Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4986/2021 08.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh İddiaçı qarşı uşaqların atanın yanında saxlanılması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli 2(001)-181/2020 saylı qiyabi qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından doğulmuş övladları 11 noyabr 2012-ci il təvəllüdlü X3 və 11 dekabr 2015-ci il təvəllüdlü X2 cavabdehdən dərhal alınaraq onun himayəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə İddiaçı qarşı uşaqların atanın yanında qalmaları tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları 11 noyabr 2012-ci il təvəllüdlü X3 və 11 dekabr 2015-ci il təvəllüdlü X2 onun yanında saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk İddiaçı məhkəmə iclaslarına gəlmədiyinə görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli 2(001)-181/2020 saylı qərardadına əsasən ilkin iddia ərizəsi baxılmamış saxlanılmışdır. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında nikah münasibətləri faktiki olaraq 2018-ci ilin may ayında pozulmuş və birgə yaşamaları mümkün olmamışdır. Onlar ayrıldıqdan sonra birgə nikahlarından doğulmuş uşaqlar analarının yanında qalmışdır. Lakin İddiaçı uşaqlarını Yevlax şəhərində yaşayan qohumlarının himayəsinə vermiş və Bakı şəhərinə qayıdaraq kirayə evdə yaşamağa başlamışdır. Nəticədə övladları valideyn nəzarətindən kənar qalmış və valideyn qayğısından məhrum olmuşlar. Dəfələrlə İddiaçı övladlarını nəzarətsiz, baxımsız və qayğısız qoymaraq Bakı şəhərinə gətirməyi və ya özü Yevlax şəhərinə gedərək övladları ilə birgə yaşamağını tələb etmişdir. Lakin İddiaçı səbəb kimi Bakı şəhərində kirayələrdə yaşadığını, övladlarının yaşaması üçün heç bir şəraitin olmadığını bildirərək onun tələbini yerinə yetirməkdən imtina etmişdir. Buna görə də o, 27 dekabr 2018-ci il tarixində Yevlax şəhərinə gedərək uşaqlarını götürüb Bakı şəhərinə öz yanına aparmışdır. Hesab edir ki, övladları İddiaçı himayəsində olduğu zaman nəzarətsiz və baxımsız qalmaları, ana qayğısı görməmələri, ananın onların tərbiyəsi ilə məşğul olmaması belə qərara gəlməyə əsas verir ki, övladları onun yanında saxlanılmalıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli 2(001)-181/2020 saylı qiyabi qətnaməsi ilə qarşılıqlı iddia təmin edilmiş, yetkinlik yaşına çatmayan 11 noyabr 2012-ci il təvəllüdlü X3 və 11 dekabr 2015-ci il təvəllüdlü X2 ataları Cavabdeh yanında qalmaları müəyyən edilmiş, uşaqların anaları İddiaçı alınaraq ataları Cavabdeh verilməsi və qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan sonra 1 ay müddətində həftədə 2 gündən az olmamaqla icra orqanında atanın, uşaqların və psixoloqun iştirakı ilə söhbətlər aparılmaqla icra edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmamış, buna görə də məhkəmə iclaslarında iştirak edə bilməmişdir. Məhkəmə qətnamə çıxararkən birgə nikahdan doğulmuş uşaqlarının başqa bir məhkəmə qətnaməsi ilə nikah pozularkən onun yanında saxlanılmasını, Cavabdeh 25 may 2019-cu il tarixdə uşaqları gətirib ona qaytarmasını, uşaqların hal-hazırda onun yanında qalmasını nəzərə almamışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. İddiaçı izahatında həmçinin bildirdi ki, TƏBİB-in Bakı şəhər Baş Səhiyyə İdarəsinin 18 nömrəli Birləşmiş Şəhər xəstəxanasında tibb bacısı işləyir. Xəstəxananın 18.03.2020-ci il tarixli 6 nömrəli əmri ilə Covid-19 pandemiyasının yayılması səbəbindən gücləndirilmiş iş rejiminə keçilməsi ilə əlaqədar olaraq hava limanına ezam olunmuşdur. Bununla əlaqədar uşaqlarından müvəqqəti olaraq ayrı qalması mümkün olsa da, bu o demək deyil ki, o, uşaqlarını saxlamaq üçün başqalarının himayəsinə vermişdir. Uşaqlar hal-hazırda Bakı şəhərində onun yanında qalırlar. Mənzil şəraitinin qeyri-qənaətbəxş olması ilə bağlı qeyd edir ki, o, Bakı şəhəri Xətai rayonu ərazisində yeni tikilmiş çoxmənzilli binadan 82,3 kv.metr ölçüdə yeni mənzil almışdır. Cavabdeh uşaqlara yaxşı baxması barədə iş materiallarında qeyd olunanlarla bağlı bildirir ki, əgər o, uşaqlara yaxşı baxsaydı, hələ nikah rəsmi qaydada pozulmamışdan əvvəl o, aliment tutulması barədə iddia ilə məhkəməyə müraciət etməzdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə qarşılıqlı iddiaçı Cavabdeh məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qiyabi qətnaməsi ləğv edilməli, uşaqların atalarının yanında saxlanılması barədə iddia tələbi rədd edilməlidir. İş materiallarından görünür ki, Yexlax Rayon Məhkəməsinin 15 yanvar 2019-cu il tarixli 2(039)-152/2019 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından olan övladları 11 noyabr 2012-ci il təvəllüdlü X3 və 11 dekabr 2015ci il təvəllüdlü Babanlı Muhamməd Vüsal oğlunun anaları İddiaçı yanında saxlanılması qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 iyul 2018-ci il tarixli, 2(001)- 5452/2018 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin edilmiş, 11 noyabr 2012-ci il təvəllüdlü X3 və 11 dekabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya icraatı zamanı dinlənilmiş X4 və Cavabdeh analarının yanında qalmaq istədiklərini bildirmişlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Birinci instansiya məhkəməsində işə baxılarkən Bakı şəhəri Binqədi Rayon İcra Hakimiyyətinin və Yevlax Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komissiyaları işə cəlb edilmişlər. Tərəflər Yevlax Rayon İcra Hakimiyyətinin yanında Qəyyumluq və Himayəçilik komissiyasının işində iştirak etmədiklərinə görə Komissiya uşaqların azyaşlı olmasını, ananın və atanın uşaqların tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından məhrum olmasına dəlalət edən halların olmamasını, müstəsna halların olması barədə tərəflərin komissiyaya heç bir sənəd təqdim etməməsini, hər iki valideynin uşaqların tərbiyəsi, təhsili və sağlamlığı ilə məşğul olmalarını bir vəzifə kimi öz üzərlərinə götürmələrini və azyaşlıların hüquq və mənafeyini əsas götürərək 11 noyabr 2012-ci il təvəllüdlü X3 və 11 dekabr 2015-ci il təvəllüdlü X2 valideynlərindən hansının yanında qalmasının məhkəmə qaydasında həll olunmasını məqsədəuyğun hesab etmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komissiyası isə uşaqların mənafelərinin üstünlüyü baxımından onların atalarının yanında qalmalarını məqsədəmüvafiq hesab etmişdir. Komissiya bu qərara gələrkən Cavabdeh ailə və mənzilməişət şəraitinin övladlarını öz himayəsində saxlaması üçün əlverişli olmasını, Cavabdeh övladlarını öz himayəsində saxlamasına mane olan, uşaqların fiziki-psixi sağlamlıqlarına, onların əxlaqi inkişaflarına zərər yetirəcək zərərli vərdişlərinin olmamasını, uşaqları ilə daim maraqlandığını, Komissiyada məsələ müzakirə olunarkən uşaqların analarının yanında yox, Yevlax şəhərində nənə və xalasının yanında olmasını, İddiaçı komissiyanın iclasına gəlməkdən boyun qaçırmasını nəzərə almışdır. Birinci instansiya məhkəməsində işə baxılarkən keçirilmiş məhkəmə psixoloji ekspertizasının rəyinə əsasən, Cavabdeh fərdi-psixi xüsusiyyətlərində azyaşlı uşaqlarının emosional-iradi sferasına neqativ təsir göstərə biləcək əlamətlər müşahidə olunmamışdır. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmadığına görə məhkəmə iclaslarında iştirak edə bilməməsi barədə İddiaçı apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən o, işə baxılmasının yeri və vaxtı barədə dəfələrlə və lazımi qaydada məlumatlandırılmış, lakin o, məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı məhkəmənin və Qəyyumluq və Himayəçilik komissiyalarının çağırışlarına etinasız yanaşaraq nə məhkəmənin, nə də komissiyanın iclaslarında iştirak etmədiyinə görə iş üçün əhəmiyyətli olan bır sıra hallar aydınlaşdırılmamışdır. Mübahisənin hal-hazırkı faktiki halı ondan ibarətdir ki, tərəflərin birgə nikahlarından doğulmuş uşaqlar 25 may 2019-cu il tarixdən analarına qaytarılmaqla hal-hazırda onun yanında qalırlar. Məhkəmədə dinlənilərkən uşaqların hər ikisi analarının yanında qalmaq istədiklərini bildirmişlər. İddiaçı TƏBİB-in Bakı şəhər Baş Səhiyyə İdarəsinin 18 nömrəli Birləşmiş Şəhər xəstəxanasında tibb bacısı işləyir. “xxxx” MMC ilə bağlanmış 04.11.2020-ci il tarixli müqaviləyə əsasən, İddiaçı həmin MMC-nin Bakı şəhəri Xətai rayonu ərazisində tikdiyi çoxmənzilli binadan 82,3 kv.metr ölçüdə bir otaqlı mənzil almış və mənzilin dəyərini tam ödəmişdir. İddiaçı övladlarını öz himayəsində saxlamasına mane olan, uşaqların fiziki-psixi sağlamlıqlarına, onların əxlaqi inkişaflarına zərər yetirəcək zərərli vərdişlərinin olması barədə iş materiallarında hər hansı sübut yoxdur. İşdə olan sənədlərdən görünür ki, Bakı şəhər Baş Səhiyyə İdarəsinin 18 nömrəli Birləşmiş Şəhər xəstəxanasında tibb bacısı işləyən X1 pandemiyasına qarşı mübarizə məqsədilə işləmək üçün 18 mart 2020-ci il tarixdə Hava limanına ezam olunmuş və hal-hazırda orada fəaliyyətini davam etdirir. Səhiyyə sistemində səmərəli, qüsursuz fəaliyyətinə və koronavirusla mübarizədə fəal iştirakına görə 17 iyun 2020ci il tarixdə fəxri fərmanla təltif edilmişdir. Bakı şəhəri Binqədi Rayon İcra Hakimiyyətinin və Yevlax Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komissiyasında məsələ müzakirə olunarkən verdiyi izahatında Cavabdeh bildirmişdir ki, “uşaqların ana qayğısı görmələri üçün 2019-cu ilin may ayında onları öz təşəbbüsü ilə analarına təhvil vermişdir” (bax i.v.91). Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komissiyasının iş üzrə verdiyi rəylə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin rəy məhkəmə üçün məcburi deyil və digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Kollegiya hesab edir ki, Cavabdeh mənzil-məişət şəraitinin yaxşı olması və komissiyada işə baxılan dövrdə uşaqların nənə və xalalarının yanında olması uşaqların atalarının yanında saxlanmasına əsas vermir. Azərbaycan Respublikasının qoşulduğu “Uşaq hüquqları haqqında” BMT-nin Konvensiyasının 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan təminat idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Uşaqları valideynlərindən ayırmaq, himayəyə və ya övladlığa vermək barədə qərarlar Avropa Məhkəməsinin “İnsan hüquqları və əsas azadlıqlarına dair Avropa Konvensiyası”nın 8ci maddəsində nəzərdə tutulmuş ailə həyatına hörmət hüququ kontekstində araşdırdığı məsələlərdəndir və Məhkəmənin presedent hüququna görə bu məsələlərlə bağlı qərar çıxarılarkən uşağın maraqlarına birinci dərəcəli əhəmiyyət verilməklə yanaşı, onların rəyləri dinlənilməlidir (“Mustafa və X5rşı” iş). “K. A. Finlandiyaya qarşı” iş üzrə Qərarında isə Avropa Məhkəməsi vurğulamışdır ki, “...ayrıldıqdan sonra uzun müddət keçdikdə və uşaq himayəyə verildiyi ailədəki vəziyyətə alışdıqda, bu vəziyyətin yenidən dəyişməsi uşağın maraqlarına uyğun olmaya bilər və bu halda onun maraqları valideynlərinin maraqlarını üstələyə bilər”. Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin birgə nikahlarından doğulmuş uşaqların 6 və 9 yaşlarında olmaqla azyaşlı olmalarını, onların daha çox ana qayğısına ehtiyaclarının olmasını, 25 may 2019-cu il tarixdən hal-hazırkı dövrə qədər analarının yanında qalmaqla yaşadıqları mühitdən məmnun olmalarını, onların alışdıqları mühitdən ayrılmasının məqsədəmüvafiq olmamasını, İddiaçı övladlarını öz himayəsində saxlamasına mane olan, uşaqların fiziki-psixi sağlamlıqlarına, onların əxlaqi inkişaflarına zərər yetirəcək halların müəyyən olunmamasını nəzərə alaraq, uşaqların atanın yanında saxlanılması barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 388-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Yexlax Rayon Məhkəməsinin 15 yanvar 2019-cu il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş uşaqların İddiaçı yanında saxlanılmasını, qətnamə qəbul olunan dövrdə uşaqlar faktiki olaraq Cavabdeh yanında olsa da, onun həmin qətnamədən şikayət verməməsini və bununla da faktiki olaraq qəbul olunmuş qətnamə ilə razılaşdığını nümayiş etdirməsini nəzərə almamışdır. Nəticə etibarilə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığına görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli 2(001)-181/2020 saylı qiyabi qətnaməsi ləğv edilməli, uşaqların atalarının yanında saxlanılmasına dair iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393,402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli 2(001)-181/2020 saylı qiyabi qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh İddiaçı qarşı uşaqların atanın yanında saxlanılması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-4986/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4986/2021
08.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver