Məhkəmə qərarları › İş №2(103)-4985/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4985/2024

23.10.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4985/2024 23.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Sarıyevin sədrliyi ilə, X8 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, Cavabdeh1 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 may 2024-ci il tarixli, 2(008)-2353/2024 saylı qətnaməsindən cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsinə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2012-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrində 294 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində qeydiyyatdan keçən RX seriyalı ******* nömrəli dövlət reyestrindən çıxarışın (252) kv.m hissədə) ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən xx.xx.2018-ci il tarixdə keçirilmiş hərracda Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 0,24 hektar torpaq sahəsini almışdır. Onunla Əmlak Məsələləri Dövlət Komitəsi arasında həmin torpaq sahəsinin alğı-satqısı barədə xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə əsasında o, sözügedən torpaq sahəsinə dair adına RX seriyalı, ******* nömrəli çıxarış almışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1820/2019 saylı, 25 dekabr 2019-cu il tarixli qərarı ilə onun iddiası təmin edilərək, Abşeron rayonu Məmmədli Bələdiyyəsinin 06 sentyabr 2001-ci il tarixli 08 nömrəli qərarı ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 252.0 kv.m torpaq sahəsinə aid hissədə ləğv edilmiş, həmin iş üzrə verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq olaraqBakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-235/2021 nömrəli iş üzrə 02 fevral 2021-ci .il tarixli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 958/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanmışdır. Bundan sonra Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)- 9249/2021 saylı Qətnaməsi ilə onun Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Abşeron Ərazi İdarəsinə qarşı qərarın, dövlət aktının, çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası qismən təmin edilərək, Abşeron rayonu Məhəmmədi Bələdiyyəsinin 6 sentyabr 2001-ci il tarixli 08 nömrəli qərarı əsasında X5 Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 0.24 hektar torpaq sahəsi ilə bağlı 39 saylı dövlət notariat kontoru tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 2V-85 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə, xx.xx.2012-ci il tarixli, Daşınmaz Əmlakın Dövlət Reyestrində 294 nömrəli reyestr kitabının 40 nömrəli vərəqəsində qeydiyyatdan keçən seriya RX, ******* nömrəli Cavabdeh1 adına verilmiş dövlət reyestrindən çıxarış iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 252 kv.m torpaq sahəsi ilə bağlı hissədə etibarsız hesab edilmişdir. Həmin qətnamədən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2 (103)-4728/22 saylı, xx.xx.2022-ci il tarixli Qətnaməsi ilə təmin edilməmiş, Sabunçu Rayon Məhkəməsinin qətnaməsi vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin eyni tarixli qərardadı ilə Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilərək, Sabunçu Rayon Məhkəməsinin sözügedən qətnaməsi ilkin iddia tələbinin xx.xx.2012-ci il tarixli, Daşınmaz Əmlakın Dövlət Reyestrində 294 nömrəli reyestr kitabının 40 nömrəli vərəqəsində qeydiyyatdan keçən seriya RX, ******* nömrəli Cavabdeh1 adına verilmiş dövlət reyestrindən çıxarışın ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 252 kv.m torpaq sahəsi ilə bağlı hissədə etibarsız hesab edilməsi” və ’’hərrac prorokolunun və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinə dair hissədə ləğv edilmiş və həmin hissədə mülki iş üzrə icraata xitam verilmişdir. Bundan sonra tərəfindən cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Cavabdeh1) “çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2358/2023 nömrəli, 6 fevral 2023-cü il tarixli qərardadı ilə iddiası mümkün sayılmamışdır. Tərəfindən həmin qərardaddan apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2193/2023 nömrəli, 4 iyul 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmışdır. Tərəfindən həmin qərardaddan kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- l(102)-2302/2023 saylı qərarı ilə kassasiya şikayətim də təmin edilməmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 may 2024-ci il tarixli, 2(008)-2353/2024 saylı qətnaməsi (hakim Nilufər Cəfərli)ilə iddia tələbi təmin edilərək, Cavabdeh1 adına 39 saylı dövlət notariat kontoru tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 2V-85 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın İddiaçı aid olan (0.0252 ha) hissədə ləğv edilməsi qət edilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsiqətnamədən apellyasiya şikayəti verərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci, 372.1-ci, 384.0.5-ci və 385-ci maddələrinə əsasən, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-2353/2024 saylı qətnaməsinin ləğv edilməsi və bu barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunmuşdur ki, cavabdehin mülkiyyətində olan 0,24 ha torpaq sahəsi Accessbank" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Adıçəkilən məhkəmə qətnaməsində iddia predmeti olan 0.0252 ha hissənin 0.24 ha torpaq sahəsinin hansı hissəsindən ləğv ediləcəyi öz əksini tapmamışdır.Bu səbəblərdən dolayı Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-2353/2024 saylı qətnaməsinin icrası tərəflərindən mümkün deyil. Qətnamədən həmçinin digər Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron rayonu Məhəmmədi Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 08 nömrəli qərarı ilə X6 Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 0.24 hektar torpaq sahəsi satılmış, onun mülkiyyət hüququ xx.xx.2001-ci ildə verilmiş torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə rəsmiləşdirilmişdir. X10 xx.xx.2008-ci ildə vəfat etmiş və xx.xx.2012-ci il tarixli 2V-85 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən qeyd olunan torpaq sahəsindən onun vərəsələrinin (arvadı X1, övladları - X7, X14 və X11) bərabər payları müəyyən edilmişdir. Həmçinin eyni tarixdə digər vərəsələr vərəsəlik şəhadətnaməsi əsasında onlara düşən paylarını bağışlama müqaviləsi bağlamaqla Cavabdeh1 Nadir oğluna bağışlamışlar. Sonuncunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 294 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində xx.xx.2012-ci ildə **********82 reyestr nömrəsi ilə qeydiyyata alınaraq, RX seriyalı, ******* saylı çıxarışla rəsmiləşdirilmişdir. Belə olan halda 2018-ci ildə cavabdehin xüsusi mülkiyytində olan torpaq sahəsi ilə bağlı hər hansı bir hərrac keçirilməsinin qanuni əsası yoxdur.mübahisələndirilən çıxarış əsasında cavabdeh 0,24 ha torpaq sahəsinin mülkiyyətçisidir. Sabunçu Rayon Məhkəməsi tərəfindən onun mülkiyyət hüquqları pozulmuşdur. Belə ki, iddiaçının 2018-ci ildə hərrac vasitəsilə cavabdehin xüsusi mülkiyyətində olan torpağa yiyələnməsi qanunsuzdur. İddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalı idi.Qətnaməninəsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər göstərilməmişdir. İddiaçı apellyasiya şikayətlərinə qarşı etiraz təqdim edərək göstərmişdir ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən xx.xx.2018-ci il tarixdə keçirilmiş hərracda ünvan 1 ünvanında yerləşən 7 saylı kafe (ümumi faydalı sahəsi 214.7 kv metr, özəlləşdirilən obyektin yerləşdiyi torpaq sahəsi 0.0252 ha) tərəfimdən alınmışdır. Onunla Əmlak Məsələləri Dövlət Komitəsi arasında həmin torpaq sahəsinin alğı-satqısı barədə xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə əsasında o, sözügedən torpaq sahəsinə dair adına RX seriyalı, ******* nömrəli çıxarış almışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1820/2019 saylı, 25 dekabr 2019-cu il tarixli qərarı ilə onun iddiası təmin edilərək, Abşeron rayonu Məmmədli Bələdiyyəsinin 06 sentyabr 2001- ci il tarixli 08 nömrəli qərarı ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 252.0 kv.m torpaq sahəsinə aid hissədə ləğv edilmiş, həmin iş üzrə verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-235/2021 nömrəli iş üzrə 02 fevral 2021-ci .il tarixli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 958/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanmışdır. Bundan sonra Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)- 9249/2021 saylı Qətnaməsi ilə onun Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, AzərbaycanRespublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Abşeron Ərazi İdarəsinə qarşı qərarın, dövlət aktının, çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası qismən təmin edilərək, Abşeron rayonu Məhəmmədi Bələdiyyəsinin 6 sentyabr 2001-ci il tarixli 08 nömrəli qərarı əsasında X5 Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 0.24 hektar torpaq sahəsi ilə bağlı 39 saylı dövlət notariat kontoru tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 2V-85 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə, xx.xx.2012-ci il tarixli, Daşınmaz Əmlakın Dövlət Reyestrində 294 nömrəli reyestr kitabının 40 nömrəli vərəqəsində qeydiyyatdan keçən seriya RX, ******* nömrəli Cavabdeh1 adına verilmiş dövlət reyestrindən çıxarış iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 252 kv.m torpaq sahəsi ilə bağlı hissədə etibarsız hesab edilmişdir. Həmin qətnamədən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2 (103)-4728/22 saylı, xx.xx.2022-ci il tarixli Qətnaməsi ilə təmin edilməmiş, Sabunçu Rayon Məhkəməsinin qətnaməsi vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin eyni tarixli qərardadı ilə Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilərək, Sabunçu Rayon Məhkəməsinin sözügedən qətnaməsi ilkin iddia tələbinin xx.xx.2012-ci il tarixli, Daşınmaz Əmlakın Dövlət Reyestrində 294 nömrəli reyestr kitabının 40 nömrəli vərəqəsində qeydiyyatdan keçən seriya RX, ******* nömrəli Cavabdeh1 adına verilmiş dövlət reyestrindən çıxarışın ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 252 kv.m torpaq sahəsi ilə bağlı hissədə etibarsız hesab edilməsi” və ’’hərrac prorokolunun və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinə dair hissədə ləğv edilmiş və həmin hissədə mülki iş üzrə icraata xitam verilmişdir. Bundan sonra tərəfindən cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Cavabdeh1) “çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2358/2023 nömrəli, 6 fevral 2023-cü il tarixli qərardadı ilə iddiası mümkün sayılmamışdır. Tərəfindən həmin qərardaddan apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2193/2023 nömrəli, 4 iyul 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmışdır. Tərəfindən həmin qərardaddan kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-l(102)-2302/2023 saylı qərarı ilə kassasiya şikayətim də təmin edilməmişdir. Bundan başqa, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-9249/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, ilkin iddia tələbi qisməntəmin edilmiş, Abşeron rayonu Məhəmmədi Bələdiyyəsinin 6 sentyabr 2001ci il tarixli 08 nömrəli qərarı əsasında X6 verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 0.24 hektar torpaq sahəsi ilə bağlı 39 saylı dövlət notariat kontoru tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 2V-85 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə, xx.xx.2012ci il tarixli, Daşınmaz Əmlakın Dövlət Reyestrində 294 nömrəli reyestr kitabının 40 nömrəli vərəqəsində qeydiyyatdan keçən seriya RX, ******* nömrəli Cavabdeh1 adına verilmiş dövlət reyestrindən çıxarış İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 252 kv.m torpaq sahəsi ilə bağlı hissəsində etibarsız hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4728/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 9249/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilkin iddia tələbinin “xx.xx.2012-ci il tarixli, Daşınmaz Əmlakın Dövlət Reyestrində 294 nömrəli reyestr kitabının 40 nömrəli vərəqəsində qeydiyyatdan keçən seriya RX, ******* nömrəli Cavabdeh1 adına verilmiş dövlət reyestrindən çıxarışın İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 252 kv.m torpaq sahəsi ilə bağlı hissədə etibarsız hesab edilməsi” və “hərrac protokolunun və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinə dair hissədə ləğv edilmiş və həmin hissədə mülki iş üzrə icraata xitam verilmiş, iddiaçılara hazırkı tələblə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4728/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, ilkin iddia üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-9249/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi yoxlanılan vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd edilənlərdən də aydın olduğu kimi, çıxarışın verilməsinə əsas olmuş sənəd hesab edilən vərəsəlik şəhadətnaməsi etibarsız hesab edildiyindən, həmin şəhadətnamə əsasında verilmiş çıxarışın mənim torpaq sahəmə aid olan hissəsində ləğv edilməsi tam qanunauyğundur. Məhz buna görədə mənim pozulmuş hüquqlarım Sabunçu Rayon Məhkəməsinin 2(008)-2353/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə bərpa edilmiş, tam şəkildə əsaslı qətnamə qəbul edilmişdir. Buna baxmayaraq, cavabdehlər tərəfindən əsassız olaraq apellyasiya şikayəti verilmiş, şikayət isə əsaslandırılmamış, yalnızca qətnamənin icrasının mümkün ola bilməyəcəyi, iddia predmeti olan 0.0252 ha torpaq shaəsinin hansı hissədə ləğv edilməsinin qeyd edilməməsi öz əksini tapmışdır. Əsassız olaraq qeyd edilmiş və heçbir hüquqi əsasa söykənməyən hissəyə münasibət bildirərək qeyd etməliyəm ki, Sabunçu Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə iş materiallarına diqqət yetirsək hansı əmlakdan söhbət getdiyini aydın görə bilərik. xx.xx.2018-ci il tarixli, 08/01 nömrəli hərrac protokolunda mənə məxsus əmlakın hüdudları konkret göstərilmişdir. Həmin akta əsasən ünvan 2 ünvanında yerləşən İstehsalat və Xidmət Müəssisəsinin İdarəetmə Mərkəzi, keçmiş “Azərsutikinti” X4 Birliyinin 7 saylı kafesi (ümumi faydalı sahəsi 214.7 kv.metr, özəlləşdirilən obyektin yerləşdiyi torpaq sahəsi 252 kv.metr olan torpaq sahəsi açıq aydın qeyd edilmişdir. Göründüyü kimi Sabunçu Rayon Məhkəməsinin 2(008)-2353/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin icrası tam şəkildə mümkün olmaqla verilmiş şikayət həqiqəti əks etdirmir. Beləliklə, apellyasiya şikayətində qətnamənin icrasının mümkünsüz edə biləcək hər hansı bir hal olmadığı üçün verilmiş apellyasiya şikayəti təmin edilməməlidir.Həmçinin, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətində qeyd edilmişdir ki, guya mübahisələndirilən çıxarış əsasında 0.24 ha torpaq sahəsinin mülkiyyətçisidir. Həmin hissəyə münasibət bildirərək qeyd edim ki, qnauni qüvvəsini almış yekun məhkəmə aktına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4728/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, ilkin iddia üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-9249/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi yoxlanılan vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi hissəsində dəyişdirilmədən saxlanılmış bununla da həmin hissənin mənə məxsus olması faktı öz təsdiqini tapmışdır. Buradanda aydın olduğu kimi mübahisələndirilən əmlak cavabdehin apellyasiya şikayətində qeyd etdiyi kimi ona məxsus deyildir. Bir daha vurğulayım ki, cavabdehin ona məxsus olduğunu iddia etdiyi torpaq sahəsinə dair verilmiş çıxarışın verilməsinə əsas olmuş sənəd-vərəsəlik şəhadətnaməsi qanuni qüvvəsini almış yekun akta əsasən etibarsız hesab edilmişdir, həmin şəhadətnamə əsasında verilmiş çıxarışın iddiaçının torpaq sahəsinə aid olan hissəsində ləğv edilməsi tam qanunidir. Bundan başqa, Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, guya mənim hazırki mülki iş üzrə məhkəmədə iştirakım üçün subyektiv hüququm olmamış, məhkəmə bu faktı araşdırmamışdır. Cavabdeh sözügedən əsasları qeyd edərkən, əmlakın mənə məxsus olmasını bunu təsdiq edən xx.xx.2018-ci il tarixli, 08/01 nömrəli hərrac protokolunda ünvan 2 ünvanında yerləşən İstehsalat və Xidmət Müəssisəsinin İdarəetmə Mərkəzi, keçmiş “Azərsutikinti” X4 Birliyinin 7 saylı kafesi (ümumi faydalı sahəsi 214.7 kv.metr, özəlləşdirilənobyektin yerləşdiyi torpaq sahəsi 252 kv.metr olan torpaq sahəsinin mənə məxsus olması faktı öz təsdiqini tapmışdır. Belə olduğu təqdirdə mənim hansı subyektiv hüququmun olmamasından söhbət gedə bilərki? Görünür tərəflər heç bir hüquqa söykənməyən apellyasiya şikayəti verməklə mənim hüquqlarımı pozmağa davam etməyə, işin uzadılmasına çalışmışlar. Məhz bu faktları məhkəmə düzgün qiymətləndirməli, mənim pozulmuş hüquqlarım yenidən bərpa olunmalıdır. Mən hazırki mülki iş üzrə pozulmuş hüquqlarımın bərpası naminə ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət etmişəm. Belə ki, mülkiyyətin müdafiəsi üçün mülki hüquqda ənənəvi olaraq iki klassik iddia növündən istifadə edilir: vindikasiya iddiasından və neqator iddiasından. Vindikasiya iddiası mülkiyyətçinin əşyaya sahibliyi itirdiyi hal üçün müəyyən edilmişdir və əmlakı özgənin qeyri-qanuni sahibliyindən məcburi tələb etməkdən ibarətdir. Vindikasiya hüququnun subyekti tələb olunan əşyaya öz hüququnu, yaxud ona sahibliyinin əsasını (titul) sübut etməli olan əmlak mülkiyyətçisidir. Burada borclu subyekt iddianın qaldırdığı anda əşyaya malik olan qeyri-qanuni sahibdir. Vindikasiya obyekti həmişə natura şəklində qalmış fərdi müəyyən edən əşyadır. Neqator iddiasının məqsədi mülkiyyətçinin və digər titul sahibinin əşyaya sahiblikdən məhrum etmə ilə bağlı olmayan digər səlahiyyətlərini (istifadə və sərəncam səlahiyyətini) müdafiə etməklə pozulmuş hüquqları bərpa etməkdən ibarətdir. Bu iddianın məqsədi üç niyyətlə şərtlənir: birincisi, hüququ pozulmuş hərəkətlərin qarşısını almaq (məsələn, mülkiyyətçi evini özbaşına tutan şəxsin həmin evdən çıxarmaq məqsədi); ikincisi, gələcəkdə mülkiyyət hüququnun pozulmasına gətirib çıxara bilən hərəkətlərin qarşısını qabaqcadan almaq məqsədi (məsələn, əşyadan istifadəyə mane ola biləcək tikintinin aparılmasını qadağan etməyə nail olmaq məqsədi); üçüncüsü, hüququn pozulması anına kimi mövcud olan vəziyyəti bərpa etmək üçün müəyyən hərəkət etməyi cavabdehə həvalə etmək (məsələn, mülkiyyətçinin evini pəncərəsinin qarşısında tikilən hasarı sökmək və s.). Məhz qeyd etdiyim normalara uyğun olaraq cavabdeh tərəfindən mülkiyyət hüququmun pozulması və onun müdafiəsi uğrunda irəli sürdüyüm tələb məhkəmənin ədalətli qərarı ilə təmin edilmişdir. Odur ki, yuxarıda qeyd edilən səbəblərə əsasən, Cavabdeh1 və maraqlarına toxunulan şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin əsassız olması, Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2353/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılması öz təsdiqini tapır. İddiaçı etirazda göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini xahiş etdi. İş üzrə İddiaçı və digər cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsiməhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi, məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verəmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 24 may 2024-ci il tarixli, 2(008)-2353/2024 saylı qətnaməsi ləğv edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, Məmmədəli Məmmədəliyev küçəsi 86 saylı ümumi sahəsi 214,7 kv metr olan fərdi yaşayış evinin və ümumi sahəsi 0.0252 ha olar torpaq sahəsinin mülkiyyətçisi İddiaçıdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu Məmmədli kəndində yerləşən ümumi sahəsi 0,24 ha olan torpaq sahəsinin mülkiyyətçisi X12r. İş materiallarının araşdırılması ilə müəyyən edilmişdir ki, iddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respubliaksı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı dövlət aktının, çıxarışın etibarsız hesab edilməsi tələbinə dair ilkin iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən X6 iaşə və digər tikinti məqsədilə 0.24 hektar torpaq sahəsinin ayrılmasına dair Abşeron rayonu, Məmmədli Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli, 08 saylı qərarının, həmin qərar əsasında verilmiş xx.xx.2001-ci il tarixli, dövlət aktı qeydiyyat kitabında qeyd edilmiş 5845 nömrə ilə qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair dövlət aktının, sözügedən torpaq sahəsi ilə bağlı notariat kontoru tərəfindən Cavabdeh1 adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.2012-ci il tarixli, Daşınmaz ƏmlakınDövlət Reyestrində 294 nömrəli reyestr kitabının 40 nömrəli vərəqəsində qeydiyyatdan keçən seriya RX, ******* nömrəli Cavabdeh1 adına verilmiş dövlət reyestrindən çıxarışın etibarsız hesab edilərək ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh1 İddiaçı qarşı hərrac protokolunun və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsi və onun yerləşdiyi torpaq sahəsinə dair ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən verilmiş 08/01 saylı, xx.xx.2018-ci il tarixli hərrac protokolunun və onun əsasında İddiaçı adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-9249/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, ilkin iddia tələbi qismən təmin edilmiş, Abşeron rayonu Məhəmmədi Bələdiyyəsinin 6 sentyabr 2001-ci il tarixli 08 nömrəli qərarı əsasında X6 verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 0.24 hektar torpaq sahəsi ilə bağlı 39 saylı dövlət notariat kontoru tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 2V-85 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə, xx.xx.2012-ci il tarixli, Daşınmaz Əmlakın Dövlət Reyestrində 294 nömrəli reyestr kitabının 40 nömrəli vərəqəsində qeydiyyatdan keçən seriya RX, ******* nömrəli Cavabdeh1 adına verilmiş dövlət reyestrindən çıxarış İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 252 kv.m torpaq sahəsi ilə bağlı hissəsində etibarsız hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4728/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 9249/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilkin iddia tələbinin “xx.xx.2012-ci il tarixli, Daşınmaz Əmlakın Dövlət Reyestrində 294 nömrəli reyestr kitabının 40 nömrəli vərəqəsində qeydiyyatdan keçən seriya RX, ******* nömrəli Cavabdeh1 adına verilmiş dövlət reyestrindən çıxarışın İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 252 kv.m torpaq sahəsi ilə bağlı hissədə etibarsız hesab edilməsi” və “hərrac protokolunun və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinə dair hissədə ləğv edilmiş və həmin hissədə mülki iş üzrə icraata xitam verilmiş, iddiaçılara hazırkı tələblə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4728/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, ilkin iddia üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-9249/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi yoxlanılan vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata verir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. İş materiallarından göründüyü kimi iddiaçı vaxtı ilə hazrıkı iş üzrə cavabdehlərə qarşı eyni tələblə, yəni Cavabdeh1 adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2012-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrində 294 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində qeydiyyatdan keçən RX seriyalı ******* nömrəli dövlət reyestrindən çıxarışın (252) kv.m hissədə) ləğv edilməsi tələbi ilə Bakı şəhəri Sabunçu Rayon məhkəməsinə müraciət etmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-9249/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə mübahisələndirilən RX, ******* nömrəli çıxarışın 252 kv.m torpaq sahəsi ilə bağlı hissəsində etibarsız hesab edilməsi qət edilsə də, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4728/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsi xx.xx.2012-ci il tarixli, Daşınmaz Əmlakın Dövlət Reyestrində 294 nömrəli reyestr kitabının 40 nömrəli vərəqəsində qeydiyyatdan keçən seriya RX, ******* nömrəli Cavabdeh1 adına verilmiş dövlət reyestrindən çıxarışın İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 252 kv.m torpaq sahəsi ilə bağlı hissədə etibarsız hesab edilməsi hissəsində ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4728/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı mübahisələndirilməmiş və hazırda da qüvvədədir. Bundan sonra iddiaçı hazırki tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, lakin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2358/2023 nömrəli, 06 fevral 2023-cü il tarixli qərardadı ilə iddiası mümkün sayılmamış, iddiaçı tərəfindən həmin qərardaddan verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2193/2023 nömrəli, 04 iyul 2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş,həmin qərardaddanverilmiş kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- l(102)-2302/2023 saylı qərarı ilə təmin edilməmişdir. Bunda sonra iddiaçı eyni tələblə yenidən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdehlərə qarşı Cavabdeh1 adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2012-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrində 294 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində qeydiyyatdan keçən RX seriyalı ******* nömrəli dövlət reyestrindən çıxarışın (252) kv.m hissədə) ləğv edilməsi barədə iddia tələbi üzrə icraata xitam verilməsi barədə qüvvədə olan məhkəmə qərardadı mövcud olduğu üçün, hazırki iddia tələbinə yenidən baxılması prosessual qanunvericiliyin tələblərinə ziddir. Həmçinin iş materiallarından görünür ki, iddiaçı hazırda Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4728/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadını mübahisələndirir. Buna görə də Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 may 2024-ci il tarixli, 2(008)- 2353/2024 saylı qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilməldir. Beləliklə qeyd olunanları ümumləşdirərək məhkəmə kollegiyası hesab edir cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.2, 384.0.5, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 may 2024-ci il tarixli, 2(008)- 2353/2024 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsinə” tələbinə dair hazırki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Günay Axundova Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar