Məhkəmə qərarları › İş №2(103)-4968/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4968/2024

14.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4968/2024 14.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlundan (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbi barədə mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4914/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4914/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddia ərizəsinin geri qaytarılması barədə məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddia ərizəsini iddiaçının adından imza edən şəxsin şəxsiyyətini, o cümlədən də imzalayan şəxsin xidməti vəziyyətini təsdiq edən sənədlər əlavə edilməmiş, bu səbəbdən də imza edən şəxsin qanunvericiliyin tələbinə uyğun olaraq iddiaçının yaxın qohumu və ya vəkili kimi iddia ərizəsini imzalamağı müəyyən olunmamışdır. Həmin qərardaddan iddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət belə əsaslandırmışdır ki, iddia ərizəsinin imzalanması üçün iş materiallarına nümayəndənin səlahiyyətlərini təsdiq edən etibarnamə əlavə edilmişdir. Eyni zamanda, həmin etibarnamədə səlahiyyətlərin kimə verilməsi barədə ətraflı məlumatlar da öz əksini tapmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4914/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e- 2(001)-4914/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) iddia ərizəsinin forma və məzmununu tənzimləyən 149-cu maddəsində göstərilmişdir ki, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. (149.1). Ərizəyə əlavə edilən sənədlərin siyahısı iddia ərizəsində göstərilməlidir. (149.2.5) Həmin Məcəllənin 150.1.3-cü maddəsinə görə iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilməlidir. Qeyd edilən Məcəllənin 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. 69.1-1-ci maddəyə görə fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. 73.1-ci maddəyə görə nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. 73.5-ci maddəyə görə isə vəkilin səlahiyyəti qanunla müəyyən olunmuş qaydada təsdiq edilir. Qanunun sadalanan normalarının göstərişlərindən aydın olur ki, iddia ərizəsi nümayəndə vasitəsilə verildikdə və imzalandıqda onun iddiaçının adından müvafiq hərəkətləri yerinə yetirməyə səlahiyyətli şəxs olduğunu məhkəməyə nümayiş etdirməsi üçün təkcə etibarnamənin təqdim edilməsi yetərli deyildir. Çünki etibarnamə özlüyündə yalnız etibar edilən şəxsə (nümayəndəyə) hansı səlahiyyətlərin verildiyini əks etdirir, onun etibar edən fiziki şəxsin nümayəndəsi qismində qəbul edilə bilməsi üçün əlavə olaraq, həmin şəxslə yaxın qohumluq əlaqələrini və ya vəkil səlahiyyətini təsdiq edən sənəd (vəkil orderi) tələb olunur. Azərbaycan Respublikası Vəkillər X1 xx.xx.2018-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Vəkil orderi və order markası haqqında” əsasnamənin 1.5-ci maddəsinə əsasən vəkil orderi- müvəkkil ilə vəkil (vəkil qurumu) arasında bağlanmış müqavilə əsasında hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə səlahiyyətlərin verilməsini təsdiq edən unikal nömrəsi olan sənəddir. Hazırki iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirdikdə müəyyən olunur ki, iddia ərizəsinə onu imzalayan şəxsin - Nümayəndə iddiaçını məhkəmədə təmsil etmək hüququna malik olduğunu göstərən sübutlar (iddiaçının yaxın qohumu və ya vəkili olmasına dair sənədlər) əlavə edilməmiş, bununla da iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalandığını müəyyən etmək mümkün olmamışdır. Qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytarmaqla düzgün nəticəyə gəlmişdir. Belə ki, MPM-nin 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi geri qaytarılır. 152.1.2-ci maddəyə görə iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsi geri qaytarılır. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4914/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar