı tutularaq Cavabdeh ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4962/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4962/2021
26.05.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver