Məhkəmə qərarları › İş №2(103)-4994/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4994/2021

29.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4994/2021 29.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Şirinov Ziya Allahverdi oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova İlahə Arif qızının katibliyi ilə, iddiaçı Məhərrəmova (Sadıxova) Aytən Səməndər qızının Cavabdeh Oktay oğluna qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5483/2020 saylı işi üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi X1 tərəfindən verilmiş şikayətin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5483/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi xx.xx.2020-ci il tarixində tərəflərə göndərilmiş (səh 41-42), xx.xx.2020ci il tarixində icraya yönəldilmiş, icra vərəqəsi xx xxxxxx 2020-ci il tarixində Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə göndərilmiş və icra sənədi həmin tarixdə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsi tərəfindən qeydə alınmış (səh 45-48), cavabdehin nümayəndəsi həmin qətnamədən xx.xx.2021-ci il tarixində şikayət vermiş (səh 50), lakin qeyd olunan qətnamənin cavabdeh tərəfindən hansı tarixdə alındığını təsdiq edən sübut iş materiallarına əlavə edilməmiş, birinci instansiya məhkəməsi tərəfindən isə prosessual müddətə qiymət verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1.2 və 361.2-ci maddələrinə əsasən şikayəti verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri, yaxud olduğu yer və işdə prosessual vəziyyəti apellyasiya şikayətində göstərilməli, habelə nümayəndəsi tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməli olmasına rəğmən, müvafiq olaraq cavabdeh tərəfindən iş yeri, yaşayış yeri, yaxud olduğu yer apellyasiya şikayətində göstərilməmiş, həmçinin nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə (vəkilin orderi və ya digər sənəd) iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1 və 363.1.3-cü maddələrinə əsasən, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılmalı olduğundan, şikayət yolverilməz hesab edilməli və səlahiyyətləri həddində qiymət verilməsi üçün iş müvafiq məhkəmyə göndərilməlidır. Şərh olunanlara və Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62- 67, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 69-74, 128-133, 135.3, 135.5, 357, 360-366, 395-398, 402-ci maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5483/2020 nömrəli mülki işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar