Məhkəmə qərarları › İş №2(103)-499/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-499/2025

08.01.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-499/2025 08.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri 1 saylı Ərazi İdarəsinə qarşı mülki iş üzrə (açar sözlər: ipotekaya xitam verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri 1 saylı Ərazi İdarəsinə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-2768/2024 nömrəli qətnaməsindən cavadeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışa əsasən, Bakı şəhəri Nərimanov rayonu Xətai prospekti 24 saylı evin 64 saylı mənzili İddiaçı mülkiyətindədir. xx.xx.2020-ci il tarixli 2020/00773 №-li kredit müqaviləsinə əsasən "xxxx" MMC İddiaçı 36 ay müddətinə, illik 32% ödəmək şərti ilə 31000 manat kredit vermişdir. İpoteka saxlayan "xxxx" MMC ilə ipoteka qoyan İddiaçı arasında bağlanmış 19 may 2020-ci il tarixli ipoteka müqaviləsinə əsasən, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakı xx.xx.2020-ci il tarixi 2020/00773 №li kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. İpoteka predmeti Bakı şəhəri Nərimanov rayonu Xətai prospekti, 21 saylı evin (yeni qaydalarla AZ1008, Bakl şəhəri, Nərimanov rayonu Xətai Prospekti 41, M11, m1) 142.7 kv.m. ümumi, 67.2 yaşayış sahəsindən ibarət oları 3 otaqlı, 64 nömrəli mənzili təşkil edir. İpoteka predmetinin dəyəri 220.000 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri 38 saylı notariat ofisi tərəfindən verilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2021-ci il tarixli icra qeydinə əsasən, ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 21 ünvanında, 18 mərtəbəli binanın 11-ci mərtəbəsində yerləşən 142.7 kv.m. ümumi, 67.2 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 64 nömrəli mənzilə (yeni qaydalarla AZ1008, Bakl şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 41, M11, m1) 2020/00773 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 47145 manat 69 qəpik (qırx yeddi min bir yüz qırx beş manat altmış doqquz qəpik) tutma yönəldilməlidir. İş materiallarında olan qəbzlərdən görünür ki, İddiaçı Kəpəz Bokt MMC-nin hesabına xx.xx.2020-ci il tarixdə 3720 manat və 30845 manat, xx.xx.2020-ci il tarixdə 900 manat, xx.xx.2021-ci il tarixdə 10000 manat, xx.xx.2021-ci il tarixdə 5000 manat, xx.xx.2022-ci il tarixdə 34000 manat məbləğində pul ödəmişdir. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icraata başlamaq haqqında xx.xx.2021ci il tarixli qərarına əsasən, Bakı şəhəri 38 saylı notariat ofisinin 918 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin qiymətləndiricinin dəvət edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarına əsasən, borclu İddiaçı məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 21 ünvanında yerləşən, 18 mərtəbəli binanın 11-ci mərtəbəsində yerləşən 142.7 kv.m. ümumi, 67.2 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 64 nömrəli (yeni qaydalarla AZ1008, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 41, M11, m1) mənzilin qiymətləndirilməsi üçün nümayəndə dəvət edilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi tərəfindən Əmlak Hərrac Mərkəzi MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, ünvan 2 ünvanında yerləşən 64 saylı mənzilin hərracının keçirilməsi MMC-yə tapşırılmışdır. Daşınar və daşınmaz əmlakların qiymətləndirilməsi xidməti MMC-in xx.xx.2021-ci il tarixli Əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən dan görünür ki, mübahisə predmeti olan əmlak 285.000 manət məbləğində dəyərləndirilmişdir. Daşınar və daşınmaz əmlakların qiymətləndirilməsi xidməti MMC-in açıq hərracın keçirilməsinə dair xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, ünvan 2 ünvanında yerləşən 64 saylı mənzilə dair hərracın ipoteka predmetinin ilkin satış qiyməti 285.000 manat olmaqla xx.xx.2021-ci il tarixdə keçiriləcəyi icra sənədi üzrə tərəflərə və icra şöbəsinə bildirilmişdir. Daşınar və daşınmaz əmlakların qiymətləndirilməsi xidməti MMC-in açıq hərracın keçirilməsinə dair xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, ünvan 2 ünvanında yerləşən 64 saylı mənzilə dair hərracın ipoteka predmetinin ilkin satış qiyməti 285.000 manat olmaqla xx.xx.2021-ci il tarixdə keçiriləcəyi icra sənədi üzrə tərəflərə və icra şöbəsinə bildirilmişdir. Daşınar və daşınmaz əmlakların qiymətləndirilməsi xidməti MMC-in açıq hərracın keçirilməsinə dair xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, ünvan 2 ünvanında yerləşən 64 saylı mənzilə dair hərracın ipoteka predmetinin ilkin satış qiyməti 285.000 manat olmaqla xx.xx.2021-ci il tarixdə keçiriləcəyi icra sənədi üzrə tərəflərə və icra şöbəsinə bildirilmişdir. Daşınar və daşınmaz əmlakların qiymətləndirilməsi xidməti MMC-in xx.xx.2021-ci il tarixli ipoteka predmetinin əldə edilməsinə dair təklifindən görünür ki, ünvan 2 ünvanında yerləşən 64 saylı mənzilin təkrar hərracı baş tutmamış, mənzil 181.687,50 manata ipoteka saxlayana təklif edilmişdir. Kəpəz BOKT MMC tərəfindən Daşınar və daşınmaz əmlakların satışı üzrə Hərrac Mərkəzinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, MMC Azərbaycan Respublikasının İpoteka haqqında Qanununun tələblərinə uyğun olaraq təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə yəni 181.687.50 manat məbləğinə əldə edilməsinə razı olduğunu bildirmiş, eyni zamanda müvafiq sənədləşdirilmənin aparılmasına dair göstəriş verilməsini xahiş etmişdir. Kəpəz BOKT MMC-in Bakı şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı məxsus xx.xx.2020-ci il tarixli reyestrdə 3M-513 nömrə ilə qeyd edilmiş ipoteka müqaviləsinin icra edilməsi üçün Bakı şəhəri 9 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli 8İ-918 reyestr nömrəli icra qeydi icra şöbəsinə göndərilmiş borcalan İddiaçı məxsus olan işin Azərbaycan Respublikasının İcra haqqında Qanununun 23.1.1-ci maddəsinə əsasən geri qaytarılması xahiş edilmişdir. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin İcra sənədinin qaytarılması haqqında xx.xx.2022-ci il tarixli qərarına əsasən, icra sənədi üzrə tələbkar Kəpəz BOKT MMC-in xx.xx.2022-ci il tarixli məktubuna əsasən, Bakı şəhəri 38 saylı notariat ofisi tərəfindən verilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2021-ci il tarixli icra qeydinin Bakı şəhəri 38 saylı notariat ofisinə qaytarılması qərara alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər "xxxx" MMC və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri 01 saylı Ərazi İdarəsinə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X4 Kredit Təşkilatı” MMC ilə arasında, iddiaçıya məxsus Bakı şəhəri Nərimanov rayonu Xətai pr., ev 21, 64 saylı mənzilə dair bağlanmış ipoteka müqaviləsinə xitam verilməsi, Bakı şəhəri Nərimanov rayonu Xətai pr., ev 21, 64 saylı mənzilin ipoteka yüklülüyündən azad edilməsi, əmlakın üzərində ipoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyest Xidmətinə həvalə edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “X4 Kredit Təşkilatı” MMC ilə iddiaçı arasında 19 may 2020-ci il tarixdə 2020/00773 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən, iddiaçı mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Xətai pr., ev 21,64 saylı mənzilini qeyd edilən kredit müqaviləsi üzrə girov olaraq ipotekaya qoymuşdur. Kredit müqaviləsinə uyğun olaraq iddiaçı illik anulitit (qrafikə) əsasən, 1350 manat 19 qəpik 36 ay müddətində ödənişlər etməlidir. Qrafik üzrə ödənişləri vaxtı-vaxtında etmişdir. Lakin baş vermiş Covid-19 pandemiyası ilə əlaqədar ödənişlərdə gecikmələr baş vermişdir. Bu səbəbdən kredit təşkilatı tərəfindən, iddiaçı tərəfindən ödənilməmiş kredit məbləği, ona əlavə olunmuş faizlər və dəbbə pulu hesablanmışdır. Girov qoyulmuş ipoteka predmetinin hərracda satılaraq, müvafiq məbləğin tutulması və yerdə qalan məbləğin iddiaçıya ödənilməsi həyata keçirilməli idi. Lakin iddiaçının təşkilata müraciəti əsasında girov predmetinin hərracda satılması prosessi dayandırılmışdır. Hərracın keçirilməsinədək, “X4 Kredit Təşkilatı" MMC tərəfindən iddiaçıya rəsmi olaraq 47145 manat 69 qəpik borcu olmasını bildirmişlər. Hərrac dayandırıldıqdan sonra o, müxtəlif ödənişlərlə, ümumilikdə 49000 manatdan çox təşiklata ödəniş etmişdir. Hərrac iddiaçı tərəfindən müraciət əsasında dayandırıldıqdan sonra, 05 iyul 2022-ci ildə yenidən təşkilat tərəfindən iddiaçıya rəsmi müraciət olunmuşdur. Guya iddiaçının onlara kredit üzrə öhdəlik kimi 5500 manat və guya hərracın keçirilməsi əsnasında 6431 manat 74 qəpik "xxxx" MMC-ə ödənilmiş xidmət haqqının iddiaçı tərəfindən ödənilməli olması bildirilmişdir. Bildirmək istəyir ki, 19 may 2020-ci il tarixdə 2020/00773 saylı kredit müqaviləsinin müddəti bitmişdir. Hal-hazırda müqavilə üzrə heç bir öhdəliyi yoxdur. Əksinə hesablanmış artıq faiz və dəbbə pulu iddiaçıdan alınmışdır. Hal-hazırda ekspertiza keçirilərsə bu verilmiş olacaq arayışda öz bariz nümunəsini tapacaqdır. Bu səbəbdən məhkəmədən iddiaçının mülkiyyətində olan və 19 may 2020-ci il tarixdə 2020/00773 saylı kredit müqaviləsinə əlavə müqavilə əsasında gırov(ipoteka) qoyulmuş Bakı şəhəri Nərimanov rayonu Xətai pr., cv 21,64 saylı mənzilinin üzərindən ipoteka yüklülüyünün götürülməsi zərurəti vardır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, icra qeydi verildikdən sonra onunla tələbkar arasında razılaşma olmuş və onun tərəfindən bütün qalıq borcu ödənilmişdir. Belə ki, hərrac baş tutmadığından ipoteka predmeti, ipoteka saxlayana 181.687.50 manata təklif edilmiş, icra qeydi üzrə isə onun borcu 47145 manat 69 qəpik təşkil etmişdir. Borc qat-qat aşağı olduğundan, borcdan qalan əlavə məbləğ Kəpəz BOKT MMC tərəfindən ona ödənilməli idi. MMC tərəfindən xx.xx.2021-ci il tarixli məktubla ipoteka predmetinin əldə edilməsinə razılıq verilmiş, lakin müddət başa çatana kimi heç bir hüququ hərəkət edilməmişdir. Həmçinin xx.xx.2022-ci il tarixdə Kəpəz BOKT MMC icra şöbəsinə məktub ünvanlayaraq icra sənədinin geri qaytarılmasını xahiş etmiş və xx.xx.2022-ci il tarixli qərarla icra sənədi 38 saylı Notariat Kontoruna geri qaytarılmışdır. Göründüyü kimi MMC ipoteka predmetini qəbul etməsinə dair razılıq versə də, qəbul etdiyi təqdirdə ona 140000 manata yaxın pul vəsaitini geri qaytarmalı olacağından, bunu etməmiş və onunla razılaşaraq pulu hissəhissə ödənilməsini təklif etmiş, o isə borcu 47145 manat 69 qəpik təşkil etdiyi halda, ümumilikdə daha artıq, 49000 manat ödənişlər edilmişdir ki, buda borcundan artıq məbləğ təşkil edir. Lakin MMC bundan sonra da, ondan daha artıq faizlərdə tələb edərək, bu günə kimi əmlakını ipoteka yüklülüyündən azad etməmişdir. Odur ki, məhkəmədən iddiasının təmin edilməsini xahiş etdi. "xxxx" MMC məhkəməyə iddiaya etiraz ərizəsi ünvanlayaq iddia tələbini əsassız hesab etdiklərini bildirərək, (etiraza dair hər-hansı sübutlar əlavə edilmədən) iddianın rədd edilməsini və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 2768/2024 nömrəli qətnaməsinə əsasən, iddia qismən təmin edilərək "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 19 may 2020-ci il tarixli, 2020/00773 saylı kredit müqaviləsinin təminatı kimi 19 may 2020-ci il tarixli, 2020/00773-İP saylı ipoteka müqaviləsinə əsasən "xxxx" MMC-nin xeyrinə yüklü edilmiş, ünvan 7 ünvanda yerləşən daşınmaz əmlakın ipotekasına xitam verilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 21 ünvanında yerləşən 64 saylı mənzil ipoteka yüklülüyündən azad edilmiş və ipoteka yüklülüyünün dövlət qeydiyyatı ləğv edilmişdir. İpoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri 1 saylı Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Məhkəmə qeyd etmişdir ki, məhkəmə icraatı zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh "xxxx" MMC arasında kredit və bunun əsasında ipoteka müqaviləsi bağlanılmış, iddiaçı tərəfindən borc ödənilmədiyindən notariusun xx.xx.2021-ci il tarixli icra qeydi ilə Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 21 ünvanında yerləşən, 18 mərtəbəli binanın 11-ci mərtəbəsində yerləşən 142.7 kv.m. ümumi, 67.2 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 64 nömrəli mənzilə (yeni qaydalarla AZ1008, Bakl şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 41, M11, m1) 2020/00773 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 47145 manat 69 qəpik (qırx yeddi min bir yüz qırx beş manat altmış doqquz qəpik) tutma yönəldilmişdir. İcra şöbəsi tərəfindən hərracın keçirilməsi Əmlak Hərrac Mərkəzi MMC-yə sifariş edilmişdir. İş materiallarından görünür ki, təşkil edilmiş hərraclar baş tutmadığından ipoteka predmeti ipoteka saxlayan "xxxx" xx.xx.2021ci il tarixli məktubla MMC-yə təklif edilmişdir. MMC tərəfindən xx.xx.2021-ci il tarixli məktubla ipoteka predmetinin əldə edilməsinə razılıq verilmiş, lakin müddət başa çatana kimi heç bir hüququ hərəkət edilməmiş, cavabdeh tərəfindən buna dair məhkəməyə hərhansısa sübutlar təqdim edilməmişdir. Həmçinin xx.xx.2022-ci il tarixdə Kəpəz BOKT MMC icra şöbəsinə məktub ünvanlayaraq icra sənədinin geri qaytarılmasını xahiş etmiş və xx.xx.2022-ci il tarixli qərarla icra sənədi 38 saylı notariat kontoruna geri qaytarılmışdır. Daha sonra icra sənədi üzrə hər hansı hərəkətlərin edilməsi barədə tərəflər tərəflər məhkəməyə heç bir sübut təqdim etməmişlər. Bundan başqa iddiaçı tərəfindən icraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərar qəbul edildikdən sonra da, icra qeydi üzrə borcu 47145 manat 69 qəpik təşkil etdiyi halda, Kəpəz BOKT MMC-nin hesabına ümumilikdə 49000 manat ödənişlər edilmişdir. (xx.xx.2021-ci il tarixdə 10000 manat, xx.xx.2021-ci il tarixdə 5000 manat, xx.xx.2022-ci il tarixdə 34000 manat). Göründüyü kimi iddiaçı tərəfindən icra qeydində göstərilən məbləğdən də artıq miqdarda pul ödənilmiş və hazırda da, heç bir borcu yoxdur. Məhkəmə qeyd etmişdir ki, məhkəmə icraatı zamanı iddiaçının bildirdiklərindən görünür ki, tərəflər aralarında pulun ödənilməsi barədə razılığa gəlmişlər. Kəpəz BOKT ipoteka predmetini əldə etdiyi halda iddiaçıya müəyyən pul məbləği qaytarmalı olduğundan cavabdeh Kəpəz BOKT MMC bunu icra etməmişdir. Belə ki, ipoteka predmeti ipoteka saxlayana 181.687.50 (bir yüz səksən bir min altı yüz səksən yeddi manat 50 qəpik) manata təklif edilmiş, icra qeydi üzrə iddiaçının borcu 47.145 manat 69 qəpik (qırx yeddi min bir yüz qırx beş manat altmış doqquz qəpik) təşkil etmişdir. Belə olan halda borcdan qalan əlavə məbləğ Kəpəz BOKT MMC tərəfindən iddiaçıya ödənilməli idi. İşin hallarından da göründüyü kimi icra qeydi üzrə icraata başlanıldıqdan sonra iddiaçı hətta icra qeydində göstərilən mənbləğdən də artıq məbləğdə pul ödədiyi halda cavabdeh Kəpəz BOKT MMC tərəfindən iddiaçının əmlakı ipoteka yüklülüyündən azad edilməmişdir. Eyni zamanda iddiaçının bildirdiyinə görə həmin MMC iddiaçıdan əlavə məbləğdə pul ödənişlərini tələb edir ki, bu da icra qeydində göstərilməmişdir. Məhkəmə daha sonra qeyd etmişdir ki, iddia tələbinin iddiaçıya məxsus Bakı şəhəri Nərimanov rayonu Xətai pr., ev 21, 64 saylı mənzilə dair bağlanmış ipoteka müqaviləsinə xitam verilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi və onun əsasında bağlanmış ipoteka müqaviləsi üzrə borc ödənilmiş və eyni zamanda tərəflər arasında ipoteka müqaviləsinin bağlanılmasına əsas olmuş kredit müqaviləsinin müddəti bitmişdir. Belə ki, tərəflər arasında bağlanılmış xx.xx.2020-ci il tarixli 2020/00773 №-li kredit müqaviləsi 36 ay müddətinə bağlanılmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ipoteka müqaviləsinə xitam verilməsi üçün əsaslar iş materialları ilə müəyyən edilmədiyindən iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbini daşınmaz əmlakın ipotekasına xitam verilməsi hissəsini əsaslı hesab edib qeyd etmişdir ki, kredit müqaviləsi və onun əsasında bğalanmış ipoteka müqaviləsi üzrə borc ödənildiyindən (artıq məbləğdə), yəni kredit müqaviləsi üzrə öhdəliklər borclu (hazlrkı iş üzrə iddiaçı) tərəfindən icra edildiyindən, eyni zamanda ipoteka saxlayan ipoteka predmetini müəyyən olunmuş müddətdə əldə etmədiyindən iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, ipoteka saxlayan ipoteka predmetini əldə etməyə razılığını bildirsə də sonrakı hərəkətlərin edilməsi, yəni müqavilə bağlanması ilə bağlı hər hansı sübutu, hətta müqavilə bağlanmış olsa belə borc məbləğindən artıq məbləği iddiaçıya qaytarılmasına dair hər hansı sübut təqdim etməmişdir. Göründüyü kimi ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməsinə razılıq verilsə də hər hansı icra hərəkətləri edilməsi iş materialları ilə müəyyən edilmir. Məhkəmə qeyd edir ki, ipoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək hüququ olduğu kimi, ipoteka qoyanın da ipoteka saxlayanın sözügedən hüququndan istifadə etmədiyi və ya vaxtında istifadə etmədiyi halda ipotekaya xitam verilməsi ilə bağlı tələb irəli sürmək hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda adı çəkilən qərardadında da qeyd edildiyi kimi nəzərə alınmalıdır ki, hüquq tətbiqetmə təcrübəsində vətəndaşın qanunvericilikdə nəzərdə tutulmuş imkanlardan istifadəsinin mümkünsüz hala gətirilməsi həmin imkanı özündə əks etdirən normanın deklarativ xarakter daşımasına gətirib çıxara bilər. Bu səbəbdən hər kəs qanunvericilikdə təsbit olunmuş hüquqlarının toxunulmazlığından, eləcə də qanunla müəyyən olunmuş qaydalara, o cümlədən ipoteka saxlayan tərəfindən ipoteka predmetinin təkrar hərracın baş tutmamış elan olunmasından sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmədiyi və ya həmin müddətdən sonra əldə etdiyi halda mülkiyyətçi kimi ipotekaya xitam verilməsini tələb etmək imkanının mövcudluğundan əmin olmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq qeyd etməyi zəruri hesab etmişdir ki, mövcud qanunvericiliyə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Bundan başqa “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində nəzərdə tutulmuş müddətin axımı hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində (media subyektlərində) və özünün rəsmi internet saytında təkrar hərracın baş tutmaması barədə elanların dərc edilməsindən sonrakı gün başlayır və 30-cu günun sonunda başa çatır. Bu müddətin başlanması üçün ipoteka saxlayana təkrar hərracın baş tutmaması barədə ayrıca məlumatın verilməsi və ya ipoteka predmetinin ona təklif olunmasına dair bildirişin göndərilməsi tələb olunmur. Göründüyü kimi ipoteka saxlayan ipoteka razılığını bildirsə də heç bir hüquqi hərəkət etməmiş, predmetinin əldə edilməsi üçün hərrac təşkilatı ilə heç bir protokol imzalamamışdır. Beləliklə məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməli "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 19 may 2020-ci il tarixli, 2020/00773 saylı kredit müqaviləsinin təminatı kimi 19 may 2020-ci il tarixli, 2020/00773-İP saylı ipoteka müqaviləsinə əsasən "xxxx" MMC-nin xeyrinə yüklü edilmiş, ünvan 7 ünvanda yerləşən daşınmaz əmlakın ipotekasına xitam verilməli, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 21 ünvanında yerləşən 64 saylı mənzil ipoteka yüklülüyündən azad edilməli və ipoteka yüklülüyünün dövlət qeydiyyatı ləğv edilməlidir. Həmçinin ipoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri 01 saylı Ərazi İdarəsinə həvalə edilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə öz mövqeyini İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 41.1, 43,3, 43.4, 43.5, 43.7, 43.8-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 218.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli Qərarına və Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli 04/22 №-li “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə qərardadına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 2768/2024 nömrəli qətnaməsindən cavadeh "xxxx" MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, İddiaçı iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, İddiaçı cavabdehlər "xxxx" MMC və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri 1 saylı Ərazi İdarəsinə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ilə arasında, iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Xətai pr., ev 21, 64 saylı mənzilə dair bağlanmış ipoteka müqaviləsinə xitam verilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Xətai pr., ev 21, 64 saylı mənzilin ipoteka yüklülüyündən azad edilməsi, əmlakın üzərində ipoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2768/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, iddia qismən təmin edilərək "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 19 may 2020-ci il tarixli, 2020/00773 saylı kredit müqaviləsinin təminatı kimi 19 may 2020-ci il tarixli, 2020/00773- İP saylı ipoteka müqaviləsinə əsasən "xxxx" MMC-nin xeyrinə yüklü edilmiş, ünvan 7 ünvanda yerləşən daşınmaz əmlakın ipotekasına xitam verilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 21 ünvanında yerləşən 64 saylı mənzilin ipoteka yüklülüyündən azad edilməsi və ipoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi, ipoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri 1 saylı Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edilir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2768/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilmədir. Birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında bağlanmış 19 may 2020-ci il tarixli, 2020/00773 saylı kredit müqaviləsinin müddəaları nəzərə alınmadan borc müəyyən edilmişdir. Hesab edilir ki, 19 may 2020-ci il tarixli, 2020/00773 saylı kredit müqaviləsi üzrə ödənişlərin hesablanması ilə bağlı məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək, "xxxx" MMC-dən sənədlər tələb olunmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2768/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi nəticəsində "xxxx" MMC-nin hüquqları pozulmuşdur. Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 19 may 2020-ci il tarixli, 2020/00773 saylı kredit müqaviləsində göstərilən məbləğ illik 32% olmaqla 36 ay müddətinə verilmişdir. İddiaçı tərəfindən ödənilən vəsait tərəflər arasında bağlanmış 19 may 2020-ci il tarixli, 2020/00773 saylı kredit müqaviləsinin müddəalarına uyğun olaraq borcuna yönəldilmişdir. Tərəflər arasında şərtləri müəyyən edilən 19 may 2020-ci il tarixli, 2020/00773 saylı kredit müqaviləsinə uyğun göstərilən borc hesablanmış və həmin məbləğin tələb edilmə əsasını təşkil edir. Ona görə də Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2768/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsini ləğv edərək, İddiaçı iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edib, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə rəsmi qaydada məlumat verilmiş, lakin cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13.Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi İ. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. İİİ. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Maddə 127. Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İpoteka haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Maddə 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. 48.2. Bu Qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli Qərarı

1. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir.

2. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır.

3. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə № 04/2022 14 dekabr 2022-ci il tarixli Qərardadı

1. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində nəzərdə tutulmuş müddətin axımı hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində (media subyektlərində) və özünün rəsmi internet saytında təkrar hərracın baş tutmaması barədə elanların dərc edilməsindən sonrakı gün başlayır və 30-cu günun sonunda başa çatır. Bu müddətin başlanması üçün ipoteka saxlayana təkrar hərracın baş tutmaması barədə ayrıca məlumatın verilməsi və ya ipoteka predmetinin ona təklif olunmasına dair bildirişin göndərilməsi tələb olunmur.

2. İpoteka predmeti təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka saxlayanla hərrac təşkilatçısı arasında “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-1-ci maddəsində nəzərdə tutulmuş müqavilə qüvvəsinə malik olan protokolun imzalanması ilə əldə edilir.

3. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddət kəsici müddətdir və həmin müddət ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitamın verilməsi üçün əsasdır. Tərəflər arasında bununla bağlı mübahisə olduqda ipotekaya xitam verilməsi haqqında məhkəmədə iddia qaldırıla bilər.

4. Hərrac təşkilatının protokolu imzalamaqdan imtina etməsi, və yaxud yayınması zamanı ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında iddia qaldıra bilər.

5. Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayanın adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsasdır.

Apellyasiya baxışının hədləri

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia qismən təmin edildiyindən qətnamə apellyasiya şikayətinə əsasən cavabdeh tərəfindən tam mübahisələndirilsədə, qətnamənin əsaslılığı cavabdeh tərəfindən faktiki olaraq mübahisələndirilməyə hüququ olan hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya ilk növbədə qeyd edir ki, ipoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək hüququ olduğu kimi, ipoteka qoyanın da ipoteka saxlayanın sözügedən hüququndan istifadə etmədiyi və ya vaxtında istifadə etmədiyi halda ipotekaya xitam verilməsi ilə bağlı tələb irəli sürmək hüququ vardır. Konstitusiya Məhkəməsinin ifadə etdiyi hüquqi mövqeyə görə də konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur («Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Konstitusiya Məhkəməsinin 2008-ci il 27 may tarixli Qərarı). “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi öhdəliyin təminatı olaraq ipotekaya qoyulmuş əmlakın açıq hərrac vasitəsilə satılmasının mümkün olmadığı və ipoteka saxlayanın əmlakı əldə etmədiyi halda işə düşür. Ona görə də qeyd olunan normanın dispozisiya şərtlərinin yaranması üçün aşağıdakı zəruri əsaslar məcmu halda mövcud olmalıdır: 1) ipoteka ilə yüklü edilmiş əmlak barəsində iki hərracın keçirilməsi; 2) hər iki hərracın baş tutmamış elan olunması; 3) təkrar hərracın baş tutmamış elan olunmasından 30 təqvim günü ərzində ipoteka saxlayanın ipoteka predmetini əldə etməməsi. Qeyd olunan əsaslardan hər hansı birinin mövcud olmaması istinad olunan normanın tətbiqini istisna edir. Hazırkı iş üzrə tədqiq olunan sübutlardan müəyyən olunur ki, yalnız bir dəfə, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı olan ipoteka saxlayana, ikinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməsi təklif olunmuş, sonuncu əvvəl etiraz etməsə də, sonradan icra sənədinin geri qaytarılmasını tələb etməklə, ikinci hərrac keçirildikdən sonra ipoteka predmetini əldə etmək niyyətinin olmadığını nümayiş etdirmişdir. Bundan sonra ipoteka qoyan ipoteka saxlayandan ipotekaya xitam verilməsini tələb etsə də, sonuncu bu tələbə əməl etmədiyindən ipoteka qoyan ipotekaya xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, öhdəliyin təminatı olaraq ipoteka ilə yüklü edilmiş əmlak barəsində iki hərracın keçirilməsi, hər iki hərracın baş tutmamış elan olunması, təkrar hərracın baş tutmamış elan olunmasından 30 təqvim günü ərzində ipoteka saxlayanın ipoteka predmetini əldə etməməsi, əsas öhdəlik üzrə ödənilməmiş borcun qalmasından asılı olmayaraq, ipotekaya xitam verilməsi üçün əsas olduğundan cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 2768/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar